Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı



Yüklə 213,7 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix16.11.2018
ölçüsü213,7 Kb.
#79873
növüQaydalar
1   2   3   4   5   6   7   8

iddiaçıya bildiriş göndərilir. Bildirişdə iddiaçıya ödənilən rüsumun iddia olunan nişanının 

Nitsa təsnifatının siniflərinin sayına uyğunlaşdırılması (rüsumun qalan hissəsinin ödənilməsi 

və ya siniflərin sayının azaldılması) təklif olunur. 

28.4. İddiaçı rüsumun çatmayan hissəsinin ödənilməsindən və ya siniflərin sayının ödənilən 

rüsuma uyğun azaldılmasından imtina etdiyi halda, əmtəə nişanı kimi qeydə alınması üçün 

iddia olunan işarənin aid edildiyi və ödənilən rüsumun miqdarının uyğun gəldiyi siniflər üzrə  

ekspertiza aparılır. 

29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması  

29.1. Mütləq əsaslar üzrə qeydiyyata etiraz üçün iddia olunan nişan (işarə) yoxlanılan zaman, 

onun bu Qaydaların 4-cü bəndində göstərilən nişandan (işarədən) ibarət olub-olmaması və ya 

həmin nişanı (işarəni) özünə daxil etməsi müəyyənləşdirilir.  

İddia olunan nişan (işarə) yalnız bu Qaydaların 4-cü bəndində göstərilən nişandan (işarədən) 

ibarət olarsa, onun əmtəə nişanı kimi qeydə alınmasına yol verilə bilməz. 

29.2. İddia olunan nişan (işarə) bu Qaydaların 4-cü bəndində göstərilən və təkcə mühafizə  

olunmayan nişandan (işarədən) yox, heç olmasa aşağıda göstərilənlərdən birini özünə daxil 

etdiyi halda, aşağıdakılar müəyyənləşdirilir: 

iddia olunan nişan (işarə) bu Qaydaların 4-cü bəndinin «f», «d» yarımbəndlərində göstərilən 

nişandan (işarədən) ibarət olduğu halda, müvafiq səlahiyyətli orqanın razılığı. iddia olunan 

nişan (işarə) bu Qaydaların 4-cü bəndinin «a», «b», «e» yarımbəndlərində göstərilən nişandan 

(işarədən) ibarət olduğu halda, əmtəə nişanında bu nişanın (işarənin) əsas (üstün) yer tutması. 

İddia olunan nişandan yuxarıda qeyd edilən nişanın (işarənin) mühafizə olunmayan element 

kimi əsas yer tutması müəyyənləşdirilərkən onun mənası və ya fəza vəziyyəti nəzərə alınır. 

29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. 

İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, 

aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür 

yaradır. 

29.4. Eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: 

a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; 

b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən 

edilir; 

c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar 

əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. 

29.5. Qarışdırılacaq dərəcədə eyni və oxşar olan nişanlar üzrə məlumat axtarışı, Qanunun 6-cı  

maddəsinə və bu Qaydaların 5-ci bəndinə uyğun olaraq aşağıda göstərilən nişanlar üzrə  

aparılır: 

a) Azərbaycan Respublikasında qeydə alınan və ekspertizası aparılan əmtəə nişanına nəzərən, 

daha əvvəl ilkinliyə malik olan əmtəə nişanları və ya Azərbaycan Respublikasında həmcins  

əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə başqa şəxsin adına qeydə alınmaq üçün 

iddia olunan nişanlar. Bu zaman Qanunun 31-ci maddəsinə uyğun qeydiyyatı ləğv olunan 

əmtəə nişanları və Qanunun 12-ci maddəsinə uyğun olaraq qeydə almaq üçün verilməmiş  

sayılan iddia sənədləri nəzərə alınmır; 

b) Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında geniş tanınmış əmtəə  

nişanları; 

c) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar 

əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi  

müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə  

qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik 

tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə  

başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə  

qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; 




ç) nişanların beynəlxalq qeydiyyatına dair Madrid Sazişinə uyğun olaraq, onların beynəlxalq 

qeydiyyatı əsasında Azərbaycan Respublikasında mühafizə olunan əmtəə nişanları; 

d) coğrafi göstəricidən istifadə hüququnu əldə edən şəxsin adına qeydə alınmış əmtəə nişanına  

mühafizəsiz element kimi daxil olan hallar istisna olmaqla, Qanuna uyğun mühafizə olunan 

coğrafi göstəricilər

e) qeydə alınmış sertifikat nişanları. 

29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması  

29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar 

müqayisə edilir: 

a) sözlərdən ibarət nişanlarla (işarələrlə);  

b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) 

ilə. 


Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna 

ifadəli (semantik) ola bilər: 

29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: 

a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; 

b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; 

c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; 

ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; 

d) işarədə olan hecaların miqdarı; 

e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer

ə) kar və cingiltili tərkibin yaxınlığı; 

f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; 

g) bir nişandan (işarədən) digərinə daxil olma; 

ğ) vurğu. 

29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: 

a) ümumi görünüşlü (müşahidə) təəssüratı; 

b) şriftin növü; 

c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, 

böyük və ya sətri hərflər);  

ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; 

d) hərflərlə yazılmış sözlərin əlifbası; 

e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 

29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: 

a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini 

tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi

b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik 

məntiqi vurğuların üst-üstə düşməsi; 

c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. 

29.6.5. Bu Qaydaların 29.6.1-29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə  

də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər.  

29.7.1. Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün 

onlar aşağıdakılarla müqayisə olunur: 

a) təsviri nişanlarla (işarələrlə);  

b) həcmi nişanlarla (işarələrlə);  

c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət 

kombinasiyalı nişanlarla (işarələrlə).  

29.7.2. Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: 

a) xarici forma;  

b) simmetriyanın mövcud olması və ya olmaması; 




Yüklə 213,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə