Entomofaqlari



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə5/47
tarix20.10.2017
ölçüsü3,59 Kb.
#5753
1   2   3   4   5   6   7   8   9   ...   47

 
11 
güvəsinin  sayının  aşağı  salınmasında  14  növ  parazitin  rolunu  xüsusi  qeyd 
etmişdir.  Sonralar  müəllif  tərəfindən  qızılgül  yarpaqbükənindən  16  növ 
parazit əldə edilmişdir [42,68,69,95].  
1961-1967-ci  illərdə  alma  meyvəyeyəni  və  tumurcuq  fırfırası 
əleyhinə  mübarizə  üçün  trixoqrammanın  tətbiqi  üzrə  sınaqlar  aparılmışdır. 
Sınaqların nəticələrinə görə, trixoqrammanın bağlara buraxılmasından sonra 
zərərvericinin  yumurta  mərhələsinin  yoluxması  55-100%  olmuşdur.  Quba-
Xaçmaz zonası rayonlarında sincabvari güvənin tırtıl və puplarından 15 növ 
paraziti əldə edilmişdir [5].  
Sonralar  tədqiqatçı  Azərbaycanda  meyvə  bitkilərinə  zərərverən  pul-
cuqqanadlıların  parazitlərini  öyrənmişdir.  1970-ci  ildən  başlayaraq  bağ  zə-
rərvericiləri, onların  parazit və  yırtıcılarının biologiyası,  ekologiyası,  yayıl-
ması,  təsərrüfat  əhəmiyyəti  və  s.  öyrənilmişdir.  Bu  tədqiqat  işlərinin  nəti-
cələri  tədqiqatçının  əsərlərində  öz  əksini  tapmışdır.  Belə  ki,  tüklü  maral-
canın sayının aşağı düşməsində 9 növ entomofaq mühüm rol oynayır: para-
zitlərdən-Scambus colobata Grav., Scolia quadripunctata F., S. hitra Schr., 
yırtıcılardan-Nudobius  lentus  Grav.,  Tanasimus  formicarius  L.,  Coccinella 
septempunctata  L.,  C.  bipunctata  L.,  Calasoma  inquisitor  L.  növlərini 
göstərmək  olar.  Bozrəngli  böcəyin  yumurta  və  sürfələri  7  növ  entomofaq 
tərəfindən  məhv  edilir  ki,  bunlar  da  aşağıdakılardır:  parazitlər-Atanycolus 
initiator  Nees.,  Scambus  brevicornis  Grav.,  Ephialtes  cephalotes  Hal. 
yırtıcılar-Coccinella  septempunctata  L.,  C.bipunctata  L.,  Calasoma 
sycophanta L. [36,39,42,43,44,45,46].  
Z.M.Məmmədov  tərəfindən  meyvə  güvəsinin  biologiyası  və  təsər-
rüfat  əhəmiyyəti  öyrənilərkən  onun  sayının  tənzimlənməsində  8  növ  para-
zitin  rol  oynadığı  müəyyən  edilmişdir:  Braconidae  fəsiləsindən-Bracon 
hebetor Say., Microdus dimidiator Nees., Ascoqaster quadridentata Wesm., 
Apantles  fulvipes  Nees.,  Ichneumonidae  fəsiləsindən-Nuthobia  armillata 
Grav.,  Oimola  turionella  L.,  Itopectis  alternans  Grav.,  Pristomerus  vul-
nerator  Grav.  Bu  parazitlər  içərisində  Nythobia  armillata  Grav.  meyvə 
güvəsinin  2-3  yaşlı  tırtıllarını  25-30%  yoluxdurur  ki,  bu  parazitdən  meyvə 
güvəsinə qarşı bioloji mübarizədə istifadə etmək mümkündür, bu şərtlə ki, 
onun  laboratoriya  şəraitində  çoxaldılma  yolları  öyrənilsin.  Bundan  başqa, 
zolaqlı meyvə güvəsinin 27 növ parazit tərəfindən yoluxduğu göstərilmişdir. 
Bu  parazitlər  içərisində  3  növü  (Bracon  hebetor,  Nemorilla  floralis  və 
Paralitomastix  varicornis)  zərərvericinin  sayının  aşağı  düşməsində  daha 
mühüm  rol  oynayır.  Təbiətdə  qızılqarın  kəpənəyin  sayının  tənzimlənmə-
sində  ədəbiyyat  məlumatlarına  əsasən,  14  növ  parazit  müsbət  rol  oynayır. 
Bunların  içərisində  daha  effektli  sayılan  7  növdür:  Scambus  brevicornis 
Grav.,  Agrypon  flaveolatum  Grav.,  Enocospilus  undulates  Grav.,  Rogas 
geniculator  Nees.,  Meteorus  rubens  Nees.,  Monodontomerus  aereus  Wlk., 


 
12 
Aqria  mamillata  Pand.  [94,  s.  32-33].  Tək  ipəksarıyanın  sayının  tənzim-
lənməsində,  daha  doğrusu,  tırtıll  ocaqlarının  söndürülməsində,  onun  təbii 
düşmənlərinin  rolu  olduqca  böyükdür.  Azərbaycanda  tək  ipəksarıyanın 
parazit  və  yırtıcıları  aşkar  edilmişdir.  Tədqiqatçı  tək  ipəksarıyanın  sayının 
azalmasında 30 növ entomofaqın rolunu göstərir.  
Son  illər  (2000-2005)  Azərbaycanın  Böyük  Qafqaz  və  Lənkəran 
bölgəsinin  meyvə  və  meşə  təsərrüfatlarında  aparılan  tədqiqat  işləri  nəti-
cəsində tək ipəksarıyanın say dinamikasının tənzimlənməsində onun 30 növ 
təbii düşməni  aşkar edilmişdir ki,  bunlardan 23 növü parazit və  7 növü isə 
yırtıcıdır. Təbii düşmənlərdən 6 növü sahibi yumurta mərhələsində, 15 növü 
tırtıl və 9 növü isə pup mərhələsində məhv edir. Aşkar edilmiş parazitlərdən 
4  növü  (Pimpla  turionella  L.,  Meteorus  versicolor  Nees,  Apanteles 
leaviqatus  Ratz.,  Brachymeria  intermedia  Nees)  kompleks  şəkildə  sahibi 
15-25%  yoluxdurur,  yırtıcılardan  isə  2  növü  (Calosoma  sycophanta  L., 
Dermetes lardarius L.) tək ipəksarıyanın sayının tənzimlənməsində mühüm 
rol  oynayırlar.  Calosoma  və  Dermetes  fərdləri  sahibin  tırtıl  və  yumurta 
mərhələsini 25-30%, məhv edirlər [51].  
Respublikamızda  ayıcaxanım  kəpənəyinin  təbii  düşmənlərindən  3 
növü  (Ichnemon  rogenoferi  Kr.,  İch.  insidiosus  W.,  Trichionotus  fixorius 
Th.) S.Ə.Hacıyeva tərəfindən aşkar edilmişdir [11,12].  
1930-1935-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasının  ərazisinə 
təşkil  edilmiş  kompleks  zooloji  ekspedisiyaların  nəticələrini  əks  etdirən 
məqalədə  bölgənin  bağlarında  meyvə  ağaclarının  zərərvericiləri  haqqında 
qismən məlumat verilir [91].  
Muxtar respublika şəraitində uzun müddət diqqətdən kənarda qalmış 
meyvə  zərərvericiləri  keçən  əsrin  yetmişinci  illərində  öyrənilməyə  baş-
lanılmışdır. Bu dövrdə aparılmış tədqiqatların nəticəsi olaraq 19 növ meyvə 
zərərvericisi  və  57  növ  entomofaq  aşkar  olunmuşdur.  Meyvə  bitkilərinin  8 
növ  əsas  zərərvericisinin  və  bir  neçə  təsərrüfat  əhəmiyyətli  entomofaqın 
biologiyası  və ekologiyası  (yayılması, inkişaf dinamikası, qidalanma xüsu-
siyyəti,  inkişaf  müddətləri,  fenologiyası)  ətraflı  tədqiq  edilmişdir  [94,  s. 
130-164].  
Naxçıvan Muxtar Respublikasında meyvə bitkiləri zərərvericiləri və 
onların parazitlərinin öyrənilməsi 1965-ci ildən başlayaraq Z.M.Məmmədov 
tərəfindən  aparılmışdır.  Muxtar  respublika  bağlarında  8  növ  zərərvericinin 
müxtəlif  inkişaf  mərhələlərindən  42  növ  parazit  çıxarılıb  əldə  edilmişdir. 
Onlardan  8  növü-yarpaq  güvəsinin,  8-növü  meyvə  qurdunun,  19  növü-
zolaqlı  meyvə  güvəsinin,  7  növü  isə  gavalı  meyvəyeyənin  parazitidir. 
Tədqiqatcı  tərəfindən  müəyyən  olunmuşdur  ki,  bağlarda  zərərvericilərin 
Bracon  sp.,  Ascogaster  guadridentetus  Wesm.,  Orgulis  laevigator  Nees., 
Pristomerus  vulnerator  Grav.,  Perisierola  sp.,  Arrhinomiya  innoxia  Merg. 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə