Ənənəvi və interaktiv təlim metodları



Yüklə 204,38 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix23.05.2023
ölçüsü204,38 Kb.
#112255
növüDərs
  1   2   3   4   5   6   7
Ənənəvi və interaktiv təlim metodları



- 1 - 
Ənənəvi və interaktiv təlim metodları: müqayisələr və paralellər.
Nuralı Zərbalı oğlu Çələbiyev 
pedaqogika üzrə fəlsəfə doktoru, dosent 
AMİ-nin Şəki filialı 
(050)430-26-65 və n_chelebiyev@mail.ru 
Açar sözlər: 
ənənəvi təlim, interaktiv təlim, təlim metodları, dərs tipləri, innovasiya,
texnologiya.
 
Ключевые слова:
традиционное обучение, интерактивное обучение, методы
обучения, типы урока, инновация, технология 
Key words: 
traditional training, interactive training, teaching methods, the types of
lessons, innovation, technology. 
Müasir dövrdə informasiya –kommunikasiya texnologiyalarının sürətlə inkişaf etməsi 
müxtəlif elm sahələrinə aid biliklərin həcminin və onların mənbələrinin artmasına, cəmiyyətdə 
informasiya partlayışına səbəb olmuş, bu biliklərin qeyri- ənənəvi təlim metodları əsasında 
mənimsədilməsi istiqamətində tədqiqatlar genişlənmişdir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil
sisteminin institutsional əsaslarının inkişaf etdirilməsi, innovativ təlim metodları və 
texnologiyalarının tətbiqinin genişləndirilməsi yolu ilə səriştəyə əsaslanan şəxsiyyət və 
nəticəyönümlü təhsil modelinin yaradılması strateji hədəf kimi qarşıya qoyulmuşdur. 
Sinif-dərs sisteminin meydana gəldiyi XVII əsrdən sonrakı yüzilliklər ərzində əyani-
illüstrativ təlim, proqramlaşdırılmış təlim, problemli təlim, alqoritmləşdirilmiş təlim, 
differensiallaşdırılmış təlim və s. kimi müxtəlif təlim tipləri meydana gəlsə də, onların heç biri 
pedaqoji praktikada tam vətəndaşlıq hüququ qazana bilməmiş, bəziləri isə öz didaktik dəyərini 
çoxdan itirmişdir.
Milli təhsil sistemində həyata keçirilməkdə olan innovasiya prosesləri təlim-tərbiyənin 
məqsədi, məzmunu və metodlarına, müəllimlə şagirdlərin birgə fəaliyyətinin təşkilinə yeni 
yanaşmalarla müşayət olunur. Təhsilin məzmununda innovasiya prosesləri öz mahiyyəti etibarı 
ilə müasir pedaqogikanın iki mühüm probleminin: a) qabaqcıl və mütərəqqi pedaqoji təcrübənin 
öyrənilməsi, ümumiləşdirilməsi və genişləndirilməsi, b) pedaqogika-psixologiya elmlərinin 
naliyyətlərinin pedaqoji praktikaya tətbiqi problemlərinin həllini nəzərdə tutur. 
Əsrlər boyu cəmiyyətin sosial sifarişini yerinə yetirən məktəb təhsili çox geniş təkamül 
yolu keçmiş, təlimin çoxsaylı ümumdidaktik metodları formalaşmışdır. 1930-cu illərdən sonra 
təlimin illüstrativ-əyani, evristik, tədqiqatçılıq, reproduktiv, praktik, problemli axtarış, sözə 
əsaslanan, müstəqil iş, məntiqi, şagirdlərin təlim-idrak fəaliyyətinin stimullaşdırılması və 
motivləşdirilməsi, nəzarət və özünənəzarət və s. kimi onlarla metodlar sistemi yaradılmışdır. 


- 2 - 
Ənənəvi pedaqogikada 50-dən artıq təlim metodu və hər bir metoda aid çoxsaylı priyomlar 
mövcuddur. Onların təsnifatında perspeptiv, idarəedici, məntiqi, qnostik və kibernetik olmaqla 
beş əsas yanaşma və təsnifat meyarlarından istifadə olunur. Ənənəvi təlim metodlarının hər 
birində şagirdlərin və müəllimlərin fəaliyyətinin xarakteri konkret olaraq müəyyənləşdirilmişdir. 
Bu cəhətdən görkəmli rus didaktları İ.Y.Lerner və M.N.Skatkinin beş əsas qrupda 
cəmləşdirdikləri (informativ-reseptiv, reproduktiv, problemli şərh, evristik, tədqiqatçılıq) təlim 
metodları geniş yayılmışdır. Ənənəvi təlim daha çox özünün imperativ xarakteri-uşaqların 
şəxsiyyət xüsisyyətlərinin, təlabatları nəzərə alınmadan həyata keçirilən pedaqoji təsirə əsaslanır. 
Belə yanaşmada təlim motivlərinə və ya digər fəaliyyət növlərinə diqqət yetirilmir, uşağın özünə 
işə dəyişdirilmə, müəllimin tələblərinə tabe edilmə obyekti kimi baxılır. 

Yüklə 204,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə