Ən qədimdən b e. III əsri I å ë ì è ë



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə4/186
tarix23.01.2018
ölçüsü3,94 Mb.
#22077
1   2   3   4   5   6   7   8   9   ...   186

 

Roma  müdaxiləsi  dövrü  albanları  haqqında  bəzi  məlumatlar  verir,  madalılar  və 



kadusilərin adlarını çəkir. 

Tit  Livinin  müasiri  latın  müəllifi  Pompey  Troqun  əsəri  "Filippin  tarixi"  bizim 

dövrümüzə  qısa şərh şəklində -  II və  ya III  əsrdə  yaşamış Yustinin epitoması vasitəsilə 

gəlib  çatmışdır.  Pompey  Troq  əksər  hissəsi  bizə  gəlib  çatmamış  xeyli  miqdarda 

qaynaqlardan  istifadə  etmiş  və  bütövlükdə  hellinist  dünyasının  tarixi  üzrə  çox  qiymətli 

əsər  yaratmışdır.  Pompey  Troq  hellinist  tarixşünaslığında  üstün  yer  tutmuş  meylin  - 

yunan-Roma  mifologiyası  və  toponimiyası  ilə  bir  sıra  Şərq  ölkələrinin  coğrafiyası  və 

tarixinin  əlaqələri  haqqındakı  meylin  tərəfdarı  idi.  Məsələn,  romalı  müəllif  Qafqaz 

albanları haqqında məlumat verərkən onları Heraklın işləri ilə bağlayır və onların kökünü 

İtaliyaya,  Alban  dağına  aparıb  çıxarır.  Pompey  Troqanın  əsərlərində  skiflər  və  onların 

Asiyadakı  hökmranlığı,  parfiyalılar,  madalılar,  kadusilər  və  b.  haqqında  xeyli  maraqlı 

məlumatlar var. 

Müəllifi  Kvint  Kursi  Ruf  olan  "Böyük  Aleksandrın  tarixi"  bizim  mövzu  üçün 

müəyyən maraq kəsb edir. Bu müəllif öz əsərini e.ə. I əsrin sonu ilə e. I əsrinin ortaları 

arasında  yazmışdır.  Bu  əsər  kompilyasiya  olsa  da,  bizim  üçün  mühüm  əhəmiyyəti  var. 

Belə ki, burada əsərləri itmiş müəlliflərin məlumatları qorunub saxlanmışdır. 

Pomponi Melanın I əsrin ortalarında yazılmış "Yerin təsviri" adlı həcmcə kiçik 

(bütöv halda bizə gəlib çatmış cəmi üç kitab) əsərində bizim bölgənin coğrafiyası, burada 

məskunlaşmış tayfalar haqqında müxtəlif, bir hissəsi çox qiymətli məlumatlar var. Mela 

həm  qədim  müəlliflərin,  həm  də öz  müasirlərinin əsərlərindən  istifadə etmişdir. Bu da 

ona  Roma  ədəbiyyatında  coğrafiya  üzrə  bir  növ  bitkin  bir  dərslik  yaratmaq  imkanı 

vermişdir. Mela Kaspi dənizi, kaspilər, skiflər, albanlar, amardlar, kadusilər və başqaları 

haqqında danışır. 

Böyük Plininin (23/24-79-cu illər) "Təbii tarix"i bizim üçün mühüm əhəmiyyətə 

malikdir.  Demək  olar  ki,  350  yunan  və  150-dək  Roma  müəllifinin  əksəriyyəti  bizə 

gəlib çatmamış bir çox əsərindən istifadə edilərək yazılmış bu ensiklopedik xarakterli 

əsərdə Azərbaycanın təbiəti, əhalisi, burada məskunlaşmış tayfaların məişəti haqqında 

bir sıra çox qiymətli məlumatlar var. 

Albaniyanın  paytaxtı  Qəbələnin  adının  ən  ilkin  xatırlanması  Plininin  hesabına 

bizə  gəlib  çatmışdır  (Plinidə:  Kabalaka).  O,  bu  ada,  çox  güman  ki,  e.ə.  II-I  əsrlərdə 

yaşamış romalı müəllif Varronun əsərlərində rast gəlmişdir. 

Plininin qaynaqlarından danışarkən qeyd etmək lazımdır ki, bir çox hallarda o özü 

bu qaynaqların adlarını çəkir və bununla da onun bu və ya digər məlumatının xarakteri 

və 


dolğunluq  dərəcəsini  müəyyənləşdirmək  sahəsində  tədqiqatçının  işini 

yüngülləşdirir.  Plininin istifadə olunan qaynaqlara müəyyən qeyri-tənqidi yanaşmasını 

və "Təbii tarix"in mətninin pis qorunub saxlanmasını da göstərmək lazımdır. 

Albaniya  və  Atropatena,  habelə  onlarla  həmsərhəd  bölgələrdə  baş  vermiş  bəzi 

siyasi hadisələr yunan dilində yazıb-yaradan yəhudi müəllifi İosif Flavinin iki əsərində -



10 

 

"Yəhudi  müharibəsi  haqqında"  və  "Yəhudi  asari-ətiqələri"  əsərlərində  öz  əksini 



tapmışdır.  Təxminən  37-ci  ildə  doğulmuş  və  təxminən  95-ci  ildə  vəfat  etmiş  Flavi 

məşhur  kahin  nəslinə  mənsub  olmuş,  63-cü  ildən  Romada  yaşamışdır.  Flavinin  əsəri 

orijinal  deyildir,  onun  məlumatlarının  çoxu  Bibliya  və  yunan  müəlliflərindən 

götürülmüşdür. 

Roma  dövrü  tarixçilərinin  hamısından  çox  tanınanı  və  məşhuru  yunanca  yazan 

Plutarx  (46-127-ci  illər)  olmuşdur.  O,  çox  səyahət  etmiş,  məhsuldar  yazıçı  olmuşdur. 

Məşhur  "Müqayisəli  tərcümeyi-hallar"  əsəri  Plutarxa  şöhrət  gətirmişdir.  Aleksandrın, 

Sullanın, Lukullun, Antoninin və b. tərcümeyi-halları xüsusən qiymətlidir. 

Plutarxın "İsida  və  Osiris haqqında"  əsəri də  bizim  üçün  mühüm  əhəmiyyətə 

malikdir.  Müəllif  bu  əsərində  e.ə.  IV  əsrdə  yaşamış,  Makedoniyalı  Aleksandrın 

tapşırığı  ilə  zərdüştiliyin  müqəddəs  kitablarını  öyrənən  Feopompun  ardınca  gedərək 

maqların təlimi və i.a. haqqında maraqlı məlumatlar verir. 

İçərisində  "Annallar"  ("Salnamələr")  və  "Tarixlər"  kimi  xüsusilə  seçilən  çoxlu 

əsərin müəllifi, məşhur romalı tarixçi Korneli Tasit (təxminən 55-117-ci illər) də bizə 

bir sıra qiymətli məlumat çatdırmışdır. Onun  əsərlərinin  Romanın Qafqaz ölkələri,  o 

cümlədən  Albaniya,  habelə  Parfiya  ilə  münasibətlərindən  bəhs  edilən  səhifələri 

müstəsna dərəcədə mühüm qaynaqdır. 

Eramızın  II  əsrində  (95-175-ci  illər)  yaşamış,  Vifiniyanın  Nikomediya 

şəhərində doğulmuş, parlaq təhsil almış Flavi Arrianın yunanca yazılmış "Anabazis" 

("Aleksandrın  yürüşü")  əsərində  albanlar  və  Atropatena  tarixi  barəsində  nadir 

məlumatlar  qorunub  saxlanılmışdır.  Yeddi  kitabdan  ibarət  olan  "Anabazis"də  xeyli 

miqdarda müxtəlif növlü qaynaqlardan, o cümlədən rəsmi sənədlərdən (Makedoniyalı 

Aleksandrın  silahdaşı  Nearxın  məlumatlarından,  "Saray  jurnalı"ndan  və  s.)  istifadə 

edilmişdir. 

"Anabazis"ə  əsaslanaraq  albanların  e.ə.  IV  əsrin  son  otuzilliyində  tarix 

səhnəsinə  çıxdıqlarını  müəyyənləşdirmək  və  onlar  haqqında  məlumatı  Əhəməni 

dövləti  və  Makedoniyalı  Aleksandr  arasında  müharibə  ilə  əlaqələndirmək  mümkün 

olur. Arrianda Atropatena tarixi üzrə də bir sıra maraqlı məlumatlar var. 

Albanlar  haqqında  maraqlı  məlumatlara  II  əsr  müəllifi  Appianın  "Mitridatın 

müharibələri" adlı məşhur əsərində də rast gəlmək mümkündür. 

II  əsr  müəllifi  Klavdi  Ptolemeyin  "Coğrafiya  dərsliyi"ndə  Azərbaycanın 

coğrafiyası  haqqında  xeyli  material  var.  Ptolemey  bir  çox  vilayətlərin,  dağların, 

çayların, keçidlərin, şəhər, iri yaşayış məskənlərinin və xalqların adlarını çəkir. Lakin 

onun xəritəsində xeyli miqdarda təhrif və uyğunsuzluqlar vardır. 

Dion  Kassi  Kokkeianın  (təxminən  150-235-ci  illər)  "Roma  tarixi"ndə 

Atropatena  və  Albaniya  haqqında  məlumatlar  var.  Yunan  dilində  yazılmış  bu  əsərin 

səksən kitabından bütöv şəkildə ancaq iyirmi beşi (XXXVI-LX kitablar) və müəyyən 

miqdarda  fraqmentlər  qorunub  saxlanılmışdır.  Dion  Kassinin  albanlar  və 




Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə