olan formalar. Bu cür nişanlara aiddir:
əmtəənin mahiyyətini əks etdirən formalar, texniki nəticəyə nail olmaq üçün zəruri formalar,
əmtəənin əsas dəyərlərini təmin edən formalar.
Əmtəələrin mahiyyətini əks etdirən formalar, əmtəənin özündən ayrılmayan formalar kimi
təsvir edilməlidir (məsələn çətirin forması, yumurta üçün kasetlər və s.).
Texniki nəticəyə nail olmaq üçün zəruri formalar, texniki nəticə ilə şərtlənən əmtəə forması
kimi təsvir edilə bilər, belə ki, formaya sənaye nümunəsi və ya faydalı model hüquqi
mühafizə verilə bilər (texniki nəticə mövcud olduqda).
Nəticənin əsas dəyərlərini təmin edən formalara, istehlakçını özünə cəlb edən formalar kimi
təsvir olunan formalar aiddir, yəni əmtəənin əsas dəyərləri onun cəlbedici estetik forması ilə
təsvir olunur (məsələn, estetik xassələri əks etdirən balıqqulağı formasında uşaqlar üçün
vanna);
d) ictimai qaydalara, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan
düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar. Bu cür
nişanlara xüsusən aiddir:
ədəbsiz sözlər və təsvirlər, dövlət hakimiyyət orqanlarının və ya qadağan olunmuş siyasi
partiyaların emblemləri, humanizm prinsiplərinə qarşı olan, insan ləyaqətini, dini
heysiyyatları təhqir edən çağırışlar;
e) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox
işlənən nişan və ya göstəricilərdən ibarət əmtəə nişanları. Bu cür nişanlara aiddir:
müəyyən əmtəələr və ya xidmətlər üçün istifadə olunan, eyni cür əmtəələr və ya müxtəlif
istehsalçılar arasında müəyyən şəkil alan həmin əmtəə növünün Azərbaycan Respublikasında
uzun müddət istifadə olunması, həmçinin müxtəlif fəaliyyətlə bağlı ümumi şəkildə qəbul
olunmuş rəmzlər və terminlər.
ə) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar
istehlakçını yanılda bilən əmtəə nişanları. Bu cür nişanlara aiddir:
əmtəələrin həqiqətə uyğun olmayan keyfiyyəti və ya başqa xüsusiyyətləri ilə və onların
coğrafi mənşəyi ilə istehlakçını yanılda bilən nişanlar;
f) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra - Paris
Konvensiyası) 6 ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə
nişanları. Bu cür nişanlara aiddir:
dövlət gerbləri, bayraqlar, emblemlər, dövlətlərin rəsmi və ya tarixi adları, beynəlxalq
təşkilatların emblemləri, qısaldılmış və ya tam adları, nəzarət və qrant üçün rəsmi nişanlar və
damğalar, həmçinin heraldika baxımından bunların hamısının bənzətmələri. Onu da qeyd
etmək olar ki, bu cür nişanlar (Paris Konvensiyasının iştirakçısı olan ölkələrdə) mühafizə
olunmayan elementlər kimi əmtəə nişanına daxil edilə bilər, o şərtlə ki, əmtəə nişanında onlar
əsas mövqedə dayanmasın, onların istifadəsinə səlahiyyətli orqanın və ya onların sahiblərinin
razılığı olsun.
Nəzarət və qarant üçün rəsmi nişanların və damğaların istifadəsinə qadağa o halda qoyula
bilər ki, nişanlar və onun üzərində əks olunan işarələr məhz eyni növ əmtəələr və ya ona oxşar
əmtəələr üçün istifadə olunsun;
g) Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı olmadan təltiflər və başqa fərqlənmə
nişanları. Bu cür nişanlara aiddir:
dövlət təltiflərinin (orden və medalların) təsvirləri və rəsmi nəşrlərin digər fərqlənmə
nişanları.
İddia sənədinin verildiyi tarixədək bu Qaydaların 4-cü bəndinin «a», «b», «c»
yarımbəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan
əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə
alınmışdırsa, qeydiyyat etibarsız sayıla bilməz.
5. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları
Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar (işarələr)
əmtəə nişanı kimi qeydə alınmır (Qanunun 6-cı maddəsinə uyğun olaraq):
a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin
adına əvvəl qeydə alınmış və ya qeydə almaq üçün iddia edilmiş əmtəə nişanları;
b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq,
Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;
c) Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları;
ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar
əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi
müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə
qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik
tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə
başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə
qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları;
d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla,
onlardan istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında
mühafizə edilən coğrafi göstəricilər;
e) qeydə alınmış sertifikat nişanları.
Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır:
a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri;
b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan
Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan
sitatlar və ya onların fraqmentləri;
c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları,
təxəllüsləri və bunlardan törəyən ifadələr.
Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda, həmin işarələr Azərbaycan
Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin icazəsi olmalıdır.
Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina edilməsinə əsas ola bilməz:
a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixdən
iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi;
b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri;
c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın
fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları.
ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata
alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması.
II fəsil
İDDİA SƏNƏDİ
6. İddia sənədinin verilməsi
Qanunun 9-cu maddəsinə uyğun olaraq, əmtəə nişanının qeydə alınması barədə iddia sənədini
iddiaçı (hüquqi və ya fiziki şəxs) SMPDK-ya verir.
İddiaçı SMPDK-ya iddia sənədini aşağıdakı qaydada verə bilər:
bilavasitə;
SMPDK-da qeydə alınan patent müvəkkilləri vasitəsilə.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar
nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti göstərənlər istisna
olmaqla, xarici hüquqi və fiziki şəxslər SMPDK ilə hüquqi əhəmiyyətli işləri yalnız patent
müvəkkilləri vasitəsilə aparırlar.
7. İddia sənədinin tərkibi
Qanunun 9-cu maddəsinə uyğun olaraq, iddia sənədi ərizədən və ona qoşulan zəruri