Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə3/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   2   3   4   5   6   7   8   9   ...   47

 

qədar  olaraq  çayların  yataqları  üzərində  müxtəlif  tutumlu  su  anbarları 
(Arpaçay,  Vayxır,  Uzunoba,  Bənəniyar  və  s.)  yaradılmışdır.  İlboyu  toplan-
mış  su,  başlıca  olaraq  quru  kontinental  iqlim  zonasında  yerləşmiş  kənd 
təsərrüfatı  sahələrinin,  o  cümlədən  meyvə  bağlarının  suvarılmasına  sərf 
edilir [7, s.67-73].  
Bitki  örtüyü.  Naxçıvan  Muxtar  Respublikasının  bitki  örtüyü  floristik 
tərkibinin  zənginliyi  (170  fəsilə,  874  cins,  2835  növ)  və  bitkilik  tiplərinin 
müxtəlifliyi  ilə  fərqlənir  [65].  Ərazidə  ən  çox  yayılmış  yarımsəhra,  dağ-
kserofit, çəmən-kolluq, çəmən-bozqır (dağlıq və yüksək dağlıq), subalp və alp 
çəmən  bitkilik  tipləri  mövcuddur.  Muxtar  respublika  bağçılığında  əriyin  48, 
şaftalının 19, albalı və gilasın 23, gavalının 12, alça və göycənin isə 23 sortu 
becərilir [88].  
Respublikanın  ovalıq  və  dağətəyi  hissələrində  yerləşən  kəndlərin 
çoxu bağlarla və suvarılan mədəni sahələrlə əhatə olunur ki, əslində buralar 
vahə  hesab  olunurlar.  Vahələrə  həm  ovalıqda,  həmdə  dağlıq  qurşaqda  rast 
gəlinir.  Vahə  bitkiliyində  meyvə  və  giləmeyvə  bitkilərinin  üstünlüyü  ilə 
300-ədək  meyvə  növü  və  sortları  mövcüddur.  Son  illər  qonşu  ölkələrdən 
introduksiya olunmuş yeni meyvə sortları, o cümlədən çəyirdəklilər mədəni 
bağçılıqda əhəmiyyətli yer tutmağa başlamışdır.  
 
Muxtar respublikada vahələr üç qrupa bölünür: 
1.  Suvarılan  tarla  bitkilərinin  və  meyvə  bağlarının  üstünlük  təşkil 
etdiyi, əsasən ovalıqlarda yayılmış vahələr (Şərur sahəsi, Naxçıvan sahəsi).  
2.  Dağ  çaylarının  vadisində  yayılmış  bağların  vahəsi  (Ordubad, 
Aşağı və Yuxarı Aza, Biləv, Parağa, Çənnəb və s.).  
3. Yarımsəhralardan alınmış suvarılan əkinlərlə, bağlarla, bostanlarla 
təmsil  olunan  sahələri  əks  etdirən  qarışıq  vahələrə  ovalıq  və  dağlıq  qur-
şaqlarda rast gəlinir (Babək, Cəhri, Culfa, Əbrəqunus, Şahbuz, Keçili və s.).  
Bir çox illər ərzində suvarılan və becərilən sahələrdə istifadə edilən 
üsullar  burada  xüsusi  şərait  yaratmağa  kömək  etmişdir.  Bu  şərait  yarım-
səhralarda  istifadə  edilən  sahələrin  şəraitindən  kəskin  dərəcədə  fərqlənir. 
Vahələr-bağlar  dağlardan  Araza  tökülən  çayların  vadisində  yerləşirlər. 
Böyük  su  balansına  malik  olan  çaylara  daha  iri  vahələr  aiddir.  Vahələr 
ovalıqlardan  başlayaraq  çayların  vadisi  ilə  daha  yüksəyə  qalxırlar.  Beləki, 
Nəsirvaz,  Urmuz,  Parağa,  Pəzməri  vahələri  dəniz  səviyyəsindən  2000  m 
yüksəkliyə, bəzi yerlərdə isə daha yuxarı qalxırlar.  
Vahə-bağlarda  əsasən  çəyirdəkli  meyvə  ağacları  əkilmişdir.  Ərik 
meyvə  bağları  üçün  daha  səciyyəvi  olub,  dağlıq  yerlerdə  1800-2000  m 
yüksəklikdə yetişdirilir. Muxtar respublika şəraitində əriyin muxtəlif sortları 
olduqca yüksək məhsuldarlığı ilə fərqlənir. Ərik orta dağlıq və aralıq qurşaq 
bağlarında xüsusilə geniş yayılmışdır.  


 

Əriyin  Növrəstə,  Badamı,  Əbutalibi,  Ağ  Təbərzə,  Şalax,  Qırmızı-
yanaq  və  qonşu  ölkələrdən  gətirilmiş  yeni  sortları  bölgənin  quru  və  konti-
nental iqliminə qarşı davamlıdır. Ovalıqlarda əriyin meyvəsi iyun ayının ilk 
ongünlüyündə,  dağlarda  isə  iyul  və  hətta  avqust  ayında  yetişir.  Daha  iri, 
köhnə  vahələrdə  (Ordubad,  Biləv,  Parağa)  ərik  ağacları  heyva,  alma,  alça, 
gavalı,  albalı,  armud,  gilas,  şaftalı,  nar,  tut  ağacları  ilə  birlikdə  becərilir. 
Ordubad  rayonunda  xalq  seleksiyaçıları  tərəfindən  əriklə  şaftalının  Şərəlli 
və  Tərəlli  adlanan  hibridləri  alınmışdır.  Hibridlərin  meyvələri  çox  yüksək 
dadı və ətiri ilə seçilir və zərərverici ilə yoluxmurlar [65].  
Hələ  qədim  zamanlardan  diyarın  meyvəçiliyində  şaftalı  ərikdən 
sonra  əhəmiyyətinə  görə  ikinci  yeri tutmuşdur. Şaftalının  Salami,  Kəhrəba, 
Zəfəran,  Şirvannazı,  Qızıl  yubiley,  Nazlı,  Ağgüştü,  Məhsəti,  və  s.  sortları 
becərilir.  Bu  sortlar  çətirlərinin  formasına,  meyvələrinin  rənginə,  çəkisinə, 
dadına  və  yetişmə  müddətinə  görə  fərqlənirlər.  Şaftalı  hər  üç  yüksəklik 
qurşaqları vahələrində bol məhsul verir. Yüksək dağ kəndlərində meyvələri 
noyabr ayının ikinci yarısında yetişən şaftalı ağaclarına da rast gəlinmişdir.  
Gavalı  muxtar  respublikanın  təbii  şəraitinə  yaxşı  uyğunlaşmış,  bol 
məhsullu  və  yüksək  dad  keyfiyyətinə  malik  çəyirdəkli  meyvə  bitkisidir. 
Onun  daha  çox  becərilən  sortları  aşağıdakılardır:  Şaftalı  gavalısı,  Yaşıl 
Renklod,  Sarı  albuxara,  Xurmayı  vengerka,  İtaliyan  vengerkası  və  s.-dir. 
Yerli şəraitdə gavalının bu sortları meyvə bolluğuna görə çox hallarda yal-
nız yabanı alçadan geri qalırlar. Bu meyvə ağacının xüsusi salınmış bağla-
rına rast gəlinməmişdir. Daha çox digər meyvə ağacları ilə birlikdə becərilir. 
Hər üç yüksəklik qurşağında yayılmışdır.  
Alça  mədəni  və  yabanı  halda  çox  geniş  yayılmışdır.  Ağaclarının 
yerli şəraitə asan uyğunlaşması, az təlabkarlığı və yüksək məhsuldarlığı onu 
mədəni bitkiliyə keçirməyə şərait yaratmışdır. Alçanın Göycə adlanan yerli 
hibridinin meyvələri daxili və xarici bazarlarda dad keyfiyyətinə görə xüsusi 
tələblərlə  reallaşdırılır.  Onun  Yapon  alçası,  çəyirdəkdən  ayrılan  və  digər 
sortları geniş yayılmışdır. Alçanın cavan tingləri mədəni bağçılıqda əlverişli 
calaqaltı material kimi çox geniş istifadə edilir.  
Gilas  muxtar  respublikanın  əsasən  şərq  vahələrində  (Ordubad  və 
Culfa rayonları) daha çox əkilib becərilən meyvə bitkisidir. Onun Kəl ürəyi, 
Sarı draqon, Tezyetişən Kassini, Ağ gilas, Şirin qara, Acı qara, Əbrəşi və s. 
sort  və  formaları  geniş  sahələrdə  becərilən  əmtəə  əhəmiyətli  bitkilərdir. 
İstiliksevən olduğundan yüksək dağlıq vahələrində əkilmir.  
Albalı az tələbkar, soyuğa davamlı olduğundan bağlarda və  yaşayış 
məntəqələri  ətrafında  pöhrə  verərək  bitir  və  yayılır.  Son  illər  xüsusi  dad 
keyfiyyətinə malik meyvələri yüksək qiymətləndirilir. Albalının bütün bölgə 
ərazisində əkilib becərilən Adi albalı, Qum albalısı, Çin albalısı, Qara şpan-


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə