Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı



Yüklə 213,7 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix16.11.2018
ölçüsü213,7 Kb.
#79873
növüQaydalar
1   2   3   4   5   6   7   8

müvafiq siniflər üzrə siyahısı; 

e) iddia olunan nişanın təsviri (əgər SMPDK-nın sorğusu üzrə təqdim olunmuşsa); 

ə) konvensiya ilkinliyi tələb olunduğu təqdirdə birinci iddia sənədinin surəti; 

f) sərgi ilkinliyinin xahiş olunmasının hüquqiliyini təsdiqləyən sənəd

g) iddia sənədinin verilməsi üçün müəyyən edilmiş rüsumun ödənildiyini təsdiqləyən sənəd; 

ğ) kollektiv nişan barəsində iddia sənədi verildikdə, kollektiv nişanın nizamnaməsi; 

h) nümayəndəyə verilmiş etibarnamə (nümayəndə olduqda); 

x) iddia sənədinə qoşulan və Azərbaycan dilində olmayan materialların Azərbaycan dilinə  

tərcüməsi; 

i) bu Qaydaların 14.1, 14.2, 14.3 bəndlərinə uyğun olaraq iddia olunan əmtəə nişanındakı  

elementlərin istifadəsinə dair iddiaçının hüququnun olmasını təsdiqləyən uyğun şəxslərin 

yazılı razılığı və ya bu cür hüquqları təsdiqləyən müvafiq sənəd. 

23.3. Bu Qaydaların 23.2 bəndinin «ə», «f», «ğ», «h», «x», «i» yarımbəndlərində göstərilən 

məlumatların və ya sənədlərin iddia sənədi materiallarında olmaması və ya onların bu 

Qaydaların tələblərinə uyğun gəlməməsi, iddia sənədinin baxılma üçün qəbul olunmasına və  

onun daxilolma tarixinin müəyyənləşdirilməsinə mane olan hal kimi qəbul edilə bilməz. 

İlkin ekspertiza nəticəsində iddia sənədi materiallarının düzgün tərtib olunmaması və ya 

həmin materiallarda qeyd olunan məlumatların, sənədlərin olmaması faktı aşkar edilərsə, 

iddiaçıya iddia sənədində dəqiqləşdirmələrin, düzəlişlərin aparılması üçün bildiriş göndərilir. 

23.4. SMPDK ilkin ekspertizanın nəticəsinə əsasən iddia sənədinin baxılmaq üçün qəbul və  

ya rədd edildiyi barədə iddiaçıya bildiriş göndərir. 

24. İddia sənədi materiallarında çatışmayan və ya düzəlişlər aparılan materiallar üzrə sorğu 

24.1. Əgər ilkin ekspertiza mərhələsində iddia sənədinin bu Qaydaların tələblərinə uyğun 

tərtib olunmadığı müəyyən edilərsə, iddiaçıya sorğu göndərməklə zəruri sənədlərin və ya 

düzgün tərtib olunmuş sənədlərin təqdim olunması bildirilir.  

24.2. Sorğunun göndərilməsinə xüsusən aşağıdakılar əsas ola bilər: 

sənədlərdə müəyyən edilmiş rüsumun səlahiyyətli təşkilatın hesabına köçürülməsi barədə  

məlumatın olmaması; 

ödənilən rüsumun müəyyən edilmiş həcmə uyğun gəlməməsi; 

ərizədə və ərizəyə qoşulan iddia sənədi materiallarında iddiaçının adının eyni olmaması; 

əmtəələrin və xidmətlərin siyahısında uyğunsuzluqlar; 

müəyyən edilmiş formata uyğun nişanın (işarənin) fotoşəklinin (mətbəə ottiskinin) lazımi  

miqdarda olmaması, onun şəklinin keyfiyyətinin aşağı olması; 

nişanın rəngli ifadədə mühafizə olunması xahiş olunduğu halda, nişanın şəklinin ağ-qara 

ifadədə təqdim olunması. 

24.3. İddiaçı tərəfindən təqdim olunan məlumatlar və ya materiallar verilən sorğuya tam 

cavab vermədiyi halda, iddiaçıya təkrar sorğu göndərilə bilər.  

24.4. İddiaçı bu Qaydaların 20-ci bəndində göstərilən müddəti pozarsa və ya ekspertizanın 

tələbinə cavab verməzsə, iddia sənədi verilməmiş sayılır və SMPDK bu barədə iddiaçıya 

bildiriş göndərir. 

25. İddia sənədinə baxılmasına dair qərarın qəbul olunması  

25.1. İddia sənədi materialları müəyyən edilmiş tələblərə uyğun gəldikdə, həmçinin verilən 

sorğuya uyğun olaraq, məlumatlar və ya sənədlər iddiaçı tərəfindən vaxtında təqdim  

olunmadıqda, iddia sənədinə baxılması barədə qərar qəbul olunur. Bu halda iddiaçıya, iddia 

sənədinin baxılmaq üçün qəbul olunması və müəyyənləşdirilmiş ilkinlik tarixi haqqında arayış  

göndərilir. 

25.2. İddiaçıya cavab üçün 2 ay vaxt verilən halların hamısında, iddia sənədi üzrə  

kargüzarlığın aparılma müddətinə nəzarət üçün SMPDK-dan sənədin göndərilmə tarixindən 

hesablamaqla 3 ay vaxt verilir. 

25.3. Əmtəə nişanını qeydə almaq üçün iddia sənədinə baxılmasına dair qərarın qəbul 




olunması barədə arayışda aşağıdakılar öz əksini tapır: 

iddia sənədinin nömrəsi, iddia sənədinin daxilolma tarixi, iddiaçının adı, ünvanı (yerləşdiyi 

yer) və iddiaçı ölkənin kodu, ilkinlik barədə məlumat, iddia olunan nişanın (işarənin) şəkli, 

iddia olunan nişanın üçölçülü formada olmasına göstəriş, iddia olunan nişanın (işarənin) aid 

edildiyi əmtəələrin və ya xidmətlərin siyahısı, iddia olunan nişanın (işarənin) kollektiv nişana 

aid olub-olmaması barədə məlumat, zəruri halda rənglərin uzlaşması (kombinasiyasına) və 

mühafizə qabiliyyəti olmayan elementlərin əmtəə nişanının mühafizəsindən çıxarılması 

barədə məlumat.  

26. İddia sənədinə baxılmanın rədd olunmasına dair qərarın qəbul olunması  

26.1. Ekspertizanın sorğusuna iddiaçının verdiyi cavabda zəruri məlumatlar və ya materiallar 

olmadıqda, iddia sənədi baxılmaq üçün qəbul olunmur və bu barədə müvafiq qərar çıxarılır. 

26.2. İddia sənədinə baxılması barədə qəbul olunmuş rədd qərarında müvafiq əsaslandırmalar 

verilir. 

27. İddia olunan nişanın (işarənin) ekspertizası  

27.1. Əmtəə nişanı kimi qeydə almaq üçün təqdim olunan iddia sənədinin ekspertizası ilkin 

ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır. İddia edilən nişanın (işarənin) 

ekspertizası gedişində Qanunun 1-ci maddəsində verilmiş «əmtəə nişanı» anlayışına, 4-cü, 5­

ci və 6-cı maddələrində və bu Qaydaların 1-5-ci bəndlərində nəzərdə tutulmuş tələblərə  

uyğunluğu yoxlanılır və onun ilkinliyi müəyyənləşdirilir. 

Qanunun 9-cu maddəsinə uyğun verilən iddia sənədinin surəti, ekspertizası, iddiaçının 

vəsatəti əsasında və ya müəyyənləşdirilmiş dövlət rüsumları ödənildikdə 1 ay ərzində  

keçirilir. 

27.2. İddia olunan nişanın (işarənin) ekspertizasının aparılması zamanı, həmçinin aşağıdakılar 

müəyyənləşdirilir: 

iddia sənədi materiallarının onlar üçün müəyyən edilmiş tələblərə (iddia sənədinin tərkibi, 

tərtibi və onlara qoşulan sənədlərə qoyulan tələblərə) uyğunluğu; 

əmtəələrin və xidmətlərin siyahısının düzgün tərtibi və onların Nitsa təsnifatına uyğun 

qruplaşdırılması; 

ilkin ekspertiza aparılması zamanı ilkinlik müəyyən edilməmişsə, Qanunun 10-cu maddəsinə  

uyğun ilkinliyin təyini. 

27.3. İddia edilən nişan üzrə ekspertizanın nəticəsi əsasında rədd qərarı qəbul etməzdən əvvəl 

iddiaçıya bu barədə müvafiq bildiriş göndərilir. İddiaçı ekspertizanın nəticəsi ilə  

razılaşmadıqda, bildiriş aldığı tarixdən 2 (iki) ay ərzində öz dəlillərini ekspertizanı aparan 

tərəfə təqdim edə bilər. 

28. Əmtəələrin və xidmətlərin siyahısının yoxlanılması  

28.1. Əmtəələrin və xidmətlərin siyahısını yoxlayarkən müəyyən edilir: 

Nitsa təsnifatının bu və ya digər sinifləri üzrə əmtəələri və ya xidmətləri işarələmək üçün 

iddiaçının əmtəələrdə və ya xidmətlərdə istifadə etdiyi terminlərin eyniləşdirilməsi 

mümkünlüyü; 

Nitsa təsnifatının sinifləri üzrə əmtəələrin və ya xidmətlərin iddiaçı tərəfindən 

qruplaşdırılmasının düzgünlüyü. 

28.2. Ekspertiza, əmtəələrin və ya xidmətlərin iddiaçı tərəfindən verilən redaksiyasında 

dəqiqləşdirmələrin aparılmasını lazım bildikdə, iddiaçıya dəqiqləşdirmələrin yerinə  

yetirilməsi üçün sorğu göndərir. 

İddiaçının verdiyi əmtəələrin və ya xidmətlərin siyahısında dəqiqləşdirmə işini ekspertiza da 

həyata keçirə bilər. İddiaçının redaksiyasında aparılan bu cür dəqiqləşdirmələr barədə ona 

bildiriş göndərilir. 

28.3. Əmtəələrə və ya xidmətlərə görə iddiaçı tərəfindən göstərilən siniflərin sayı onların 

ekspertizası üçün ödənilən rüsumla uyğunluq təşkil etmədikdə, yəni ödənilən rüsum siniflərin 

sayına görə az olduqda, rüsumun çatmayan hissəsinin ödənilməsinin zəruriliyi barədə  




Yüklə 213,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə