Enerji səmərəliyi layihələrinin maliyyələşdirilməsi strategiyası



Yüklə 18,03 Kb.
tarix07.12.2017
ölçüsü18,03 Kb.
#14243

Enerji səmərəliyi layihələrinin maliyyələşdirilməsi strategiyası

TuranBank ASC-nin enerji səmərəliyi layihələrinin maliyyələşdirilməsi
STRATEGİYASI


  1. Ümumi müddəalar

    1. Bu sənəd TuranBank ASC-nin (bundan sonra Bank adlacaqdır) strateji inkişaf planı əsasında hazırlanmış və Bankın enerji səmərəliyi layihələrinin maliyyələşdirilməsi üzrə strategiyasını (bundan sonra strategiya adlanacaqdır) əks etdirir.

    2. Strategiyanın məqsədi müştərilərinin enerji səmərəliliyi layihələrinin maliyyələşməsinə prioritet verməklə, ətraf mühitin qorunmasına Bankın tövhə verməsindən ibarətdir.

    3. Strategiyanın ayrıca sənəd olaraq qəbul edilməsi Bankın müştərilərinə və biznes tərəfdaşlarına ətraf mühitin qorunması üzrə Bankın missiya bəyannaməsini çatdırmaqdan ibarətdir.




  1. Maliyyələşmə üzrə strategiya

    1. Bankın kredit siyasətində göstərilən və kreditləşmə üçün uyğun müştərilər eyni zamanda enerji səmərəliliyi layihələrinin maliyyələşməsi üzrə hədəf qruplarıdır. Bunlar Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq fəaliyyət göstərən kommersiya hüquqi şəxsləri və ev təsərrüfatlarıdır (hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər və istehlak məqsədi ilə Bankın kredit məhsullarından istifadə edən fərdlər).

    2. Bank enerji səmərəliliyi layihələrini aşağıdakı ümumi şərtlər daxilində maliyyələşdirir:

      1. Bank kommersiya hüquqi şəxslərə və fərdi sahibkarların enerji səmərəliyi layihələrinin maliyyələşməsi üçün həm investisiya, həm də dövriyyə vəsaitinin artırılması məqsədi ilə uzunmüddətli kreditlər təqdim edir;

      2. Enerji səmərəliyi layihələrinin maliyyələşdirilməsi üçün cəlb olunmuş fondların şərtlərinə uyğun olaraq, layihələr standart və qeyri-standart ölçülü layihələrə bölünürlər, standart ölçülü layihələrin ekspertizası Bankın ön ofis kredit mütəxəssisləri, qeyri-standart ölçülü layihələrin ekspertizası isə kənar mühəndislər/şirkətlər cəlb olunmaqla həyata keçirilir;

      3. Enerji səmərəliyi layihələrinin maliyyələşməsi zamanı Bank tərəfindən birdəfəlik kredit, kredit xətti, sənədli əməliyyatlar və cəlb olunmuş fondların şərtlərindən asılı olaraq, digər mütərəqqi alətlərdən istifadə olunur;

      4. Enerji səmərəliyi layihələrinin maliyyələşməsi şərtləri Bankın kredit siyasətinə uyğun olaraq, hər bir məhsul üçün hazırlanan şərtlər toplusunda əks olunur;

      5. Enerji səmərəliyi layihələrinin maliyyələşməsi üçün daxil olmuş sifarişlərin qiymətləndirilməsi zamanı Bankın kredit siyasətində nəzərdə tutulmuş meyarlarla yanaşı, aşağıdakılar da təhlil olunmalıdır:

  1. layihənin enerji səmərəliliyi;

  2. layihə çərçivəsində alınmış avadanlıq və texnologiyanın ətraf mühitə təsiri.

      1. Enerji səmərəliyi layihələrinin maliyyələşməsi Bankın kredit siyasəti və kreditləşmə üzrə qaydalarına uyğun həyata keçirilməlidir.




  1. Marketinq konsepsiyası

    1. Bankın enerji səmərəliyi layihələrinin maliyyələşməsi üzrə marketinq konsepsiyası “Yaşıl Bankçılıq” brendini formalaşdırmaq və onu həm borcalanlar, həm də partnyorlar üçün “birinci seçim Bank” etməkdən ibarətdir.

    2. Bank ümumi marketinq strategiyası çərçivəsində enerji səmərəliyi layihələrinin maliyyələşməsi üçün aşağıdakı marketinq alətlərindən istifadə edir:

      1. Biznes layihələri üzrə:

      1. Birbaşa müştəri ziyarəti;

      2. Avadanlıq və texnologiyaların təchizatçıları və quraşdırıcıları ilə əməkdaşlıq;

      3. Biznes Assosiasiyaları ilə əməkdaşlıq;

      4. Avadanlıq və texnoloji mühəndislər və ekspertlərlə əməkdaşlıq və s.

      1. İstehlak kredit müştəriləri ilə üzrə:

      1. Reklam;

      2. Təşviqat materiallarının yayımı;

      3. Hədəf qrupları üçün təqdimatlar və s

    1. Bank öz internet səhifəsində “Yaşıl Bankçılıq” subsəhifəsini açır və onu bütün maraqlı tərəfdaşlar üçün açıq, məlumatlarla dolğun və cəlbedici edir.

    2. Enerji səmərəliyi layihələrinin maliyyələşməsi üzrə marketinq işləri apararkən, Bank digər məhsul və xidmətlərinin də çarpaz satışını nəzərə alır.

    3. Bankın enerji səmərəliyi layihələrinin maliyyələşməsi məhsullarının şərtləri adi biznes kreditləri ilə müqayisədə cəlbedici və rəqabətli olmalıdır.

    4. Bank enerji səmərəliyi layihələrinin maliyyələşməsi zamanı müştərilərinə daha uyğun avadanlıqların seçilməsi üzrə məsləhət xidmətləri də təqdim edir.




  1. Digər müddəalar

    1. Bankın İdarə Heyəti bu strategiya əsasında müvafiq olaraq, marketinq və kredit siyasətlərinə ehtiyac olan dəyişiklikləri etməli, “Azərbaycanın Yaşıl Bankı” brendini formalaşdırmaq üçün marketinq planı hazırlayıb, təsdiq etməli və Müşahidə Şurasına təqdim olunan rüblük hesabatlarda enerji səmərəliyi layihələrinin maliyyələşməsi vəziyyətini ayrıca işıqlandırmalıdır.

    2. Bu strategiya açıq sənəddir, internet səhifəsində yerləşdirilə və maraqlı tərəflərə təqdim oluna bilər.

    3. Bu sənəd imzalandığın gündən qüvvəyə minir.

    4. Bu sənədə yalnız Müşahidə Şurasının razılığı ilə əlavə və dəyişikliklər edilə bilər.

Yüklə 18,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə