Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı



Yüklə 213,7 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix16.11.2018
ölçüsü213,7 Kb.
#79873
növüQaydalar
1   2   3   4   5   6   7   8

c) nişanın (işarənin) mənası; 

ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); 

d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması. 

29.7.3. Bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də  

müxtəlif birləşmələrdə nəzərə alına bilər. 

29.8.1. Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla 

müqayisə edilirlər: 

a) kombinasiyalı birləşmələrlə; 

b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların 

(işarələrin) görünüşü ilə. 

29.8.2. Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1­

29.6.5 və 29.7.1-29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin  

əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması  

tətbiq olunur. 

29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu 

əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda 

yarana biləcək təsəvvürlər nəzərə alınır. 

29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən 

əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin 

hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, 

istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. 

30. Əmtəə nişanının ilkinliyinin təyini 

30.1. Əmtəə nişanının ilkinliyi Qanunun 10-cu maddəsinə uyğun olaraq, bu Qaydaların 6-14­

cü bəndlərində və Qanunun 9-cu maddəsində müəyyən edilən şərtlərin yerinə yetirildiyi halda 

iddia sənədinin SMPDK-ya daxil olduğu tarixdən müəyyən edilir. 

30.2. Bu Qaydaların 13.2-ci bəndinə uyğun olaraq konvensiya ilkinliyi xahiş olunarsa, 

aşağıdakılar yoxlanılır:  

Paris Konvensiyasının iştirakçısı olan dövlətlərə iddiaçının verdiyi birinci iddia sənədinin 

surəti. Həmin sənədin surəti iddia sənədi ilə birlikdə SMPDK-ya verilmədikdə, o, iddia 

sənədinin SMPDK-ya daxil olduğu tarixdən 3 ay ərzində təqdim olunmalıdır;  

konvensiya ilkinliyi xahiş olunan iddia sənədi SMPDK-ya verilərkən, birinci iddia sənədinin 

verildiyi tarixdən hesablamaqla, konvensiya ilkinliyindən istifadə üçün müəyyən edilmiş 6 ay 

müddət şərtinə iddiaçının riayət etməsi; 

ərizənin SMPDK-ya verildiyi tarixdən 2 ay müddətində konvensiya ilkinliyinin xahiş  

olunması barədə vəsatətin təqdim olunması; 

iddia olunan işarənin şamil edildiyi əmtəələrin və xidmətlərin birinci iddia sənədi ilə  

uyğunluq təşkil etməsi (bu zaman birinci iddia sənədində olan əmtəələrin və xidmətlərin 

hamısının iddia olunan işarədə olmaması məqbul hesab edilir); 

ilkinliyin xahiş olunması üçün müəyyən edilən rüsumun ödənilməsinə dair sənədin 

mövcudluğu. Əgər bir neçə ilkinlik xahiş olunarsa, xahiş olunan hər bir ilkinlik üçün uyğun 

rüsum ödənilir. 

30.3. Qanunun 10-cu maddəsinə uyğun olaraq sərgi ilkinliyi xahiş olunarsa, aşağıdakılar 

yoxlanılır:  

sərgi ilkinliyini təsdiqləyən sənədin mövcud olması və onun bu Qaydaların 13.2-ci bəndinin 

tələblərinə uyğunluğu; 

sərgi ilkinliyi xahiş olunan iddia sənədi SMPDK-ya verilərkən, sərgidə eksponatın açıq 

nümayişi tarixindən hesablamaqla, sərgi ilkinliyindən istifadə üçün müəyyən edilmiş 6 ay 

müddət şərtinə, iddiaçının riayət etməsi; 

sərgi ilkinliyinin təyin edilməsi üçün iddia sənədinin SMPDK-ya daxil olduğu tarixdən 3 ay 

ərzində vəsatətin verilməsi; 




iddia olunan nişanın (işarənin), sərgidə nümayiş etdirilən və sərgi ilkinliyi olan nişanla (işarə 

ilə), onun şamil edildiyi əmtəələr və xidmətlərlə uyğunluq təşkil etməsi; 

ilkinlikdən tələb olunması üçün müəyyən edilən rüsumun ödənilməsinə dair sənədin 

mövcudluğu. Əgər bir neçə ilkinlik xahiş olunarsa, xahiş olunan hər bir ilkinlik üçün uyğun 

rüsum ödənilir. 

30.4. İddiaçı tərəfindən bu Qaydaların 30.2 və 30.3 bəndlərində göstərilən tələblərin hər hansı  

biri yerinə yetirilmədiyi halda, əmtəə nişanının ilkinliyi bu Qaydaların 30.1 bəndinə uyğun 

müəyyən edilir. 

31. Əlavə materialların yoxlanması  

31.1. SMPDK-nın sorğusu üzrə iddiaçı əlavə materialları Qanunun 11-ci maddəsində və bu 

Qaydaların 19.2 yarımbəndində və 20-ci bəndində müəyyən edilmiş müddət ərzində təqdim  

etməlidir. 

Əgər iddiaçı müəyyən edilmiş müddəti pozarsa və həmin müddətin uzadılması üçün vəsatət 

təqdim etməzsə və ya sorğuya (bildirişə) cavab verməzsə, iddia sənədi verilməmiş sayılır və  

bu barədə iddiaçıya bildiriş göndərilir. 

31.2. İddiaçının şəxsi təşəbbüsü və ya SMPDK-nın sorğusu ilə təqdim olunan və baxılmaq 

üçün qəbul olunan əlavə materialların iddia sənədinin mahiyyətini dəyişməməsi yoxlanılır. 

31.3. İddia olunmuş və SMPDK tərəfindən qəbul olunmuş nişanın mahiyyətinə toxunan 

dəyişiklikləri özündə əks etdirən əlavə materiallar iddia sənədinin mahiyyətini dəyişən hesab 

edilir. Bu cür dəyişikliklərə xüsusən aid edilir: 

yazılı və ya əsas təsviri elementlərin iddia olunan işarəyə daxil edilməsi və ya ondan 

çıxarılması; 

yazılı elementlərdə fonetik və ya mənaca olunan dəyişikliklər;  

əsas təsviri elementlərdə qrafik və ya yazılı dəyişikliklər. 

31.4. Əlavə materiallar iddia sənədinin mahiyyətini dəyişən hesab edildiyi halda, həmin iddia 

sənədinin qeydə alınması və ya onun qeydə almaqdan imtina edilməsi barədə müvafiq qərar 

qəbul etməzdən əvvəl iddiaçıya bildiriş göndərilir. Bildirişdə müvafiq qərarın qəbul 

olunmasına əsas verən şərtlər qeyd edilir. 

Başqa məlumatlar ekspertizanın aparılması zamanı nəzərə alınır. 

32. Qeydə almaqdan imtina qərarı  

32.1. Qanunun 14-cü maddəsinə uyğun olaraq, iddia edilən nişanın ekspertizası nəticəsində bu 

Qaydaların 4-cü və 5-ci bəndlərinin tələblərindən hətta hər hansı birinə uyğun gəlmədiyi 

müəyyən edilərsə, onu qeydə almaqdan imtinaya dair qərar qəbul olunur və bu barədə  

iddiaçıya 10 gün ərzində bildiriş göndərilir. 

32.2. Əmtəə nişanını qeydə almaqdan imtina qərarı qəbul olunarkən, ona əsas verən hallar 

açıqlanır və zəruri halda müvafiq informasiya mənbələrinə istinad verilir.  

33. İddia sənədi barəsində ekspertizanın qərarından şikayət verilməsi 

33.1. Qanunun 15-ci maddəsinə uyğun olaraq, iddiaçı iddia olunmuş nişanın ilkin ekspertizası  

və ya ekspertizası nəticəsində qəbul olunmuş qərarla razılaşmadıqda, 3 ay müddətində  

Apellyasiya şurasına şikayət verə bilər. 

Əmtəə nişanının qeydiyyat tarixinə qədər həmcins əmtəələr və ya xidmətlərlə eyni, yaxud 

onlarla qarışdırılacaq dərəcədə oxşar və başqa şəxsə aid olan əmtəə nişanına dair iddia sənədi, 

Qanunun 10-cu maddəsinə uyğun olaraq, daha əvvəl ilkinliklə SMPDK-ya daxil olduğu 

halda, onun qeydiyyatına yenidən baxıla bilər. 

33.2. Apellyasiya şurası etiraza, daxil olduğu tarixdən 3 ay ərzində baxır. 

33.3. Qanunun 6-cı maddəsinin birinci hissəsinin "a" və "b" bəndlərinə uyğun olaraq oxşar 

əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədi əmtəə nişanının 

ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə Apellyasiya 

şurasında nəzərə alına bilər. 

33.4. İddiaçı Apellyasiya şurasının qərarını aldığı tarixdən 3 ay ərzində, həmin qərardan 




məhkəmə qaydasında şikayət verə bilər. 

34. Ötürülən müddətin bərpası 

34.1. Qanunun 16-cı maddəsinə uyğun olaraq, Apellyasiya şurasına etirazın verilmə müddəti 

iddiaçı tərəfindən ötürüldükdə, həmin müddət iddiaçının əsaslandırılmış vəsatətinə əsasən və 

əlavə dövlət rüsumu ödəmək şərtilə SMPDK tərəfindən əlavə olaraq 6 ay keçənədək bərpa 

edilə bilər. 

34.2. Ötürülən müddətin bərpasına dair əsaslandırılmış vəsatətlə birgə ekspertizanın 

tələblərinə uyğun tərtib olunmuş zəruri sənədlər və ötürülmüş müddət üçün müəyyən edilmiş 

rüsumun ödənildiyini təsdiqləyən sənəd təqdim olunmalıdır. Həmin sənədlər təqdim 

edilmədikdə vəsatət verilməmiş sayılır. 

35. Əmtəə nişanının qeydə alınması 

35.1 Qeydə alınması haqqında qərar qəbul edildikdə, iddiaçı 2 ay ərzində dövlət rüsumu 

ödədikdən sonra əmtəə nişanları qeydə alınır, onlara dair məlumat dərc edilir və şəhadətnamə 

verilir. İddiaçı müəyyən edilən müddət ərzində dövlət rüsumunu ödəmədikdə, əlavə dövlət 

rüsumu ödəmək şərtilə, ona əlavə olaraq 4 (dörd) ay möhlət verilir. Bu şərtlər yerinə 

yetirilmədiyi halda, ekspertizanın qərarı ləğv edilmiş sayılır və iddia sənədi geri çağırılmış 

hesab edilir. 

Qanunun 17-ci maddəsinə uyğun olaraq, ekspertizanın qərarına və Apellyasiya şurasının 

etirazla bağlı müsbət qərarına əsasən 1 ay ərzində SMPDK əmtəə nişanını reyestrdə qeydə 

alır. 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2004-cü il tarixli 124 nömrəli 

qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 742) 

3. 2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik 

Toplusu, 2006-cı il, № 5, maddə 463) 

4. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) 

5. 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə 6-cı, 8­

ci, 11-ci, 13.2-ci, 13.3-cü bəndlərində, III fəslin adında, 15.1-ci, 15.2-ci, 15.3-cü, 15.6-cı, 

15.7-ci, 16-cı, 16.1-ci, 16.3-cü, 17.1-ci, 17.2-ci, 17.3-cü, 17.4-cü, 17.6-cı bəndlərində, IV 

fəslin adında, 22.1-ci, 23.1-ci, 23.2-ci, 23.4-cü, 24.4-cü, 25.2-ci, 30.1-ci, 30.2-ci, 30.3-cü, 

31.1-ci, 31.2-ci, 31.3-cü, 34.1-ci və 35.1-ci bəndlərində "SMPDA" ifadəsi "SMPDK" ifadəsi 

ilə əvəz edilmişdir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-ci il tarixli 27 nömrəli qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, № 3, maddə 193) ilə 

"Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası 

Qaydaları"nda "Qısaldılan ifadələr" hissəsində "SMPDA - "Dövlət Elm və Texnika Komitəsi" 

sözləri "SMPDA - "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent 

üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir. Bu qərarla həmçinin "Əmtəə nişanlarının 



qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 6-cı, 8-ci, 11­

ci, 13.2-ci, 13.3-cü bəndlərində, III fəslinin adında, 15.1-ci, 15.2-ci, 15.3-cü, 15.6-cı, 15.7-ci, 

16-cı, 16.1-ci, 16.3-cü, 17.1-ci, 17.2-ci, 17.3-cü, 17.4-cü, 17.6-cı bəndlərində, IV fəslinin 

adında, 22.1-ci, 23.1-ci, 23.2-ci, 23.4-cü, 24.4-cü, 25.2-ci, 30.1-ci, 30.2-ci, 30.3-cü, 31.1-ci, 

31.2-ci, 31.3-cü, 34.1-ci və 35.1-ci bəndlərində "DETK" qısaldılmış ifadəsi "SMPDA" 

qısaldılmış ifadəsi ilə əvəz edilmişdir. 

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə 

"SMPDA - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət 

Agentliyi" sözləri "SMPDK - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və 

Patent üzrə Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir. 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 

5-ci bənd üzrə birinci hissənin "ç" yarımbəndi yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik 

Toplusu, 2006-cı il, № 5, maddə 463) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarının qeydə 

alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 5-ci bəndinin on 

ikinci abzasında "Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti 

yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin" sözləri 

"Mədəniyyət və Turizm Nazirliyinin" sözləri ilə əvəz edilmişdir. 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 

5-ci bənd üzrə dördüncü hissəyə "ç" yarımbəndi əlavə edilmişdir. 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 

6-cı bəndin beşinci abzasında "iddia sənədini SMPDK-ya yalnız patent müvəkkili vasitəsi ilə 

verirlər" sözləri "SMPDK ilə hüquqi əhəmiyyətli işləri yalnız patent müvəkkilləri vasitəsilə 

aparırlar" sözləri ilə əvəz edilmişdir. 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 

7-ci bənd üzrə dördüncü abzasda "və" sözündən sonra "ya" sözü əlavə edilmişdir. 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 

7-ci bənd üzrə on birinci abzasda "xidmətlərin siyahısı," sözlərindən sonra "onların" sözü 

əlavə edilmişdir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-ci il tarixli 27 nömrəli qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, № 3, maddə 193) ilə 

"Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası 

Qaydaları"nın 12.1-ci bəndində "50x50 mm" sözləri "80x80 mm" sözləri ilə əvəz edilmişdir. 

2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik 

Toplusu, 2006-cı il, № 5, maddə 463) ilə 14.3-cü yarımbəndinin ikinci abzasında 

"Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və 




Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi" sözləri "Mədəniyyət və Turizm  

Nazirliyi" sözləri ilə əvəz edilmişdir. 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə  

27.3-cü bənd əlavə edilmişdir. 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə  

29.5-ci bəndin "c" yarımbəndi yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə  

33.1-ci, 33.2-ci, 33.3-cü, 34.1-ci bəndlərdə və 35.1-ci bəndin ikinci abzasında ismin müvafiq 

hallarında "Apellyasiya komissiyası" sözləri ismin müvafiq hallarında "Apellyasiya şurası" 

sözləri ilə əvəz edilmişdir. 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə  

33-cü bənd üzrə 33.1-ci bəndin ikinci abzası yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

Əmtəə nişanının qeydə alınması barədə qərara Qanunun 10-cu maddəsinə uyğun olaraq 

yenidən baxıla bilər. 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə  

33-cü bənd üzrə 33.2-ci bənddə "2" rəqəmi "3" rəqəmi ilə əvəz edilmişdir. 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə  

33.3-cü bənd əlavə edilmişdir və 33.3-cü bənd müvafiq olaraq 33.4-cü bənd hesab edilmişdir. 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə  

34.1-ci bənddə "əsasən" sözündən sonra "və əlavə dövlət rüsumu ödəmək şərtilə" sözləri, 

ikinci halda "tərəfindən" sözündən sonra "əlavə olaraq" sözləri əlavə edilmişdir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-ci il tarixli 27 nömrəli qərarı  

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, № 3, maddə 193) ilə  

"Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası  

Qaydaları"nda "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və  

ekspertizası Qaydaları"nın 35.1-ci bəndinin birinci abzası yeni redaksiyada verilmişdi. 

Əvvəlki redaksiyada deyilirdi: 

35.1. İddiaçı əmtəə nişanının qeydə alınması, ona dair məlumatın dərci və şəhadətnamənin 

verilməsi barədə bildiriş aldığı tarixdən 2 ay ərzində dövlət rüsumu ödəməlidir. 

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 

35.1-ci bəndin birinci abzasında "iddiaçı" sözündən sonra "2 ay ərzində" sözləri əlavə 

edilmişdir və həmin abzasa ikinci və üçüncü cümlələr əlavə edilmişdir. 



Document Outline

  • Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları
  • I fəsil ÜMUMİ MÜDDƏALAR
    • 1.
    • 2.Əmtəə nişanı kimi qeydə alınan nişanlar
    • 3.Mühafizə qabiliyyətinin meyarları
    • 4.Əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsasları
    • 5.Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları
  • II fəsilİDDİA SƏNƏDİ
    • 6.İddia sənədinin verilməsi
    • 7.İddia sənədinin tərkibi
    • 8.İddia sənədinin dili
    • 9.Nüsxələrin miqdarı
    • 10.İmza
    • 11.Ərizə
    • 12.İddia olunan nişan
    • 13.Ərizəyə qoşulan sənədlərə qoyulan tələblər
    • 14.Əlavə sənədlər
  • III fəsil ƏMTƏƏ NİŞANINI QEYDƏ ALMAQ ÜÇÜN İDDİA SƏNƏDİ ÜZRƏ İŞLƏRİN SMPDK İLƏ APARILMASI
    • 15.Nümayəndənin təyini
    • 16.SMPDK ilə yazışmaların aparılması
    • 17.İddia sənədi materiallarına əlavələrin edilməsi, həmin materiallarda dəyişikliklərin və düzəlişlərin aparılması
    • 18.İddia sənədi materialları ilə tanışlıq
    • 19.İddiaçının iştirakı ilə iddia sənədinə baxılması
    • 20.Sorğu yolu ilə istənilən materialların təqdim olunma müddətinin uzadılması
    • 21.İddia sənədinin geri götürülməsi
  • IV fəsilSMPDK-DƏİDDİA SƏNƏDİNƏ BAXILMASI
    • 22.İddia sənədinin qeydə alınması
    • 23.İlkin ekspertiza
    • 24.İddia sənədi materiallarında çatışmayan və ya düzəlişlər aparılan materiallar üzrə sorğu
    • 25.İddia sənədinə baxılmasına dair qərarın qəbul olunması
    • 26.İddia sənədinə baxılmanın rədd olunmasına dair qərarın qəbul olunması
    • 27.İddia olunan nişanın (işarənin) ekspertizası
    • 28.Əmtəələrin və xidmətlərin siyahısının yoxlanılması
    • 29.İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması
    • 30.Əmtəə nişanının ilkinliyinin təyini
    • 31.Əlavə materialların yoxlanması
    • 32.Qeydə almaqdan imtina qərarı
    • 33.İddia sənədi barəsində ekspertizanın qərarından şikayət verilməsi
    • 34.Ötürülən müddətin bərpası
    • 35.Əmtəə nişanının qeydə alınması

Yüklə 213,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə