256
ƏRƏSTUN MEHDİYEV
Bahar - 2018
Buna görə də M.Şevçoviç məsələnin aktuallığını nəzərə alaraq, yol
xəritəsinin tərtib olunmasını təklif etdi və həmin cədvələ uyğun işləməyin
vacibliyini bildirdi.
Məşvərət Şurasının iclasında “BP” şirkətinin regional prezidenti
Q.Birrellin də fikirləri maraqla qarşılandı. O, layihənin əhəmiyyətini qeyd
edərək dedi: “Bu layihə neft və qaz sənayesi sahəsində meqalayihədir. Hazır-
da bu, ola bilsin, dünyanın 3-cü və ya 4-cü ən iri enerji layihələrindən biridir.
Bu, Avropa və Türkiyə üçün yeni enerji mənbəyidir”
40
.
Beləliklə, işgüzar mühitdə keçən müzakirələr “Cənub qaz dəhlizi”
layihəsinin icrası ilə bağlı işlərin yerinə yetirilməsinə təkan verdi.
Nazirlərin Bakıdakı görüşündən bir ay sonra - martın 17-də Türkiyənin
Qars vilayətində Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirakı
ilə Trans-Anadolu boru kəmərinin təməlqoyma mərasimi keçirildi
41
.
Bununla da Azərbaycan - Gürcüstan - Türkiyə qarşılıqlı əməkdaşlığında
yeni mərhələyə keçidin əsası qoyuldu. Enerji və nəqliyyat-kommunikasiya
sahəsində regional əlaqələr daha da möhkəmlənir və inkişaf edirdi. Əməkdaşlıq
formatı isə geniş xarakter alırdı. Bu formata digər ölkələrin - Yunanıstan,
Albaniya, İtaliya və Bolqarıstanın qoşulması üçün əlverişli imkanlar açılırdı.
ABŞ hökumətinin də siyasi mövqeyi TANAP və başqa layihələrin taleyində
ciddi rol oynayırdı. Dövlət Departamentinin xüsusi nümayəndəsi A.Hokştayn
mərasimdə çıxış edərək bildirdi: “ABŞ hökuməti bu layihənin mühüm
əhəmiyyətə malik olduğuna inanır və Avropada enerji təhlükəsizliyinə
sadiqdir. Buna görə də ABŞ hökuməti “Cənub qaz dəhlizi” kimi layihənin
TANAP və TAP vasitəsilə reallaşmasının öz milli təhlükəsizlik maraqlarına
uyğun olduğunu düşünür”
42
.
Beləliklə, yuxarıdakı fikri layihəyə verilən çox aydın və qətiyyətli siyasi
dəstəyin ifadəsi kimi qiymətləndirmək olar.
Qərbin böyük dəstəyi ilə TANAP-ın tikintisinə başlanmasına baxmayaraq,
onun davamı hesab edilən TAP layihəsi ilə bağlı maneələr hələ də aradan
qalxmamışdı. Yunanıstan hökumətinin boru kəmərinin inşası haqqında qərar
40 Azərbaycan, 14 fevral 2015.
41 Azərbaycan, 18 mart 2015
.
42 Azərbaycan, 19 mart 2015.
257
ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI:
“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ
Sayı: 97
qəbul etməməsi layihənin icrasını ləngidirdi. Bununla da kəmərlə Azərbaycan
qazının Avropaya nəql olunması 2019-cu ildən 2021-ci ilə keçirilirdi
43
.
Yunanıstan üzləşdiyi maliyyə-iqtisadi problemlərin həlli üçün TAP
layihəsindən təzyiq vasitəsi kimi istifadə edirdi. Qərbin etirazına baxmayaraq,
yunan hökuməti TAP-la bağlı mövqeyini sərtləşdirərək “Türk axını” layihəsini
dəstəkləyir və Rusiya ilə danışıqlar aparırdı. Rusiya isə öz növbəsində
Yunanıstanı şirnikləndirmək məqsədilə güzəştə gedərək layihənin bu ölkənin
ərazisindən keçən hissəsinin maliyyələşdirilməsinə 2 milyard dollar ayırmağa
hazır olduğunu bildirirdi
44
.
Aparılan danışıqların yekunu olaraq, hətta 2015-ci il iyunun 19-da
Rusiya ilə Yunanıstan arasında “Türk axını” qaz boru kəmərinə dair Anlaşma
memorandumu imzalandı
45
.
Avropa üçün qaz bölüşdürücü məntəqə kimi öz mövqeyini gücləndirməyə
çalışan Türkiyə də “Türk axını” layihəsinə dəstək verirdi. Rusiya ilə intensiv
danışıqlar aparan Ankaranın məqsədi həm də bu ölkədən daha ucuz qiymətə
qaz almaq üçün güzəştlərin qoparılmasına nail olmaq idi. Buna görə də
Türkiyə TANAP ilə “Türk axını” layihələrinin bir-birinə rəqib olmadığını
israrla bəyan edirdi
46
.
Azərbaycan tərəfi də iki layihənin rəqib olmadığını bildirirdi
47
. Lakin bu
fikir daha çox öz layihəsinin maneəsiz irəliləməsinə nail olmaq üçün ehtiyatlı
mövqe kimi qiymətləndirilə bilərdi.
Bununla belə, 2015-ci il iyulun əvvəllərində məlum oldu ki, Rusiya ilə
Türkiyə arasında qaz alqı-satqısı üzrə kommersiya məsələlərinə dair fikir
ayrılığını aradan qaldırmaq mümkün olmamışdır. Buna görə də Türkiyə
“Türk axını” boru kəmərinin tikintisinə razılıq verməmiş və layihə ilə bağlı
işlər dayandırılmışdır
48
.
Əlbəttə, Türkiyənin bu məsələdə sərt mövqe tutmasında Avropa İttifaqının
da təsiri öz rolunu oynamışdı.
43 Bizim yol, 2 iyun 2015.
44 Kaspi, 3 iyun 2015.
45 Bizim yol, 20 iyun 2015.
46 Respublika, 6 iyun 2015.
47 Xalq qəzeti, 23 iyun 2015.
48 Эхо, 10 июля2015.
258
ƏRƏSTUN MEHDİYEV
Bahar - 2018
“Cənub qaz dəhlizi” üzrə işlər isə davam etdirilirdi. Yükün böyük
hissəsini öz üzərinə götürən Azərbaycan layihənin maliyyələşdirilməsinə dair
öhdəliklərini vaxtında yerinə yetirmək üçün lazımi tədbirlər görürdü. 2015-
ci ilin iyul ayında “Cənub qaz dəhlizi” QSC-nin nizamnamə fondu ARDNF-
in hesabına 725 mln. dollara çatdırıldı
49
. Bu isə layihə çərçivəsində boru
kəmərinin, xüsusilə TANAP-ın tikintisinin qrafik üzrə davam etdirilməsinə
imkan verirdi.
Eyni zamanda, Avropa Komissiyası da layihəyə diqqəti azaltmırdı. Avro-
pa İnvestisiya Bankının 2015-ci ilin avqustunda yaydığı məlumata görə, enerji
təhlükəsizliyində rolu nəzərə alınaraq, “TAP boru kəməri Avropa Komissiya-
sının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi siyahısına
daxil edilmişdi”
50
.
Layihənin üzləşdiyi problemlərin aradan qaldırılmasında “Cənub
qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin toplantısı
əhəmiyyətli rol oynayırdı. Azərbaycanın təşəbbüsü ilə yaradılmış bu format
layihə ilə bağlı olan bütün dövlətlərin və maraqlı tərəflərin müzakirələrdə iş-
tirakını təmin etməklə, səmərəli koordinasiyanın həyata keçirilməsinə imkan
verirdi.
Bu baxımdan 2016-cı il fevralın 29-da Bakıda keçirilən Məşvərət Şurası
çərçivəsində nazirlərin 2-ci toplantısını qeyd etmək olar. Ötən il ərzində
görülən işləri qiymətləndirən iclas növbəti dövr üçün fəaliyyət proqramını
müəyyənləşdirdi. İştirakçılar layihənin qrafik üzrə irəlilədiyini qeyd edərək,
bundan sonra da birgə səylərin davam etdiriləcəyini bildirdilər
51
.
Avropa ölkələrinin “Cənub qaz dəhlizi”nə xüsusi diqqət yetirmələri və
bütün maneələri dəf etmək əzmində olduqları nazirlərin çıxışından aydın
görünürdü.Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə
ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti F.Moqerini ümumi
mövqeyi belə ifadə edirdi: “Həm Maroş Şevçoviç (Avropa Komissiyasının
enerji məsələləri üzrə vitse-prezidenti - müəllif), həm də mən bu layihənin
Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının zəruri elementi
49 Азербайджанскиеизвестия, 31 июля 2015.
50 Xalq qəzeti, 15 avqust 2015.
51 Azərbaycan, 1 mart 2016.
259
ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI:
“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ
Sayı: 97
olduğunu və energetika diplomatiyasının bizim xarici işlər və təhlükəsizlik
siyasətimizin əsas hissəsini təşkil etdiyini bildirmək üçün buradayıq”
52
.
Beləliklə, Azərbaycan özünün iqtisadi və siyasi maraqları ilə Avropanın
iqtisadi və geosiyasi mənafelərini uzlaşdırmaq üçün bütün imkanlarından
istifadə etməyə çalışırdı. Qərb dövlətləri də enerji təhlükəsizliyinin təmin
olunması məqsədilə daha qətiyyətlə və ardıcıl fəaliyyət göstərməyin vacibli-
yini dərk edirdilər.
Beynəlxalq maliyyə qurumları da “Cənub qaz dəhlizi” layihəsinin həyata
keçirilməsində iştirak etməyə maraq göstərirdilər. Azərbaycan bu sahədə
onlarla əməkdaşlıq istiqamətində konkret addımlar atırdı. 2016-cı ilin martında
“Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndə heyəti
Londonda və ABŞ-ın bir sıra şəhərlərində layihənin təqdimatını keçirərək,
sərmayədarlar ilə müzakirələr apardı. Uğurla nəticələnən bu görüşlərin
məqsədi layihənin maliyyələşdirilməsi üçün 1 mlrd. dollar məbləğində
buraxılacaq istiqrazların yerləşdirilməsinə nail olmaq idi
53
.
Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar layihənin məsrəfləri də
azalmışdı. Belə ki, əgər TANAP layihəsi 2013-cü ildə 11,7 mlrd. dollar
qiymətləndirilirdisə, 2016-cı ilin əvvəllərində bu qiymət 2,5 mlrd. dollar
ucuzlaşaraq 9,2 mlrd. dollara bərabər hesab olunurdu
54
. Eyni vəziyyət, təbii
olaraq, TAP və layihənin digər hissələrinə də şamil edilə bilərdi.
2016-cı ilin may ayında verilən məlumata görə, “Şahdəniz-2” layihəsi
çərçivəsində həyata keçirilən bütün işlər - platformaların tikintisi, quyuların
qazılması, Səngəçal Qaz Terminalının və Cənubi Qafqaz Boru Kəmərinin
genişləndirilməsi sürətlə aparılırdı. Nəzərdə tutulan işlərin 70 faizi artıq
yerinə yetirilmişdi
55
.
TANAP-ın inşası qrafik üzrə gedirdi. Bu isə beynəlxalq maliyyə qurum-
larının da mövqeyinə təsir göstərirdi. Belə ki, Dünya Bankı və Avropa İnves-
tisiya Bankı “Botaşa” hərəyə 1 mlrd. dollar kredit ayırmağa hazır olduqlarını
bildirmişdilər
56
.
52 Azərbaycan, 1 mart 2016.
53 Азербайджанские известия, 15 марта2016.
54 Азербайджанские известия, 15 марта2016.
55 Азербайджанские известия, 12 мая2016.
56 Азербайджанские известия, 28 апреля2016.
260
ƏRƏSTUN MEHDİYEV
Bahar - 2018
“Cənub qaz dəhlizi”nin sonuncu hissəsi olan TAP layihəsi ilə bağlı
məsələlər də ardıcıl həll olunurdu. Nəhayət, 2016-cı il mayın 17-də Yunanısta-
nın Saloniki şəhərində Trans-Adriatik boru kəmərinin təməlqoyma mərasimi
keçirildi
57
.
Mərasimdə Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, İtaliya, Albani-
ya, Bolqarıstan, ABŞ və Avropa Komissiyasının yüksək səviyyəli nümayəndə
heyətləri iştirak edirdilər.
Türkiyə sərhədlərindən İtaliyaya qədər 878 km uzunluğunda boru
kəmərinin inşasına başlamaqla “Cənub qaz dəhlizi”nin tamamlanması
sahəsində həlledici addım atıldı. TAP-ın 2020-ci ildə fəaliyyətə başlayacağı
nəzərdə tutulur.
57 Azərbaycan, 18 may 2016.
261
ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI:
“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ
Sayı: 97
NƏTİCƏ
Beləliklə, Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan təbii qazın
Avropa bazarlarına ixracı məsələsini uzun sürən mürəkkəb proses kimi
səciyyələndirmək olar. Bu prosesin ilk mərhələsini “Şahdəniz” qazının 2006-
cı ildən sonra “Nabukko” kəməri ilə nəql olunması imkanlarının nəzərdən
keçirilməsi və Avropa ölkələrinin təşəbbüsü olaraq meydana çıxmış bu
layihənin reallaşdırılması ilə bağlı cəhdlər təşkil edir. Lakin Qərb dövlətlərinin
məsuliyyəti öz üzərlərinə götürməkdən çəkinərək, qətiyyətsiz davranması
“Nabukko” layihəsini sonu görünməyən müzakirə obyektinə çevirdi. Buna
görə də Azərbaycanın 2012-ci ilin iyun ayında Türkiyə ilə TANAP layihəsi
haqqında müqavilə imzalamaqla təşəbbüsü ələ alması “Nabukko” layihəsinin
əvvəl düşünüldüyü marşrut üzrə həyata keçirilməsinin gündəlikdən çıxarılması
ilə nəticələndi.
Azərbaycan özünün siyasi-iqtisadi və geosiyasi maraqlarından çıxış
edərək,Türkiyə ilə birlikdə Qərblə əməkdaşlığın yeni formatını təklif etdi.
Qarşılıqlı mənafelərin uzlaşdırılması nəticəsində TANAP və onun davamı
kimi TAP layihəsi meydana çıxdı.
Bununla da “Şahdəniz-2”, CQBK, TANAP və TAP-dan ibarət olan
“Cənub qaz dəhlizi” layihəsi formalaşdı. Xəzər dənizindən İtaliyanın
cənubunadək3500 km uzanan bu kəmər həm Azərbaycanın və Türkiyənin,
həm də digər tranzit ölkələrin və Avropanın enerji təhlükəsizliyinin təmin
olunması, iqtisadi və geosiyasi maraqlarının qorunması baxımından strateji
əhəmiyyətli layihədir.
Eyni zamanda, “Cənub qaz dəhlizi” ona bağlı bütün ölkələrin qarşılıq-
lı faydalı, iqtisadi-siyasi əməkdaşlığının inkişafına yeni təkan verəcək, so-
sial tərəqqisinə xidmət edəcək. Bütün layihələrin vahid format və məkan
çərçivəsində həyata keçirilməsində Azərbaycan və Türkiyə strateji əməkdaşlığı
həlledici əhəmiyyətə malikdir.
262
ƏRƏSTUN MEHDİYEV
Bahar - 2018
QAYNAQLAR
I. MƏQALƏLƏR
Öğütçü, Mehmet,“Azərbaycanın “Şahdəniz-2” layihəsi və “Cənub axını”:
potensial təhlükə”.Azərbaycanın enerji siyasəti Qərb mətbuatında. Bakı,
2015, s.187-188.
Panfilova, Viktoriya. “Azərbaycanın enerji sahəsində təsir rıçaqları”.
Azərbaycanın enerji siyasəti Qərb mətbuatında, Bakı, 2015, s.154.
II. QƏZETLƏR
Azərbaycan, 4 iyun 2008.
Azərbaycan, 29 yanvar 2009.
Azərbaycan, 14 yanvar 2011.
Azərbaycan, 26 oktyabr 2011.
Azərbaycan, 18 dekabr 2013.
Azərbaycan, 26 fevral 2014.
Azərbaycan, 21 sentyabr 2014.
Azərbaycan, 13 fevral 2015.
Azərbaycan, 14 fevral 2015.
Azərbaycan, 18 mart 2015.
Azərbaycan, 19 mart 2015.
Azərbaycan, 1 mart 2016.
Azərbaycan, 18 may 2016.
Azadlıq, 25 noyabr 2014.
Bizim yol, 2 iyun 2015.
Bizim yol, 20 iyun 2015.
Xalq qəzeti, 30 oktyabr 2011.
Xalq qəzeti, 18 iyun 2012.
Xalq qəzeti, 20 sentyabr 2013.
Xalq qəzeti,7 fevral 2015.
Xalq qəzeti, 23 iyun 2015.
Xalq qəzeti,15 avqust 2015.
263
ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI:
“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ
Sayı: 97
Kaspi, 28 oktyabr 2011.
Kaspi, 3 iyun 2015.
Respublika, 29 iyun 2013.
Respublika, 6 iyun 2015.
Şərq, 14 mart 2015.
525-ciqəzet, 27 yanvar 2009.
Азербайджанские известия, 21 ноября 2012.
Азербайджанские известия, 31 июля 2015.
Азербайджанские известия, 15 марта 2016.
Азербайджанские известия, 28 апреля 2016.
Азербайджанские известия, 12 мая 2016.
Бакинский рабочий, 21 ноября 2012.
Бакинский рабочий, 1 января 2013.
Зеркало, 21 февраля 2012.
Зеркало, 29 января 2013.
Зеркало, 21 июня 2013.
Зеркало, 20 июля 2013.
Зеркало, 5 октября 2013.
Известия, 29января 2009.
Российская газета, 3 декабря 2014.
Эхо, 10 июля2015.
Dostları ilə paylaş: |