“Əmrahbank” SƏhmdar banki açIQ



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix02.04.2018
ölçüsü0,98 Mb.
#35808
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

“ƏMRAHBANK”

 

SƏHMDAR BANKI

 

AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 



 

 

31 DEKABR 2008-

CI İL TARİXİNƏ BİTƏN

 

İL ÜZRƏ 

 

MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)

 

(

Azərbaycan manatı ilə

 

16 



 

 

Pensiya və digər müavinətlər  

 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq,  pensiya  ödənişlərinin  müəyyən  faizi 

heyətə  edilmiş  ümumi  ödənişlərdən  tutulur  və  daha  sonra  pensiya  fonduna  köçürülür.  Bu  zaman 

işçidən əmək haqqı üzrə xərclərin həmin hissəsi tutulur və işçinin adından pensiya fonduna ödənilir. 

Belə xərclər müvafiq əmək haqlarının qazanıldığı dövrdə tutulur. Təqaüdə çıxdıqda bütün müvafiq 

ödənişlər  işçilərin  seçdiyi  pensiya  fondları  tərəfindən  yerinə  yetirilir.  Bankın  Azərbaycan 

Respublikasının  dövlət  pensiya  sistemindən  ayrı  hər  hansı  pensiya  razılaşmaları  yoxdur.  Bundan 

əlavə, Bank pensiya ilə bağlı müavinətləri və ya hesablanmalı olan digər əvəzi ödənilən müavinətləri 

ödəmir. 

 

Gəlir və xərclərin tanınması  

 

Gəlir və xərclərin tanınması 

Faiz gəliri və xərci hesablama metodu ilə effektiv faiz metodundan istifadə etməklə tanınır. Effektiv 

faiz  metodu  maliyyə  aktivinin  və  ya  maliyyə  öhdəliyinin  (və  ya  maliyyə  aktivləri  və  ya  maliyyə 

öhdəlikləri  qrupunun)  amortizasiya  dəyərinin  hesablanması  və  müvafiq  dövr  üzrə  faiz  gəlirinin və 

faiz  xərclərinin  bölüşdürülməsi  metodudur.  Effektiv  faiz  dərəcəsi  hesablanmış  gələcək  pul 

ödənişlərini və ya daxil olan vəsaitləri maliyyə alətinin gözlənilən faydalı istismar müddəti üzrə və 

ya müvafiq olduqda, daha qısa müddətdə maliyyə aktivinin və ya maliyyə öhdəliyinin xalis balans 

dəyərinə dəqiq diskontlaşdıran dərəcədir.  

 

Dəyərsizləşmə zərəri nəticəsində maliyyə aktivi və ya oxşar maliyyə alətləri qrupu (qismən silindikdə) 



silindikdə,  faiz  gəliri  dəyərsizləşmə  üzrə  ehtimal  olunan  zərəri  müəyyən  etmək  məqsədilə  gələcək 

pul vəsaitlərini diskontlaşdırmaq üçün istifadə olunan faiz dərəcəsi əsasında tanınır. 

 

Ədalətli dəyərlə göstərilən aktivlər üzrə qazanılan faizlər faiz gəliri hissəsində təsnifləşdirilir. 



 

Faiz gəlirinə həmçinin qiymətli kağızlara qoyulan investisiyalardan əldə olunmuş faiz gəliri daxildir. 

Digər  gəlirlər  aidiyyatı  əməliyyatlar  başa  çatdıqda  mənfəət  və  zərər  haqqında  hesabatın  kreditinə 

yazılır.  

 

Haqq və komissiya gəlir və xərclərinin tanınması 

Kreditin ayrılması haqları aidiyyatı birbaşa xərclərlə birlikdə təxirə salınır və kreditin effektiv faiz 

dərəcəsinə  düzəliş  kimi  qeydə  alınır.  Kredit  öhdəliyinin  xüsusi  borc  müqaviləsi  ilə  nəticələnməsi 

mümkün olduğu hallarda, kredit öhdəliyi üzrə haqlar aidiyyatı birbaşa xərclərlə birlikdə təxirə salınır 

və  yekun  kreditin  effektiv  faiz  dərəcəsinə  düzəliş  kimi  tanınır.  Kredit  öhdəliyinin  xüsusi  borc 

müqaviləsi  ilə  nəticələnməsi  mümkün  olmadığı  hallarda,  kredit  öhdəliyi  üzrə  haqlar  kredit 

öhdəliyinin qalan müddəti üzrə mənfəət və zərər haqqında hesabatda tanınır. Kredit müqaviləsinin 

müddəti  kredit  alınmamış  qurtardıqda,  kredit  öhdəliyi  üzrə  haqlar  mənfəət  və  zərər  hesabatında 

müddətin bitməsi üzrə tanınır. Kredit xidməti haqları xidmətlər yerinə yetirildikdə gəlir kimi tanınır. 

Bütün digər komissiyalar xidmətlər göstərilən zaman tanınır. 

 



“ƏMRAHBANK”

 

SƏHMDAR BANKI

 

AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 



 

 

31 DEKABR 2008-

CI İL TARİXİNƏ BİTƏN

 

İL ÜZRƏ 

 

MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)

 

(

Azərbaycan manatı ilə

 

17 



 

 

Xarici valyuta əməliyyatları  



 

Xarici valyuta ilə ifadə olunan müəyyən edilmiş pul aktiv və öhdəlikləri balans tarixindəki alqı-satqı 

məzənnəsinə  uyğun  şəkildə Azərbaycan Manatına (əməliyyat valyutası) konvertasiya edilir. Xarici 

valyuta ilə aparılan əməliyyatlar əməliyyatın yerinə yetirildiyi günə qüvvədə olan valyuta məzənnəsi 

ilə  hesablanır.  Əməliyyat  valyutasından  fərqli  valyuta  ilə  ifadə  olunan  əməliyyatlar  əməliyyatın 

yerinə yetirildiyi günə qüvvədə olan valyuta məzənnəsi ilə hesablanır. Bu əməliyyatlardan yaranan 

mənfəət və zərərlər xarici valyuta əməliyyatları üzrə xalis gəlirə daxil edilir.  

 

Xarici valyuta məzənnələri  

 

Bank ilin sonuna maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı xarici valyuta 

məzənnələrindən istifadə etmişdir: 

 

31 dekabr 2008-ci il 



 

31 dekabr 2007-ci il 

 

 



 

 

 



 

 

1 ABŞ dolları  =  0.8010 manat 



 

1 ABŞ dolları  =  0.8453 manat 

1 Avro  =  1.1292 manat 

 

1 Avro  =  1.2450 manat 



1 Funt sterlinq  =  1.1621 manat 

 

1 Funt sterlinq  =  1.6876 manat 



1 Rus rublu   =  0.0272 manat 

 

1 Rus rublu   =  0.0346 manat 



 

 

Maliyyə aktivlərinin və öhdəliklərinin əvəzləĢdirilməsi  

 

Bank  qeydə  alınmış  məbləğləri  əvəzləşdirmək  üçün  hüquqi  qüvvəyə  malik  olduqda  və  ya  Bank 



aktivlərini satmaq və ya eyni zamanda öhdəliklər üzrə hesablaşma aparmaq, yaxud da hər ikisi üzrə 

xalis  əsasda  hesablaşma  aparmaq  niyyətində olduqda maliyyə aktivləri və öhdəlikləri əvəzləşdirilir 

və  balans  hesabatında  xalis  məbləğlə  qeyd  olunur.  Silinməsinə  icazə  verilməyən  maliyyə  aktivinin 

köçürülməsini uçota alarkən Bank köçürülmüş aktivi və ya onunla əlaqəli öhdəliyi əvəzləşdirmir. 



 

Seqment hesabatı  

 

Seqment  -  məhsulların  satılması  və  xidmətlərin  göstərilməsi  (əməliyyat  seqmenti)  və  ya  müəyyən 



iqtisadi mühitdə məhsulların satılması və xidmətlərin göstərilməsi (coğrafi seqment) ilə bağlı Bankın 

fərdi  komponentidir.  Burada  mövcud  olan  risklər  və  mükafatlar  digər  seqmentlərdə  mövcud  olan 

risk  və  mükafatlardan  fərqlənir.  Gəlirinin  əksəriyyətini  kənar  tərəflərə  satışdan  əldə  edən 

seqmentlər, ümumi gəliri, maliyyə nəticələri və ya aktivləri bütün seqmentlərin 10%-dən yuxarı olan 

seqmentlər  digər  seqmentlərdən  ayrı  təqdim  olunur.  Qrupun  coğrafi  seqmenti  onun  sonuncu 

fəaliyyət məkanına əsaslanır. Bankın coğrafi seqmenti Azərbaycan Respublikasında cəmləşmişdir.  

 

Rəhbərliyin  mühüm  mühakimələrini  tələb  edən  sahələr  və  qeyri-müəyyənliyin 

qiymətləndirilməsi mənbələri  

 

Bankın  maliyyə  hesabatlarının  hazırlanması  rəhbərlik  tərəfindən  balans  hesabatı  tarixinə  aktiv  və 



öhdəliklərin hesabat olunmuş məbləğlərinə və həmin tarixdən bitən il üzrə gəlir və xərclərin hesabat 

olunmuş  məbləğlərinə  təsir  edən  qiymətləndirmələrin  və  mühakimələrin  aparılmasını  tələb  edir.  

Rəhbərlik öz qiymətləndirmələrini və mühakimələrini davamlı olaraq nəzərdən keçirir. Rəhbərlik öz 

qiymətləndirmə  və  mühakimələrində  təcrübəsinə  və  şəraitə  müvafiq  hesab  edilən  digər  faktorlara 

əsaslanır.  Müxtəlif  fərziyyələrdən  və  ya  şəraitlərdən  asılı  olaraq  faktiki  nəticələr  həmin 

qiymətləndirmələrdən fərqlənə bilər.  Aşağıdakı qiymətləndirmələr və mühakimələr Bankın maliyyə 

vəziyyətinin təsvir edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə