Ən qədimdən b e. III əsri I å ë ì è ë



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə14/186
tarix23.01.2018
ölçüsü3,94 Mb.
#22077
1   ...   10   11   12   13   14   15   16   17   ...   186

29 

 

Ü  ç  ü  n  c  ü  bölmə  -  "Azərbaycan  ərazisində  ilk  dövlətlər"  adlanır.  Burada 



müxtəlif  yazılı  qaynaqlardan  istifadə  edilmişdir.  Bu  dövr  tarixinin  öyrənilməsində 

mühüm rol həm də arxeoloji materiallara məxsusdur. 

Bölmədə ilkin siyasi birləşmələrin taleyi nəzərdən keçirilir. Bütöv bir fəsil bu 

bölgədə  ilk  böyük  dövlətin  -  Manna  dövlətinin  tarixinə,  Mannanın  şəhərlərinə  və 

şəhər  məişətinə,  mədəniyyətinə  həsr  edilmişdir.  E.ə.  VIII  əsrin  sonu  -  VII  əsrin 

əvvəllərində Manna bu dövrün ən qüdrətli dövlətlərindən birinə çevrilir. 

Yadelli qəsbkarlara qarşı mübarizəyə bölmədə xeyli yer verilir. 

Mannanın  madalılar tərəfindən qəsb edilməsi ilə  əlaqədar məsələlər nəzərdən 

keçirilir.  Bu  dövrdən  etibarən  bir  sıra  əsrlər  ərzində  Mada  etnik  elementi  bölgədə 

mühüm rol oynamış, yerli tayfalar tədricən qəsbkarlarla qovuşmağa başlamış, bununla 

da bu ərazidə yeni etnik birliyin - atropatenalıların əsası qoyulmuşdur. 

Bölmə  İran  Əhəməni  dövlətinin  tərkibinə  daxil  olmuş  o  dövr  Azərbaycan 

tarixinin işıqlandırılması ilə başa çatır. 

D  ö  r  d  ü  n  c  ü  bölmə  -  "Hellinizm  dövründə  Azərbaycan  ərazisində  dövlət 

qurumları" adlanır. 

Bölmənin iki fəsli Mada Atropatenasına, onun etnik, təsərrüfat, siyasi, mədəni 

tarixinə,  habelə  dininə  həsr  edilmişdir.  Qeyd  olunur  ki,  e.ə.  IV  əsrin  son  rübünün 

başlanğıcında  keçmiş  fars  canişini  Atropat,  -  öz  mənşəyinə  görə  onun  madalı 

olduğunu  güman  etməyə  əsas  var  -  əsasən  Cənubi  Azərbaycan,  İran  Kürdüstanı  və 

qismən də müasir Azərbaycan Respublikası ərazisində yerləşmiş yeni dövlətin - Kiçik 

Madanın müstəqil hökmdarına çevrilir. Sonralar bu şahlıq tez-tez öz banisinin adı ilə 

Atropatena adlandırılırdı. 

"Azərbaycan"  məfhumunun  özü  də  məhz  Aropatena//  At

a

/



u

rpatakanla 

əlaqədardır.  "Azərbaycan"  adı  öz  kökü  ilə  bu  dövrə  gedib  çıxır  və  qədim 

At

a



/

u

rpatakanın qanunauyğun dəyişmiş formasıdır. 



Sonuncu üç  fəsil antik Qafqaz  Albaniyasının  ərazi hüdudlarının  və  əhalisinin 

nəzərdən  keçirilməsinə,  onun  təsərrüfat  həyatına,  sosial  münasibətlərinə,  siyasi 

tarixinə və mədəniyyətinə həsr olunub. 

Alban  dövlətinin  meydana  çıxmasına,  Albaniyadakı  şəhərlərə,  ticarət,  pul 

dövriyyəsinə,  mədəniyyətə,  albanların  qonşularına,  Parfiya  və  Romaya  qarşı 

mübarizəyə xeyli yer verilmişdir. 

Bizi  maraqlandıran  ərazi  sakinlərinin  inkişaf  prosesi  minilliklər  boyu  qonşu, 

bəzən  isə  uzaq  ərazilərdə  yaşayan  əhalinin  tarixi  ilə  sıx  əlaqədar  getmişdir. 

Azərbaycanın ən qədim və qədim tarixi Zaqafqaziyanın digər rayonları, Qafqaz, Kiçik 

Asiya,  Mesopotamiya,  İran,  Orta  Asiya  və  Cənubi  rus  çölləri  sakinlərinin  tarixi  ilə 

qırılmaz surətdə bağlıdır. Ona görə də diyarımızın tarixini şərh edərkən bu ərazilərdə 

məskunlaşmış tayfa və xalqların da tarixinə toxunmalı olmuşuq. 




30 

 

İnstitutun böyük bir qrup tarixçi və arxeoloqlarının vətənimizin ən qədim tarixi 



məsələləri  üzrə  kollektiv  tədqiqatının  nəticəsi  olan  bu  cild  metodoloji  cəhətdən  elm 

klassiklərinin  əsərlərinə,  konkret-tarixi  cəhətdən  isə  arxeoloji  və  müxtəlif  dilli  yazılı 

qaynaqlara əsaslanır. 

Kitabın hazırlanması Azərbaycanın ən qədim və qədim tarixi üzrə Azərbaycan 

EA  Tarix  İnstitutunda  həyata  keçirilmiş,  çətin  və  çox  zəhmət  tələb  edən  tədqiqat 

işlərinin aparılmasından sonra mümkün olmuşdur. 

 



31 

 

FƏSĠL VƏ PARAQRAFLAR AġAĞIDAKI 



MÜƏLLĠFLƏR TƏRƏFĠNDƏN YAZILMIġDIR 

 

Giriş - İqrar Əliyev 



Azərbaycanın təbii-coğrafi şəraiti - B.Ə.Budaqov 

 

I BÖLMƏ 



 

DAġ DÖVRÜ. ĠBTĠDAĠ ĠCMA QURULUġU 

 

I FƏSİL. 



PALEOLĠT DÖVRÜ. ĠBTĠDAĠ OVÇULAR – YIĞICILAR 

 

Daş dövründə Azərbaycanın təbii şəraiti - Ə. V.Məmmədov 



İnsan cəmiyyətinin ən qədim inkişaf mərhələləri - M.M.Hüseynov

                                                                                                  Ə. Q. Cəfərov  

Azərbaycanın paleolit dövrü sakininin mənəvi aləmi haqqında 

                                                                             - İqrar Əliyev 

 

II FƏSİL. 



MEZOLĠT VƏ NEOLĠT DÖVRÜ. AZƏRBAYCAN 

SAKĠNLƏRĠ ĠSTEHSALEDĠCĠ TƏSƏRRÜFATIN MEYDANA 

ÇIXMASI DÖVRÜNDƏ 

 

Giriş qeydləri - İqrar Əliyev 

Mezolit abidələri. Əmək alətləri. Ox və yay. Ovçuluq. Yığıcılıq. 

Balıqçılıq - C.N.Rüstəmov  

Neolit dövrünün əkinçi-maldar qəbilələri. Əmək alətləri. Keramika 

                 - C.N.Rüstəmov  

İctimai quruluş - C.N.Rüstəmov  

Mənəvi mədəniyyət - C.N.Rüstəmov 

 

III FƏSİL. 



AZƏRBAYCANDA ENEOLĠT DÖVRÜNÜN 

ƏKĠNÇĠ-MALDAR TAYFALARI 

 

Abidələrin icmalı - İ.H.Nərimanov 

 

 

II BOLMƏ 

 

AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ TUNC DÖVRÜ. 



32 

 

ĠBTĠDAĠ-ĠCMA QURULUġUNUN DAĞILMASI 



 

IV FƏSİL. 



ĠLK TUNC DÖVRÜ. KÜR-ARAZ MƏDƏNĠYYƏTĠ

 

-  İ.H.Nərimanov 



 

V FƏSİL. 



ORTA TUNC DÖVRÜ 

İqrar Əliyev, İ.H.Nərimanov 

 

VI FƏSİL. 



SON TUNC VƏ ERKƏN DƏMĠR DÖVRÜ. ĠBTĠDAĠ- 

ĠCMA QURULUġUNUN DAĞILMASI. ERKƏN SĠNĠFLĠ 

CƏMĠYYƏT ƏRƏFƏSĠNDƏ AZƏRBAYCAN TAYFALARI 

 

Tayfalar və tayfa qrupları - İqrar Əliyev 

Abidələrin icmalı - İ.H.Nərimanov 

Yaşayış yerləri və qalaçalar - İ.H.Nərimanov 

Təsərrüfat – İ.H.Nərimanov 

Sənətkarlıq – İ.H.Nərimanov 

İctimai və mülki bərabərsizliyin güclənməsi. İbtidai icma 

quruluşunun dağılması - İ.H.Nərimanov 

Qəbilələrarası mübadilə. Xarici əlaqələr - İ.H.Nərimanov 

Mənəvi mədəniyyət və ideologiya – İ.H.Nərimanov 

Aşşurluların və elamlıların Zaqros vilayətlərinə yürüşləri -   

İqrar Əlivev 

 

VII FƏSİL. 



E.ə. II MĠNĠLLĠYĠN SONU - I MĠNĠLLĠYĠN 

BAġLANĞICINDA AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ 

ƏHALĠNĠN TƏRKĠBĠ 

-  İqrar Əliyev 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə