Endokrinologiya 1 Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakı hansı əlamətlər xarakterik deyil?


) Hansı preparat bağırsaqlarda qlyukozanın sovrulmasını azaldır?



Yüklə 2,45 Mb.
səhifə8/19
tarix06.05.2018
ölçüsü2,45 Mb.
#42489
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

461) Hansı preparat bağırsaqlarda qlyukozanın sovrulmasını azaldır?
A) Qlyukobay

B) Diabeton

C) Amaril

D) Aktos


E) Qlibenklamid
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
462) Böyük cərrahi müdaxilələr zamanı şəkərli diabetli xəstəyə nə təyin olunur?
A) İnsulin

B) Tiazolidindionlar

C) A-qlikozidazanın inhibitorları

D) Sulfanilamid törəmələri

E) Biquanidlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
463) Bu peroral şəkərsalıcı preparatlardan hansı gün ərzində 1 dəfə qəbul olunur?
A) Amaril, Diabeton MR

B) Qlibenklamid

C) Qlyurenorm

D) Diabeton

E) Minidiab
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
464) İnsulin molekulu neçə aminturşusundan ibarətdir?
A) 66

B) 56


C) 32

D) 58


E) 51
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
465) a-qlikozidazanın inhibitorlarının təyininə əks göstərişlər hansılardır?
A) Ağ ciyər xəstəlikləri

B) Böyrək xəstəlikləri

C) Mədə-bağırsaq xəstəlikləri

D) Ürək xəstəlikləri

E) Qara ciyər xəstəlikləri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
466) Bu hormonlardan hansı kontrainsulyar deyil?
A) Tireoid hormonlar

B) Qlyukaqon

C) STH

D) Kortizol



E) Aldosteron
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
467) Şəkərli diabet tip 2 xəstələrinə insulinoterapiya hansı hallarda göstəriş deyil?
A) Kiçik cərrahi əməliyyatlar

B) Diabetik pəncə

C) Hamiləlik

D) Peroral şəkərsalıcı preparatlara rezistentlik

E) Kaxeksiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
468) Şəkərli diabet xəstələrinə fiziki aktivlik üçün göstərişlər hansılardır?
A) Hiperqlikemiya < 15 mmol/l

B) Proliferativ diabetik retinopatiya

C) Hipoqlikemiya

D) Qeyri proliferativ diabetik retinopatiya

E) Ketoasidoz
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
469) «Dawn» fenomeni özünü necə büruzə verir?
A) Qanda şəkərin miqdarının səhərki göstəricilərinin yüksək olması ilə

B) Qanda şəkərin miqdarının axşamki göstəricilərinin yüksək olması ilə

C) Qanda şəkərin miqdarının səhərki göstəricilərinin azalması ilə

D) Qanda şəkərin miqdarının günorta göstəricilərinin yüksək olması ilə

E) Qanda şəkərin miqdarının axşamki göstəricilərinin azalması ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
470) Lipodistrofiyanın müalicə prinsipləri hansılardır?
A) Qlyukokortikoidlərin təyini

B) Bir müddət insulinin novokain ilə vurulması, insulin növünün dəyişdirilməsi

C) Qlikemiyanın prandial requlyatorlarının təyini

D) Biquanidlərin təyini

E) Bir müddət insulinin vurulmaması
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
471) Şəkərli diabet xəstələrində “bal ayı” anlayışı nə deməkdir?
A) Diabetə yeni tutulmuş insanlarda insulin ehtiyacının bir müddətli kəskin artması

B) 1 tip ŞD yeni tutulmuş insanlarda insulin ehtiyacının bir müddətli azalması, diabetə yeni tutulmuş insanlarda insulin ehtiyacının bir muddətli olmaması

C) 2 tip ŞD uzun müddət xəstə olan insanlara insulin təyini

D) 1 tip ŞD uzun müddət xəstə olan insanlarda insulin ehtiyacının kəskin azalması

E) 1 tip ŞD uzun müddət xəstə olan insanlarda insulin ehtiyacının kəskin artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
472) “Bal ayı” zamanı həkimin taktikası nədən ibarətdir?
A) İnsulin terapiyasinın davam etməklə bərabər biquanidlərin təyini

B) İnsulin terapiyasının dayandırılması və biquanidlərin təyini

C) İnsulin terapiyasinın davam etməsi

D) İnsulin terapiyasının dayandırılması və qlyukokortikoidlərin təyini

E) İnsulin terapiyasının dayandırılması ilə bərabər daim qlikemiyanın nəzarəti
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
473) Şəkərli diabetin kompleks müalicəsində anabolik steroidlərin təyini nə məqsəd daşıyır?
A) Qlyukoneogenezin stimulyasiyası

B) Lipolizin sürətlənməsi

C) Zülal mübadiləsinin stimulyasiyası

D) Lipid mübadiləsinin stimulyasiyası

E) Qlikemiya qöstəricilərinin yaxşılaşdırılması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
474) Diabetik nefropatiya zamanı hemasorbsiya seanslarının aparılması nə məqsədi daşıyır?
A) Tənəffüs sisteminin fəaliyətini yaxşılaşdırmaq,yumaqcıqların filtrasiyasının sürətlənməsi

B) Lipid qöstəricilərinin yaxşılaşdırılması

C) İnsulinə tələbatın azalması, karbohidrat qöstəricilərinin yaxşılaşdırılması, yumaqcıqların filtrasiyasının sürətlənməsi

D) İnsulinə tələbatın artması

E) Ürək-damar sisteminin fəaliyətini yaxşılaşdırmaq, zülal qöstəricilərinin yaxşılaşdırılması, yumaqcıqların filtrasiyasının lənqiməsi
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
475) Diabetik “pəncənin” müalicə prinsipləri hansılardır?
A) Diabetin ciddi kompensasiyası, bronxolitiklərin təyini, polivitaminlərin təyini, tiazolidinlərin təyini

B) Diabetin ciddi kompensasiyası, aminturşularının təyini, tireoid hormonların təyini, biquanidlərin təyini

C) Diabetin ciddi kompensasiyası, antiaritmik preparatların təyini, qlyukokortikoidlərin təyini

D) Diabetin ciddi kompensasiyası, angioprotektorların təyini, antibiotiklərin təyini, antiaqreqantların təyini, immunomodulyatorların təyini

E) Diabetin ciddi kompensasiyası, antihipertenziv preparatların təyini, immunodepressantların təyini
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
476) A-qlikozidaza inhibitorlarının təyini üçün göstərişlər hansılardır?
A) 1 tip şəkərli diabet

B) Qestasiyon şəkərli diabet

C) Sulfanilamid törəmələrinə rezistentlik

D) 2 tip şəkərli diabet

E) Ketoasidoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
477) Hansı endokrin orqanların patoloqiyası zamanı şəkərli diabet yarana bilər?
A) Qalxanvariətraf vəzilər

B) Yumurtalıqlar, timus, hipofiz

C) Timus

D) Qalxanvari vəzi, hipofiz, böyrək-üstü vəzi

E) Yumurtalar, hipotalamus, qalxanvariətraf vəzilər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
478) Lipoproteinlərin aşagıdakı növləri aterogen sayılmır?
A) A - lipoproteinlər, xilomikronlar

B) Flotirə edici lipoproteinlər

C) Pre - b-lipoproteinlər və B-lipoproteinlər

D) B-lipoproteinlər

E) Pre - b-lipoproteinlər
Ədəbiyyat: В.В.Маршал. Клиническая биохимия. «Медицина», Москва, 1999.
479) Hiperlipidemiyaya aşağıdakılardan hansı xas deyil?
A) Hüceyrə membranı və qan ilə oksiqen mübadiləsinin pozulması

B) Qanın qatılığının artması

C) Trombositlərin adqeziyasının artması, mikrotrombozların yaranması

D) Kapillyarlarda qan axınının ləngiməsi

E) Kapillyarlarda qan axınının sürətlənməsi
Ədəbiyyat: В.В.Маршал. Клиническая биохимия. «Медицина», Москва, 1999.
480) I tip hiperlipoproteinemiyanın klinik təzahürünə hansı aid deyil?
A) Torlu qişanın lipemiyası

B) Hepatosplenomeqaliya

C) Dispeptik əlamətlər

D) Ateroskleroz

E) Dəri ksantomatozu
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001, том 3.
481) I tip lipoproteinemiya rast gəlinir?
A) Ürəyin işemik xəstəliyi

B) Şəkərsiz diabet, revmatoid artrit, kardiomiopatiya

C) Şəkərli diabet, alkoqol pankreatit, disproteinemiya

D) Podaqra

E) Piyelonefrit, hipertoniya xəstəliyi
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001, том 3.
482) III tip hiperlipopteidemiya nə ilə xarakterizə olunmur?
A) Plazmada xolesterinin miqdarının artması

B) Triqliseridlərin miqdarının artması

C) Flotirə edici lipoproteinlərin əmələ gəlməsi

D) Triqliseridlərin miqdarının azalması

E) Karbohidratlara qarşı tolerantlığın azalması
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001, том 3.
483) IV tip hiperlipoproteinemiyaya xarakterik deyil?
A) Şəkərli diabetlə birgə rast gəlməsi

B) Podaqra ilə birgə rast gəlməsi

C) Stenokardiya tutmaları və miokard infarktı

D) Karbohidratlara qarşı tolerantlığın yüksəlməsi

E) İri arteriyaların zədələnməsi
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001, том 3.
484) Aterosklerotik düyünün xüsüsiyyətlərini təsdiq etmir?
A) Düyünlərdə qansızma

B) Düyünün sovrulması

C) Düyünlərdə trombotik kütlənin əmələ gəlməsi

D) Ateromatoz kütlə tromboemboliyanın səbəbi ola bilər

E) Düyünlərdə fibrinləşmə və kalsinasiya proseslərinin əmələ gəlməsi
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001, том 3.
485) Aşağıdakılardan hansının miqdarının artması ateroskleroz üçün xas deyil?
A) Triqliserid

B) Fosfolipidlər

C) β -l ipoproteinlər

D) Xolesterin

E) Aşağı sıxlıqlı lipoproteidlər
Ədəbiyyat: В.В.Маршал. Клиническая биохимия. «Медицина», Москва, 1999.
486) Qlikoqenin toplanması xəstəliyində hansı əsas əlamətlər birgə rast gəlinir?
A) Hepatomeqaliya və hiperqlikemiya

B) Splenomeqaliya və hiperqlikemiya

C) Hepatomeqaliya və makroqlossiya

D) Makroqlossiya və hipoqlikemiya

E) Hepatomeqaliya və hipoqlikemiya
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001.
487) Qlikogenin toplanması xəstəliyində əsasən hansı orqanlar zədələnir?
A) Mədəaltı vəz və beyin

B) Mədəaltı vəz və yumurtalıqlar

C) Əzələlər və sumuklər

D) Qaraciyər və beyin

E) Qaraciyər və əzələlər
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001.
488) Sistenuriya nə ilə birgə rast gəlinir?
A) Hidrosefaliya

B) Homosisteinuriya

C) Sidikdə heksoqonal kristalların əmələ gəlməsi

D) Sidiklə sistinin itirilməsi nətiçəsində qidalanmanın pozulması

E) Əqli çatmamazlığı ilə
Ədəbiyyat: Е.И. Чазов. Руководство по внутренним болезням.
489) Amiloidoz diaqnozu təsdiq olunur?
A) Sidikdə Ben-Cons zulalın olması ilə

B) Düz bağırsağın bioptatının histoloji müayinəsi ilə

C) Sümük iliyinin müayinəsi ilə

D) Konqo-rot sınağı ilə

E) Klinik əlamətlər ilə
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
490) Podaqralı xəstələrin qanında sidik turşusunun miqdarının artmasına gətirib çıxarmır?
A) Purin mübadiləsinin azalması

B) Plazma zulalları ilə əlaqəsinin artması

C) Sidik turşusunun sintezinin artması

D) Purin mubadiləsinin artması

E) Böyrək ekskresiyasının azalması
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001. том 2
491) Podaqra üçün xarakterik deyil?
A) Qara ciyər zədələnməsi

B) Miozitlər

C) Sidik turşusunun miqdarının artması

D) Oynaqların zədələnməsi

E) Böyrəyin zədələnməsi
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001. том 2
492) Kəskin podaqra artritində əsas faktor deyil?
A) Rentqenoterapiya

B) Cərrahi əməliyyat

C) Alkoqol qəbulu

D) Stress

E) Purinlə zənqin qida qəbulu
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001. том 2
493) Aşağıdakılardan hansı hemoxromatozun xarakter əlaməti sayılmır?
A) Dəri piqmentasiyası

B) Şəkərli diabet

C) Ürəyin zədələnməsi

D) Hepatomeqaliya

E) Oynaqların zədələnməsi
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
494) Hemoxromatoz zamanın dəmir daha çox harada toplanır?
A) Böyrəklərdə

B) Qaraciyərdə

C) Tüklərdə

D) Dalaqda

E) Dəridə
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
495) Hemoxromatoz zamanı şəkərli diabetin səbəbi nədir?
A) Mədəaltı vəzin aralıq axarlarının degenerasiyası

B) Qara ciyərin zədələnməsi

C) İnsulinin az ifrazı

D) Lanqerqans adacıqlarının sklerozu

E) Mədəaltı vəzin adacıq hüceyrələrində dəmirin toplanması
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
496) Hemoxromatoz zamanı ölümün əsas səbəbi nədir?
A) Qaraciyər koması

B) Pnevmoniya

C) Diabetik koma

D) Varikoz damarlardan qan axma

E) Kəskin ürək çatışmazlığı
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
497) Dəridə melaninin azalması müşahidə olunur?
A) Lepra

B) Fenilketonuriya

C) QİÇS, malyariya

D) Kron xəstəliyi, xondrodistrofiya

E) Uippl xəstəliyi, fibroz displaziya, vitiliqo
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
498) Osteomalyasiya zamanı müşahidə olunmur?
A) Borulu sumuklərin əyilməsi

B) Sümüklərin qalın sətinin olmaması

C) Hiperkalsemiya

D) Milkman sindromu (yalançı sınıqlar)

E) Nefrokalsinoz
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
499) Pedcet xəstəliyi zamanı baş verən fəsadlar?
A) Öd kisəsində daşların əmələ qəlməsi, hipokalsemiya

B) İkincili hiperparatireoz

C) Böyrəklərdə kanal daşlarının əmələ gəlməsi, osteoqen sarkoma, hiperkalsemiya

D) Hipernatriemiya, revmatoid artrit

E) Osteoxondropatiya, hipokalsemiya
Ədəbiyyat: А.И Воробьёв. Справочник практического врача. «Медицина», Москва, 1990
500) Vilson - Konovalov xəstəliyinə aşağıdakılardan hansı xas deyil?
A) Qaraciyər sirrozu

B) Seruloplazminin aşağı səviyyəsi

C) Bazal qanqlianın zədələnmə əlaməti

D) Plazmada misin səviyyəsinin artması

E) Seruloplazminin yüksək səviyyəsi
Ədəbiyyat: Ф.И. Комаров. Диагностика и лечение внутренних болезней. «Медицина», Москва, 1999, том 3
501) Lipid mübadiləsinin göstəricilərini hansı preparatlar yaxşılaşdırır?
A) İmmunodepressantlar

B) Nootrop preparatlar, tərkibində vitamin E olan preparatlar

C) Anabolik steroidlər, a-adrenoblokatorlar, biquanidlər

D) β -adrenoblokatorlar

E) Lipotrop preparatları, antioksidantlar, tərkibində vitamin A və karotin olan preparatlar
Ədəbiyyat: А.Н. Окороков. Лечение болезней внутренних органов. «Белмедкнига», Витебск, 2001, том 3.
502) Qlükozaya tolerantlıq sınağının aparılmasına göstəriş deyil?
A) Yanğı və susuzluq

B) Piylənmə

C) Qanda şəkərin miqdarının bir neçə dəfə yüksək olması

D) Furunkulyoz

E) Dislipidemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
503) Şəkərli diabetin gedişatına hansı preparatlar təsir etmir?
A) Anaprilin

B) Peroral kontraseptivlər

C) Enalapril

D) Tiazid diuretiklər

E) Deksametazon
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
504) Uzun müddət şəkərli diabet zamanı korluğun əsas səbəbi hansıdır?
A) Proliferasiya edici retinopatiya

B) Qlaukoma

C) Katarakta

D) Görmə sinirinin atrofiyası

E) Avtonom neyropatiya
Ədəbiyyat: И.И. Дедов, В.В. Фадеев. Введение в диабетологию. Руководство для врачей. М. Берег, 1998
505) 30 yaşlı şəkərli diabet tip 1- lə xəstə insulin vurduqdan 2 saat sonra koma vəziyyətinə düşüb. İlkin yardım neçə göstərilməlidir?
A) 20 - 40 ml 40% qlükoza məhlulunun vena daxili yeridilməsi

B) 10 - 20 V qısa müddətli insulinin dəri altina vurulması

C) Mütləq EKQ çəkilməsi

D) Qanda kreatininin, sidik cövhərinin təyini

E) Vena daxili 5% qlükoza məhlulunun şırınqa ilə yeridilməsi
Ədəbiyyat: И.И. Дедов, В.В. Фадеев. Введение в диабетологию. Руководство для врачей. М. Берег, 1998
506) Sidikdə qlükozuriya aşkar edildikdə nə etmək lazımdır?
A) Ac qarna qanda şəkərin miqdarının təyini

B) Qlyukozatolerant sınağının aparılması

C) Bazal insulinin təyini

D) Qidada karbohidratların miqdarının məhdudlaşdırılması

E) Sulfonilamid törəmələrinin təyini
Ədəbiyyat: И.И. Дедов, В.В. Фадеев. Введение в диабетологию. Руководство для врачей. М. Берег, 1998
507) Arterial hipertoniya zamanı əsas hədəf orqanı hansı deyil?
A) Gözün torlu qişası

B) Dalaq


C) Böyrəklər

D) Beyin


E) Ürək
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
508) Şəkərli diabet xəstələrinin AT lazımi maksimal səviyyəsi hansıdır?
A) АT 130/80 mm.c.s.

B) АT 125/75 mm.c.s.

C) АT 140/90 mm.c.s.

D) АT 160/90 mm.c.s.

E) АT 120/80 mm.c.s.
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения. «Медицина», Москва, 2004.
509) Şəkərli diabet xəstələrinə antihipertenziv terapiyaya başlamaq AT hansı göstəricilərində məsləhətdir?
A) АT 125/75 mm.c.s.

B) АT 140/90 mm.c.s.

C) АT 130/80 mm.c.s.

D) АT 160/90 mm.c.s.

E) АT 120/80 mm.c.s.
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения. «Медицина», Москва, 2004.
510) 2 tip şəkərli diabet xəstələri arasında essensial arterial hipertoniyanın yayılması neçə faiz təşkil edir?
A) 100%

B) 80% artıq

C) 30% artıq

D) 15% artıq

E) 50% artıq
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения. «Медицина», Москва, 2004.
511) 2 tip şəkərli diabet xəstələri arasında böyrək mənşəli arterial hipertoniyanın yayılması neçə faiz təşkil edir?
A) 15%

B) 100%


C) 50%

D) 30%


E) 80%
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения. «Медицина», Москва, 2004.
512) Şəkərli diabet xəstələrinə b-adrenoblokatorların təyini üçün göstərişlər hansıdır?
A) Arterial hipertoniyanın periferik arteriaların xəstəliklərlə ahənglik zamanı

B) Anamnezdə transmural infarktın keçirilməsi

C) Arterial hipertoniyanın bronxların obstruktiv xəstəliklərlə ahənglik zamanı

D) Arterial hipertoniyanın dislipidemiya ilə ahənglik zamanı

E) Arterial hipertoniyanın durğunluq ürək çatmamazlığı ilə ahənglik zamanı
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения. «Медицина», Москва, 2004.
513) Şəkərli diabet xəstələrində hipertoniyanın müalicəsi üçün hansı antihipertenziv preparatlarının kombinasiyası daha effektivdir?
A) B-adrenoblokatorları və diuretiklər

B) A-adrenoblokatorlar və anqiotenzin-2 reseptorlarına antaqonistlər

C) A-adrenoblokatorlar və APF-inhibitorlar

D) Diuretiklər və Ca-antaqonistləri

E) APF inhibitorları və diuretiklər
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения. «Медицина», Москва, 2004.
514) AÇF inhibitorlarının ən geniş yayılmış əlavə təsiri hansıdır?
A) Taxikardiya

B) Quru öskürək

C) Vazomotor rinit

D) AV - keçiriliciyinin lənqiməsi

E) Topuqlarda ödemlər
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения. «Медицина», Москва, 2004.
515) APF inhibitorların təyininə əks göstəriş hansıdır?
A) İnsulinrezistentlik

B) Dislipidemiya

C) Böyrək arterialarının ikitərəfli stenozu

D) Sol mədəciyin hipertrofiyası

E) Proteinuriya
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения «Медицина», Москва, 2004.
516) Nefroprotektiv təsirə malik olan preparat hansıdır?
A) APF-inhibitorlar

B) Vazodilyatatorlar

C) B-adrenoblokatorlar

D) Diuretiklər

E) A-adrenoblokatorlar
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения «Медицина», Москва, 2004.
517) Diabetik nefropatiyalı xəstənin təzyiqin artmayıbsa Enalaprilin sutkalıq dozası hansıdır?
A) 10 mq

B) 5 mq


C) 40 mq

D) 2,5 mq

E) 20 mq
Ədəbiyyat: М.В. Шестакова Артериальная гипертония и сахарный диабет. Принципы лечения «Медицина», Москва, 2004.
518) Hansı preparatların qəbulu zamanı AT arta bilər?
A) Anorektiklər

B) Ürək qlikozidləri

C) Nitratlar

D) Hormonal kontraseptivlər və qlyukokortikoidlər

E) Sedativ preparatlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
519) İnsulinomanın klinikasında dominant simptomlar hansıdır?
A) Hiperinsulinemiya və insulinrezistentlik

B) Hiperinsulinemiya

C) Hipoqlikemiya və insulinrezistentlik

D) Hiperqlikemiya və hiperinsulinemiya

E) Hipoqlikemiya və hiperinsulinemiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
520) İnsulinomanın əsas diaqnostik kriteriyi hansı deyil?
A) Tutmanın vena daxili yeridilən qlyukoza ilə aradan qötürülməsi

B) Spontan hipoqlikemiya tutmaları(Ac qarına və ya ağır fiziki işdən sonra)

C) Dislipidemiya

D) Bədən çəkisinin azalması

E) Qanda qlikemiya < 1,7 mmol/l
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
521) Somatostatinoma harada lokalizasiya edə bilər?
A) Beyində

B) Yoğun bağırsaqda

C) Aortada

D) Mədədə

E) Nazik bağırsaqda
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
522) Somatostatinomanın sistem effektlərinə hansılar aid deyil?
A) Pankreatik fermentlərin sekresiyasının ləngiməsi

B) Öd kisəsinin yığılması

C) Mədədə HCL sekresiyasının azalması

D) Somatostatinin hiposekresiyası

E) Somatostatinin hipersekresiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
523) Somatostatinomanın simptomlarına hansı aid deyil?
A) Bədən çəkisinin artması

B) Şəkərli diabet

C) Steatoreya

D) Arıqlama və anemiya

E) Dispepsiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
524) Qastrinoma harada lokalizasiya edə bilməz?
A) 12 barmaq bağırsaqda

B) Düz bağırsaqda

C) Dalaqda

D) Mədədə

E) Mədəaltı vəzidə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
525) Hansı xəstəlik üçün karbohidrat mübadiləsinin arterial hipertoniya ilə ahəngdarlığı xarakterik deyil?
A) Hipofizar nanizm

B) Tireotoksikoz

C) İtsenko-Kuşınq xəstəliyi

D) Akromeqaliya

E) Kortikosteroma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə