Ən qədimdən b e. III əsri I å ë ì è ë



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə8/186
tarix23.01.2018
ölçüsü3,94 Mb.
#22077
1   ...   4   5   6   7   8   9   10   11   ...   186

17 

 

etməyə  əsas  verir  ki,  Azərbaycan,  ola  bilsin  ki,  bəşəriyyətin  ən  qədim,  ilk  vətəninin 



hüdudları daxilində olmuşdur. 

Bir  sıra  səmərəli  materiallar  seriyası  ilə  zəngin  olan  Tağlar  kompleksi 

arxeoloqlarımıza  yerli  Mustye  mədəniyyəti  (Orta  Paleolit)  inkişafının  lokal 

xüsusiyyətlərini aşkara çıxarmaq və  uzun bir dövr  ərzində bu mədəniyyətin təkamül 

mərhələlərini  izləmək  imkanı  vermişdir.  Bu  kompleks  ilk  dəfə  olaraq  Qafqazın  Ön 

Asiya vilayətləri ilə qədim mədəni əlaqələrini müəyyənləşdirmək üçün etibarlı faktik 

material  vermişdir.  Qeyd  edək  ki,  Orta  Paleolit  dövrü  Ə.Cəfərov  tərəfindən 

müvəffəqiyyətlə tədqiq edilir. 

Azərbaycan ərazisində Üst Paleolit xeyli zəif öyrənilmişdir. Bu dövrə aid olan 

materiallar  Damcılı  və  Tağlar  mağarasında,  habelə  Qazax  rayonundakı  açıqtipli 

Yataqyeri düşərgəsində tapılmışdır. 

Azərbaycan  arxeoloqları  mezolit  və  neolit  dövrünün  bəzi  abidələrini  Qazax 

rayonunda, Qobustan zonasında, Gəncə yaxınlığında (ancaq neolit) aşkara çıxarmağa 

nail  olmuşlar.  Mezolit  ve  neolit  bəşər  tarixinin  mühüm  mərhələləridir.  Bu 

mərhələlərin abidələrinin tədqiqi Azərbaycanda və bütövlükdə Zaqafqaziyada istehsal 

xarakterli  təsərrüfatın  -  əkinçilik  və  maldarlığın  başlanğıc  mənbəyini  əsil  mənada 

öyrənməyə imkan verəcəkdir. 

Bizim  arxeoloqlarımız  tərəfindən  eneolit  dövrünün  qədim  əkinçi-maldar 

tayfalarına  aid  olan  bir  sıra  abidələri  aşkara  çıxarılmışdır.  Bu  işin  ilkin  mərhələsi 

O.A.Həbibullayevin  adı  ilə  bağlıdır.  Naxçıvan  şəhəri  yaxınlığındakı  I  Kültəpə 

məskəninin  aşağı  təbəqəsindəki  qazıntı  Qafqaz  arxeologiyasında  yeni  səhifə  açmış, 

Zaqafqaziya  eneoliti  və  ilkin  əkinçilik  mədəniyyətinin  öyrənilməsinin  əsasını 

qoymuşdur. 

Kültəpə  qazıntıları,  habelə  Azərbaycanın  digər  rayonlarında,  Gürcüstan, 

Ermənistan  və  Dağıstanda  aşkara  çıxarılan  bir  sıra  ən  qədim  oturaq  əkinçiliyə  aid 

abidələr e.ə. VI-III minilliklərdə Zaqafqaziyada mədəni-tarixi proses barəsində bizim 

təsəvvürlərimizi  xeyli  dəyişir.  Bu  qazıntılar  nəticəsində  keçmiş  SSRİ-nin  cənubunda 

Orta  Asiya  və  Şimali  Qara  dəniz  sahili  mərkəzləri  ilə  yanaşı,  daha  bir  qədim  ilkin 

əkinçilik  mədəniyyəti  mərkəzini  -  Qafqaz  mərkəzini  müəyyənləşdirmək  mümkün 

oldu. 


Hazırda  Azərbaycan  Respublikası  ərazisində  yüzdən  çox  ilkin  əkinçilik 

abidələri aşkara çıxarılmışdır. Onlar Kür hövzəsi, Mil-Qarabağ düzü, Muğan və Araz 

zonasında qeydə alınmış və xeyli dərəcədə öyrənilmişdir. Onların tədqiqində başlıca 

rol İ.H.Nərimanova məxsusdur. Cənubi Azərbaycanda da çox maraqlı ilkin əkinçilik 

kompleksləri qrupu məlumdur. 

Naxçıvan  MR  və  Kiçik  Qafqazın  cənub-şərq  ətəklərində  -Qaraköpəktəpə, 

Günəştəpə, Leylatəpəsi, Ovçulartəpəsi və b. yerlərdəki qazıntılar tuncdan istifadənin 

başlanğıcında  Azərbaycan  ərazisindəki  qədim  tayfaların  mədəni-tarixi  inkişafının 




18 

 

düzgün  mənzərəsini  təsəvvür  etməyə,  Şərqi  Zaqafqaziya  sakinlərinin  Şimali  Qafqaz 



tayfaları ilə,  Zaqafqaziya  və  Qədim Şərqin  həmsərhəd ölkələri ilə  əlaqələrini aşkara 

çıxarmağa imkan yaradan çox zəngin materiallar vermişdir. 

Üzərliktəpədə,  Qaraköpəktəpədə,  Qobustanda,  Şəki  rayonunun  kurqanlarında 

və b. yerlərdə aşkara çıxarılmış orta tunc dövrü materialları maraqlıdır. Azərbaycanın 

orta tunc dövrünü V.H.Əliyev tədqiq edir. 

Son tunc və ilkin dəmir dövrləri mədəniyyətini səciyyələndirən materiallar da 

çoxdur. 

Skif  və  Əhəməni  dövrlərinin  və  b.  materialların  öyrənilməsi  üçün  də  az  iş 

görülməmişdir. 

50-ci  illərdən  başlayaraq  antik  Azərbaycanın  arxeoloji  cəhətdən  öyrənilməsi 

sahəsində  intensiv  iş  aparılır.  Bu  zaman  qədim  şəhər  yerləri  və  qəbir  abidələrinin 

tədqiqinə  xüsusi  diqqət  yetirilir.  Qazax,  Xınıslı  (Şamaxı  yaxınlığında),  antik  Qafqaz 

Albaniyasının baş şəhəri olan Qəbələ (Qəbələ rayonunda) zonalarında və i.a. yerlərdə 

qazıntılar aparılmış və əldə edilən materiallar öyrənilmişdir. Arxeoloji ekspedisiyalar 

tərəfindən  xüsusi  və  xülasə  xarakterli  əsərlərdə  nəşr  olunmuş  xeyli  material 

toplanılmışdır.  Bu  sahədə  İ.Əliyev,  S.M.Qazıyev,  Ö.T.İsmizadə,  Q.M.Aslanov, 

İ.A.Babayev,  C.A.Xəlilov,  F.A.Osmanov,  F.Z.Qədirov  və  b.  böyük  xidməti  var. 

Lakin əldə olunmuş materialın xeyli hissəsi hələ də tarixi şərhini gözləyir. 

Qəbələ qazıntıları, habelə digər qədim şəhər yerlərində aparılan kəşfiyyat işləri 

nəticəsində 

antik  Albaniyadakı  urbanizasiya  prosesinin  ümumi  cizgiləri 

müəyyənləşməyə  başlayır.  Müəyyən  edilmişdir  ki,  bəzi  məskənlər  məhz  ilkin 

hellinizm dövründə Alban dövlətinin meydana çıxması zamanı şəhərlərə çevrilmişdir. 

Bu şəhərlər ölkənin siyasi-iqtisadi və mədəni mərkəzləri olmuşlar. 

50-ci illərdən etibarən respublikada Azərbaycanın qədim tarixinin öyrənilməsi 

sahəsində  elmi  tədqiqatların  problematikası  xeyli  genişlənir.  Mixi  yazılı  abidələrin, 

Avestanın,  antik  müəlliflərin  və  digər  yazılı  qaynaqların  tədqiqinə  maraq  artır. 

Azərbaycanın qədim tarixinin tədqiqindəki uğurlara görə biz akademik V.V.Struveyə 

borcluyuq. Azərbaycan tarix elmində elə ilk addımlarından respublikanın aparıcı elm 

və  mədəniyyət  xadimləri  tərəfindən  müdafiə  olunan  bu  yeni  istiqamətin  meydana 

çıxmasının  özü  ilk  növbədə  Azərbaycan  ərazisində  sinfi  cəmiyyətlər  və  dövlətlərin 

meydana  çıxması  və  inkişafı  ilə,  Azərbaycan  xalqının  etnogenezi,  etnik  tarixi  və 

qədim mədəniyyətinin məsələləri ilə bağlı olan köklü, ümumi və xüsusi problemlərini 

aydınlaşdırmaq  məqsədi  daşıyırdı.  Azərbaycan  ərazisində  və  onunla  həmhüdud 

rayonlarda  ilk  dövlət  qurumları  olmuş  Madanın  (Midiya),  bir  qədər  sonra  isə 

Albaniya və Manna tarixinin tədqiqinə başlanıldı. 

Sovet  elmində  Azərbaycan  xalqının  tarixi  ilə  sıx  surətdə  bağlı  olan  müstəqil 

mövzu kimi Mada (Midiya) tarixi ilə ilk dəfə İ.H.Əliyev məşğul olmuşdur. O, 1951-ci 

ildə  "Mada  tarixinin  qısa  oçerki"ni    Azərbaycan  dilində    nəşr  etdirmişdir.      Burada 



Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə