Ən qədimdən b e. III əsri I å ë ì è ë



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə3/186
tarix23.01.2018
ölçüsü3,94 Mb.
#22077
1   2   3   4   5   6   7   8   9   ...   186

 

Cənubi  Azərbaycan  ərazisində  aşkara  çıxarılmış  Urartu  kitabələri  xüsusən 



Urmiyanın  hövzə  vilayətlərinin  yaşayış  məntəqələrinin  yerini  müəyyənləşdirmək  üçün 

mühüm əhəmiyyətə malikdir. 

Babil qaynaqları içərisində e.ə. VII əsrin son rübünün hadisələrini işıqlandırmağa 

imkan verən məşhur "Kedd xronikası"nın adını çəkmək lazımdır. 

Cənubi Azərbaycan haqqında bəzi məlumatları "Bibliya"dan da almaq olar. 

"Avesta"  mühüm  mənbələrdən  biridir.  Zərdüştlük  və  onunla  bağlı  olan  dini 

fəlsəfi sistemlər Cənubi Azərbaycan ərazisində min ildən xeyli artıq olan uzun bir dövr 

ərzində  yayılmışdı.  Bizim  "Avesta"ya  diqqətimiz  də  bununla  izah  olunur.  "Avesta"nın 

kanonlaşdırılmalarından  biri,  şübhəsiz  ki,  Atropatenada  bu  məmləkətin  Sasani 

səltənətinin dövlət ziyarətgahı olduğu dövrdə baş vermişdir. 

Çar I Daranın Həmədan rayonunda sıldırım qaya üzərində üç dildə yazılmış Bisütun 

kitabəsi də bizə bəzi məlumatlar verir. 

Antik yazıçılar - Miletli Hekatey, Lampsaklı Xaron, Lidiyalı Ksanf, Hellanik və b. 

əsərlərində də Azərbaycan tarixi üzrə müəyyən məlumatlar var. E.ə. VI-V əsrlərin yunan 

yazıçısı, ən qədim coğrafi xəritə əlavə olunmuş məşhur "Yerin təsviri" əsərinin müəllifi 

Miletli  Hekatey  Cənubi  Azərbaycanda  məskunlaşmış  matienlər  tayfasının,  Arazboyu 

müklərin, Kaspi dənizi sahilində yaşayan hansısa katannların adlarını çəkir. 

Şərq  haqqında  yazılmış  ilk  yunan  müəllifləri  içərisində  əsas  yer,  şübhəsiz  ki, 

"tarixin  atası"  Herodota  (e.ə.  V  əsr)  -  qədim  dövrün  böyük  tarixçisinə  mənsubdur. 

Herodotun  madahlar  (midiyalılar)  və  Mada  (Midiya),  skiflər  və  onların  Asiya 

vilayətlərinə  yürüşləri,  Azərbaycan  tayfaları  -  müklər,  utilər,  saqartilər,  matienlər, 

kaspilər, ortokoribantlar haqqında məlumatları bizim üçün vacibdir. 

Herodotun özünün bilavasitə şahidi olduğu hadisələr, habelə sorğu yolu ilə aldığı 

məlumatlar onun "Tarix"nin əsas mənbələridir. İran şahları arxivlərinin rəsmi sənədlərinə 

yol Herodot üçün ilk növbədə ona görə bağlı olmuşdur ki, o, yunan dilindən başqa heç 

bir dil bilmirdi. Lakin bəzən onun əsərlərində, nəticə etibarilə bu rəsmi sənədlərlə bağlı 

olan  məlumatlara  rast  gəlinir.  Şübhəsiz  ki,  Herodot  onlardan  üçüncü  əldən  götürməklə 

istifadə 

etmişdir.  Onun  bəzi  şeyləri  öz  sələfi  Hekateydən  götürdüyü 

müəyyənləşdirilmişdir. Bəzi səhv və xətalara baxmayaraq, Herodotun müstəsna dərəcədə 

düzlüyünə  və  vicdanlılığına  şübhə  etmək  üçün  əsas  yoxdur.  Onun  əsəri  bütövlükdə 

indinin  özünədək  tariximizin  bir  sıra  məsələləri  üzrə  ən  mühüm  qaynaqlardan  biri 

olaraq qalır. 

İyirmi  ilə  qədər  İran  sarayında  yaşamış,  Əhəmənilərin  (Haxamanişilərin)  saray 

həkimi olmuş, e.ə. V əsr müəllifi Knidli Ktesinin "Persika" əsərinin qorunub saxlanılmış 

azsaylı parçalarından isə çox şey əldə etmək mümkün deyil. 

Ktesi ayrı-ayrı hallarda ola bilsin ki, Əhəməni şah arxivinin rəsmi sənədlərindən 

istifadə  etmişdir.  Onun  əsərinin  müəyyən  məşhurluğuna  baxmayaraq,  hələ  qədim 

oxucular  orada  həqiqətə  uyğun  olmayan  çoxlu  məlumat  görə  bilmişdilər.  Ktesi  tarixçi 



 

olmadığından  xalq  ənənələrindən  istifadə  edərək,  tarixi  əsasən  bu  ənənələrin  işığında 



göründüyü  şəkildə  söyləyirdi.  "Persika"da  döyüşkən  Cənubi  Azərbaycan  tayfası 

kadusilər  haqqında  ən  qədim  məlumat  vardır.  Ola  bilsin  ki,  əsərdə  Kaspiananın  da  adı 

çəkilirmiş. 

E.ə. V-IV əsrlər müəllifi Ksenofontda da bəzi tarixi məlumatlar vardır. Onların bir 

hissəsinin kökü Herodota və Ktesiyə gedib çıxır. 

Ktesinin  bizi  maraqlandıran  məsələlər  üzrə  bəzi  məlumatları  yunanca  yazıb-

yaratmış  e.ə.  I  əsr  müəllifi  Siciliyalı  Diodorun  "Tarixi  kitabxana"sında  qorunub 

saxlanılmışdır. O, kadusi və tapürlərin torpaqlarının, Kaspiana, Kaspi dənizi və skiflərin 

adlarını çəkir, yunan-Makedoniya istilaları dövrünün hadisələrini və s. xatırlayır. 

Makedoniyalı  İskəndərin  müasiri  və  bematisti  (addımölçəni)  Amintanın,  Babil 

kahini Berosun (e.ə. IV-III əsrlər), e.ə. III əsr müəllifi Hermippin, e.ə. II əsrin məşhur 

tarixçisi, əsəri məlumatlarının xüsusi dəqiqliyi ilə seçilən, qırxkitablıq "Tarix"in müəllifi 

Polibinin  və  başqalarının  əsərlərində  bəzi  mühüm  məlumatlar  qorunub  saxlanılmışdır. 

Polibinin Atropatena barəsində məlumatları xüsusilə əhəmiyyətlidir. 

Amasiyalı  Strabonun  (e.ə.  63-cü  il  -  b.e.  23-cü  ili)  yunan  dilində  yazılmış  və 

"Coğrafiya"  adlanan  sanballı  əsəri  bizim  üçün  əvəzolunmaz  qaynaqdır.  Strabon  öz 

dövrünə  görə  yaxşı  təhsil  almış,  çoxlu  səyahət  etmiş,  müstəsna  müşahidəçiliyi  və 

dərin  zəkası  ilə  fərqlənmişdir.  Amasiyalı  müəllifin  əsərində  Makedoniyalı  İskəndərin 

müasirlərinin  və  hətta  daha  əvvəlki  müəlliflərin  əsərlərindən  başlamış  Strabonun  öz 

müasirlərinin əsərlərinədək saysız-hesabsız müxtəlif qaynaqlardan istifadə olunmuşdur. 

Strabon  Aristobulun,  Patroklun,  Eratosfenin,  Skepsili  Metrodorun,  Hipsikratın, 

Dellinin əsərləri, Roma sərkərdəsi Pompeyin e.ə. 66-65-ci illərdə Zaqafqaziya səfərində 

onun  yol  yoldaşı  Mitilenli  Feofanın  qeydləri  və  bir  sıra  digər  müəlliflərin  işləri  ilə 

tanışdır və öz "Coğrafiya"sında bu əsərlərdən bol-bol parçalar gətirir. 

Qafqazın,  ayrı-ayrı  hallarda  isə  bəzi  digər  qonşu  ölkələrin  Strabon 

"Coğrafiya"sındakı  təsviri,  ətraflılığına  görə  bu  ölkələrin  tarixi,  coğrafiyası  və 

etnoqrafiyası üzrə yeganə qaynaqdır. 

Yazıları  dövrümüzə  qədər  gəlib  çatmış  antik  müəlliflərin  heç  birində  albanlar 

haqqında  "Coğrafiya"da  verilənlər  yoxdur.  Strabonun  Atropat  Madası  və  ya 

Atropatenanın Böyük Madanın bir hissəsi olması, bu ölkənin öz adını Atropatın adından 

alması və s. kimi məlumatları müstəsna qiymətə malikdir. 

Lakin  "Coğrafiya"nın  albanlar  haqqında  danışılan  yerlərində  xeyli  ziddiyyətlərə 

də rast gəlinir ki, bu da, görünür, Albaniyanın müxtəlif vilayətlərinə aid olan və heç də 

bütövlükdə  ölkə  və  onun  əhalisini  səciyyələndirməyən  müxtəlif  dövrlü  fakt,  olay  və 

hadisələrin ümumiləşdirilməsinin nəticəsidir. 

Məşhur Roma tarixçisi, 35 kitabı və itib-batmış cildlərinin bir qədər fraqmentləri 

qorunub saxlanılmış "Roma tarixi"  əsərinin  müəllifi Tit Livi (e.ə. 59-cu il - e. 1-ci ili) 



Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə