244
ƏRƏSTUN MEHDİYEV
Bahar - 2018
artırmağa imkan verirdi. Eyni zamanda, alternativ qaz mənbələri axtarışında
olan Avropa ölkələri Azərbaycanın enerji ehtiyatlarına getdikcə daha çox maraq
göstərirdilər. Çünki Rusiyadan enerji asılılığının zəiflədilməsinə çalışan Qərb
dövlətləri üçün qaz təchizatı mənbələrinin və marşrutlarının şaxələndirilməsi
məsələsinin həlli vacib vəzifə idi. Bu sahədə göstərilən təşəbbüslər yeni enerji
layihələrinin meydana çıxmasını şərtləndirirdi.
Nabukko.Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün hələ
2002-ci ilin fevralında Türkiyə, Bolqarıstan, Rumıniya və Avstriyanın qaz
şirkətlərinin danışıqları nəticəsində “Nabukko” adlı layihə irəli sürülmüşdü
5
.
Həmin dövrdə bu kəmər vasitəsilə Avropanın əsas qaz təchizatçıları kimi İraq,
İran və Yaxın Şərq ölkələri nəzərdə tutulurdu. Azərbaycan o zamanhələ qaz
potensialı ilə tanınmırdı. Hətta öz daxili tələbatını ödəmək iqtidarında deyildi
və xaricdən mavi yanacaq
6
idxal edirdi. Yalnız 2006-cı ildə “Şahdəniz”dən
qaz hasilatının başlanması və Bakı-Tbilisi-Ərzurum boru kəmərinin istifadəyə
verilməsilə Azərbaycan yeni qaz təchizatı mənbəyi kimi diqqət mərkəzinə
gəldi. Digər tərəfdən, İraqda hökm sürən gərgin hərbi-siyasi vəziyyət və
İranın nüvə proqramı ilə əlaqədar ABŞ-la kəskin xarakter almış münasibətləri
həmin ölkələrin “Nabukko” layihəsi üzrə qaz təchizatçısı kimi çıxış etməsinə
əngəl yaradırdı.
Meydana çıxan maliyyə-texniki və digər problemlərin həlli sahəsində
qəti addımların atılmaması layihənin reallaşmasını ləngidirdi. Uzun
müzakirələrdən sonra yalnız 2007-ci ildə “Nabukko” kəmərinin tikintisi üzrə
beynəlxalq konsorsium yaradıldı. Konsorsiumun tərkibinə hər biri bərabər
(16,67%) paya malik olan 6 üzv – Almaniyanın “RWE”, Avstriyanın “OMV”,
Türkiyənin “Botaş”, Bolqarıstanın “Bulqarqaz”, Rumıniyanın “Transqaz”,
Macarıstanın “MOL” şirkətləri daxil oldular
7
.
Avropada Azərbaycan Dövlət Neft Şirkətinin də layihəyə qoşulmasına
maraq ifadə olunsa da, Azərbaycanın bu kəmər ilə qaz ixrac etməsinə dair
mövqeyi qətiləşmədiyinə görə, SOCAR-ın “Nabukko” səhmdarları sırasına
daxil olması hələ müəmmalı görünürdü.
Bununla belə, Xəzər hövzəsi regionunda özünün geosiyasi maraqlarını fəal
həyata keçirən ABŞ hökuməti nəinki Azərbaycanın, həm də Türkmənistanın
5
Azərbaycan, 29 yanvar 2009.
6
Qaz.
7
525-ci qəzet, 27 yanvar 2009.
245
ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI:
“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ
Sayı: 97
bu layihəyə qoşulması üçün böyük səy göstərirdi. Belə ki, ABŞ Prezidenti Corc
Buş 2008-ci ilin iyun ayında Prezident İlham Əliyevə göndərdiyi məktubda
qeyd edirdi: “Azərbaycan dünya bazarlarının neft təchizatının artırılmasına
başladığından, Amerika BirləşmişŞtatları və onun avropalı tərəfdaşları
Azərbaycanda həm də qaz hasilatının genişləndiriləcəyinə ümid edir. İnanırıq
ki, bu, Azərbaycanın strateji əhəmiyyətini artıracaq və Türkiyə - Yunanıstan
-İtaliya və “Nabukko” qaz boru kəmərinin reallaşması iləAvratlantik Birliyi ilə
əlaqələrini dərinləşdirəcəkdir. Azərbaycan Mərkəzi Asiya qazının gələcəkdə
Avropa bazarlarına ixracatında da mühüm rol oynaya bilər”
8
.
Azərbaycanın Şərq-Qərb enerji-nəqliyyat dəhlizində əhəmiyyətli coğrafi
mövqe tutması, həm region, həm də Qərb ölkələri ilə qarşılıqlı-faydalı
əməkdaşlığa təşəbbüs göstərməsi ona olan inamı gücləndirirdi.
2009-cu ilin yanvar ayında Rusiya ilə Ukrayna arasında yaranmış “qaz
böhranı” nəticəsində Avropa ölkələrinə mavi yanacaq nəqlinin dayandırılması
“Nabukko” layihəsinin aktuallığını daha da artırdı. Həmin dövrdə Rusiyadan
ildə 150 mlrd. kubmetrdən çox qaz idxal edən Avropa soyuq qış günlərində
kəskin yanacaq qıtlığı ilə üzləşdi. Çünki Qərb dövlətlərinin qaz idxalının
yarıdan çoxu Rusiyanın payına düşürdü. Bu isə bütövlükdə Avropanın
tələbatının 30%-ni təşkil edirdi
9
.
“Qaz böhranı” Rusiyadan yan keçən “Nabukko” layihəsi üzrə danışıqların
sürətləndirilməsinə təkan verdi. Lakin qeyd etmək lazımdır ki, “Nabukko”
layihəsində bütün iştirakçı dövlətlərin öz maraqları var idi. Hər dövlət bu
layihədən maksimum faydalanmağa çalışırdı. Maraqların uzlaşdırılması
sahəsində çətinliklər isə danışıqlar prosesini uzadırdı.
Cənub qaz dəhlizi. 2011-ci il yanvarın 13-də Bakıda Prezident İlham
Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu “Cənub qaz
dəhlizi haqqında Birgə Bəyannamə”ni imzaladılar
10
. Bununla da Azərbaycan
qazının Avropa bazarına çıxışı üçün mühüm siyasi razılaşma əldə olundu.
Qarşılıqlı maraqlardan doğan bu sənəd əməkdaşlığın inkişafında yeni mərhələ
açırdı.
Avropaya qaz ixracı ilə bağlı layihənin reallaşması Türkiyə ilə danışıqların
nəticəsindən asılı idi. Nəhayət, 2011-ci il oktyabrın 25-də Azərbaycan
8
Azərbaycan, 4 iyun 2008.
9
Известия, 29января 2009.
10 Azərbaycan, 14 yanvar 2011
.
246
ƏRƏSTUN MEHDİYEV
Bahar - 2018
Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri gedişində indiyədək gərgin
müzakirələri yekunlaşdıran bir sıra sazişlər imzalandı. Beləliklə, imzalanmış
sənədlər qazın alqı-satqısı və tranzitinə dair şərtləri tənzimləyərək, Azərbaycan
qazının Türkiyə və Avropaya nəqli üçün əlverişli hüquqi baza yaradırdı
11
.
“Bölgədə mövcud balansı dəyişdirəcək anlaşma” kimi qiymətləndirilən
sazişlərə görə, Türkiyə “Şahdəniz-2” layihəsindən 6 mlrd. kubmetr qaz ala
bilərdi. Ona bu qazı üçüncü ölkələrə satmaq (reeksport) hüququ verilirdi.
Nəql olunacaq qazın 10 mlrd. kubmetri isə Avropaya ixrac edilməli idi
12
.
Sazişdə diqqəti cəlb edən əsas məqamlardan biri yeni qaz boru kəmərinin
inşasına dair maddənin razılaşdırılmasıdır. Bu qaz kəmərinin Azərbaycan
və Türkiyə tərəfindən inşa edilməsi nəzərdə tutulurdu. İşlərin 2017-ci ilin
sonunadək yekunlaşdırılması planlaşdırılırdı
13
.
Beləliklə, iki ölkə yeni qaz kəməri tikintisi təşəbbüsü ilə çıxış edərək,
Trans-Anadolu Qaz Kəməri (TANAP) ideyasının əsasını qoydu. Bu isə
həqiqətən də regionda yeni enerji xəritəsinin çəkilməsi kimi qiymətləndirilir.
Əlbəttə, bu, Azərbaycan tərəfindən atılmış cəsarətli addım idi. “Nabukko”
kəmərinin doldurulması üçün kifayət qədər qaz mənbələrinin təmin
olunmaması onun maliyyələşdirilməsinə ciddi problemlər doğururdu. Həmin
problemlər isə müzakirələrin uzanmasına, boru kəmərinin tikintisi ilə bağlı
qərarın ləngiməsinə səbəb olurdu. Məsələn, 2011-ci ilin oktyabrında yenə də
kəmərin istifadəyə verilməsi vaxtının 2017-ci ildən 2018-ci ilə keçirilməsi
haqqında qərar qəbul olunmuşdu
14
.
Belə şəraitdə Azərbaycan təşəbbüsü ələ alaraq, Türkiyə ilə birlikdə
TANAP boru kəmərinin inşası məsuliyyətini öz üzərinə götürdü. Əks halda
“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin yenə də təxirə salınması
labüd idi. Bu isə Azərbaycanın iqtisadi və siyasi mənafelərinə ciddi zərbə
vururdu. Buna görə də vəziyyəti düzgün qiymətləndirərək operativ qərar qəbul
etmək lazım idi. Azərbaycan və Türkiyə yeni qaz boru kəmərinin - TANAP-ın
inşasını maliyyələşdirmək barədə razılığa gələrək strateji əhəmiyyətli qərar
qəbul etdilər.
11 Azərbaycan, 26 oktyabr 2011.
12 Xalq qəzeti, 30 oktyabr 2011.
13 Xalq qəzeti, 30 oktyabr 2011;Kaspi, 28 oktyabr 2011.
14 Зеркало,21 февраля 2012.
Dostları ilə paylaş: |