Energetika haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar



Yüklə 214,53 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix08.10.2017
ölçüsü214,53 Kb.
#4052
1   2   3   4   5   6   7

Azərbaycan  Respublikasının  Konstitusiyasına  müvafiq  olaraq  dövlət  bu  Qanunun  6-

cı maddəsində göstərilən  hər  hansı fiziki  və hüquqi şəxslərin  müstəsna  hüquqlarına  xələl 

gətirmədən  bütün  ilkin  enerji  materiallarının  yataqları üzrə müstəsna  mülkiyyət  hüququna 

malik olmaqla: 

kəşfiyyat; 

yataqların işlənməsi və energetika materiallarının və məhsullarının hasilatı; 

yeraltı anbarların tikintisi və istismarı; 

baş enerji nəqletmə sistemlərinin tikintisi və idarə edilməsi

qanunvericiliyə müvafiq  olaraq  dövlətin  təhlükəsizliyini  və müstəqilliyini  təmin  etmək 

məqsədilə energetika 

ilə bağlı digər 

fəaliyyət 

sahələrində müstəsna 

hüquqlardan 

istifadə edir. 

M a d d ə   6 .      Energetika sahəsində fiziki şəxslərin və qeyri-dövlət hüquqi şəxslərin 



müstəsna hüquqları

 

Fiziki şəxslərin və qeyri-dövlət hüquqi şəxslərin müstəsna hüquqları yalnız bu Qanunun 

5-ci  fəslinin  müddəalarına  uyğun  olaraq  bağlanılan  energetika  müqaviləsindən  və ya 

energetika sahəsinin müəssisələrinə qanunvericiliklə verilən hüquqlardan irəli gələ bilər. 

M a d d ə   7 .      Energetika sahəsində idarəçilik və nəzarət

 

Müvafiq icra hakimiyyəti orqanları bu Qanunun məqsədlərinə, tətbiq olunan qanunlara 



və qərarlara uyğun olaraq aşağıdakı səlahiyyətlərə malikdir: 

energetika sahəsində fəaliyyətin həyata keçirilməsinin tənzimlənməsi və ona nəzarət

energetika materiallarının və məhsullarının istifadəsinin tənzimlənməsi və ona nəzarət; 

energetika  fəaliyyətinin ətraf  mühitin  qorunmasına  və təhlükəsizliyə dair  aspektlərinin 

tənzimlənməsi və ona nəzarət; 

energetika  fəaliyyəti üçün  qanunvericiliyə uyğun  olaraq  torpaq,  su  və yerin  təki 

sahələrinin ayrılması. 

I V   f ə s i l  



ENERJİNİN SƏMƏRƏLİ İSTİFADƏSİ, ƏTRAF MÜHİTİN QORUNMASI, 

TƏHLÜKƏSİZLİK VƏ SAĞLAMLIQ ÜZRƏ VƏZİFƏLƏR, XÜSUSİ İCAZƏLƏR, 

SIĞORTA VƏ ZİYAN 

M a d d ə   8 .      Enerjinin, energetika materiallarının və məhsullarının səmərəli 

istifadəsinə tələblər

 

1.   Hər  hansı bir  hüquqi  və fiziki şəxs  qanunvericiliyə müvafiq  olaraq  enerjinin, 



energetika  materiallarının  və məhsullarının  səmərəli  istifadəsinə,  enerji  resurslarından 

istifadə qaydalarına 

riayət 

edilməsinə və normadan 



artıq 

tullantılara 

yol 

verilməməsinə görə məsuliyyət  daşıyır.  Bu  məsuliyyət  eyni  dərəcədə enerji  aqreqatlarının 



və qurğularının layihələşdirilməsinə, quraşdırılmasına və istismarına da aid edilir. 

2.   Müvafiq  icra  hakimiyyəti  orqanı enerjinin  səmərəli  istifadəsi  sahəsində iqtisadi, 

texniki və təşkilati tələbləri müəyyən edir. Yenidən istismara verilən hər bir enerji qurğusu 

bu  tələblərə uyğun  olmalıdır.  Müvafiq  icra  hakimiyyəti  orqanının  mövcud  enerji 

qurğuları barəsində aşağıda göstərilən qərarlar qəbul etmək hüququ vardır: 

yeni  tələblərə uyğunlaşdırılması və ya  yeni  qurğularla əvəz  olunması üçün  lazımi 

müddətin verilməsi barədə; 



bu müddət qurtardıqda və qurğular yeni tələblərə uyğun olmadıqda görüləcək tədbirlər 

və qanunvericiliklə nəzərdə tutulmuş sanksiyalar barədə. 

3.   Hər  bir  istehlakçı istifadə etdiyi  energetika  materiallarının  və məhsullarının 

müqabilində paylayıcının təqdim etdiyi hesab üzrə ödəniş həyata keçirir. Bununla əlaqədar: 

paylayıcı istehlakçıya  enerji ötürən  hər  bir  yeni  enerji  qurğusunu  fərdi  sayğacla  təchiz 

etməlidir; 

sayğacı olmayan istehlakçının fərdi sayğacın quraşdırılmasını tələb etmək hüququ vardır 

(Sayğacın 

dəyəri 

və quraşdırılması üçün çəkilən 



xərclər 

qanunvericiliyə müvafiq şəkildə ödənilə,  o  cümlədən  sayğaca  sertifikat  verilən  gündən  bir 

il ərzində istehlak 

olunan 


enerjinin 

qiymətinə kompensasiyalar 

vasitəsilə paylayıcı tərəfindən  həyata  keçirilə bilər  və bu  halda  sayğac  paylayıcının 

mülkiyyətinə keçir); 

müvafiq  icra  hakimiyyəti  orqanı sayğacların  quraşdırılmasına  tətbiq  edilən  texniki 

tələblər, 

enerji 

sərfiyyatının 



fərdi 

sayğaclarının 

sertifikatlaşdırılması və yoxlanması qaydaları haqqında əsasnamələr qəbul edir. 

M a d d ə   9 .      Ətraf mühitin qorunmasına, təhlükəsizliyə və sağlamlığa dair vəzifələr

 

1.   Energetika 



sahəsində fəaliyyət 

göstərən, 

habelə energetika 

materiallarını və məhsullarını istifadə edən 

hər 

bir şəxs ətraf 



mühiti çirklənmədən 

qorumalıdır. 

Ətraf mühitin çirklənməsi qanunvericiliyə müvafiq norma və normativlərə uyğun olaraq 

məhdudlaşdırılır. 

2.   Ətraf mühitin qorunması, təhlükəsizlik və sağlamlıq sahəsində görüləcək tədbirlərin, 

aparılacaq  bütün  lazımi  tədqiqatların  və ekspert  rəylərinin  alınması üzrə xərclər  energetika 

sahəsində fəaliyyət göstərən müəssisə tərəfindən ödənilir. 

3.   Energetika  müqaviləsinin  bağlanması və ya  xüsusi  icazə alınması üçün  hər 

hansı bir ərizə daxil  olduqda  müvafiq  icra  hakimiyyəti  orqanı müvafiq  fəaliyyətin  həyata 

keçiriləcəyi ərazidə ətraf  mühitə təsirin  səviyyəsini  və onun  səbəblərini  müəyyən  edən 

müstəqil  ekspertlər  tərəfindən  keçirilən  ekspertiza  təyin  edir.  Bu  ekspertizanın 

keçirilməsi üzrə bütün  xərclər ərizəçi  tərəfindən  qabaqcadan ödənilir.  Müvafiq  icra 

hakimiyyəti 

orqanı və ərizəçi 

ekspertizanın 

keçirilməsinə yardım 

göstərə və öz 

tədqiqatlarını apara bilər. Ətraf mühitə təsir və onun səbəbləri barədə ekspert rəyi tərəflərin 

razılığı ilə əsas  təsdiqedici  sənəd  kimi  qəbul  olunur. Ətraf  mühitə mənfi  təsirin  müvafiq 

normalara  uyğun  olaraq  aradan  qaldırılması üçün  tədbirlər  fiziki  və ya  hüquqi şəxs 

tərəfindən  təqdim  edilməzsə,  müvafiq  icra  hakimiyyəti  orqanı müqaviləyə və energetika 

fəaliyyətinə xüsumi icazə vermir. 

4.   Müəssisə tərəfindən  energetika  materiallarının  və məhsullarının  hasilatı,  istehsalı, 

paylanması və tədarükü ümumi dövlət əhəmiyyəti daşıdıqda və bu işlərin icrası başqa yolla 

mümkün  olmadıqda,  müvafiq  icra  hakimiyyəti  orqanı beş ildən çox  olmayan  keçid 

dövrü müddətində müəssisəni 

qanunvericiliklə müəyyən 

edilmiş qaydada 

müvafiq 

tələblərdən azad etmək hüququna malikdir. 

M a d d ə   1 0 .   Energetika sahəsində fəaliyyətlərə xüsusi icazələrin verilməsi

 

1.   Energetika sahəsində fəaliyyətlə məşğul olmaq istəyən hər bir fiziki və ya hüquqi şəxs 



fəaliyyətə başlamazdan əvvəl 

müvafiq 


icra 

hakimiyyəti 

orqanından 

qanunvericiliklə müəyyən  olunmuş qaydada  energetika  müqaviləsi  və ya ərizə əsasında 




Yüklə 214,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə