ENERJİ
RESURSLARININ NƏQLİ
NDƏ AZƏRBAYCAN-
TÜRKİ
YƏ ƏMƏKDAŞLIĞI: “NABUKKO”DAN “CƏNUB QAZ
DƏHLİ
Zİ
”NƏ
ƏRƏSTUN MEHDİYEV
∗
Enerji Kaynaklarının Naklinde Azerbaycan-Türkiye İşbirliği:
“Nabucco”dan “Güney Gaz Koridoru”na
ÖZ
Azerbaycan Cumhuriyeti uluslararası enerji projelerinin gerçekleşmesinde Tür-
kiye ile ilk dönemden itibaren iş birliği yapıyor. Türk şirketleri BOTAŞ ve TPAO
Azerbaycan’ın petrol ve gaz projelerine katılıyor.
Azerbaycan, “Şahdeniz” gaz sahasından doğalgaz üretiminin başlatılması ve
Bakü-Tiflis-Erzurum boru hattının işletilmesinden sonra, Avrupa ülkeleri için yeni
bir mavi yakıt kaynağı olarak görülmeye başlandı. 2009 yılının başında Ukrayna ve
Rusya arasında oluşmuş doğal gaz krizi, “Nabucco” boru hattı projesinin önemini
daha da güçlendirdi. Bununla birlikte, gaz kaynakları hacminin yetersizliği ve Batılı
ülkelerin finansman konularındaki tereddütsüzlüğü projenin uygulanma sürecini
engellemiştir. Bu koşullar altında 2012 yılında Azerbaycan ve Türkiye, TANAP’ın
(Trans Anadolu boru hattı) inşası için bir girişim başlattı. Dahası, bir yıl sonra bu
projeye Güney İtalya’ya giden bir gazyolu TAP (Trans Adriyatik boru hattı) üzerinde
devam ettirme kararı alındı. Böylece “Şahdeniz-2”, Güney Kafkasya doğal gaz boru
hattı, TANAP ve TAP gibi projeleri içeren “Güney gaz koridoru” oluşturuldu. Bu
koridor, doğal gaz ithalat naklinin çeşitliliği ve Avrupa enerji güvenliği sigortasında
stratejik bir çözüm olarak görülüyordu. Bu projenin uygulanmasında başlıca kaynak
olan Azerbaycan ve Türkiye’nin önemli bir rol oynadığını belirtmek gerekir. Dahası,
bir enerji kaynağı olan Azerbaycan ve transit ülke olan Türkiye, “Güney gaz koridoru”
projesinin gerçekleştirilmesinde büyük katkıda bulunmaktadır.
Anahtar Kelimeler: Enerji Kaynakları, “Nabucco”, “Güney Gaz Koridoru”,
Trans Anadolu Boru Hattı, Trans Adriyatik Boru Hattı.
Atatürk Araştırma Merkezi Dergisi:
AAM Derg., 2018 ; 34 (1) : 97 : 241-264
Makalenin Geliş ve Kabul Tarihleri : 10.01.2017 - 06.12.2017
∗
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi,
mehdiyevarastun@yahoo.com
Doç. Dr., Azerbaycan Cumhurbaşkanlığının sorumlu görevlisi, AZERBAYCAN, mehdiyevarastun@
yahoo.com
242
ƏRƏSTUN MEHDİYEV
Bahar - 2018
AZERBAIjAN- TURKEY COOpERATION IN THE
ENERGY RESOURCES TRANSpORTATION: FROM
“NABUCCO” TO “SOUTHERN GAS CORRIDOR”
ABSTRACT
From the initial period, Azerbaijan Republic closely cooperates with Turkey
in the realization of international energy projects. Turkish companies BOTASH and
TPAO participate in oil and gas projects of Azerbaijan.
After the launch of natural gas production from the gas field “Shahdeniz” and
operation of Baku-Tbilisi-Erzurum pipeline, Azerbaijan started to be considered as
a new source of blue fuel for European countries. The beginning of 2009, gas crisis
that took place between Ukraine and Russia further strengthened the relevance of
the pipeline project “Nabucco”. However, the lack of gas resources volume and
Western countries hesitation in financing issues impeded the implementation process
of the project. In 2012 under these circumstances, Azerbaijan and Turkey launched
an initiative to the construction of TANAP (Trans-Anatolian pipeline). Moreover, a
year later it was decided to proceed this project on a gas route TAP (Trans-Adriatic
pipeline) to Southern Italy. Thus, “Southern gas corridor” was formed which included
the following projects like “Shahdeniz-2”, South Caucasus gas pipeline, TANAP
and TAP. This corridor was considered as a strategic solution in the diversification
of gas import routes and European energy security insurance. It should be noted
that Azerbaijan and Turkey play a crucial role in the implementation of this project
carrying out a significant part of funding. Moreover, Azerbaijan as a source of energy
provision and Turkey as a transit country make essential contribution to the realization
of “Southern gas corridor” project.
Keywords: The Energy Resources, Nabucco, Southern Gas Corridor, Trans-
Anatolian Pipeline, Trans-Adriatic Pipeline.
243
ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI:
“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ
Sayı: 97
GİRİŞ
Azərbaycan Respublikası beynəlxalq enerji layihələrinin gerçəkləşməsində
Türkiyə ilə ilk dövrdən sıx əməkdaşlıq edir. Neft-qaz strategiyasının əsasını
qoymuş “Əsrin müqaviləsi”ndə
1
və “Şahdəniz” qaz yatağı üzrə sazişdə
2
dost
ölkənin TPAO şirkəti
3
iştirak payına malikdir. Türkiyə ərazisindən keçən
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin və Cənubi Qafqaz qaz
boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) inşasında bu ölkənin “Botaş” şirkəti
4
mühüm rol oynamışdır. Hazırda hər iki boru xəttinin istismar əməliyyatlarına
rəhbərlik edən şirkətlərin səhmdarları sırasında yenə də Türkiyənin TPAO və
“Botaş” şirkətləri təmsil olunurlar.
Məhz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə region ölkələrinə qaz ixracına
başlaması Azərbaycanın daha geniş Avropa bazarlarına çıxışı üçün əlverişli
zəmin yaratdı.Ölkənin zəngin qaz potensialı gələcəkdə ixracın həcmini
1
1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə
görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. Dənizin dərinliyində yerləşən
“Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqın-
da 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 7 ölkədən
(Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Səudiyyə Ərəbistanı)
11 şirkət (Amoko, bp, MakDermott, Yunokal, SOCAR, LUKoyl, Statoyl, Türkiyə pet-
rolları, Penzoyl, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil
edən 41 neft şirkəti ilə daha 35 sazişin imzalanmasına yol açdı. “Əsrin müqaviləsi”
imzalanandan sonra onun iştirakçıları işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar
hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti
xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli
Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi. “Əsrin müqaviləsi” tarixə Heydər Əliyevin
Prezident hakimiyyəti siyasətində baza prioritetini – neft strategiyasını müəyyən etmiş ilk
iri iqtisadi sənəd kimi düşmüşdür. (
http://www.president.az/azerbaijan/contract
).
2
4 iyun 1996-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Layihə
İştirakçıları olan BP, Lukoil, NİCO, Statoil, TPAO, TOTAL şirkətləri arasında dünyanın
ən iri qaz və qaz-kondensat yataqlarından olan və Xəzərin Azərbaycan sektorunda
yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü
haqqında Saziş imzalanmışdır .
(
http://azerbaijan.az/portal/StatePower/Committee/committeeConcern_01_a.html
).
3
TPAO 150 Milyon TL sermaye ile 12 Aralık 1954’te kuruldu(
http://www.tpao.gov.tr/
tp5/?tp=m&id=93
)
4
Boru Kəmərləri ilə Neft Daşıma A.Ş. (
Boru Hatları İle Petrol Taşıma A.Ş. - Botaş) Türkiyə
Respublikası ilə İraq Respublikası hökumətləri arasında 27.08.1973 tarixində imzalanan
Xam Neft Boru Kəməri Sazişi çərçivəsində İraq xam neftinin İsgəndərun körfəzinə daşın-
masını həyata keçirmək üzrə, 7/7871 saylı qərara əsasən 15.08.1974 tarixində qurulmuş-
dur (
http://www.botas.gov.tr/)
.