Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə1/67
tarix11.07.2018
ölçüsü
#55474
  1   2   3   4   5   6   7   8   9   ...   67
55474

Ənvər Çingizoğlu
ŞUŞA ŞƏHƏRİ: 
TƏBRİZLİ MƏHƏLLƏSİ
(Tarixi-genealoji tədqiqat)
-  

35
'
BAKI  -2012


Ç01  (2010) 
Q  ^  1
Elmi redaktor:  Qasım Hacıyev, 
tarix elmləri doktoru 
Redaktor: 
Vasif Quliyev
Rəyçilər: 
Nurlana Cavanşir,
tarix elmləri üzrə fəlsəfə doktoru,
Ədalət Tahirzadə,
filologiya elmləri üzrə fəlsəfə doktoru,  dosent
Ə. Çingizoğlu. Şuşa şəhəri: Təbrizli məhəlləsi. Bakı, «Zərdabi 
LTD» MMC, 2012.- 324 səh.
Jurnalist-etnoqraf  Ənvər  Çingizoğlunun  bu  kitabı  Azərbaycan 
xalqının  mədəniyyətində  mühüm  rol  oynamış  Şuşa  şəhərinin  ilk 
məhəllələrindən  biri  olan  Təbrizli  məhəlləsindən  və  sakinlərinin yaşam 
yolundan bəhs edir.
XVIII,  XIX,  X X   yüzilliklərdə  Təbrizli  məhəlləsində  baş  verən 
önəmli  hadisələr,  şəhərin  iqtisadi,  mədəni  həyatı  sənədlərlə,  şahidlərin 
bilgisi ilə qələmə alınaraq oxucuların önünə çıxarılıb.
Kitabda  arxiv  materiallarından  istifadə  edilməklə  Təbrizli  məhəl­
ləsinin demoqrafik mənzərəsi,  məhəllə sakinlərinin şəcərəsi yaradılıb.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
г  05005000000 
Ç  0103-2012
© Müəllif hüquqları qorunur.  Müəllifin icazəsi olmadan  bu kitabı 
və ya onun hər hansı bir hissəsini çap etdirmək, surətini çıxarmaq qadağandır!
© Ə.  Çingizoğlu, 2012
giriş
Şuşanın  tarixi  Azərbaycan  tarixinin  maraqlı  və  mənalı 
dövrüdür.  Bu  şəhər  yarandığı  gündən  mədəniyyət  yolunda  qol 
döyüb,  qələm  çalıb.  Bu  mədəni  şəhərin  məhəllə  tarixinə  aid  olan 
bu kitabda nə görəcəyik?
Müəllif Şuşa şəhərinin böyük bir yaşayış sahəsi olan Təbrizli 
məhəlləsinin  tarixini,  demoqrafiyasını,  əhalinin  geneologiyasını 
arxivlərdə  mühafizə  olunan  sənədlərlə  işləmiş,  ortalığa  bitkin  bir 
əsər çıxarmışdır.
Şuşanın  məhəllələrinin  tədqiqində  Təbrizli  məhəlləsinin 
xüsusi  yeri  var.  Məlumdur  ki,  məhəllə  tarixi  yalnız  müəyyən 
inzibati-ərazi  vahidlərində  baş  verən  dəyişiklikləri  deyil,  həm  də 
həmin  massivdə  əhalinin,  təsərrüfatın,  ticarətin,  sənətkarlığın 
problemlərini  təbii-coğrafi  şərait  və  insan  fəaliyyətinin  göstərilən 
sahələrinə  siyasi  hadisələrin  təsiri  baxımından  tədqiq  edir. 
Beləliklə,  sosial-iqtisadi  həyatın  demək  olar  ki,  bütün  sahələri 
məhəllə tarixinin tədqiqat obyektinə çevrilə bilər.
Təbrizli  məhəlləsinin  tarixinə  dair  az-çox  məlumatları 
özündə  əks  etdirən  mənbələrin  bir  qismini  arxiv  sənədləri,  digər 
qismini  isə  çap  olunmuş  mənbələr  təşkil  edir.  Arxiv  sənədləri 
içərisində  Azərbaycanın  Rusiya  tərəfindən  işğalı  dövründə  rus 
məmurları  tərəfindən  tərtib  edilmiş  kameral  təsvirlərin  xüsusi 
əhəmiyyəti  var.  Materialların  məzmunundan  aydın  olur  ki,  çar 
Rusiyası  Azərbaycanın  iqtisadi  cəhətdən  mənimsənilməsini  başa 
çatdırmaq  üçün  onun  ayrı-ayn  bölgələrinin  sərvətləri,  əhalinin 
milli və sosial tərkibi, kənd təsərrüfatının,  sənətkarlığın, şəhərlərin 
vəziyyəti haqqında müfəssəl məlumat toplamağa çalışmışdır.
Müəllif  Təbrizli  məhəlləsinin  tarixini  öyrənməkdən  ötrü 
XIX  yüzildə  Şuşaya  dair  Rusiyada  nəşr  edilən  tarixi  ədəbiyyatla 
tanış  olmuş,  onlara  tənqidi  cəhətdən  yanaşaraq  bir  sıra  faktiki 
materillardan  faydalanmış,  habelə  bu  günə  qədər  tarix  elminə  az 
məlum olan yeni arxiv sənədlərini üzə çıxarmışdır.
3


XVIII  əsrin  ikinci  yarısına  aid  yerli  faktiki  materiallara 
gəldikdə  cəsarətlə  demək  olar  ki,  belə  tipli  sənədlər  yox 
dərəcəsindədir.  Məsələ  burasındadır  ki,  XVIII  əsrin  ikinci 
yansından  başlayaraq  Türkmənçay  (1828)  müqaviləsinə  qədərki 
dövrdə  Qarabağ  xanlığını  Ağa  Məhəmməd  şah  Qovanlı-Qacarm 
işğalı,  birinci  (1804-  1813)  və  ikinci  (1826-1828)  rus-İran 
müharibələri  dövründə  Qarabağ  xanlığı  ərazisinin  müharibələr 
meydanına  çevrilməsi  faktları  xanlığın  həm  siyasi  və  həm  də 
təsərrüfat  həyatına  zərbə  endirmişdi.  Bu  müharibələr  məhsuldar 
qüvvələrin  zəifləməsinə,  maddi  mədəniyyət  abidələrinin,  o 
cümlədən,  yazılı  mənbələrin  məhv  olunmasına  gətirib-çıxarmışdı. 
Belə  vəziyyət  Qarabağ  xanlığına  aid  olan  bir  çox  faktların  üzə 
çıxarılmasına çətinlik törədir.
Beləliklə, kitabda Azərbaycan tarixşünaslığında ilk dəfə Şuşa 
şəhərinin  məhəllə  tarixinin  araşdırılmasına  təşəbbüs  göstərilir. 
Burda  Şuşanın  ərazisinin  dəyişilməsində  siyasi  hadisələrin, 
müharibələrin  təsiri  araşdırılır,  ölkənin  ərazi-inzibati  bölgüsü  və 
onun  dəyişdirilməsinin  səbəbləri,  sənətkarlığın  coğrafiyası, 
əhalinin  etnik  və  sosial  tərkibi,  demoqrafik  dəyişmələri  ilk  dəfə 
olaraq məhəllə tarixi baxımından tədqiq edilir.
Mənbələrin  verdikləri  məlumatlara  əsasən  belə  fikir 
söyləmək  olar  ki,  Təbrizli  məhəlləsi  Şuşa  şəhərinin  ən  qədim 
məhəllələrindən biridir.
Müəllif əsərin ərsəyə gəlməsində etdikləri maddi  və mənəvi 
yardımlara  görə  mühəndis-menecer  Rauf Müqimova  təşəkkürünü 
bildirir.
Şəkillərin  toplanmasında  yaxın  yardımına  görə  Ədalət 
Tahirzadəyə və Vasif Quliyevə minnətdarlıq borcumuz var.
4
Məhəllənin tarixi
Təbrizli  məhəlləsinin  tarixi  Şuşa  tarixinin  tərkib  hissəsidir. 
Şuşa  şəhəri  qurulduğu  çağdan  başlayaraq  genişləndi.  Yeni-yeni 
məhəllələr meydana gəldi.  Hər məhəllədə  məscid,  hamam tikildi, 
meydan  quruldu. 
Ümumiyyətlə, 
Şuşanın  bir  şəhər  kimi 
formalaşmasını  şərti  olaraq  üç  mərhələyə  bölmək  olar:  birinci 
mərhələ  1750-ci  ildən başlayaraq çox qeyri-sabit şəraitdə  1763-cü 
ilə  qədər  davam  etmiş,  tikinti  işləri  bir  qədər  tələsik aparılmışdı. 
Bu  dövrdə  şəhərin  şərq  hissəsində  9  məhəllə  salınmışdı. 
İbrahimxəlil  xan  Cavanşirin  hakimiyyəti  illərinə  (1763-1806) 
təsadüf edən  ikinci  mərhələdə  Şuşada  aparılan  tikinti  işləri  daha 
keyfiyyətli  və  möhtəşəm  olmuşdu.  Bu  dövrdə  şəhərdə  yaşayış 
məhəllələrinin  sayı  17-yə çatmışdı.  XIX yüzili əhatə  edən üçüncü 
mərhələdə  şəhərin  dağlıq  qərb  hissəsində  yeni  12  məhəllə 
salınmış və əslində, bununla Şuşanın formalaşması başa çatmışdı.
Təbrizli  məhəlləsi  Şuşa  şəhərinin  ilk  məhəllələrindən 
biridir.  Bu  məhəllə  sakinləri  Təbrizdən  Bayat  qalasına,  ordan 
Şahbulağa,  sonra  isə  Şuşa  şəhərinə  gəliblər.  Bayat  qalasına 
gəlmələri  haqqında  tarixçi  Mirzə  Camal  Qarabaği  yazır:  “Hələ 
Qarabağın  Xəmsə  mahalları  ona tabe  olmadığı zaman (Pənah  xan) 
ətraf  xanların  öz  üzərinə  hücum  edəcəkləri  təqdirdə  ailə  və 
qohumlarının,  qulluqçu  və  yaxın  adamlarının  və  (el)  böyüklərinin 
qorunması  üçün ellərin arasında münasib bir yerdə qala tikilməsini 
lazım bilmişdi.  Məşvərətdən sonra indi  Kəbirli  mahalı içində olan 
Bayat  qalasının  binası  qoyuldu.  Qısa  bir  zamanda  möhkəm  hasar 
və  xəndək  qaynldı,  bazar,  hamam  və  məscid  tikildi.  Xan  bütün 
ailəsini,  qohumlarının  və  el  böyüklərinin  əhli-əyalını  ora  topladı. 
Ətrafda  olan camaat,  hətta  Pənah  xanın tərəqqisini,  onun rəftar və 
məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi 
və  sənətkarlan  belə,  öz  ailələri  ilə  birlikdə  gəlib,  Bayat qalasında 
yerləşdilər”. 1
İbrahimxəlil  xan  Cavanşir  1783-cü  ildə  və  1785-ci  ildə 
Təbriz  xanlığına  yürüş  etmişdi.  O  da  bu  yürüşlərində  Təbrizdən 
xeyli  ailə  gətirib  Təbrizli  məhəlləsində  yerləşdirmişdi.  Həmin
5


Yüklə

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə