Ən qədimdən b e. III əsri I å ë ì è ë



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə9/186
tarix23.01.2018
ölçüsü3,94 Mb.
#22077
1   ...   5   6   7   8   9   10   11   12   ...   186

19 

 

Mada  cəmiyyəti  tarixinin  ilkin  konsepsiyasının  verilməsinə,  Mada  dövlətinin 



yarandığı  dövrdəki  tarixi  şəraitin  göstərilməsinə  cəhd  edilmişdir.  Müəllif  ictimai 

münasibətlərə  xüsusi  diqqət  yetirir,  sülalə  tarixini  bərpa  etməyə  cəhd  göstərir, 

madalıların  Aşşur  (Assuriya)  dövləti  ilə  mübarizəsinə  böyük  yer  verir,  madalıların 

mədəniyyət  tarixi  məsələlərini  nəzərdən  keçirir.  1956-cı  ildə  "Azərbaycanın  qədim 

tarixi üzrə  oçerklər"  nəşr edilmişdir ki,  burada  İ.Əliyev  madalıların tarixəqədərki və 

tarixi məsələlərinə, onların etnogenezinə, İran yaylasının qərb vilayətlərinin ən qədim 

sakinlərinin dillərinə, Manna tarixinə xüsusi diqqət yetirir. 

50-ci  illərin  tarix  elmində  Mada  problematikası  ilə  yanaşı,  "Avesta"nın 

öyrənilməsinə də müəyyən diqqət yetirilirdi. 

50-ci  illərin  başlanğıcı  və  ortalarında  Azərbaycanın  qədim  tarixi  sahəsində 

aparılan  tədqiqat  işlərinə  ümumi  qiymət  verərkən  qeyd  etməmək  olmaz  ki,  bu  iş 

müəyyən dərəcədə birtərəfli aparılırdı; burada Mada tarixi problemlərinə maraq açıq-

aşkar hər şeyi üstələyir ki, bu da Manna, Atropatena və Albaniya tarixi ilə bağlı olan 

mövzuları  arxa  plana  çəkmişdi.  Tədqiqatçılar  Azərbaycanda  məskunlaşmış  qədim 

tayfaların sosial-iqtisadi problemlərini  əslində  kölgədə  qoyaraq,  əsasən siyasi tarixlə 

məşğul  olurdular.  Göstərilən  dövrün  əsərlərində  Azərbaycanın  qədim  sakinlərinin 

etnik tarixinin ayrı-ayrı məsələləri hərtərəfli işıqlandırılmamışdır. Eyni zamanda 50-ci 

illərin  başlanğıcı  və  ortaları  tədqiqat  işlərinin  yüksək  gərginliyi,  axtarışlara  böyük 

həvəslə  əlamətdardır.  Bu,  bizim  tarix  elmimizin  daha  da  inkişaf  etdiyi  dövrdür.  Bir 

çox  tarixçi  və  arxeoloqlarımızın  səyi  sayəsində  Azərbaycanın  qədim  tarixi  Qədim 

Şərq ölkələri tarixi çərçivəsinə daxil edilir. 

Xarici  ölkə  alimlərinin  tədqiqatları  da  əhəmiyyətlidir.  Arazdan  o  yandakı 

ərazilərdə  aparılan  qazıntılar  rəngarəng  və  qiymətli  materiallar  verdi.  Burada  İran, 

ABŞ,  İngiltərə,  AFR,  Yaponiya,  Belçika  və  başqa  ölkələrin  institutları,  arxeoloji 

missiyaları tədqiqatlar aparır və öz qazıntılarının materiallarını müntəzəm olaraq çap 

etdirirlər. 

Yanıqtəpə,  Pişdəlitəpə,  Dingətəpə,  Dəlmətəpə,  Dəyləmən,  Marlik,  Kaluraz, 

Həsənlitəpə  və  b.  obyektlərdə  aparılmış  qazıntılar  böyük  əhəmiyyət  kəsb  edir.  Bu 

qazıntıların  materialları  C.Barney,  M.  Van  Lun,  Y.V.Klays,  O.Muskarella, 

R.Girşman,  L.Vanden  Berge,  S.Fukay,  S.Masuda,  T.Sono  və  b.  tərəfindən  dərc 

edilmişdir. 

Mədəni layları e.ə. IV minillikdən islamaqədərki dövrü əhatə edən Həsənlidəki 

qazıntılar  böyük  maraq  doğurur.  Burada  qazıntılar  1956-ci  ildən  R.Daysonun 

rəhbərliyi  altında  Pensilvaniya  Universiteti  və  İran  Arxeologiya  İdarəsinin  birgə 

ekspedisiyası tərəfindən aparılmağa başlanmışdır. 

Həsənlinin  arxeoloji  materialı  Cənubi  Azərbaycanın  qədim  tarixinin 

öyrənilməsi üçün çox böyük əhəmiyyətə malikdir. Bu qazıntılar bizə təpə sakinlərinin 

təsərrüfat  həyatının  müxtəlif  sahələri,  sənətkarlıq  istehsalı,  şəhərsalma,  incəsənəti  və 




20 

 

s.  haqqında  mühakimə  yürütmək  imkanı  verir.  Həsənlidə  üzərində  mifoloji  təsvirlər 



olan, barəsində çox yazılmış məşhur cam da tapılmışdır. 

Marlik və Kalurazdakı qazıntılar, habelə Amlaşdakı təsadüfi tapıntılar maraqlı 

materiallar vermişdir. 

Marlikdəki  qədim  qəbiristanlıq  1961-1962-ci  illərdə  E.O.Negahbanın 

rəhbərliyi  altında  Tehran  Universiteti  və  İran  Arxeologiya  Xidmətinin  ekspedisiyası 

tərəfindən  qazılmışdır.  E.O.Negahban  ancaq  ilkin  hesabat  və  bir  neçə  məqalə  dərc 

etdirmişdir.  Materialın  məhdudluğuna,  habelə  mühüm  metodik  qüsurlara  və  s. 

baxmayaraq,  Marlik  haqqında  indi  ümumi  təsəvvür  əldə  etmək  mümkündür.  Güman 

edirlər  ki,  bu,  "Marlik  şahlığı"nın  şah  qəbiristanlığıdır.  Nekropolun  səciyyəvi 

xüsusiyyəti  çox  zəngin  dəfn  avadanlığı  və  basdırılmış  atlardan  ibarətdir.  Qəbiristan 

e.ə.  II  minilliyin  sonu  -  I  minilliyin  əvvəllərinə  aid  edilir.  Luristan,  Türkmənistanın 

cənub-qərb  vilayətləri  və  Talış,  habelə  Şərqi  və  Mərkəzi  Zaqafqaziyada  Marlik 

materialına oxşar materiallar vardır. 

60-cı  illərin  əvvəllərində  Cənubi  Azərbaycan  ərazisində  geniş  kəşfiyyat  işləri 

aparılmağa başlandı. K.Şippmann və V.Klays bu kəşfiyyat işlərinin daimi iştirakçıları 

olmuşlar. 

Əli Hakiminin rəhbərliyi altında İran Arxeologiya Cəmiyyəti tərəfindən 1967-

ci  ildən  başlayaraq  Kalurazda  aşkara  çıxarılmış  e.ə.  II  minilliyin  sonu  -  I  minilliyin 

əvvəllərinə  aid  olan  abidələr  antik  müəlliflərə  görə,  Səfidrud  çayı  vadisində 

məskunlaşmış  mardlarla  bağlıdır.  Marlikdə  olduğu  kimi,  burada  da  basdırılmış  at 

skeletləri tapılmışdır. 

Yapon arxeoloqlarının Deyləməndəki qazıntıları maraqlı material vermişdir. O 

cümlədən  Şimali  Qafqaz  və  Mingəçevir  zonasının  alan  katakombaları  ilə 

əlaqələndirilən  bir  sıra  maddi  mədəniyyət  abidələri  olan  katakomba  qəbirləri  aşkara 

çıxarılmışdır.  Yeri  gəlmişkən,  alanların  Atropatenaya  yazılı  qaynaqlarda  xatırlanan 

basqınları  zamanına  görə  N.Eqami  və  b.  tərəfindən  dərc  olunmuş  Deyləmən 

katakomba qəbirləri ilə sinxrondur. 

Yazılı  qaynaqlarda  nisbətən  yaxşı  əks  olunmuş  Cənubi  Azərbaycan 

vilayətlərinə  Urartu  müdaxiləsi  son  illərdə  arxeoloji  cəhətdən  də  qədim  qalalar  və 

digər  obyektlərin  qazıntıları  ilə  təsdiq  olunmuşdur.  Lakin  elə  həmin  qazıntılardan 

məlum  olur  ki,  urartuluların  Urmiyayanı  və  qonşu  rayonlara  soxulması  müvəqqəti 

olmuşdur.  Bu  materialların  xeyli  hissəsi  "Arshaeologische  Mitteilungen  aus  Iran"ın 

müxtəlif cildlərində nəşr olunmuşdur. 

Cənubi Azərbaycanın qərb rayonlarının qədim maddi mədəniyyət abidələrinin 

geniş xülasəsi V.Klays tərəfindən verilmişdir. 

V.B.Henninq,  J.Dümezil,  H.V.Beyli,  İ.Gerşeviç,  M.Mayrhofer,  R.Şmit, 

M.Boys,  A.Videnqren,  A.Kammenhuber,  J.Düşen-Giyemin,  R.Fray,  V.İ.Abayev, 

M.M.Dyakonov,  İ.M.Dyakonov,  M.A.Dandamayev,  V.Q.Lukonin,  E.A.Qrantovski, 




Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə