Ən qədimdən b e. III əsri I å ë ì è ë



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə5/186
tarix23.01.2018
ölçüsü3,94 Mb.
#22077
1   2   3   4   5   6   7   8   9   ...   186

11 

 

atropatenalıların  Roma  müdaxiləsinə  qarşı  mübarizəsini  işıqlandıran  məlumatları 



bizim üçün xüsusilə maraqlıdır. 

II-V  əsrlər  müəllifləri  Eli  Qordian,  Flor,  Dionisi  Perieget,  Yuli  Solin,  Elian, 

Ammian Marsellin, Eli Spartian, Orozi, Bizanslı Stefan və  b. əsərlərində  Atropatena 

və Albaniya haqqında bir sıra mühüm məlumatlar var. 

Antik  qaynaqların  müstəsna  əhəmiyyətinə  baxmayaraq,  onlara  ehtiyatla 

yanaşmaq lazımdır, çünki antik müəlliflərin məlumatları tez-tez təsadüfi, çox vaxt isə 

ziddiyyətli xarakter daşımış və heç də həmişə dəqiqliyi ilə fərqlənməmişdir. 

Qədim Suriya, erməni və gürcü qaynaqlarının da müəyyən əhəmiyyəti vardır. 

Sovet  hakimiyyətinin  qurulmasından  əvvəl  Azərbaycanın  qədim  tarixi 

məsələləri  ilə  tək-tək  həvəskarlar  məşğul  olmuşdular.  Rus  elmində  bu  tarixə  maraq 

ancaq  Şimali  Azərbaycanın  Rusiya  tərəfindən  işğal  edilməsindən  sonra  meydana 

çıxır. 


XIX  əsrin  birinci  yarısı  Azərbaycan  tarixşünaslığının  ən  parlaq  siması  və 

əslində  ilk  Azərbaycan  tarixçisi,  "Gülüstani-İrəm"in  müəllifi,  antik,  Şərq,  Qərbi 

Avropa  və  rus  qaynaqları  və  ədəbiyyatı  əsasında  ən  qədim  dövrlərdən  əsrin 

əvvəllərinədək Azərbaycan tarixinin xülasəsini verməyə cəhd göstərmiş A.Bakıxanov 

olmuşdur. 

Qafqaz Albaniyasına həsr olunmuş ilk məqalələrdən biri Derpt Universitetinin 

professoru  F.Kruzenin  1835-ci  ildə  "Xalq  Maarifi  Nazirliyinin  jurnalı"nda  çap 

olunmuşdur.  Müəllif  öyrənilən  diyarın  keçmişini  dərk  etmək  üçün  arxeoloji 

tədqiqatların  əhəmiyyətini  qeyd  edərək,  ölkənin  zənginliklərini  canlı  boyalarla 

işıqlandırır, onun Rusiya üçün iqtisadi əhəmiyyətindən və s. danışır. 

"Ensiklopediya  leksikonu"nun  (1835-ci  il)  birinci  cildində  "Qədim  Asiya 

Albaniyası" adlı qısa qeyd çap olunmuşdur. 

Qədim  Qafqaz  Albaniyasına  həsr  edilən  öz  dövrü  üçün  ilk  ciddi  tədqiqat  rus 

alimi A.Yanovskinin 1846-cı ildə "Xalq Maarifi Nazirliyinin jurnalı"nda dərc edilmiş 

"Qədim Qafqaz Albaniyası haqqında"  əsəri olmuşdur. Burada antik və ilk orta əsrlər 

müəlliflərinin  Albaniya  haqqında  məlumatları  toplanılmış  və  təhlil  edilmiş,  ölkənin 

qədim toponimlərinin müəllif üçün müasir olan coğrafi adlarla tutuşdurulmasına və s. 

cəhd  göstərilmişdir.  A.Yanovskidə  xeyli  maraqlı  fikirlər  var,  lakin  onun  müddəa  və 

nəticələri heç də həmişə danışıqsız qəbul edilə bilməz. 

Akademik  B.A.Dornun  1875-ci  ildə  dərc  edilmiş  "Kaspi.  Qədim  rusların 

Təbəristana  yürüşləri  haqqında"  adlı  sanballı  əsərinə  daxil  edilmiş  "Qədim  Albaniya 

Ptolemeyə görə" məqaləsi polemik ruhda yazılmışdır. 

İ.Şopenin  "Qafqazın  qədim  tarixlərinə  dair  yeni  qeydlər"  kitabındakı  (SPb, 

1866)  "Aqvaniya,  Albaniya  və  Çoğa"  bölməsi  buradakı  baxışların  səthiliyi  üzündən 

zəifdir. Müəllif öz mülahizələrində mövzuya əsil elmi yanaşmadan uzaqdır. 



12 

 

XIX  əsrin  son  otuzilliyindən  başlayaraq  Şimali  Azərbaycan  ərazisində  ilk 



epizodik  arxeoloji  qazıntılar  aparılmağa  başlanmışdır.  Onlar  E.A.Ressler  tərəfindən 

başlanmış, sonralar J. de Morqan, Q.O.Rozendor, V.A.Skinder və b. tərəfindən davam 

etdirilmişdir. 

Azərbaycanın, 

o  cümlədən  Qafqaz  Albaniyasının  qədim  tarixinin 

öyrənilməsinə  Qərbi  Avropa  alimləri  K.İ.Noyman,  A.Herrman,  V.Tomaşek, 

Y.Markvart, Q.Hübşman, T.Nöldeke və b. müəyyən töhfə vermişlər. 

Xüsusi olaraq Manna tarixinə həsr edilmiş ilk tədqiqat K.Belkin 1884-cü ildə 

çapdan  çıxmış  məqaləsi  olmuşdur.  Qədim  İran  tarixinə  həsr  olunmuş  ümumi 

əsərlərdə,  yaylanın  etnik  tarixinin  bu  və  ya  digər  aspektini,  qədim  dillərini,  burada 

mövcud  olmuş  dinləri  nəzərdən  keçirən  xüsusi  tədqiqatlarda  Cənubi  Azərbaycanın 

tarixi  coğrafiyası,  etnik  və  dil  mənzərəsi,  ümumiyyətlə,  qədim  tarixi  problemlərinin 

aydınlaşdırılması  üçün  az  iş  görülməmişdi.  Bunlar  F.Şpigel,  H.Ravlinson,  F.Yusti, 

H.Vinkler, Y.Praşek, E.Meyer, Q.Hüzinq, M.Ştrek, Y.Markvart, F.Türo-Danjen və b.-

nın əsərləridir. 

Azərbaycanda  Sovet  hakimiyyətinin  qurulmasından  sonra  qədim  tarix  üzrə 

elmi  tədqiqatlar  aparılmağa  başlandı.  1920-ci  ildə  Azərbaycan  Dövlət  Muzeyi 

yaradıldı. Respublika hökumətinin vəsatəti nəticəsində Tbilisi, Moskva və Leninqrad 

muzeylərində saxlanılan Azərbaycan tarixinə aid qiymətli eksponatlar 1924-cü ildə bu 

muzeyə verildi. 

1923-cü  ildə  Azərbaycanı  Tədqiq  və Tətəbbö  Cəmiyyəti  yaradıldı.  Elə  həmin 

ildə  onun  tarix-etnoqrafiya  bölməsi  üzvlərinin  təşəbbüsü  ilə  sonralar  (1927-ci  ildə) 

"Azərbaycan  asari-ətiqələri,  incəsənət  və  təbiət  abidələrinin  mühafizəsi  komitəsi" 

(Azkomstaris) adlandırılmış Arxeologiya Komitəsi təşkil olunur. 

Qısa müddət ərzində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti respublikanın 

arxeoloji-etnoqrafik  tədqiqi,  onun  qədim  tarixinin  öyrənilməsi  üzrə  geniş  və 

məqsədyönlü  fəaliyyətə  başlayaraq,  əslində  iri  elmi  mərkəzə  çevrilən  Azərbaycan 

Dövlət  Muzeyinin  "Materialları"nda,  Azkomstarisin  "Xəbərlər"ində,  Azərbaycanı 

Tədqiq və Tətəbbö Cəmiyyətinin "Xəbərlər"i və "Əsərlər"ində ilk ciddi tədqiqatlar, o 

cümlədən diyarın qədim tarixi üzrə də xeyli materiallar dərc olundu. 

İyirminci illərdə respublikada artıq müntəzəm arxeoloji qazıntılar aparılırdı. 

Azərbaycanın qədim tarixinin öyrənilməsinin formalaşması və inkişafı rus elminin 

nümayəndələri  -  Azərbaycanın,  ilk  qədim  dövr  tarixçilərinin  müəllimləri  ilə  sıx 

əməkdaşlıq şəraitində gedirdi. Akademiklər N.Y.Marr, V.V.Bartold və İ.İ.Meşşaninovun, 

habelə  T.S.Passek,  B.A.Latınin,  A.A.Miller,  B.V.Miller,  A.A.İessen,  Y.A.Paxomov, 

V.M.Sısoyev  və  b.-nın  xidmətlərini  xüsusilə  qeyd  etmək lazımdır. Elə  bu illərdə  elmə 

milli 

kadrlar  - 



R.İsmayılov,  D.M.Şərifov,  A.K.Ələkbərov,  İ.İ.Əzimbəyov, 

İ.M.Cəfərzadə, S.M.Qazıyev və b. gəlir. 




Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə