Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı



Yüklə 213,7 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix16.11.2018
ölçüsü213,7 Kb.
#79873
növüQaydalar
  1   2   3   4   5   6   7   8


31.07.2010 

Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası  

Qaydalarının təsdiq edilməsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI  

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 

tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin 

etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası 

Qaydaları təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ 

Bakı şəhəri, 15 oktyabr 1999-cu il 

№ 166 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə 

TƏSDİQ EDİLMİŞDİR 

Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası 

QAYDALARI  

«Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası 

Qaydaları» «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının 

Qanununa uyğun işlənib hazırlanmışdır. 

QISALDILAN İFADƏLƏR 

Qanun - «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının 

Qanunu; 

SMPDK - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət 

Komitəsi 

İddia sənədi - əmtəə nişanını qeydə almaq üçün tərtib olunan sənədlər toplusu; 

Reyestr - əmtəə nişanlarının Dövlət reyestri. 

I fəsil 


ÜMUMİ MÜDDƏALAR 

1. Əmtəə nişanı Qanunun 1-ci maddəsinə uyğun olaraq əmtəə nişanı sahibinin əmtəələrinin və 

göstərdiyi xidmətlərin digər sahibkarların əmtəələrindən və göstərdiyi xidmətlərdən 

fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı uzlaşmasıdır 

(kombinasiyasıdır). 

2. Əmtəə nişanı kimi qeydə alınan nişanlar 

Qanunun 4-cü maddəsinə uyğun olaraq, əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına 

bilər: 


sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və onların 

qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması (kombinasiyası). 

Sözlər, şəxsi adlar, onların kombinasiyaları - sözdən ibarət nişanlara aiddir. 

Sözdən ibarət əmtəə nişanına şərti olaraq müəssisənin adı, soyadlar, adlar, digər söz və ya 

sözlər dəsti, reklam yazıları aiddir. Standart şriftlərlə işlənmiş sözlərdən ibarət nişanlar 

istənilən qrafik yazılışda istifadə oluna bilər. İddia olunan işarə ölkədə işlədilməyən və ya 

məlum olmayan qeyri-adi şriftlə verildiyi halda, onun dövlət dilinə transliterasiyası və 

tərcüməsi (mənaca təsviri) və ya etimoloji izahı tələb olunur. 

Hərflər və rəqəmlər (şərti olaraq sözlərdən ibarət əmtəə nişanına aid) fərdi şəkildə bədii 



transformasiyada təsvir olunan şrift vahidi və rəqəmlərə, həmçinin göstərilən elementlərin 

müxtəlif kombinasiyalarına aid edilir (standart şrift vahidi və rəqəmlər əmtəə nişanı kimi  

qorunmur). 

Təsviri elementlər kimi canlı vücud, cansız əşyalar, təbiət obyektləri və başqa obyektlər, 

şəkillər və rəmzlər, həmçinin istənilən formalı fiqurlar, xətlərin və ləkələrin kombinasiyası, 

müstəvi fiqurlar işarə edilə bilər. 

Əmtəələrin forması və ya onların qablaşdırma formaları (həcmi işarələr) təsviri elementlərə  

aid edilir və özündə üçölçülü obyektləri, fiqurları, fiqurların kombinasiyasını (xətləri) əks 

etdirir. Onlar, xüsusən, əmtəənin forması və ya əmtəələr üçün konteynerlərin istənilən formalı  

tərtibi, onların qablaşdırılması (bükülməsi), reklamların predmeti, həmçinin binanın interyer 

dizaynı, orijinal və qeyri-adi formada ola bilər. 

Rənglərin kombinasiyası rəngli yazılı işarələri, təsviri işarələri, əmtəələrin formasını, 

qablaşdırılmasını, onların rəngli tərtibatda istənilən kombinasiyasını, həmçinin rənglərin 

uzlaşmasını (kombinasiyasını) özündə əks etdirir. 

Kombinasiyalı nişanlar sözlərin, təsviri elementlərin üçölçülü forması və rəngli işarələrin 

kombinasiyasını özündə əks etdirir. 

Əmtəə nişanı istənilən rəngdə və ya rənglərin uzlaşmasında, ağ-qara tərtibat da daxil olmaqla 

qeydə alına bilər. 

3. Mühafizə qabiliyyətinin meyarları 

Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya 

göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən 

fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla 

yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal 

olunan əmtəələri bir-birindən fərqləndirməlidir. 

Nişanın fərqlənmə qabiliyyəti şərtsiz qəbul olunan və dəyişməyən faktor deyil. 

Əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmadıqda, onun əmtəə nişanı kimi qeydə 

alınması, yalnız istifadə prosesində fərqli xüsusiyyətlərə malik olmasından asılı ola bilər. 

4. Əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsasları 

Qanunun 5-ci maddəsinə uyğun olaraq, aşağıda göstərilən nişanların qeydə alınmasına yol 

verilmir: 

a) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən 

nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aid edilir: 

qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar 

(işarələr), xətlər, sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrı­

ayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların 

kompozisiya yaratmayan uzlaşmaları, əmtəələrin sadə təsvirləri; 

b) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə 

onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr). 

Onlara xüsusən aşağıdakılar aiddir: 

əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən 

təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə 

göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin 

istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı; 

c) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə 

tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları. Bu cür nişanlara aid edilir: 

şərabların və spirtli içkilərin adlarında coğrafi göstəriciləri özündə eyniləşdirən (əks eləyən), 

lakin onlarla heç bir əlaqəsi olmayan nişanlar (belə ki, şərabların və spirtli içkilərin adında 

coğrafi göstəricini təsvir edən nişan (işarə) saxta olur, yəni onların təsvir edilən ölkə, regionla 

əlaqəsi olmur); 

ç) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri 




Yüklə 213,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə