Energetika haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar



Yüklə 214,53 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix08.10.2017
ölçüsü214,53 Kb.
#4052
1   2   3   4   5   6   7

edilə bilər.  Onlar  ayrı-seçkiliyə yol  vermədən  və ödənişləri əsassız  gecikdirmədən,  yaxud 

məhdudlaşdırmadan tətbiq edilməlidir. 

3.   Qiymətlərə dövlət subsidiyaları tətbiq edildikdə, onlar müəyyən şərtlərlə və müəyyən 

müddətə verilmələri qeyd edilməklə ayrıca hesabda göstərilməlidir. 

M a d d ə   2 3 .   Energetika müqavilələrinin başqa şəxslərə verilməsi

 

1.   Energetika 



müqaviləsinin 

başqa şəxslərə verilməsi 

və ya 

podratçı tərəfindən 



törəmə müqavilənin bağlanması müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi ilə həyata 

keçirilir və qeydiyyata alındıqdan sonra qüvvəyə minir. 

2.   Xüsusi icazə olmadıqda podratçının dövlət qarşısında olan öhdəliklərinin onun varisi 

tərəfindən yerinə yetirilməsinə görə ilkin podratçı birgə və ya təkbaşına məsuliyyət daşıyır. 

M a d d ə   2 4 .   Energetika müqaviləsinin qüvvədə olma müddəti və onun uzadılması

 

1.   Energetika 



müqaviləsinin 

qüvvədə olma 

müddəti 

müqavilədə əks 

olunmalı və qanunla  müəyyən  edilmiş maksimal  müddəti  aşmamalıdır.  Energetika 

müqaviləsinin qüvvədə olma müddəti orada göstərilmiş müddət qurtararkən bitir. 

2.   Aşağıdakı şərtlərlə podratçının 

təklifinə əsasən 

energetika 

müqaviləsinin 

qüvvədə olma 

müddəti 


müvafiq 

icra 


hakimiyyəti 

orqanı və podratçı arasında 

müqavilə bağlanması yolu ilə hər dəfə uzadıla bilər: 

birinci 


müddət ərzində podratçı energetika 

müqaviləsi üzrə bütün öhdəliklərini 

yerinə yetirdikdə; 

ilkin  müddət  bitənədək  uzadılmış müddət üzrə işlər  planı müvafiq  icra  hakimiyyəti 

orqanı ilə razılaşdırıldıqda; 

energetika 

müqaviləsinin ümumi 

müddəti 


qüvvədə olan 

qanunvericiliyə uyğun 

olduqda. 

3.   Energetika 

müqaviləsinin 

qüvvədə olma 

müddətinin 

bu 


maddənin 

2-ci 


bəndində nəzərdə tutulan hallardan başqa, bir daha yenidən uzadılmasına yol verilmir, lakin 

podratçının əvvəlki  energetika 

müqaviləsinin ərazisi 

və fəaliyyət 

növü ilə bağlı yeni 

energetika müqaviləsi ilə əlaqədar tenderdə iştirak etmək hüququ vardır. 

M a d d ə   2 5 .   Energetika müqaviləsinin dayandırılması

 

1.   Energetika  müqaviləsi  onun  qüvvədə olma  müddəti  bitənədək  yalnız  energetika 



müqaviləsinin özünün şərtlərinə uyğun olaraq və ya aşağıdakı hallarda dayandırıla bilər: 

energetika  müqaviləsindən  imtina  edilməsinə əsas  verən  mühüm  dəlillər  aşkar 

edildikdə; 

podratçı öz öhdəliklərini yerinə yetirmədikdə; 

podratçı energetika 

müqaviləsi 

ilə ona 

verilən 


hüquqlardan 

lazımi 


qaydada 

istifadə etmədikdə. 

2.   Energetika müqaviləsi aşağıdakı hallarda dayandırıla bilməz: 

podratçı müvafiq 

icra 

hakimiyyəti 



orqanından 

energetika 

müqaviləsinin 

dayandırılması barədə bildiriş alanadək 

və podratçının 

fəaliyyətinin 

energetika 

müqaviləsi üzrə öhdəliklərə uyğunluğunu sübut etmə müddəti bitənədək; 

podratçı tərəfindən öhdəliklərin icra edilməməsi onun təsir sahəsindən kənarda olduqda 

və onun  tərəfindən  bu  halın  qarşısının  alınması və ya  nəticələrin  aradan  götürülməsi 

mümkün olmadıqda (fors-major halları). 



3.   Qanunvericiliklə başqa 

hal 


nəzərdə tutulmayıbsa, 

energetika 

müqaviləsi 

dayandırıldıqda,  onun  qüvvədə olma  müddəti  bu  dayandırılma  qüvvəyə minən  vaxtdan 

bitir. 

4.   Qeyri-müəyyən  müddətə bağlanılmış energetika  müqavilələri  hər  bir  tərəfin  arzusu 



ilə on iki aydan az olmayan müddətə riayət etməklə dayandırıla bilər. 

M a d d ə   2 6 .   Energetika müqaviləsinin qüvvədən düşməsi

 

1.   Energetika 



müqaviləsi 

qüvvədən 

düşdükdən 

sonra 


keçmiş podratçı müqavilə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilir. 

2.   Qanunvericiliklə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanının 

tələbinə əsasən  keçmiş podratçı müqavilə şərtləri  ilə nəzərdə tutulan  və onun üçün  zəruri 

olan  qurulmuş və digər  avadanlıqları dövlətə və ya  yeni  podratçıya ödənişsiz  verməlidir. 

Energetika 

müqaviləsinin 

müddətindən 

artıq 


olan 

vaxta 


fondların 

amortizasiyasını hesablamaq və beləliklə, podratçının xərclərini azaltmaq üçün xüsusi olaraq 

baş enerji  nəqletmə sistemləri,  enerjinin  paylanması və yeraltı anbarlar üzrə energetika 

müqavilələri tam amortizasiya olunmamış, lakin qənaətbəxş işçi halına gətirilmiş qurğulara 

görə dövlət  və ya  yeni  podratçı tərəfindən  iqtisadi  cəhətdən əsaslandırılmış ödənişlər 

nəzərdə tutula 

bilər. 

Belə ödənişlər 



müvafiq 

icra 


hakimiyyəti 

orqanının 

qərarları və energetika 

müqaviləsi 

ilə dəqiqləşdirilə bilər. 

Fikir 


ayrılığı yarandıqda, 

belə ödənişlər müstəqil ekspertlərin rəyi əsasında müəyyən edilir. 

3.   Keçmiş podratçı dövlətə və ya  yeni  podratçıya  verilmiş qurğulara  dair  onların ətraf 

mühitə vura  biləcək  ziyanın  qarşısının  alınması və bu  qanunun  maddələrinə uyğun  olaraq 

bərpa işlərinin aparılması üçün tədbirlər görməlidir. 

M a d d ə   2 7 .   Bərpa işləri

 

1.   Podratçının fəaliyyəti nəticəsində yararsız vəziyyətə düşən ərazinin bərpası planı hər 



bir 

energetika 

müqaviləsinə daxil 

edilməlidir. 

Energetika 

müqaviləsi 

bitənədək 

podratçı bərpa işlərini aparmalıdır. 

2.   Texniki 

cəhətdən 

mümkün 

olduqda 


podratçı müqavilə fəaliyyətində artıq 

istifadə üçün 

lazım 

olmayan 


müqavilə ərazisinin 

bərpasını məqbul 

olan 

müddət ərzində aparmalıdır.  Energetika  müqaviləsində podratçı tərəfindən  bu öhdəliklərin 



icrası qaydası göstərilə bilər. 

3.   Podratçı ilkin 

bərpa 

planını müntəzəm 



olaraq 

təzələməli 

və onu 

müqavilə fəaliyyətinin inkişafına uyğunlaşdırmalıdır. Energetika müqaviləsinin müddətinin 



bitməsinə bir  il  qalanadək  və ya  müqavilədə göstərilən  istənilən  vaxtda  podratçı son  bərpa 

planını təsdiq  etməlidir.  Bu  plan  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  edilir.  Cəlb 

olunmuş bütün 

tərəfləri 

dinlədikdən 

sonra 


müvafiq 

icra 


hakimiyyəti 

orqanı keçmiş podratçıdan 

qalmış qurğuların ətraf 

mühitə vura 

biləcək 

zərərinin 

qarşısını almaq  və ya  ilkin  bərpa  planında  müəyyən  edilmiş nəticələrə nail  olmaq üçün  son 

bərpa işləri planına hansı dəyişikliklərin edilməsinin zəruriliyi barədə qərar qəbul edə bilər. 

4.   Əgər  qanunvericiliyə zidd  deyilsə,  keçmiş podratçı yalnız  yuxarıda  göstərilən  bərpa 

işlərinin aparılmasından sonra öz daşınmaz əmlakına dair sərəncam verə bilər. 

5.   Müvafiq  icra  hakimiyyəti  orqanı podratçıdan  xüsusi  hesabda  toplanılan  ehtiyatların 

yaradılmasını,  yaxud  onun  bu  maddədə göstərilən öhdəliklərinin  energetika  müqaviləsinin 

qüvvədə olduğu  müddətdə və bu  müddət  bitdikdən  sonra  yerinə yetirilməsi üçün  zəruri 

olan məbləğə dair mö'təbər bankın zəmanətinin təqdim edilməsini tələb edə bilər. 




Yüklə 214,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə