Endokrinologiya 1 Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakı hansı əlamətlər xarakterik deyil?


) Hansı xəstəlik zamanı tireotoksikoz qeyri-adi gedişata malikdir?



Yüklə 2,45 Mb.
səhifə4/19
tarix06.05.2018
ölçüsü2,45 Mb.
#42489
1   2   3   4   5   6   7   8   9   ...   19

210) Hansı xəstəlik zamanı tireotoksikoz qeyri-adi gedişata malikdir?
A) Tireotoksik adenoma

B) Xasimoto tireoiditi

C) Yarımkəskin tireoidit

D) Apatetik tireotoksikoz

E) Tireotropinoma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
211) Radiasion tireoidit üzrə risk qrupuna daxil olan insanların orqanizminə hansı preparat daxil olmalıdır?
A) Stronsiy

B) Poloniy

C) Ceziy

D) 131J


E) Uran
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
212) Qalxanvari vəzinin C-hüceyrələri nə sintez edir?
A) Tiroksin

B) Reversiv triyodtironin

C) Tireokalsitonin

D) Tireoqlobulin

E) Triyodtironin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
213) Kalsitonin nə təsir qöstərir?
A) Hidroksiprolinin sidik ilə ekskresiyasını artırır

B) Qanda Ca miqdarını artırır

C) Qanda Ca miqdarını azaldır

D) Qələvi fosfatazanın aktivliyini artırır

E) Qanda F miqdarını artırır
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
214) Qalxanvari vəzin şüalanması nəticəsində hansı xəstəlik yarana bilər?
A) Birincili hipotireoz

B) Qalxanvari vəzin xərçəngi

C) Ridel uru

D) Lanqans struması

E) Xasimoto uru
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
215) Kəskin tireoiditin klinikasına hansı simptom aid deyil?
A) Fluktuasiya

B) Yuxuluq

C) Qalxanvari vəzidə qulağa, çənəyə irradiasiya edən ağrılar

D) Qalxanvari vəzin üzərində dərinin hiperemiyası və ağrılı olması

E) Kəskin başlanğıc və hüksək hərarət 39-40º C
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
216) Qalxanvari vəzin medullyar xərçəngi hansı hüceyrələrdən əmələ gəlir?
A) C-hüceyrələrdən (parafollikulyar)

B) B-hüceyrələrdən (Aşkenazi)

C) Yastıepiteliy hüceyrələrindən

D) Qürtl hüceyrələrindən

E) A-hüceyrələrdən (follikulyar)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
217) Tireoliberin nəyin sekresiyasını artırır?
A) Prolaktinin

B) Adrenalinin

C) STH-un

D) FSH-un

E) AKTH-un
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
218) Qalxanvari vəzin xərçənqinin yaranmasının risk faktorlarına hansı aid deyil?
A) Anamnezdə boyun nahiyəsinin şualanması

B) Tireoid hormonların qəbulu

C) Ailədə qalxanvari vəzin xərçənqi hallarının rast qəlməsi

D) Radiasiyanın təsiri

E) Çoxdüyünlü ur
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
219) 25 yaşlı qadın son 6 ay ərzində 10 kq arığlamadan şikayət edir. Obyektiv müayinədə-əsəbidir və narahatdır. Əllərin nəm olması və əsməsi nəzərə çarpır. Bədənin h-ti -37.4 C, PS -105 vur/dəq, AT – 135/75 mm.c.s. Laborator müayinələr: Na 141 mmol/L, Ka 4.2 mmol/L, qlyukoza 78 mq/dL, kreatinin 0.8 mq/dL. Digər laborator göstəricilər hansılardır?
A) Qastrinin 200 pq/ml qədər artması

B) T4 14 mkq/dl qədər artması

C) Kortizolun 40 mkq/dl qədər artması

D) Katexolaminlərin sidik ilə ekskresiyasının artması (500 mkq/sut)

E) Antinuclear anticismlərinin artması
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Медицина», Москва, 2004
220) 49 yaşlı qadın soyuqluq hissindən, bədən çəkisinin artmasından (4 kg bir ayda) və halsızlıqdan şikayət edir. Obyektiv müayinə zamanı dərinin quruluğu, kobudlaşması və saçların tökülməsi aşkarlanıb. Laborator müayinələr: TSH -11, 7 mU/l, T4 – 2,1 mkq/dl. Mumkün diaqnoz hansıdır?
A) Diffuz toksiki ur

B) Papilyar karsinoma

C) Yarımkəskin tireoidit

D) Tireoidit Xasimoto (son mərhələ)

E) Düyünlü ur
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Медицина», Москва, 2004
221) 28 yaşlı qadın son ay daim istilik hissindən, əsəbilikdən və hava çatışmazlığından şikayət edır. İştahı artıb amma 5 kg arıqlayıb. Obyektiv müayinə zamanı bədənin temperaturu 37.5º C, PS 101 vur/dəq., AT 145/85 mm.c.s. Laborator müayinələr hansı dəyişiliklərin aşkarlaya bilər?
A) İnsulinin azalması

B) Kalsitonin artması

C) TSH azalması

D) Katexolaminlərin artması

E) AKTH artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
222) Subklinik hipertireoz üçün tireoid hormonların hansı qöstəriciləri xarakterikdir?
A) Tireoqlobulinin səviyyəsinin artması

B) TSH artması, dəyişilməmiş Т3 və Т4

C) TSH azalması, dəyişilməmiş Т3 və Т4

D) TSH artması, dəyişilməmiş Т3 və azalmış Т4

E) TSH azalması, dəyişilməmiş Т3 və azalmış Т4
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
223) Ssıntiqrafiya hansı xəstəliyin təyini üçün əsas muayinə üsuludur?
A) Xasimoto tireoiditi üçün

B) Diffuz toksiki ur üçün

C) Yarımkəskin tireoidit üçün

D) Qalxanvari vəzin xərçənqi üçün

E) Qalxanvari vəzin tireotoksik adenoması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
224) Qalxanvari vəzin xərçənqinin təyini üçün əsas informativ muayinə?
A) Qalxanvari vəzin palpasiyası

B) Qalxanvari vəzin biopsiyası

C) Qalxanvari vəzin ssıntiqrafiyası

D) Qalxanvari vəzin KT

E) Qalxanvari vəzin USM
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
225) 58 yaşlı kişi (anamnezdə-şəkərli diabet)-son zamanlar əllərində olan ağrılardan şıkayət edir. Hərəkət diapazonu azalıb. Laborator muayinələr aşağıdakılardır: Na 139 mmol/L, Ka 4.0 mmol/L, xloridlər 98 mmol/L, CO2 22 mmol/L, qlyukoza 153 mq/dL, kreatinin 7.8 mq/dL, Ca 7.8 mq/dL, F 5.7 mq/dL, ümumi zülal 6.2 q/dL, albumin 4.0 q/dL. Mumkün diagnoz hansıdır?
A) Feoxromositoma

B) Qalxanvari vəzinin xərçənqi

C) Böyrək-üstü vəzilərin adenoması

D) Tireotoksikoz

E) Qalxanvariətraf vəzilərin hiperplaziyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
226) İnsan orqanizmi üçün əsas yod mənbələri hansıdır?
A) Duz

B) Süd məhsulları

C) Qoz

D) Dəniz məhsulları



E) Tərəvəz məhsulları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
227) Yodun farmakolojı dozası hansı preparatın tərkibinə daxildir?
A) Yodlaşdırılmış duzun

B) Kordaronun

C) Kaliy yodidin

D) L-tiroksinin

E) Korinfarın
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
228) Yoddefisit endemiyanın ağırlıq dərəcəsi hansı göstəricilər ilə təyin edilir?
A) Diffuz toksiki urun tezliyi ilə

B) Yeni doğulan uşaqlarda TSH 5 BV/l artıq olması

C) Qanda tiroksinin medianası ilə

D) Qidalanmanın defisiti ilə

E) Yeni doğulan uşaqlarda TSH 20 BV/l artıq olması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
229) Yoddefisitli endemik urun sitolojı variantı hansıdır?
A) Kolloid

B) Follikulyar

C) Trabekulyar

D) Autoimmun

E) Papillyar
Ədəbiyyat: И.И.Дедов,Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
230) Kolloid urun histolojı növləri hansılardır?
A) Autoimmun

B) Mikro- və makrofollikulyar

C) Trabekulyar

D) Papillyar

E) Medullyar
Ədəbiyyat: И.И.Дедов,Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
231) Qalxanvari vəzinin onkolojı şişlərinin histolojı növləri hansılardır?
A) Medullyar

B) Trabekulyar

C) Tubulyar

D) Papillomatoz

E) Fetal
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
232) Endemik urun profilaktikası üçün istifadə olunan preparat hansıdır?
A) KJ

B) Süd məhsulları

C) Dəniz kələmi

D) Aevit


E) Yodlaşdırılmış yağlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
233) Endemik urun müalicəsində istifadə olan preparatlar hansılardır?
A) Yodlaşdırılmış duz

B) Kaliy yodid, L-tiroksin

C) Süd məhsulları

D) Merkazolil

E) Radioaktiv yod
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
234) Endemik urun cərrahi müalicəyə göstərişi hansıdır?
A) Tireoid patoloqiyası ailə anamnezində mühüm yer tutması zamanı

B) 1 sm kiçik düyün

C) Hipotireoz

D) Tireoqlobulinin miqdarı artarsa

E) Boyun orqanlarının sıxılması
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
235) Radiasiyon tireoiditin profilaktikası üçün hansı preparat təyin edilir?
A) Propiltiourasil

B) Merkazolil

C) KJ

D) Tiamazol



E) Ka perxlorat
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
236) Qalxanvari vəzin xərçəngi zamanı hansı hormonal dəyişikliklər müşahidə olunur?
A) Dəyişilməmiş TSH

B) Tireoqlobulinin azalması

C) TSH artması

D) TSH azalması

E) Tireoqlobulinin artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
237) Autoimmun tireoidit üçün xarakterik olan dəyişikliklər hansılardır?
A) TSH artır, T4 artır

B) TSH azalır, T4 azalır, T3 artır

C) TSH azalır, T3 azalır, T4 artır

D) TSH artır, T4 azalır

E) TSH dəyişilmir, T4 artır
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
238) Kalsitoninin əsas bioloji effekti hansıdır?
A) Parathormonun sintezi

B) Osteoblastların inhibisiyası

C) Osteoklastların inhibisiyası

D) D vitaminin inhibisiyası

E) Osteositlərin sintezi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
239) Birincili hipotireozun diaqnostikasında birinci mərhələdə hansı müayinə durur?
A) Sərbəst tiroksinin təyini

B) TTH səviyyəsinin təyini

C) Triyodtironinin səviyyəsinin təyini

D) Ümumi tiroksinin təyini

E) Tiroksin birləşdirən qlobulinin səviyyəsinin təyini
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А., Эндокринология, Москва, 2008
240) Ur adlanır?
A) Qalxanabənzər vəzin funksiyasının pozulması ilə gedən xəstəliyi

B) Qalxanabənzər vəzin həcminin qadınlarda 18 ml, kişilərdə isə 25 ml-dən çox artması

C) Qalxanabənzər vəzdə düyünlü törəmələr

D) Traxeyanın kompressiyası ağırlaşması verən qalxanabənzər vəz xəstəliyi

E) Yaxşı palpasiya olunan qalxanabənzər vəzi
Ədəbiyyat: Məmmədhəsənov R.M.,Endokrinologiya, Bakı, 2006.
241) Qalxanabənzər vəzin hansı xəstəliyində mütləq operativ müdaxilə göstərişdir?
A) Follikulyar adenoma (d= 3.9×4.0 mm)

B) Diffuz toksiki zob (qalxanabənzər vəzin həcmi 22 ml)

C) Düyünlü kolloid zob (d=1.4×1.3 sm)

D) Psevdodüyünlər əmələ gətirən hipertrofik forma autoimmun tireoidit (d=2.2×2.5 sm)

E) Çoxdüyünlü ur (qalxanabənzər vəzin həcmi 32 ml)
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
242) Tionamid preparatlarının (metimazol, propiltiourasil) təsir mexanizmi necədir?
A) Adenohipofiz tərəfindən TTH sekresiyasının azalması

B) Volf-Çaykov mexanizmi üzrə tiroid hormonlarının sekresiyasının azalması

C) Yodun qalxanabənzər vəzə daxil olmasının ləngiməsi

D) Tirosit peroksidazasının aktivliyinin zəifləməsi nəticəsində tiroqlobulin sintezinin pozulması

E) Tirosit peroksidazasının aktivliyinin aşağı olması səbəbindən Tirozin, MİT və DİT yodlaşmasının pozulması
Ədəbiyyat: Дедов И.И., Мелниченко Г.А., Эндокринология, Москва, 2008
243) Yarımkəskin tireoidit zamanı olan tireotoksikozun patogenezində nə durur?
A) İltihabi prosesə cavab olaraq TTH-ın hipersekresiyası

B) Qalxanabənzər vəzin hormonlarının hipersekresiyası

C) Tiroidstimulə edən autoantitellərin sintezi

D) İltihabi prosesə cavab reaksiyası olaraq qalxanabənzər vəzin kompensator hiperfunksiyası

E) Tirositlərin parçalanması və follikulun içərisində olan kolloidin qan dövranına keçməsi
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология, Москва, 2008
244) Əməliyyatdan sonrakı diffuz toksik zobun residivlərinin müalicəsi necədir?
A) Radioaktiv yodla müalicə

B) Propiltiourasillə yarımillik müalicə kursu

C) Tiamazolla(merkazolil) yarımillik müalicə kursu

D) Xüsusi ixtisaslaşmış cərrahi stasionarda təkrari operativ müdaxilə

E) Tirostatiklərlə (merkazolil, propiltiourasil) və immunomodulyatorlarla (timalin,T-aktivin) müalicə
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко, Эндокринология, Москва, 2008
245) Qalxanabənzər vəzin böyüməsi aşağıdakılardan hansına sübutdur?
A) Tireotoksikozun olmasına

B) Diffuz toksiki zobun olmasına

C) Xəstəyə profilaktik dozada yod preparatlarının verilməsinin zəruri olmasına olaraq

D) Xəstəyə levotiroksin (50-100 mkq/sutkA) verilməsinin vacibliyinə

E) Sadalananların heç biri doğru deyil
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
246) Yod defisiti zamanı orqanizimdə zobun əmələ gəlmə patogenezi necədir?
A) TTH-ın səviyyəsinin normadan artması

B) Antitiroid antitellərin ifrazının stimulyasiyası

C) Tirositlərin TTH həssaslığının artması və tirositlərin hüceyrə inkişaf faktorunun artması

D) Plazmada tiroksin birləşdirən qlobulinin səviyyəsinin artması

E) Tirositlərin hiperplaziyası ilə əlaqədar inkişaf edən hipotireoz
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
247) Xəstədə qalxanabənzər vəzin USM zamanı qalxanabənzər vəzin sol payında d=2 mm olan hipoexogen sahə müəyyən edilir (qalxanabənzər vəzin həcmi və tiroid hormonların səviyyəsi norma çərçivəsindədir). Sizin diaqnozunuz ne olacaq?
A) Qalxanabənzər vəzin sol payının solitar düyünü (solitar düyünün punksion biopsiyası göstərişdir)

B) Praktiki sağlam

C) Endemik ur

D) Düyünlü eutireoid ur

E) 2-ci dərəcəli ur
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
248) Aşağıdakılardan hansı yarımkəskin tireoidit haqqında düzgündür?
A) Tireotoksikozun olmasına baxmayaraq qalxanabənzər vəzin hiperfunksiyası qeyd olunmur

B) Autoimmun xəstəlikdir və müalicəsində mütləq qlükokortikoidlər istifadə olunur

C) Diffuz toksiki zobdan fərqli olaraq hərarət qeyd olunmur

D) Nəticəsində hipotireoz inkişaf edir

E) Tireotoksikoz asan gedişli olduğuna görə tireostatiklərlə(merkazolil) müalicəyə ehtiyac olmur
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
249) Mədə-bağırsaq traktının və MSS-nin hansı zədələnmələri tireotoksikoz üçün xarakter deyil?
A) Oyanıqlıq və əsəbilik

B) Dəri və görünən selikli qişaların sarılığı

C) İrinli iyli nəcis

D) Bağırsaq boyunca ağrılar

E) Çoxlu formalaşmamış nəcis
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
250) Xroniki tireoiditə aid deyil?
A) Vərəm tireoiditi

B) De Kerven qranulematoz tireoiditi

C) Ağrısız tireoidit

D) Sifilitik tireoidit

E) Autoimmun tireoidit
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
251) Xaşimoto tireoiditi diaqnozunu qoymaq üçün aşağıdakı müayinələrdən hansı daha doğrudur?
A) Qalxanabənzər vəzin skanlaşdırılması

B) Tiroqlobulinə qarşı autoantitellərin müayinəsi

C) Qalxanabənzər vəzin nazik iynəli punksion biopsiyası

D) Qalxanabənzər vəzin USM

E) Qalxanabənzər vəz hormonlarının və TTH-ın müayinəsi
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
252) 56 yaşlı xəstədə T4 və TTH-ın səviyyəsi aşağıdır. Tiroliberinlə testdən sonra qalxanabənzər vəzin hormonları və TTH-ın səviyyəsi artmışdır. Xəstədə patoloji prosesin yerini müəyyən edin?
A) Hipotalamus

B) Qalxanabənzər vəzi

C) Qalxanabənzər vəzi və adenohipofiz

D) Hipofizin ön payı

E) Neyrohipofiz və hipotalamus
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А., Эндокринология, Москва, 2008
253) Xəstə, 58 yaş, ürəkdöyünmə tutmaları, tərləmə,dərinin quruluğundan şikayətlənir. Vəzin palpasiyası zamanı hər iki pay palpasiya olunur, sağ payda 1.5×1.3×1.0 sm ölçüsündə sərhədləri dəqiq olmayan düyün qeyd olunur. Vəzin qalan həcmi bərkləşmişdir və ümumi həcmi 28 sm3. Biopsiya aparılıb-bioptatda atipik hüceyrələr yoxdur, Aşkenazi-Gurtl hüceyrələri olan limfositar infiltrasiya aşkarlanır. Diaqnozu nedir?
A) Autoimmun tireoidit, hipertrofik forma

B) Düyünlü toksiki zob

C) Düyünlü qeyri-toksiki zob

D) Tireotoksik adenoma

E) Autoimmun tireoidit, atrofik forma
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
254) İmidazol törəmələrinə aşağıdakılardan hansı aiddir?
A) Kenaloq

B) Kalium perxlorat

C) Merkazolil

D) Starliks

E) Anaprilin
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А., Эндокринология, Москва, 2008
255) Ştelvaq simptomu hansıdır?
A) Yuxarıya doğru hərəkət edən predmetə baxdıqda aşagı göz qapağının hərəkətdən geri qalması

B) Aşağıya doğru hərəkət edən predmetə baxdıqda yuxarı göz qapağının hərəkətdən geri qalması

C) Göz qapaqlarının rənginin dəyişməsi

D) Yuxarıya baxdıqda alında qırışın olmaması

E) Az göz qırpma
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А., Эндокринология, Москва, 2008
256) Tireotoksik miokardiodistrofiya zamanı əmələ gəlmiş ürək çatmamazlığının müalicəsində aşağıdakı preparatlardan hansının istifadəsi arzuolunmazdır?
A) Hipotiazid

B) Atenolol

C) Diqoksin

D) Veroşpiron

E) Laziks
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
257) Aşağıdakılardan hansı hipotireozlu xəstənin daha düzgün təsviridir?
A) Amimik ödemli sifət,proqnatizm

B) Amimik üz,qırmızı yanaqlar

C) Avazımış sifət,sivri üz cizgiləri

D) Ödemli,tərli üz,isti dəri səthi

E) Yanaqlarda ˝kəpənək˝ formalı qizartı,akrosianoz
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
258) Aşağıda sadalanan tiroid hormonlardan hansı periferik toxumalarda əsas təsir göstərir?
A) TTH

B) Triyodtironin

C) Tiroksin

D) Monoyodtirozin

E) Diyodtirozin
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
259) Triyodtironinin tiroksinlə müqayisədə bioloji aktivliyi necədir?
A) 100 dəfədən çox

B) 5 dəfə az

C) 100 dəfədən az

D) Eyni


E) 5 dəfə çox
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
260) Orqanizmdə tiroid hormonların artıqlığı nəyə səbəb olur?
A) TTH sintezinin sürətlənməsinə

B) Zülal sintezinin artmasına və katabolizmin ləngiməsinə

C) Katabolizmin sürətlənməsinə

D) Lipid sintezinin sürətlənməsinə

E) İnsulinin aktivliyini artırır
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
261) Qanda tiroqlobulinin təyini hansı diaqnostik məqsəd üçün istifadə edilir?
A) Zobun dərəcəsini müəyyən eləmək üçün

B) Hamilələrdə hamiləliyin 3-cü trimestrində autoimmun Xaşimoto tireoiditi zamanı

C) Yaşlı xəstələrdə diffuz toksiki zoba şübhə olduqda

D) Birincili və ikincili hipotireozun differensial diaqnostikasında

E) Strumektomiyadan sonra residiv metastazın əmələ gəlməsinin göstərən markeri
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
262) Autoimmun tiroiditin müalicəsində qlükokortikoidlərin təyinatı necə aparılır?
A) Həftədə 1 dəfə

B) Təyin olunmur

C) Günaşırı

D) Gündə 1 dəfə

E) Puls terapiya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
263) Fibroz tireoidit (Ridel) zamanı qalxanabənzər vəzi palpasiya zamanı necə hiss olunur?
A) Yuxarıda sadalananlardan heç biri düzgün deyil

B) Kəskin ağrılı, fluktasiya hiss olunur

C) Yumşaq-elastik konsistensiyalı

D) Sərt, bərkimiş

E) Çox faiz hallarda palpasiya olunmur
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
264) Diffuz toksiki zob zamanı qalxanabənzər vəzi palpasiyada necə hiss olunur?
A) Yumşaq-elastik konsistensiyalı

B) Hər iki payda sərt düyünlü törəmələr

C) Hamar və sərt vəzi

D) Yumşaq-elastik sahələri olan qeyri-bərabər sərtləşmiş vəzi

E) Diffuz toksiki zob zamanı vəzi atrofiyaya uğradığından palpasiya olunmur
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
265) Atrofik autoimmun tireoiditi olan xəstədə qalxanabənzər vəzi palpasiya zamanı necə hiss olunur?
A) Hamar və sərt vəzi

B) Yumşaq-elastik sahələri olan qeyri-bərabər sərtləşmiş vəzi

C) Ölçülərdə böyümüş,bərk,daşlaşmış

D) Qalxanabənzər vəzi palpasiya olunmur

E) Hər iki payda düyünlü törəmələr
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
266) Autoimmun tireoiditin eutireoz mərhələsindəki sitoloji və histoloji şəkli necədir?
A) Qiqant hüceyrəli qranuloma

B) Tirositlərin total hiperplaziyası, immun sistem hüceyrələrin infiltrasiyası olmur

C) Yuxarıda sadalananların hamısı

D) Aşkenazi-Gürtl hüceyrələri dolu limfositar infiltrasiya

E) Fibroz toxumanın üstünlüyü ilə kapsulanın inkişafı
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
267) Birincili hipotireozun müalicəsində hansı preparatı istifadə etmək daha düzgündür?
A) Triyodtironin

B) Yodid


C) Levotiroksin (L-tiroksin)

D) Tərkibində yodid və T4 olan kombinə olunmuş preparatlar

E) Tərkibində T3 və T4 olan kombinə olunmuş preparatlar
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
268) İkincili hipotireozun patogenezi nə ilə əlaqədardır?
A) TTH sekresiyasının azalması ilə

B) Tiroliberin sekresiyasının azalması ilə

C) Qalxanabənzər vəzin TTH qarşı həssaslığının zəifləməsi ilə

D) Tiroliberinin sekresiyasının artması ilə

E) TTH sekresiyasının artması ilə
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
269) Miksedema komasında olan bir xəstə üçün aşağıdakılardan hansı doğru deyil?
A) Bradikardiya

B) Hipokapniya

C) Hiponatremiya

D) Anemiya

E) Hipotermiya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
270) Aşağıdakılardan hansı periferiyada tiroksinin (T4) triyodtironinə (T3) çevrilməsini azaltmır?
A) Propiltiourasil

B) Metimazol

C) Deksametazon

D) Hamısı

E) Propranolol
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
271) Aşağıdakılardan hansı Xaşimoto tiroiditi üçün xarakter xüsusiyyət deyildir?
A) Antitiroid antitellər artmış olur

B) Qadınlarda kişilərdən daha çox rast gəlinir

C) Histolojik olaraq vəzi toxuması daha çox polimorfonuklear leykositlər və qranulomalar ilə zəngin olur

D) Digər autoimmun xəstəliklərlə birgə rast gəlinə bilər

E) Hipotiroiditə səbəb olur
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə