Energetika haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar



Yüklə 214,53 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix08.10.2017
ölçüsü214,53 Kb.
#4052
1   2   3   4   5   6   7

işlənmə, hasilat və yeraltı anbarlar üzrə bağlanmış müqavilələr ərazisində kəşfiyyat işləri 

hüququ; 


işlənmə,  hasilat  və ya  başqa  məqsədlər üçün  müqavilələrin  bağlanmasına üstünlük 

hüququ. 


3.   Hər  bir  tədqiqatın  sonunda  podratçı yataqlar  haqqında əldə edilən  bütün 

məlumatları və izahatları,  habelə nümunələri  və çəkilişin  nəticələrini  müvafiq  icra 

hakimiyyəti orqanına təqdim edir. 

4.   Kəşfiyyat üzrə müqavilənin  ilkin  müddəti  müqavilənin  qüvvəyə mindiyi  tarixdən 

etibarən 2 ildən artıq olmamalıdır. Bu müddət tərəflərin razılığı ilə 1 ilə qədər uzadıla bilər. 

M a d d ə   1 5 .   İşlənmə və hasilat üzrə müqavilələr

 

1.   İşlənmə və hasilat üzrə podratçının 



müqavilədə müəyyən 

edilmiş energetika 

materialları və məhsulları,  habelə müqavilə ərazisi  ilə əlaqədar  aşağıda  göstərilən  hüquq 

və vəzifələri vardır: 

müqavilədə razılaşdırılmış iş proqramına uyğun olaraq işlənməni həyata keçirmək

enerji  materialları yataqlarının  aşkar  edilməsi  haqqında  müvafiq  icra  hakimiyyəti 

orqanına  dərhal  məlumat  vermək  və bu  yatağın  lazımi  qiymətləndirilməsini  həyata 

keçirmək; 

podratçı tərəfindən 

kommersiya 

kəşfi 

elan 


edilmiş hər 

bir 


kəşfin 

inkişafı və hasilatı üzrə ətraflı iş proqramını razılaşdırmaq üçün  müvafiq  icra  hakimiyyəti 

orqanına təqdim etmək; 

elan  edilmiş kommersiya  kəşfinin ərazisi  istisna  olmaqla  bütün  müqavilə ərazisini 

müvafiq icra hakimiyyəti orqanına təhvil vermək

işlərin 


aparılmasından əvvəl 

müvafiq 


icra 

hakimiyyəti 

orqanı ilə razılaşdırılmış iş proqramına 

uyğun 


olaraq 

kommersiya 

kəşfinin 

inkişafı və hasilatı dövründə müqavilədə müəyyən  edilmiş,  mövcud  qanunvericiliyə uyğun 

ilkin enerji materiallarını hasil etmək; 

müqavilədə və ya 

iş proqramında 

qeyd 


olunan 

bütün 


qurğuları və baş enerji 

nəqletmə sistemlərini inşa etmək və onlardan istifadə etmək; 

resursları hasil etmək və tətbiq olunan sahə üzrə qanunvericilik aktlarının müddəalarına 

və ya müqaviləyə uyğun olaraq hasil olunan resursların müəyyən hissəsinə sahib olmaq. 

2.   İşlənmə və hasilat üzrə podratçının  fəaliyyəti  zərərsiz  olmalı və onun  müstəsna 

hüquqları başqa şəxslərin  elmi  məqsədlərlə kəşfiyyat  işlərinin  aparılmasına,  enerji 

materiallarının  işlənməsi 

və hasilatıüzrə müqavilənin 

məqsədlərinə uyğun 

olmayan 


qurğuların yerləşdirilməsinə və istifadəsinə mane olmamalıdır. 

3.   Podratçı ona 

məxsus 

energetika 



materiallarının 

və məhsullarının 

müqavilə ərazisindən 

daşınması üçün 

mövcud 

baş enerji 



nəqletmə sistemlərindən 

istifadəyə üstünlük 

verməlidir. 

Podratçının 

baş enerji 

nəqletmə sistemlərinə qoşulması üçün əlverişli şərait 

yaradılmalı və o, 

bu 


sistemlərdən üçüncü şəxslərə aid 

olunan şərtlərlə istifadə etməlidir. 

Bu 

sistemlər 



olmadığı halda  və ya  onlardan  podratçını qane  edən şərtlərlə istifadə edilməsi  mümkün 

olmadıqda  podratçı öz  vəsaiti  hesabına  lazımi  nəqletmə vasitələrini  quraşdırıb  istismar 

etmək  hüququna  malikdir.  Bu  qurğulara  hasilat  müddətinin  iş proqramını tamamlayan 

energetika  müqaviləsinin  müddəaları tətbiq  edilir.  Belə nəqletmə sistemləri üzrə xərcləri 

yalnız podratçı daşıdıqda, bu Qanunun 13-cü maddəsinin müddəaları tətbiq edilmir. 



4.   Milli 

tələbatın ödənilməsi 

məqsədilə energetika 

müqaviləsində hasil 

edilmiş energetika 

materiallarının 

və məhsullarının 

dünya 


bazar 

qiymətləri 

ilə əldə edilməsində dövlətin üstün hüququ vardır. 

5.   İşlənmə və hasilat üzrə energetika  müqaviləsində nəzərdə tutulmuş işlənmə müddəti 

bir  neçə dövrlərə bölünə bilər  və ya  müqavilənin  qüvvəyə mindiyi  tarixdən, ümumiyyətlə 8 

ildən çox olmayan müddətə qədər uzadıla bilər. 

M a d d ə   1 6 .   Baş enerji nəqletmə sistemləri üzrə müqavilələr

 

1.   Baş enerji 

nəqletmə sistemləri üzrə müqavilələrin şərtlərinə, 

müddəalarına 

və iş proqramına müvafiq olaraq podratçının aşağıda göstərilən hüquq və vəzifələri vardır: 

energetika materiallarının və məhsullarının müəyyən edilmiş marşrutlarla nəql edilməsi 

və ötürülməsi məqsədilə baş enerji nəqletmə sistemlərini quraşdırmaq və istismar etmək; 

energetika  müqaviləsində müəyyən  edilmiş fəaliyyətlə bağlı əlavə qurğular,  o  cümlədən 

anbarlar tikmək, quraşdırmaq və istismar etmək; 

müvafiq  daşınmaz əmlakın  sahibi  olmaq  və ondan  istifadə etmək  hüququnu 

başqa şəxsə vermək; 

müvafiq  icra  hakimiyyəti  orqanının  tələbilə və müqavilə fəaliyyətinə heç bir  xələl 

gətirmədən 

təhlükəsizliyi 

artıran 

və nəqletmə xərclərini 

azaldan 

“sinerji” 

effektinə (qüvvələrin  birləşməsi  effekti)  nail  olmaq  məqsədilə öz  fəaliyyətini üçüncü tərəfin 

baş enerji nəqletmə sistemləri ilə əlaqələndirmək. 

2.   Baş enerji 

nəqletmə sistemləri üzrə müqavilələr 

nəqletmə vasitələri 

arasında 

və (və ya)  energetika  materialları və məhsulları arasında  rəqabətin  olmasını nəzərə alaraq 

bağlanılır. 

Baş enerji 

nəqletmə sistemləri üzrə müstəsna 

müqavilələr 

energetika 

materiallarının 

və məhsullarının 

yalnız 

bir 


növü üzrə xərclərin ödənilməsinin 

və müqavilənin 

bağlanmasından 

sonra 


podratçı tərəfindən 

investisiyanın 

mükafatlandırılmasının çətin  olmasına əsaslı səbəblərin  mövcud  olduğu  halda  bağlanıla 

bilər.  Müqavilə müstəsna  xarakter  daşıdıqda  podratçı hər  bir  zaman üçüncü tərəfin 

nəqletmə tələblərinin ödənilməsini 

təmin 


etməlidir. Əks 

təqdirdə podratçı bu 

sistemlər üzrə müstəsna 

hüququ 


itirir 

və onun 


baş enerji 

nəqletmə sistemləri üzrə əlavə müqavilənin bağlanmasına qarşı etiraz etmək hüququ olmur. 

3.   Üçüncü tərəfə məxsus  olan  energetika  materiallarının  və məhsullarının  baş enerji 

nəqletmə sistemləri 

ilə nəql 

edilməsini 

nəzərdə tutan 

müqavilənin 

podratçısı aşağıdakı tələbləri ödəməlidir: 

energetika 

materiallarının 

və məhsullarının 

nəqlinin 

qiymət 


və tariflərini, 

habelə kommersiya və texniki şərtlərini müəyyən etmək

energetika  materiallarının  və məhsullarının  mənşəyindən,  təyinat  məntəqəsindən  və ya 

məxsusluğundan  asılı olmayaraq  onların  nəqli  barədə hər  bir  sifarişi  qəbul  etmək, 

habelə əsassız 

ləngitmələrə, 

məhdudiyyətlərə və rüsumlara 

yol 


vermədən 

bu 


sifarişlər üzrə ayrı-seçkiliyə yol vermədən qiymətlər müəyyən etmək; 

ona məxsus istifadə olunmayan nəqliyyat qurğularını nəqletmə məqsədləri üçün təqdim 

etmək. 

4.   Podratçı istifadə olunmayan  nəqliyyat  güclərinin  başqa  maraqlı tərəfə energetika 



materialları və məhsullarının  nəql  edilməsi üçün  təqdim  etməyə borcludur.  Başqa 

maraqlı tərəfin  energetika  materiallarının  və məhsullarının  nəqli  podratçının  energetika 

materiallarının və məhsullarının nəql olunmasına xələl gətirməməlidir. 

5.   Bu 


Qanunun 

15-ci 


maddəsinin 

2-ci 


bəndi 

müvafiq 


olaraq 

baş enerji 

nəqletmə sistemlərinə tətbiq 

olunur. 


Bundan 

başqa, əgər 

dövlət 

və ya 


başqa 


Yüklə 214,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə