Ən qədimdən b e. III əsri I å ë ì è ë



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə2/186
tarix23.01.2018
ölçüsü3,94 Mb.
#22077
1   2   3   4   5   6   7   8   9   ...   186

 

G Ġ R Ġ ġ  

 

Azərbaycan  yer  üzünün  ən  qədim  mədəniyyət  mərkəzlərindən  biridir.  Onun 



ərazisinin sakinləri minilliklər ərzində yaratdıqları zəngin mədəni irs qoyub getmişlər. 

Bu irs müxtəlif tarixi qaynaqlar – maddi və yazılı abidələr əsasında öyrənilir.  

Maddi  abidələrin  öyrənilməsi  ilə  arxeologiya  məşğul  olur.  Torpaq  özündə  bu 

abidələrin tükənməz "arxivi"ni - əmək alətləri, məişət və bəzək əşyaları, silah, məskən 

qalıqları,  qəbirlər,  qədim  mədən  və  metaləritmə  yerləri,  həmçinin  başqa  şeylər 

saxlayır.  

Ona  görə  də  ayrı-ayrı  elmlərin  qovuşuğunda  dayanan  arxeologiyanın 

əhəmiyyəti  son  dərəcə  böyükdür.  Müxtəlif  elmlərin  nümayəndələri,  ilk  növbədə, 

arxeoloq,  tarixçi  və  filoloq,  fizik  və  kimyaçı,  etnoqraf  və  antropoloq,  geoloq  və 

paleontoloq,  botanik,  zooloq  və  başqaları  öz  biliklərini  "arxeologiya  mehrabı"na 

gətirirlər.  

Axtarış  zamanı  aşkara  çıxarılan  arxeoloji  abidələr qədim  dövrlərdən  başlamış 

son  orta  əsrlərədək  Azərbaycan  tarixini  daha  əsaslı  şəkildə  və  daha  dərindən 

işıqlandırmaq  imkanı  verir.  Şübhə  yoxdur  ki,  azərbaycanşünaslığın  bir  çox  mühüm 

problemlərinin həlli birbaş arxeoloji axtarışlarla bağlıdır. 

Arxeologiya  təkcə  öyrənilən  ölkənin  ilk  sakinlərinin  maddi  və  mənəvi 

mədəniyyət  səviyyəsi  haqqında  mühakimə  yürütməyə  deyil,  həm  də  məhsuldar 

qüvvələr  tarixi,  sinfi  cəmiyyətin  yaranması  və  inkişafı,  miqrasiya,  etnogenez  və  bir 

çox başqa problemlərlə bağlı  olan mühüm məsələlərin bu və ya digər dərəcədə həll 

olunmasına imkan verir. 

Arxeologiya 

diyar 


tarixinin 

məkan 


üfüqlərini,  onun  çərçivələrini 

genişləndirmiş,  bizim  nəsil  şəcərəmizin  minilliklərin  dərinliklərinə  gedən  köklərini 

izləməyə imkan vermişdir.  

Lakin  təkcə  arxeologiyanın  köməyi  ilə  sosioloji  nəticələr  çıxarmaq,  yazılı 

qaynaqlar  olmayan  dövrlərin,  o  cümlədən  ibtidai  icma  cəmiyyətinin,  necə  deyərlər, 

canlı tarixini vermək, xüsusən də ibtidai icma dövründə sosial münasibətlərin, insanın 

mənəvi  aləminin  mənzərəsinin  yaratmaq  və  s.  qeyri-mümkündür.  Maddi  abidələri 

"canlandırmaq",  onları  izah  etmək  üçün  əlavə  məlumatlar,  ilk  növbədə,  primatoloji 

müşahidələr,  paleoantropoloji  tədqiqatlar  və  əlbəttə  ki,  etnoqrafik  materialların  cəlb 

olunması zəruridir. 

Arxeoloji  materiallar,  şübhəsiz  ki,  etnoqrafik  şərh  tələb  edir,  əks  halda 

bölgənin ibtidai icma cəmiyyəti tarixinin dolğun mənzərəsini bərpa etmək çətindir. 

Bizə məlum olan antropoloji material çox az olsa da, onun böyük  əhəmiyyəti 

var. 



 

Bölgənin qədim onomastikası  (etnotoponimika  və  antroponimikası)  ən qədim 



tarixi  problemlər  dairəsinin  ayrı-ayrı  tərəflərini  başa  düşmək  üçün  müəyyən 

informasiya verə bilər. Lakin bizdə bu istiqamətdə tədqiqatlar aparılmamışdır. 

Son  zamanlar  Azərbaycan  ərazisində  aşkara  çıxarılmış  və  artıq  elmi 

dövriyyəyə  daxil  edilmiş  numizmatik  materiallar  da  tariximizin  öyrənilməsi  üçün 

böyük  əhəmiyyətə  malikdir.  Onlar  bölgənin  iqtisadi  inkişafı,  siyasi  tarixinin  bəzi 

hadisələri,  müəyyən  dərəcədə  həm  də  mədəni  səviyyəsi  haqqında  mühakimə 

yürütməyə imkan verir. 

Yazılı qaynaqların da çox böyük əhəmiyyəti var. Azərbaycan tarixi üzrə yazılı 

qaynaqları iki qrupa bölmək olar: sənədli və nəqli xarakterli qaynaqlar. 

Cənubi  Azərbaycan  və  həmsərhəd  ərazilərin  tayfaları  haqqında  məlumatlar 

verən,  ən,  qədim  qaynaqlar  Şumer-Akkad  mətnləridir.  Şumer  və  qədim  Akkad 

dillərində  tərtib  olunmuş  bütün  bu  kitabələr  e.ə.  III  minilliyə  və  II  minilliyin 

başlanğıcına aiddir. Bu mətnlərin meydana çıxması əsasən Şumer və Akkad çarlarının 

Zaqros  dağları  zonasına  yürüşlərinə,  habelə  kuti  hakimlərinin  Cənubi 

Beynənnəhreyndəki  birəsrlik  hökmranlığına  borcludur.  Ən  ilkin,  yazılı  qaynaqlar 

sırasında lullubi hökmdarlarının bir neçə qısa yerli kitabələrini də xatırlamaq lazımdır. 

Şumer-Akkad  qaynaqları  içərisindən  kuti  hakimlərinin  siyahısını,  Omina 

(əlamətlər,  nişanələr)  adlanan  bəzi  mətnləri,  o  cümlədən  kuti  və  lullubilərin 

xatırlandıqları, Şumer hakimi Utuxeqalın Mesopotamiyadakı sonuncu kuti hökmdarı 

Tirikanla  müharibəsinin  təsviri  verilmiş  mətnləri,  Zaqros  bölgəsinə  yürüşlər  etmiş 

Şumer-Akkad hökmdarlarının kitabələrini və başqalarını sadalamaq lazımdır. 

E.ə.  II  minilliyin  Elam  və  Aşşur  qaynaqları  çox  kasıbdır  və  Zaqros  zonası 

tayfaları haqqında, demək olar ki, heç bir  məlumat vermir. Aşşur qaynaqları  içərisində 

bizim  üçün  ən  vacibləri  II  Adadnerari,  II  Tukulti-Ninurta,  II  Aşşurnasirapal,  III 

Salmanasar,  V  Şamşi-Adad,  III  Adadnerari,  III  Tiqlatpalasar,  II  Sarqon,  Sinaxxerib, 

Asarxaddon və Aşşurbanipalın kitabələridir. 

Aşşur çarlarının kitabələrində çoxsaylı yürüşlərin, Azərbaycan vilayətləri və qonşu 

vilayətlərdə  məskunlaşmış  tayfaların  xarici,  müəyyən  dərəcədə  isə  daxili  siyasi  və 

iqtisadi  həyatının  gedişini  izləməyə  imkan  verən  təsvirlər  verilmişdir.  Onlarda, 

deyilənlərdən əlavə, dağlıq rayonların mürəkkəb etnik-dil mənzərəsindən baş çıxarmağa 

kömək edən xeyli onomastik material vardır. 

Aşşur  qaynaqlarının  Cənubi  Azərbaycan  vilayətləri  haqqında  məlumatları  xeyli 

dərəcədə Urartu kitabələrində mövcud olan məlumatlarla zənginləşir. 

Urmiyayanı  hövzə  vilayətlərinə  Urartu  müdaxiləsi  haqqında  e.ə.  IX  əsrin 

sonuna  aid  olan  ən  ilkin  məlumatlarda  Minua,  I  Arkişti,  II  Sarduri,  II  Argişti  bu 

rayonlara öz yürüşləri barəsində xəbər verirlər. 




Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə