Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı



Yüklə 213,7 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix16.11.2018
ölçüsü213,7 Kb.
#79873
növüQaydalar
1   2   3   4   5   6   7   8

sənədində göstərilən əmtəələrin və ya xidmətlərin siyahısına onlara həmcins olmayan 

əmtəələri və ya xidmətləri daxil edirsə, həmin materiallar baxılmağa qəbul olunmur və iddiaçı 

tərəfindən müstəqil iddia sənədi kimi rəsmiləşdirilə bilər. 

17.3. İddiaçının dəyişmədiyi, lakin iddiaçının (hüquqi və ya fiziki şəxsin) adının və ya 

ünvanının dəyişdiyi halda, bu cür dəyişikliklərin müvafiq sənədlərdə aparılması üçün iddiaçı 

və ya onun patent müvəkkili SMPDK-ya ərizə verir. Bu cür dəyişikliklərin aparılması üçün 

iddiaçıdan əlavə təsdiqləyici sənəd tələb olunmur. 

İddiaçı və ya onun patent müvəkkili dəyişdiyi halda, bu cür dəyişikliklərin müvafiq 

sənədlərdə aparılması üçün əvvəlki iddiaçı və ya onun patent müvəkkili və yeni iddiaçı və ya 

onun patent müvəkkili tərəfindən imzalanmış ərizə SMPDK-ya təqdim edilir. 

17.4. İddia sənədi üzrə hüquqların verilməsi ilə əlaqədar iddiaçı dəyişərsə, bu cür 

dəyişikliklərin SMPDK-da qeydə alınması üçün SMPDK-ya aşağıdakı sənədlər təqdim 

olunur: 

iddiaçının ərizəsi; 

tərəflərin razılığı əsasında bağlanan müqavilə və ya iddiaçının dəyişildiyini göstərən 

müqavilədən çıxarış (təsdiqlənmiş formada); 

müəyyən edilmiş rüsumun ödənildiyini təsdiqləyən sənəd. 

Bu cür müqavilələrin qeydə alınması, sənaye mülkiyyəti obyektləri barəsində hüquqların 

verilməsinə görə müqavilələrin qeydə alınma qaydasına uyğun aparılır. 

İddiaçının dəyişilməsi bir neçə iddiaçının birləşməsi nəticəsində yaranarsa, SMPDK-ya 

verilən ərizədə o göstərilir və ərizəyə səlahiyyətli orqan tərəfindən bu cür birləşməni 

təsdiqləyən sənədin surəti əlavə olunur. 

İddiaçının dəyişilməsi başqa səbəblərdən yaranarsa (məsələn, qanunun tətbiqi, statusun 

dəyişilməsi, məhkəmənin qərarı və s.), həmin səbəblər ərizədə göstərilir və onları təsdiqləyən 

sənədin surəti ərizəyə əlavə edilir. 

17.5. Müəyyən edilən tələblərə riayət olunduğu halda, sonrakı yazışmalar yeni iddiaçı ilə 

aparılır. 

17.6. SMPDK bu Qaydaların 17.3 bəndinin şamil edildiyi və əlavə sübutların gətirilməsinin 

zəruriliyi halında, ərizədə göstərilən və ərizəyə qoşulan materialların həqiqiliyini təsdiqləyən 

əsaslandırılmış materialları iddiaçıdan tələb edə bilər. 

17.7. İddia sənədi, ona baxılmanın istənilən mərhələsində, iddiaçının xahişi ilə, iddia 

sənədində göstərilən əmtəələrin və xidmətlərin aid olduğu siniflərin bölünməsi yolu ilə bir 

neçə iddia sənədinə ayrıla bilər. Ayrılmış iddia sənədləri ilk iddia sənədinin verildiyi tarixi və 

iddia edilmiş əmtəə nişanının ilkinliyini saxlayır (Qanunun 11-ci maddəsinin 4-cü hissəsi). 

18. İddia sənədi materialları ilə tanışlıq 

18.1. İddiaçı ekspertiza qərarında göstərilən sənədlərlə tanış ola bilər. İddiaçı iddia sənədi 

üzrə qərarı aldıqdan sonra 1 ay ərzində, müəyyən edilmiş ödənişi aparmaqla, həmin 

sənədlərin surətini tələb edə bilər (Qanunun 14-cü maddəsinin 4-cü hissəsi). 

19. İddiaçının iştirakı ilə iddia sənədinə baxılması 

19.1. İddiaçının və ya onun nümayəndəsinin iştirakı ilə iddia sənədi materiallarına baxma, 

iddia olunan nişan üzrə əlavə açıqlamaların aparılması, əmtəələrin və ya göstərilən 

xidmətlərin siyahısında dəqiqləşdirmələr və iddia olunan nişanın qeydə alma şərtləri ilə bağlı 

məsələlərə aydınlıq gətirilməsinə zərurət yarandığı təqdirdə həyata keçirilir. Bu ekspertizanın 

sorğusu və ya iddiaçının xahişi ilə, hər iki tərəfin qaldırılan məsələ ilə tanışlığından sonra 

aparılır. 

19.2. Ekspertizanın sualları iddiaçıya göndərilən sorğuda öz əksini tapır. Ekspertizanın 

sorğusuna cavab, Qanunun 11-ci maddəsinin 4, 5-ci hissələrinə uyğun olaraq, sorğunun 

alındığı tarixdən 2 ay ərzində iddiaçı tərəfindən təqdim olunmalıdır (iddiaçının özünün 

müzakirələrində iştirak edib etməməsindən asılı olmayaraq). 

İddia sənədi ilə əlaqədar iddiaçının sualları isə vəsatətlə verilə bilər. 




19.3. İddia sənədinə baxmanın tarixi və vaxtı əvvəlcədən razılaşdırılır. İddia sənədinə  

baxmaqla bağlı tərəflərdən hər hansı birinin buna imkanı olmadığı təqdirdə digər tərəf 

xəbərdar edilir. 

19.4. İddia sənədinə baxılmada nümayəndənin iştirakı bu Qaydaların 15-ci bəndində  

göstərilən şərtlərin yerinə yetirildiyi halda mümkün hesab edilir. 

20. Sorğu yolu ilə istənilən materialların təqdim olunma müddətinin uzadılması  

20.1. Qanunun 11-ci maddəsinin 6-ci hissəsinə uyğun olaraq iddiaçının verdiyi vəsatətə  

əsasən və müəyyən edilmiş əlavə rüsum ödəmək şərti ilə, sorğu yolu ilə istənilən materialların 

təqdim olunma müddəti 2 ay uzadıla bilər. 

20.2. İddiaçı müddətin uzadılması barədə vəsatəti, sorğunu aldığı tarixdən 2 ay müddət bitənə  

qədər təqdim etməlidir. 

20.3. Verilən sorğu üzrə materialların təqdim olunma müddətinin uzadılması ilə əlaqədar 

qəbul olunmuş qərar barədə iddiaçıya bildiriş göndərilir. 

20.4. İddiaçı tərəfindən müddətin uzadılması barədə vəsatət, bu Qaydaların 20.1 və 20.2 

bəndlərinə uyğun verilmədikdə və ya ödənilən rüsum müəyyən edilmiş həcmə uyğun 

gəlmədikdə materialların təqdim olunma müddəti uzadılmır və bu barədə iddiaçıya bildiriş  

göndərilir. 

21. İddia sənədinin geri götürülməsi 

21.1. Qanunun 12-ci maddəsinə uyğun olaraq iddia sənədi ona baxılmanın istənilən 

mərhələsində iddiaçının xahişi ilə geri götürülə bilər. 

21.2. Kollektiv nişan barəsində iddia sənədi yalnız həmin nişandan istifadə hüququ olan 

birliyin bütün üzvlərinin razılığı ilə geri götürülə bilər. 

21.3. İddia sənədi, iddiaçının xahişinin qəbul olunduğu barədə ona bildirişin göndərildiyi 

tarixdən geri götürülmüş hesab olunur. 

21.4. Geri götürülmüş iddia sənədi üzrə hüquqi əhəmiyyətli işlər aparılmır. 

21.5. Geri götürülmüş iddia sənədi digər iddia sənədlərinin ekspertizası zamanı nəzərə  

alınmır. 

IV fəsil 

SMPDK-DƏ İDDİA SƏNƏDİNƏ BAXILMASI 

22. İddia sənədinin qeydə alınması  

22.1. Qanunun 9-cu maddəsinin 13-cü hissəsinə uyğun gələn iddia sənədinin SMPDK-ya 

daxil olduğu tarix ərizənin verildiyi tarix sayılır. SMPDK-ya təqdim olunan ərizə ilə iddia 

sənədinə müvafiq nömrə verilir və həmin nömrə ərizədə qeyd edilir. Bununla yanaşı, ərizədə  

iddia sənədinin daxil olduğu tarix (tarixlə yanaşı iddia sənədinin daxil olduğu saat və dəqiqə) 

qeyd edilir. Eyni vaxtda ərizənin ikinci nüsxəsində (surətində) həmin göstəricilər qeyd 

olunaraq, iddiaçıya (onun patent müvəkkilinə, nümayəndəsinə) təqdim olunur. 

22.2. Azərbaycan dilində tərtib olunmayan ərizə qeydə alınmır və onu təqdim edən şəxsə  

qaytarılır. 

22.3. Qeydə alınan ərizə geri qaytarılmır. 

23. İlkin ekspertiza  

23.1. İddia sənədinin ilkin ekspertizası Qanunun 9-cu maddəsinə uyğun, iddia sənədinin 

SMPDK-ya daxil olduğu tarixdən 1 ay müddətində aparılır. 

23.2. İddia sənədinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, 

ərizəyə qoşulan zəruri sənədlərin mövcudluğu, müəyyənləşdirilmiş tələblərə uyğunluğu, o 

cümlədən aşağıdakılar yoxlanılır:  

a) əmtəə nişanı kimi qeydə alınan nişan (işarə) barədə ərizə; 

b) iddiaçının adının və ünvanının göstərilməsi

c) patent müvəkkilinin və ya iddiaçının adı və ünvanı; 

ç) iddia sənədində qeydə alınması xahiş edilən nişanın şəkli; 

d) mühafizəsi xahiş olunan əmtəələrin və xidmətlərin Nitsa təsnifatına uyğun tərtib olunmuş  




Yüklə 213,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə