Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə14/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

 
35 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Diaspidiotus perniciosus - Kaliforniya çanaqlı yastıcası  
Ədəbiyyat  məlumatlarına  əsasən,  Kaliforniya  çanaqlı  yastıcasının 
vətəni  Çinin  şimali-qərb  hissəsidir.  1870-ci  illərdə  bu  zərərverici  müxtəlif 
vasitələrlə  Kaliforniyaya  keçib  və  orada  meyvə  bağlarına  böyük  zərər  vur-
muşdur. Zərərverici 1930-cu illərdə Avropanın bir sıra ölkələrinə, o cümlə-
dən Macarıstan, Avstriya, Çexiya, Slovakiya, Rumıniya, Yuqoslaviya, Por-
tuqaliya, İtaliya, Fransa və Polşaya keçərək daha geniş ərazidə  yayılmışdır. 
Kaliforniya  çanaqlı  yastıcasına  dünyanın  bir  sıra  başqa  ölkələrində  də  rast 
gəlmək  olur.  Bu  zərərverici  keçmiş  SSRİ-yə  1931-ci  ildə  keçmiş  və  az 
müddətdə, sürətlə geniş ərazilərdə yayılmışdır [145].  
Apardığımız  tədqiqatlara  və  müşahidələrimizə  əsasən,  Kaliforniya 
çanaqlı yastıcasının birinci yaşlı sürfələri qışlayır. Qışlama qalxancıqlar al-
tında  gedir.  Yazda,  aprel  ayının  10-dan  15-dək,  orta  günlük  temperatur 
12°C,  havanın  rütubəti  60%  olduqda  tumurcuqların  şişməyə  başladığı 
dövrdə sürfələr qış yuxusundan çıxır və qidalanmağa başlayaraq inkişaf edir 
və yetkin dişilərə çevrilirlər. 
Cütləşmə may ayının 10-dan 20-dək davam edir. Yetkin dişilər 60-
70  ədəd diri  sürfə  qoya  bilir. Yeni  doğulmuş sürfələr  yaxşı  inkişaf etmiş  3 
cüt  ayağa  malik  olurlar.  Onlar  çanaqlarının  altından  çıxaraq  bitkinin  göv-
dəsinə, budaqlarına, zoğlarına, yarpaqlarına və meyvələrinə daraşıb, onların 
şirəsini  sorurlar.  Qısa  müddətdə  isə  sürfənin  ifraz  etdiyi  mayedən  onların 
üzərində çanaq əmələ gəlir. Bu zaman sürfə hərəkətsiz olur. O, 10-12 gün-
dən  sonra  birinci  dəfə  qabıq  dəyişərək,  ayaqlarını,  bığcıqlarını  və  gözlərini 
itirir, ikinci dəfə qabıqdəyişmə yenə də 10-12 gün davam edir. Sonra yetkin 


 
36 
dişilər əmələ gəlir. Dişilər mayalandıqdan sonra yumurtalar onların bədənin-
də yetişir və diri sürfələr doğulur. Bir nəslin inkişafı 22-26°C temperatur və 
70% rütubətdə 60-62 gün çəkir. Axırıncı nəslin sürfələri qışlayır. Naxçıvan 
Muxtar Respublikasında bir ildə 2 nəsil verir (cədvəl 5.1).  
Kaliforniya  çanaqlı  yastıcası  intensiv  çoxalan  zərərvericidir.  Onlar 
qısamüddətdə  ağaclar  üzərində  külli  miqdarda  toplanıb,  koloniyalar  əmələ 
gətirir. Belə koloniyaların soraraq qidalandıqları gövdə və budaqların qabıq-
ları  çatlayır, zoğlar eybəcərləşir, bəzi  hallarda isə ağac tamamilə məhv ola 
bilir. Zərərvericinin zədələdiyi yarpaqlar tökülür, meyvələr isə qırmızı ləkə-
lərlə örtülür. Aparılmış hesablamalara əsasən, bölgənin Ordubad rayonunda 
şaftalı və gavalı ağaclarının intensiv yoluxması 1-2,5 bal, Şahbuz rayonunda 
1,5-1,8 bal, Şərur rayonunda isə 2 bala çatmışdır.  
Cədvəl 5.1  
Naxçıvan Muxtar Respublikası şəraitində Kaliforniya çanaqlı yastıcasının  
Diaspidiotus perniciosus-un fenologiyası  
 
Tədqiqatın 
aparıldığı 
il və yer  
Aylar  
I  
II  
III  
IV  
V  
VI  
VII  
VIII  
IX  
X  
XI  
XII  
2005  
(Ordubad) 

 
 

 
 

 
+ + +  
+ + +  
+  
- - -  
 
+ + +  
+  
- - -  
- - -  
 
- + +  
+ + +  
+  
- - 

 
 

 
 

 
2006 
(Şahbuz) 

 
 

 
 

 
+ + +  
 
+ + +  
+  
- - -  
 
+ + + 
 

- - -  
 
 
+ + +  
 
 
- - 

 
 
 

 
 
 

 
2007  
(Şərur) 

 
 
 

 
 

 
 

 
+ + +  
+  
- - -  
 
+ + +  
 

- - -  
 
 
+ + + 
 

- -

 
 
 

 
 
 

 
 
Qeyd: 

-qışlayan sürfə, 

-qışlayan imaqo,-sürfə,+imaqo.  
Müəyyən  olunmuşdur  ki,  ağacların  2  balla  yoluxması  nəticəsində 
zoğların  illik  böyüməsi  25%,  3  balla  yoluxma  nəticəsində  50%  və  4  balla 
yoluxması nəticəsində 80% inkişafdan qalır və ağacların məhv olması təh-
lükəsi yaranır. Bununla yanaşı, meyvələrin zərərverici ilə yoluxması üzərin-
də  aparılan  hesablamalar  nəticəsində  aydın  olmuşdur  ki,  1  balla  yoluxmuş 
meyvələrin  çəkisi  10%,  2  balla  yoluxan  meyvələrin  çəkisi  25%,  3  balla 
yoluxanların  çəkisi  50%,  4  balla  yoluxanların  çəkisi  isə  60%  aşağı  düşür. 
Buna ən çox gavalı meyvələrində təsadüf edilir.  
Tədqiqatlara  əsasən,  muxtar  respublikada  Kaliforniya  çanaqlı  yastı-
casının sayının tənzimlənməsində 9 növ entomofaq iştirak edir (cədvəl 6.1). 


 
37 
Bunlardan 2 növü (Aphytis proclia (Walker, 1839), Chilocorus bipustulatus 
(Linnaeus,  1758)  )  daha  fəal  olmaqla  afitis  paraziti  sahibin  birinci  nəslini 
20-22%, ikinci nəslini isə 25-26% məhv edir. Yırtıcı xilokorus isə ilk yaşda 
6-10 yastıca, axırıncı yaş sürfə mərhələsində isə 20-25 yastıca yeyir. Yetkin 
fərd isə 30-35 yastıca məhv edir.  
 
5.4. Tropinota (Epicometis) hirta (Poda, 1761) - Tüklü maralca 
Növün  Epicometis  hirta  sinonimi  mövcuddur  [166].  Sərtqanadlılar 
(Coleoptera)  dəstəsinin  lövhəbığ  böcəklər  (Scarabeidae)  fəsiləsindən  olub, 
qırmızımtıl  ayaqlara  malik  və  qanadüstü  oval  formada  olan  qara  rəngli  bö-
cəkdir. Bədəni və qanadüstü bozumtul pulcuqlarla örtülmüşdür. Bığcıqları göz-
lərlə yan-yana olub, oxlov şəklindədir. Bədəninin uzunluğu 9-12 mm-dir.  
 
 
 
 
 
 
 
 
 
 
 
Tropinota hirta - Tüklü maralca  
 
Naxçıvan Muxtar Respublikasının meyvə bağlarında geniş yayılaraq 
demək olar ki, hər növ meyvə ağacının tumurcuq və çiçəklərinə ciddi zərər 
verir.  Xüsusilə  ərik,  şaftalı  və  heyvanın  tumurcuq  və  çiçəklərinə  30-35% 
zərər yetirir ki, bu da məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olur.  
Böcək  imaqo  mərhələsində  torpaqda  qışlayır.  Yazın  əvvəllərində 
(martın  axırı,  aprelin  əvvəlləri)  qışlama  yerlərindən  çıxan  böcəklər,  təzəcə 
əmələ gəlmiş tumurcuqlarla və sonra təzəcə açılmış çiçəklərlə qidalanırlar. Az 
hallarda  yenicə  açılmış  yarpaqlarla  da  qidalanmaları  müşahidə  edilmişdir. 
Qidalandıqdan 8-10 gün sonra cütləşməyə başlayırlar və 6-8 gündən sonra isə, 
may ayının əvvəlində dişi fərdlər yumurta qoymağa başlayır. Hər bir dişi fərd, 
yumurtalar tək-tək olmaqla, 15-20 ədəd yumurta qoyur. Yumurtalar torpağın alt 
(3-5  sm)  qatına  qoyulur.  8-10  gündən  sonra  yumurtalardan  sürfələr  çıxmağa 
başlayır. Sürfə mərhələsi 50-55 gün çəkir. Onlar torpaqda olan bitki qalıqları və 
kiçik canlı orqanizmlərlə qidalanaraq son yaş mərhələsini bitirib, puplaşır. Pup 
mərhələsi 15-20 gün çəkir. Müşahidələrə əsasən, böcək ildə bir nəsil verir. Bəzi 
illərdə hədsiz çoxalaraq müxtəlif növ meyvə ağaclarına ciddi zərər yetirir.  


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə