Endokrinologiya 25. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir



Yüklə 2,45 Mb.
səhifə1/19
tarix14.04.2018
ölçüsü2,45 Mb.
#38022
  1   2   3   4   5   6   7   8   9   ...   19

Endokrinologiya
25.11.2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir.
1) Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakı hansı əlamətlər xarakterik deyil?
A) Karbohidrat mübadiləsinin pozulması

B) Qanda somatomedin C səviyyəsinin yüksəlməsi

C) Qanda STH səviyyəsinin azalması

D) Artropatiya

E) Yumşaq toxumanın hipertrofiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
2) Serebral – hipofizar çatışmazlığa aşağıdakılardan hansı səbəb ola bilməz?
A) Türk yəhərinin şişi

B) Vərəm


C) Qansızma ilə müşahidə olunan kəllə travması

D) Şəkərli diabet

E) Meninqoensefalit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
3) Serebral – hipofizar çatışmazlıq zamanı aşağıdakı hormonlardan hansının sintezi azalmır?
A) Glükaqon, insulin

B) Tireotrop hormon (TTH)

C) Prolaktin

D) Adrenokortikotrop hormon (AKTH), somatotrop hormon (STH)

E) Lyuteinləşdirici hormon (LH), follikullstimulyasiyaedici hormon (FH)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
4) Qalaktoreya – amenoreya sindromu üçün aşağıdakılardan hansı xarakterik əlamət deyil?
A) Artıq bədən çəkisi

B) Sonsuzluq

C) Laktoreya

D) Hipertrixoz

E) Arıqlama
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
5) Hansı preparatlar uzun müddətli təyin edildikdə yatrogen qalaktoreya inkişaf edir?
A) İmmunostimulyatorlar

B) Neyroleptiklər, antidepressantlar, peroral kontraseptivlər

C) Nitratlar, trankvilizatorlar

D) Sedativ preparatlar, APF-inhibitorlar

E) Qeyri-steroid iltihab əlehinə preparatlar, antibiotiklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
6) Şerşevski – Terner sindromu üçün aşağıdakılardan hansı xarakterik deyil?
A) Somatik pozğunluqlar

B) Qonadların birləşdirici toxuma lifləri ilə əvəz olunması

C) Alçaqboyluluq

D) Hipoqonadizm

E) Hirsutizm və sümüklərin vaxtından tez inkişafı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
7) Qalaktoreya – amenoreya sindromu üçün hansı hal xarakterik deyil?
A) Hipertrixoz

B) Laktoreya

C) Sonsuzluq

D) Artıq bədən çəkisi

E) Tüklərin tökülməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
8) Akromeqaliya xəstəsinin ölüm səbəbi aşağıdakılardan hansıdır?
A) Hipoqlikemiya

B) Şəkərli diabet

C) Hiperqlikemiya

D) Hipertermiya, böyrək çatmamazlığı

E) Gecə apnoesi, ürək çatmamazlıgı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
9) Somatotrop hormonun sekresiyasını aşağıdakılardan hansı azaldır?
A) Somatomedin

B) Estrogenlər

C) Somatostatin

D) Qlükagon

E) Serotonin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
10) Somatotrop hormonu sekresiya edən şiş harada yerləşir?
A) Yumurtalıqlarda və uşaqlıqda

B) Aşağı ətraflarda

C) Divararalığında

D) Hipofizdə, hipotalamusda

E) Mədəaltı vəzdə və dalaqda
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
11) Akromeqaliyalı xəstələrdə operativ müdaxiləyə mütləq əks göstəriş hansıdır?
A) Ahıl yaş

B) Bədxassəli şiş

C) Makroadenoma

D) Şüa terapiyasının effektinin olmaması

E) Görmə qabiliyyətinin pozulması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
12) Akromeqaliyanın yaranma səbəbləri hansı deyil?
A) Hipofizin mikroadenoması

B) Sümük-əzələ sisteminin patologiyası

C) Hipotalamusun birincili patologiyası

D) Somatotrop hormonu ifraz edən qeyri-hipofizar şişlər

E) Hipofizin makroadenoması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
13) Şəkərsiz diabet hansı simptomlarla xarakterizə olunur?
A) Polidipsiya, poliuriya, sidiyin hiperosmolyarlığı

B) Plazmanın hipoosmolyarlığı

C) Hiperqlikemiya

D) Polidipsiya, poliuriya, hiperqlikemiya

E) Polidipsiya, poliuriya, sidiyin hipoosmolyarlığı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
14) Şəkərsiz diabetin laborator markerləri hansılardır?
A) Sidiyin ümümi migdarının azalması

B) Sidiyin xüsusi çəkisinin artması

C) Bakteriyuriya

D) Sidiyin ümümi miqdarının azalması, sidiyin xüsusi çəkisinin azalması

E) Sidiyin ümümi miqdarının artması, sidiyin xüsusi çəkisinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
15) Şəkərsiz diabetin yaranma səbəblərinə aşağıdakılardan hansı aid deyil?
A) ADH defisiti, ADH qarşı rezistentliyi

B) Plasentar fermentlər təsirindən ADH - ın parçalanması

C) AKTH - ın defisiti

D) Prepro-ADH-ın sintezinin genetik defektləri

E) ADH gen reseptorun mutasiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
16) İtsenko-Kuşınq xəstəliyinin yaranma səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Kortikosteroma

B) Prolaktinoma

C) Hipofizin bazofil adenoması

D) Tireotropinoma

E) Yumurtalıqların şişləri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
17) Qlükokortikoidlərin hipersekresiyasının nəticəsi nə ola bilər?
A) Dərinin nəmliyi

B) Arterial hipotoniya

C) Qanda şəkərin miqdarının azalması

D) Arıqlama

E) Dəridə striyalar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
18) Cərrahiyə əməlliyatı öncəsi somatostatin analoqlarının istifadəsi hansı məqsəd daşıyır?
A) Arterial təziqin stabilləşdirilməsi

B) Adenomanın ölçüsünün kiçilməsi və somatik statusunun yaxşılaşması

C) Adenomanın konsistensiyasının dəyişilməsi

D) Psixolojı hazırlıq

E) Əvvəlki terapiyanın qeyri-effektsizliyi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
19) Nelson sindromu özünü necə büruzə verir?
A) Dərinin nəm olması ilə

B) Qanda AKTH - ın miqdarının azalması ilə

C) Qanda kortizolun miqdarının artması ilə

D) Böyrəküstü vəzilərin xroniki çatışmazlığı ilə

E) Böyrək-üstü vəzilərin vərəmi ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
20) İtsenko-Kuşınq xəstəliyi zamanı yaranan şəkərli diabet hansı xüsusiyətlərə malikdir?
A) İnsulinrezistentlik

B) Mütləq insulinoterapiyaya qöstəriş

C) Ketoasidoza meyillik

D) Peroral şəkərsalici preparatların effektivliyi

E) Hipoqlikemiyalara meyillik
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
21) İtsenko-Kuşınq xəstəliyinin ağır forması zamanı nə baş verir?
A) Tranzitor arterial hipertenziya

B) Aybaşının dəyişilməməsi

C) Onurğa sütununun differensiyasının sürətlənməsi

D) Sümüklərin patolojı sınıqları

E) Dərialtı piy qatının düzgün paylanması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
22) İtsenko - Kuşınq xəstəliyinin fəsadlarına hansı aiddir?
A) Kəskin arıqlama

B) Böyrək çatışmazlığı

C) Trombositopeniya

D) Hipotermiya

E) Hipotenziya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
23) İtsenko-Kuşınq xəstəliyinin hansı xəstəliklərlə differensial diaqnozu aparılır?
A) Böyrək-üstü vəzinin xroniki çatışmazlığı

B) Xroniki pielonefrit

C) Üzülmüş yumurtalıqlar sindromu

D) Hipotireoz

E) Xroniki alkoqolizm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
24) İtsenko - Kuşınq xəstəliyi zamanı adrenalektomiyaya göstəriş hansıdır?
A) Qanda kortizolun miqdarının daim yüksək olması

B) Hipokaliyemik alkaloz

C) Konservativ terapiyanın qeyri - effektivliyi

D) Kəskin arıqlama

E) Elektrolit-steroid kardiopatiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
25) Xloditanın terapevtik effekti nədən ibarətdir?
A) AKTH-ın sekresiyasının tormozlanması

B) Kortikoliberin sekresiyasının tormozlanması

C) 11 - β - hidroksilaza fermentinin tormozlanması

D) 17- α - hidroksilaza fermentinin tormozlanması

E) Böyrəküstü vəzinin qabıq maddəsinin destruksiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
26) Çoxsaylı endokrin neoplaziya 1 tip üçün nə xarakterik deyil?
A) Yumurtalıqların kistası

B) Mədəaltı vəzin Lanherqans adacıqlarının hiperplaziyası

C) Feoxromositoma

D) Hiperparatiteoz

E) Hipofizin adenoması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
27) Vermer sindromu hansı xəstəliyin sinonimidir?
A) Çoxsaylı endokrin neoplaziya 2B tip

B) Çoxsaylı endokrin neoplaziya 1 tip

C) Çoxsaylı endokrin neoplaziya 3 tip

D) Çoxsaylı endokrin neoplaziya 2 tip

E) Çoxsaylı endokrin neoplaziya 2A tip
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
28) Simppl sindromu hansı xəstəliyin sinonimidir?
A) Çoxsaylı endokrin neoplaziya 1 tip

B) Çoxsaylı endokrin neoplaziya 3 tip

C) Çoxsaylı endokrin neoplaziya 2 tip

D) Çoxsaylı endokrin neoplaziya 2A tip

E) Çoxsaylı endokrin neoplaziya 2B tip
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
29) 30 yaşlı qadın son 6 ay aybaşının olmamasından şikayət edir. Hamilə deyil. Son bir neçə həftə döş vəzilərindən süd ifrazına fikir verib. Son 3 ay kəskin baş ağrıları və yan görmə qabiliyətinin zəifləməsi narahat edir. Laborator müayinələr hansı dəyişiklikləri aşkarlaya bilər?
A) TSH miqdarının artması

B) STH miqdarının azalması

C) Hiponatriyemiya

D) Kortizolun miqdarının artması

E) Prolaktinin miqdarının artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
30) 55 yaşlı qadın son 3 ayda 4 kq arıqlayıb, əllərin ölçülərinin boyüməsindən narahatdır. Son 10 gün görmə qabiliyyətinin zəifləməsindən və baş ağrılarından şikayət edir. KT zamanı-türk yəhəri nahiyəsində 15 mm törəmə aşkarlanıb. Mümkün diaqnoz hansıdır?
A) Hipofizin makroadenoması

B) Hipofizin mikroadenoması

C) Beyinin travması

D) Meningit

E) Hipotalamik qlioma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
31) 29 yaşlı qadın hamiləliyin 38-ci həftəsində qanaxma ilə xəstəxanaya çatdırılıb. Keysəriyyə əməliyyatı aparılıb və plasenta çıxarılıb. Xəstə 6 saat hipotenziv vəziyyətdə qalıb, qan köçürülüb. Əməliyyatdan sonra aybaşı kəsilib. Xəstə zəiflikdən, halsızlıqdan və arıqlamadan şikayət edir. Laborator müayinələr zamanı hiponatriemiya, hiperkaliemiya və hipoqlikemiya aşkarlanıb. Mumkün diaqnoz hansıdır?
A) Xorionkarsinoma

B) Hipofizin nekrozu

C) İnsulit

D) Beyinin zədələnməsi

E) Yarımkəskin tireoidit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
32) Simmonds sindromu zamanı nə müşaidə olur?
A) LH-ın sekresiyasının artması

B) AKTH-ın sekresiyasının artması

C) FSH-ın sekresiyasının artması

D) AKTH-ın sekresiyasının azalması

E) TSH-ın sekresiyasının artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
33) Simmonds sindromu zamanı həzm pozğunluğu özünü necə biruzə verir?
A) Mədə sekresiyasının artması ilə

B) Mədəaltı vəzinin xarici sekresiyasının artması ilə

C) Bağırsaq atoniyası ilə

D) İştahanın artması ilə

E) Mədə - bağırsaq traktının motorikasının sürətlənməsi ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
34) Simmonds sindromu zamanı endokrin dəyişikliklər hansı orqanlarda təzahür edir?
A) Tər vəzilərində

B) Qalxanvari ətraf vəzilərdə

C) Qalxanvari vəzidə

D) Döş vəzilərində

E) Tüpürcək vəzilərində
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
35) Şıxen sindromunun diaqnostikası zamanı hansı əlamətlər səciyyəvidir?
A) Hipokortisizm

B) İkincili cinsi əlamətlərin qorunması

C) Xolesterinin miqdarının azalması

D) Hiperkortisizm

E) Hipertireoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
36) Simmonds sindromu zamanı yaranan koma nə ilə müşahidə olur?
A) Hipertermiya ilə

B) Proqressivləşən hiperkortisizmlə

C) Proqressivləşən hipokortisizmlə və hipotireozla

D) Hipernatriyemiya və hiperqlikemiya ilə

E) Hiperprolaktinemiya ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
37) İtsenko-Kuşınq xəstəliyinin etiolojı faktorları hansı deyil?
A) Hipofizin şişləri

B) Kəllə travmaları

C) Böyrək-üstü vəzinin hormonal aktiv şişləri

D) Hipotalamo-hipofizar sistemində iltihabi proseslər

E) Böyrəklərdə şişlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
38) Uşaqlarda İtsenko-Kuşinq xəstəliyinin hansı xəstəliklərlə differensasiyası zəruridir?
A) Kretinizm ilə

B) Prader-Villi sindromu ilə

C) Nelson sindromu ilə

D) Klaynfelter sindromu ilə

E) Hipotalamik sindrom ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
39) İtsenko-Kuşinq xəstəliyinin müalicəsinə nə daxil deyil?
A) Kombinə terapiya (cərrahi əməliyyat və şüalanma)

B) Kortikotropin sekresiya edən şişin cərrahi yolla çıxarılması

C) Böyrəküstü vəzilərdə kortizolun sekresiyasını blokada edən preparatlar

D) Hipofizar nahiyyənin şüalanması

E) AKTH blokada edən preparatların istifadəsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
40) AKTH-ın sekresiyasını blokada edən preparat hansıdır?
A) Xloditan

B) Bromokriptin

C) Orimeten

D) Mitotan

E) Mammomit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
41) İtsenko - Kuşınq xəstəliyinin simptomatik müalicəsində hansı preparatlardan istifadə olunmur?
A) Anaboliklərdən

B) Tireostatiklərdən

C) Şəkərsalıcı preparatlardan

D) Hipotenziv preparatlardan

E) Ca preparatlarından
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
42) Oğlan 12,5 yaşlı. Şikayətləri: alçaqboyluq, piylənmə, kəskin baş ağrıları. 3240 qr. çəki ilə tam normal doğulub. 7 yaşından bədən çəkisi artmağa başlayıb. 10 yaşından – boyun inkişafdan qalması. Obyektiv: fiziki inkişaf 10 yaşa uyğundur, ayvari üz quruluşu, yanaqların ruberozu müşaidə olur. Qoltuqaltı nahiyyədə tüklənmə. Cinsi orqanlar 10 yaşına uyğundurlar. Bədənin piylənməsi və ətrafların nazik olması nəzərə çarpır. Dəri quru, follikulyar hiperkeratoz, akne. AT 130/80 mm.c.s. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Kallman sindromundan

B) Hipotireozdan

C) Moriak sindromundan

D) Serebral-hipofizar nanizmdən

E) İtsenko-Kuşınq xəstəliyindən
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
43) Oğlan 12,5 yaşlı. Şikayətləri: alçaqboyluq, piylənmə, kəskin baş ağrıları. 3240 qr. çəki ilə tam normal doğulub. 7 yaşından bədən çəkisi artmağa başlayıb. 10 yaşından – boyun inkişafdan qalması. Obyektiv: fiziki inkişaf 10 yaşa uyğundur, ayvari üz quruluşu, yanaqların ruberozu müşaidə olur. Qoltuqaltı nahiyyədə tüklənmə. Cinsi orqanlar 10 yaşına uyğundurlar. Bədənin piylənməsi və ətrafların nazik olması nəzərə çarpır. Dəri quru, follikulyar hiperkeratoz, akne. AT 130/80 mm.c.s. Diaqnozu təsdiq etmək üçün hansı hormonal müayinələri aparmaq vacibdir?
A) Prolaktinin təyini

B) Qanda kortizolun və AKTH-ın təyini

C) Tireoid hormonların təyini

D) STH-ın təyini

E) Mineralokortikoidlərin təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
44) Akromeqaliyanın kliniki əlamətlərinə hansı aid deyil?
A) Tərləmə

B) Proqnatizm

C) Yumşaq toxumaların hipertrofiyası

D) Striyalar

E) Baş ağrıları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
45) Giqantizmin müalicəsi zamanı istifadə olunan preparat hansıdır?
A) Prednizolon

B) Sandostatin

C) Lizurqid

D) Tiroksin

E) Metoklopramid
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
46) Pubertat dövrdə boyun inkişafı və sümük toxumasının differensiyası hansı hormondan asılı deyil?
A) Tireoid hormonlardan

B) Prolaktindən

C) Estrogenlərdən

D) Boy hormonundan

E) Androgenlərdən
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
47) STH defisitinin orqanik variantının mümkün səbəbi hansı deyil?
A) Hipofizə qansızmalar

B) Hipofizin aplaziyası

C) Somatomedinlərin defisiti

D) Hipotalamo-hipofizar sisteminin anevrizması

E) Kraniofarinqioma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
48) Aşağıdakılardan hansı kraniofarinqiomanın klinik əlaməti deyil?
A) Alçaqboyluluq

B) Nevrolojı simptomlar

C) Hipoqonadizm

D) Şəkərsiz diabet

E) Hipertireoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
49) Serebral - hipofizar nanizmin klinik əlamətlərinin patogenezində hansı hormonun defisiti rol oynayır?
A) TSH - nun

B) AKTH - ın və kortizolun

C) Prolaktinin

D) Mineralokortikoidlərin

E) Qonadotropinlərin və STH -nun
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
50) Laron sindromunun kliniki əlamətlərinə hansı aid deyil?
A) Alçaqboyluluq

B) Somatomedin - C defisiti

C) Boy hormonunun normada olması

D) Boy hormonunun normadan artıq olması

E) Boy hormonunun az olması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
51) Silver sindromunun kliniki əlaməti deyil?
A) “Balıq” ağız

B) Hündürboyluluq

C) STH-ın defisiti

D) Doğulandan boy defisiti

E) Vaxtından əvvəl cinsi inkişaf
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
52) Serebral-hipofizar nanizmi hansı xəstəliklərlə differensasiyası zəruri deyil?
A) Boyun və cinsi inkişafın konstitusional qeri qalmasından

B) Xromosom xəstəliklərdən

C) Tireoid nanizmdən

D) Primordial nanizmdən

E) Addison xəstəliyindən
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
53) Primordial nanizm üçün hansı əlamət xarakterik deyil?
A) Uşağın boy və çəki defisiti ilə doğulması

B) Uşağın normal boylu və çəkili doğulması

C) Sümük yaşının pasport yaşına uyğun olması

D) Boy hormonunun normada olması

E) Pubertatın vaxtında başlanması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
54) Serebral - hipofizar nanizmin kompleks müalicəsi zamanı istifadə olunmayan preparat hansıdır?
A) Tireoid preparatlar

B) Boy hormonu

C) Parlodel

D) Xorionik qonadotropin

E) Cinsi hormonlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
55) Hiperprolaktinemiyanın yaranma səbəbi hansı deyil?
A) Hipotalamusun şişləri

B) Hipofizin travması

C) Hipofizin prolaktin-sekresiya edən şiş

D) Süd vəzilərində şiş

E) Hipotireoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
56) Hansı preparatın qəbulundan hiperprolaktinemiya yarana bilməz?
A) Narkotiklərin qəbulundan

B) Metoklopramidin qəbulundan

C) Peroral kontraseptivlərin qəbulundan

D) Qeyri-steroid preparatlardan

E) Rezerpinin qəbulundan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
57) Hansı preparatın qəbulundan hiperprolaktinemiya yarana bilər?
A) Qlyukokortikoidlərin qəbulundan

B) Psixotrop maddələrin qəbulundan

C) APF-inhibitorların qəbulundan

D) Ca preparatlarının qəbulundan

E) Tireoid preparatların qəbulundan
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
58) Qadınlarda hiperprolaktinemiya nə ilə müşahidə olur?
A) Ovulyasiyanın olmaması ilə

B) Hiperprogesteronemiya ilə

C) Bədən çəkisinin itirilməsi ilə

D) Arterial hipotoniya ilə

E) Hiperpiqmentasiya ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
59) Hiperprolaktinemiya ilə müşaidə olan endokrin xəstəliklərə hansı aididr?
A) Birincili hipotireoz

B) Nelson sindromu

C) Simmonds xəstəliyi

D) Addison xəstəliyi

E) Şəkərsiz diabet
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
60) Hiperprolaktinemiyanın etiopatoqenetik variantlarına aid deyil?
A) Şiş forma

B) Medikamentoz forma

C) İdiopatik forma

D) Posttravmatik forma

E) Şüa forması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
61) Hiperprolaktinemiyanın müalicəsində istifadə olan preparatların təsir mexanizmi hansıdır?
A) Antidofaminerqik

B) Dofaminergik

C) Antixolinesteraz

D) Antiserotonin

E) Serotoninergik
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
62) Hiperprolaktinemiya zamanı istifadə olunmayan preparat hansıdır?
A) Lizurid

B) Vitamin B6

C) Teqretol

D) Perqolid

E) Dostineks
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
63) Şəkərsiz diabet üçün hansı əlamətlər məxsusdur?
A) Lipogenezin sürətlənməsi

B) Lipolizin lənqiməsi

C) Poliuriyanın kəskin yaranmsı

D) Əsas mübadilənin lənqiməsi

E) Əsas mübadilənin sürətlənməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
64) Uşaqlarda şəkərsiz diabetin kliniki əlaməti hansı deyil?
A) Fiziki inkişafdan geri qalma

B) Polidipsiya

C) Xroniki böyrək çatışmazlığı

D) Cinsi inkişafdan geri qalma

E) Poliuriya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
65) Nefroqen forma şəkərsiz diabetin yaranma səbəbi hansıdır?
A) Genetik faktorlar

B) Qarın boşluğunnun travmaları

C) Dismetabolik nefropatiyalar

D) Sidik yollarının xroniki infeksiyaları

E) Sidik yollarının xroniki infeksiyaları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
66) Şəkərsiz diabetin hansı xəstəliklərlə differensial diaqnostikasını aparmaq lazımdır?
A) Addison xəstəliyi ilə

B) Parxon sindromu ilə

C) Hipotireozla

D) Hiperparatireozla

E) Psixoqen polidipsiya ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə