41
Azərbaycanın dağ meşələri altında dağ-meşə torpaqları, yüksək qələvili torpaq
tipləri inkişaf etmişdir. Lənkəran dağlarının Xəzər dənizinə doğru istiqamətlənmiş
cənub-şərq yamaclarında dağ-sarı, yuxa və podzollu torpaqlar geniş sahə tutur.
Cənubi Azərbaycanın torpaq örtüyü arid iqlim və kəskin parçalanmış relyef
şəraitində formalaşmışdır. Alçaq dağlıq ərazilərdə tipik və açıq-sarı, əksər hallarda
skeletli torpaqlar əmələ gəlmişdir. Tipik boz torpaqlar yüksək dağarası çökəkliklərin
allüvial-prolüvial mənşəli çöküntüləri üzərində yayılmışdır.
Cənubi Azərbaycanda qəhvəyi torpaqlar geniş ərazini örtür. Maqmatik
vulkanların püskürməsi nəticəsində yaranan effuziv və intruziv süxurlar üzərində
əmələ gəlmiş torpaqlar mikroelementlərlə zəngin olduqlarından onların məhsuldarlığı
yüksək olur. Qarabağ vulkanik yaylasını, Savalan və Səhənd dağlarının yamaclarını
buna misal çəkmək olar.
İqlim şəraitinin kontinentalvarı və quraq keçməsilə əlaqədar Cənubi
Azərbaycandakı dağ yamaclarında seyrək kserofit kolluqları və yarımkol friqonoid
bitkiləri geniş sahə tutur. Dağarası Çökəkliklərdə və maili düzənliklərdə quru çöl və
yarımsəhra bitkiləri inkişaf etmişdir. Qotur-Musalan dağ silsiləsinin şərq
yamaclarında enliyarpaqlı meşələr, bozqır və friqonoid bitkilərindən ibarət kolluqlar
yayılmışdır. Xəzər dənizinin sahili boyu Üçüncü dövrün dəmirağacı, şabalıdyarpaq
palıd, dzelkva və bu kimi relikt bitkilərindən ibarət subtropik meşələr inkişaf etmişdir.
Yüksək dağlığın qayalıq hissələrində bezoar keçiləri, muflonlar məskunlaşıb.
Dağ-meşə qurşağında daşlıq dələsi, meşə dələsi, ayı, vaşaq, meşə pişiyi, bəzən bəbir,
muflon (dağ qoyunu), cüyür, çöl donuzu (qaban), tetra quşu, göyərçin, ular və b.
vardır. Yarımsəhra şəraitində qırmızıquyruq siçan, oxlu kirpi, nutriya, gürzə, turac,
kəklik, köçəri quşlar və bir çox başqa heyvanlar yaşayır.
Azərbaycanın daimi və müvəqqəti qoruqlarında nadir heyvan növləri (ceyran,
bezoar keçisi, muflon, cüyür (əlik), xallı maral, sayqak, maral, kövkər və b.), relikt və
endemik meşə bitkiləri, eləcə də landşaft kompleksləri mühafizə olunur. Bu qoruqlara
Qızılağac, Zaqatala, Göygöl, Bəsitçay, Şirvan, Qarayazı, Pirqulu, Turyançay, Hirkan
və başqa qoruqlar aiddir.
Azərbaycan ərazisində müxtəlif yüksəklik diapazonlarında yaranmış mürəkkəb
təbii şərait, ayrı-ayrı təbii coğrafi komponentlər arasında baş verən qarşılıqlı əlaqə və
təsir nəticəsində on bir landşaft tipi və yarımtipi yaranmışdır.
Dağlıq ərazilərdə şiddətli parçalanmış yüksək dağlığın subnival, qismən nival-
buzlaq, yüksək dağlığın çəmənlik landşaftı vardır. Orta dağlığın enliyarpaqlı meşə və
meşədən sonrakı çəmən-çöl, orta dağlığın dağ kserofit (friqonoid) landşaftları
mövcuddur. Dağ ətəklərinin enliyarpaqlı meşə, alçaq dağlığın kserofit, quru çöl və
arid meşə, çöl və yarımsəhra landşaftları geniş sahəni əhatə edir.
Düzənlik ərazilərdə ovalıq və düzənliklərin meşə-çəmən, quru-çöl və
yarımsəhra landşaftları inkişaf etmişdir.
42
BĠRĠNCĠ BÖLMƏ
DAġ DÖVRÜ.
ĠBTĠDAĠ ĠCMA QURULUġU
I FƏSİL
PALEOLĠT DÖVRÜ.
ĠBTĠDAĠ OVÇULAR – YIĞICILAR
DaĢ dövründə Azərbaycanın təbii Ģəraiti. İnsanın və cəmiyyətin
formalaşması və inkişafı təbii mühitin inkişafı ilə yanaşı və sıx əlaqədə getmişdir.
Külli miqdarda paleolit abidələrinin tədqiqi nəticəsində təbiətin, insanın və
onun maddi mədəniyyətinin inkişafında müşahidə olunan əsas hadisələr arasında sıx
qarşılıqlı əlaqələrin mövcud olması müəyyən edilmişdir. Təbiət ibtidai insanlann
məskəni və qida mənbəyi olmaqla bərabər onların demək olar ki, bütün həyat
sahələrinə, hətta antropogenez prosesinə, yayılmasına, təsərrüfat xüsusiyyətlərinə,
məişətinə, geyimlərinə belə ciddi təsir göstərmişdir. Antropogenezdə təbiətin rolu
əsasən hominidlərin bioloji potensialına stimulvermə və seleksiyaetmə təsirindən
ibarət olmuşdur. Xüsusən cəmiyyət tarixinin başlanğıc mərhələsində təbii amillərin
insanlara təsiri daha güclü olmuşdur. Təbiətlə insan arasındakı qarşılıqlı
münasibətlərin inkişafı təbiətin cəmiyyətin inkişafına təsirinin tədricən zəifləməsi
istiqamətində getmişdir. Sosial tərəqqi nəticəsində insanın təcavüzü getdikcə artmış,
mütərəqqi hal almış və mürəkkəbləşmişdir.
Yer kürəsinin digər bölgələrində olduğu kimi, Azərbaycan ərazisində də təbii
şərait sabit qalmamışdır. Xüsusən ibtidai insanların yaşadığı daş dövründə təbiət
dəyişilmələri daha kəskin xarakter almışdır.
Qərbi Azərbaycanda üst miosen-erkən pliosen yaşlı çöküntü qatlarında tapılan
fauna və flora qalıqları göstərir ki, həmin geoloji dövrlərdə (7 mln il bundan əvvəldən
3,2 mln il əvvələdək) ərazidə isti iqlim şəraiti hökm sürmüşdür. Burada savanna tipli
meşə-çöl landşaftı olmuşdur. Böyük və Kiçik Qafqaz dağlarının yamacları
həmişəyaşıl ağaclarla, zəngin enliyarpaqlı meşələrlə örtülü olmuşdur. Heyvanat
aləmi də olduqca zəngin idi. Dağətəyi və düzənlik ərazilərdə insanabənzər meymun,
kərgədan, zürafə, dəvəquşu və digər tropik və subtropik iqlim şəraitinə xas olan
heyvan sürüləri mövcud olmuşdur. Meşələrdə müasir dövrdə yaşayan ağac növlərilə