Energetika haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar



Yüklə 214,53 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix08.10.2017
ölçüsü214,53 Kb.
#4052
1   2   3   4   5   6   7

xüsusi 

icazə almalıdır. 

Energetika 

sahəsində fəaliyyət 

müddəti 

xüsusi 


icazədə göstərilmiş müddətlə məhdudlaşdırılır. 

2.   Enerji  qurğusunun  fəaliyyəti  və ya  hər  hansı hərəkət  nəticəsində ətraf  mühitə və ya 

insanların həyat və sağlamlığına müəyyən zərərli təsirin təhlükəsi yarandıqda müvafiq icra 

hakimiyyəti  orqanının  qanunvericiliklə müəyyən  edilmiş qaydada  bu  enerji  qurğusunun 

istifadəsinin  məhdudlaşdırılmasına  və ya  tam  dayandırılmasına  yönəlmiş tədbirlər  həyata 

keçirmək hüququ vardır. 

3.   Müvafiq icra hakimiyyəti orqanı xüsusi icazə almaq üçün ərizələrin ayrı-seçkiliyə yol 

verilmədən baxılmasını təmin edir. 

4.   Xüsusi  icazələr,  onların  verilmə proseslərini  asanlaşdırmaq  məqsədilə energetika 

sahəsində fəaliyyətlərin  və (və ya)  enerji  qurğularının  bir  neçə növlərinə və ya  qruplarına 

verilə bilər. 

5.   Hər  hansı bir  fiziki  və hüquqi şəxs  energetika  sahəsində yeni  fəaliyyətə başlamaq 

və ya  mövcud  fəaliyyətini əsaslı genişləndirmək  istədikdə yeni  xüsusi  icazə almalıdır.  Bu 

icazə energetika  materiallarının  və məhsullarının  səmərəli  istifadəsinin,  təhlükəsizliyinin, 

sağlamlığın 

və ətraf 

mühitin 

qorunmasının 

səviyyəsini 

artıran 


və eyni 

zamanda əsassız əlavə xərclərə gətirməyən 

müasir 

texnologiyaların 



istifadəsi şərti 

ilə verilə bilər. 

6.   Fiziki  və hüquqi şəxsin  fəaliyyəti  xüsusi  icazədə əks  olunmuş şərtlərə uyğun 

olmadıqda ona verilmiş xüsusi icazə geri götürülə bilər. 

7.   Xüsusi 

icazələrin 

verilməsi 

ilə bağlı müvafiq 

icra 

hakimiyyəti 



orqanının 

aşağıdakı səlahiyyətləri vardır: 

fiziki 

və hüquqi şəxslərə və enerji 



qurğularına 

tətbiq 


edilən 

tələblər 

barədə, 

habelə nəzarətin həyata keçirilməsi və xüsusi icazələrin təqdim edilməsi qaydaları haqqında 

qərarlar qəbul etmək; 

normativ aktlar olmadığı halda beynəlxalq normativlərin və standartların tətbiq edilməsi 

barədə qərar qəbul etmək; 

xüsusi  tələblərin  yerinə yetirilməsi  məqsədilə xüsusi  icazəyə müvafiq şərtləri  daxil 

etmək; 

qəzalara  yol  verilməməsi,  habelə onların  aradan  qaldırılması üçün  lazımi  tədbirlərin 



həyata keçirilməsi barədə sərəncamlar vermək. 

M a d d ə   1 1 .   Vurulmuş ziyanın ödənilməsi üzrə öhdəliklər

 

1.   Enerji qurğusunun təsiri insan ölümü və ya bədən xəsarəti, habelə ətraf mühitə ziyan 



vurulması ilə nəticələndiyi  halda  bu  enerji  qurğusunu  istismar  edən şəxs  (onun  sahibi) 

dəymiş ziyanın ödənilməsi, 

onun 

qarşısının 



alınması, 

azaldılması və aradan 

qaldırılması üzrə məsuliyyət  daşıyır.  Bu  müddəalar  enerji  qurğusunun  quraşdırılması, 

istismarı, texniki xidməti zamanı tətbiq olunur. 

2.   Qurğu sahibinin başqa hüquqi və ya fiziki şəxs olduğunu və bu şəxsin sahib kimi öz 

vəzifələrini  yerinə yetirmədiyini  sübut  edənə qədər  enerji  qurğusunun  mülkiyyətçisi 

qurğunun sahibi hesab olunur. 

3.   Vurulmuş ziyanın  səbəbi  enerji  qurğusunun  sahibinin  fəaliyyəti  ilə əlaqədar 

olmadıqda 

və bu 


ziyanın 

qarşısının 

alınması və ya 

nəticələrinin 

aradan 

qaldırılması mümkün  olmadıqda  (fors-major  halları),  o,  vurulmuş ziyanın ödənilməsi 



vəzifəsindən azad olunur. 

4.   vurulmuş ziyan  bir  neçə enerji  qurğusunun  birgə fəaliyyəti  nəticəsində baş verərsə, 

bu 

hadisənin 



yaranmasında 

vaxt, 


yer, 

mühit 


və başqa 

fərqləndirici 




xüsusiyyətlərə görə ən çox  təsir  göstərmiş enerji  qurğusu  vurulmuş ziyanın əsas  səbəbi 

hesab olunur və ziyanın ödənilməsi mütənasib şəkildə bölünür. 

5.   Enerji qurğusunun vurulmuş ziyana səbəb olduğu sübuta yetirildikdə, bu qurğunun 

sahibi  müvafiq  icra  hakimiyyəti  orqanına,  habelə zərər çəkmiş şəxslərə və başqa əlaqəli 

enerji 

qurğularının 



sahiblərinə ziyana 

görə ödəmələrin 

məsuliyyətinin 

müəyyən 


edilməsi üçün lazımi məlumatlar təqdim etməlidir. 

6.   Ödəmə haqqında 

başqa 

razılaşma 



olmadıqda 

vurulmuş ziyan 

pul şəklində ödənilməlidir.  Ziyan çəkmiş tərəf  ilkin ödəməni  tələb  etmək  hüququna 

malikdir. 

7.   Ziyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq 

müddəaları tətbiq olunur. 

M a d d ə   1 2 .   Sığorta

 

1.   Ətraf mühitə, yerin təkinə, insanların təhlükəsizliyinə və sağlamlığına təsadüfi vurula 



biləcək  ziyanla əlaqədar  sığortalanması məcburi  olan  fəaliyyət  növlərinin  və enerji 

qurğularının 

siyahısı sığorta şərtləri, 

haqqları və məbləğləri 

qanunla 

tənzimlənir. 

Sığortalanma 

ilə əlaqədar 

vəzifələr 

xüsusi 


icazələrdən 

və ya 


energetika 

müqavilələrinin şərtlərindən irəli gələ bilər. 

2.   Qanunvericiliklə müəyyən  edilmiş qaydada  müvafiq  icra  hakimiyyəti  orqanının 

tələbi 


ilə siyahıya 

daxil 


edilmiş enerji 

qurğusunun 

sahibi 

bu 


qurğunun 

istismarı başa çatdıqdan 

sonra 

onun 


zərərli 

təsirinin 

təhlükəsi 

saxlanıldığı müddət ərzində sığortalanma davam etdirilir. 

V   f ə s i l  

ENERGETİKA MÜQAVİLƏLƏRİ 

M a d d ə   1 3 .   Ümumi müddəalar

 

1.   Energetika  müqavilələri  müvafiq  icra  hakimiyyəti  orqanı ilə podratçılar  arasında 



bağlanılır. 

Podratçıların 

bu 

Qanunun 


müddəalarında 

və energetika 

müqavilələrində müəyyən  edilmiş müddət  vəşərtlərə uyğun  olaraq  fəaliyyət  göstərmək 

hüququ vardır. 

2.   Energetika müqaviləsi podratçıların xüsusi icazəsi olan halda onların ərizəsi əsasında 

qanunvericiliklə müəyyən  edilmiş qaydada  tender  yolu  ilə və ya  xüsusi  hallarda  mövcud 

qanunvericiliklə müəyyən 

edilmiş xüsusi 

qaydalar əsasında 

aparılan 

danışıqlar 

nəticəsində bağlanıla bilər. 

3.   Müvafiq icra hakimiyyəti orqanı energetika müqavilələrinin bu Qanuna uyğun olaraq 

bağlanılmasına və həyata keçirilməsinə nəzarəti həyata keçirir. 

M a d d ə   1 4 .   Kəşfiyyat üzrə müqavilələr

 

1.   Kəşfiyyat üzrə müqavilələr  dəqiq  və aydın  surətdə müvafiq  enerji  materialının 



və müqavilə ərazisinin, 

habelə icazə verilmiş kəşfiyyat üsullarının 

və kəşfiyyatın 

nəticələrinin  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  edilmə qaydalarını müəyyən 

etməlidir. 

2.   Əgər 

başqa 

hallar 


müvafiq 

qanunlarda 

müəyyən 

edilməyibsə, 

kəşfiyyat üzrə müqavilələr bağlayan podratçıya aşağıda göstərilən hüquqlar şamil edilmir: 

müqavilə ərazisi hüdudlarında kəşfiyyata müstəsna hüquq




Yüklə 214,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə