Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə10/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

Oğlu -  Aslan
119. Mustafa Məşədi Ələsgər oğlu
Qardaşları -  Məmmədqulu (oğlu -  Salman), Qasım, Hüseyn
120. Məmmədbağır Məşədi Əbdül oğlu
121.  Fərəc Məşədi Şəfi oğlu 
Oğlu -  Salman
122. Məmmədbağır Rza oğlu 
Oğlanları -  Həbib, Fərhad, Cümşüd
123. Kərbəlayı Nəcəf Hüseyn oğlu 
Oğlanları -  Əhməd, Abdin, Həmzə
124. Hüseynəli Allahverdi oğlu 
Oğlanlan -  Yusif, Həşim
Qardaşları  -  Tağı,  Nağı,  Əliqulu,  Mikayıl  (oğlanlan  -  Yusif, 
Həşim)
125. İsmayıl Fətəli oğlu 
Oğlanları -  Əli, Əbil, Cəlil 
Qardaşı -  (Ələsgərin) oğlu -  Firidun
126.  Məmməd Məşədi İsmayıl oğlu 
Oğlu -  İbiş
Qardaşları -  Əbdürrəhim, Mahmud
127.  Həsənəli Məşədi Məmmədəli oğlu 
Oğlanları -  Məmmədəli, Həbib, Abbasqulu
128.  Kəlbəli Məşədi Məmmədəli oğlu 
Oğlanları -  Mahmud, Teymur, Əmir, Cavad
129. Cabbar Məşədi Məmmədəli oğlu
130.  Şükür Feyzulla oğlu 
Oğlanlan -  Ağa, Aslan, Əli
Qardaşı -  (Məmmədtağınm) oğlu -  Yusif 
Qardaşı -  Məşədi Əsəd 
Oğlanları -  Kostan, Muxtar
131.  Məşədi Ələkbər Mirzə Haqverdi oğlu 
Oğlanları -  Yusif, Hüseyn
Qardaşları -  Ələsgər, Səməd
132. Mustafa Kərbəlayı Həsən oğlu 
Qardaşlan -  Muxtar, Şirin
48
133. Əli Məmmədtağı oğlu
Qardaşlan -  Hüseyn (oğlanlan -  Nəsir, Süleyman), Zeynal
134. Qulu Məşədi İbrahim oğlu 
Qardaşları -  Rüstəm, Zeynalabdin, Qəhrəman
135. Əbdüləli Allahverdi oğlu 
Qardaşlan -  Məmmədbağır, Əbdülhəmid
136. Rzaqulu Paşa oğlu 
Qardaşı -  Dadaş
137. Əkbər Nurməmməd oğlu
Oğlanlan -  Fərəc, Şükür, Allahverən, Səlim, Kərim
138. Muxtar Abbas oğlu 
Qardaşı -  Əhməd
139. Məşədi Həsən Kərbəlayı Hacı oğlu 
Oğlanlan -  Məmməd, Hüseyn
49


TƏBRİZLİ MƏHƏLLƏSİ ƏHALİSİNİN ŞƏCƏRƏLƏRİ 
İmanbəyovlar (Müqümovlar)
Təbrizli  məhəlləsinin  ünlü  sakinlərinin  içində  İmanbəyov 
soyadlı  bir ailə  yaşayırdı.  İmanbəyov  soyunun  bəzi  nümayəndələri 
sonradan Müqümov soyadını qəbul etmişdilər.
Bu  soy-sopun  ulu  babası  Müqim  ağadır.  Müqim  ağa  XVIII 
yüzildə  Şuşa  şəhərində  yaşamışdı.  Mədrəsə  təhsili  almışdı. 
Məhəllələrinin dini işləri ilə ilgilənmişdi.
Molla  Müqim  ağanın  İman  ağa,  Qurban  ağa  adlı  oğlanları
vardı.
İman  ağa  1772-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
İbtidai  təhsilini atasından almışdı.  Sonra Təbriz şəhərində oxumuş­
du.  Tibb  elmini  gözəl bilirdi.  Şuşa şəhərində dini  işlərlə ilgilənirdi. 
Molla  ünvanı  daşıyırdı.  Pak  Xorasan  torpağını,  Məşhədi- 
müqəddəsi ziyarət etmişdi.
Məşədi  Molla  İman  ağa  Mələknisə  xanımla  ailə  qurmuşdu. 
Məhəmməd  ağa,  Xudaverdi  ağa,  Həsən  ağa,  Hüseyn  ağa,  Müqim 
bəy,  Əmiraslan  bəy,  İbrahim  bəy  adlı  oğlanları,  Mehri  xanım, 
Bədir  xanım,  Bacıxanım  xanım,  Bahar  xanım  və  Gövhər  xanım 
adlı qızları vardı.
Məhəmməd  ağa  1792-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
İbtidai  təhsilini  atasından  almışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs 
Məkkəyi-tnüşərrəfı ziyarət etmişdi.
Hacı  Məhəmməd  ağa  1844-cü  ildə  ailəsi  ilə  birlikdə  Təbriz 
şəhərinə köçdü.
Hacı  Məhəmməd  ağa  Mehri  xanımla  yaşam  qurmuşdu.  Qulu 
ağa  adlı  oğlu,  Əzət  xanım,  Mələk  xanım  və  Tükəz  xanım  adlı 
qızları vardı.
Məşədi  Molla  İman ağanın  ikinci  oğlu Xudaverdi  ağa  1802-ci 
ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  İbtidai  təhsilini  atasından 
almışdı.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi  - 
müqəddəsi ziyarət etmişdi.
50
Məşədi Xudaverdi  ağa  1844-cü  ildə  ailəsi  ilə birlikdə  Təbriz 
şəhərinə köçdü.
Məşədi  Xudaverdi  ağa  Fatma  xanımla  həyat  qurmuşdu. 
Zeynalabdin ağa adlı oğlu, Gövhər xanım adlı qızı vardı.
Məşədi  Molla  İman  ağanın  üçüncü  oğlu  Həsən  ağa  1808-ci 
ildə  Şuşa  şəhərində  dünyaya  göz  açmışdı.  İbtidai  təhsilini 
atasından almışdı. Xırda ticarətlə məşğul idi.
Həsən  ağa  1844-cü  ildə  ailəsi  ilə  birlikdə  Təbriz  şəhərinə 
köçdü.
Həsən ağa  Əziz xanımla  ailə qurmuşdu.  Həşim ağa adlı oğlu
vardı.
Məşədi  Molla  İman ağanın dördüncü  oğlu  Hüseyn  ağa  1817- 
ci  ildə  Şuşa  şəhərində  dünyaya  pənah  gətirmişdi.  İbtidai  təhsilini 
atasından almışdı. Xırda ticarətlə məşğul idi.
Hüseyn  ağa  1844-cü  ildə  böyük  qardaşları  ilə  birgə  Təbriz 
şəhərinə köçdü.
Məşədi  Molla İman  ağanın beşinci  oğlu  Müqim  bəy  1819-cu 
ildə  Şuşa  şəhərində  dünyanı  tanımışdı.  İbtidai  təhsilini  atasından 
almışdı.  Sonra  Təbriz  şəhərinə  yollanmış,  təhsilini  davam 
etdinnişdi.  Müqim bəy Təbrizdə ah tibbi təhsil almışdı.  Mehdiqulu 
xanın  şəxsi  həkimlərindən  biri  idi.  Bəyliyi  də  sonuncu  Qarabağ 
xanından  almışdı.  Savadlı  olduğundan  dolayı  mirzə  ünvanı 
daşıyırdı.  Müqəddəs Məkkəyi-mükərrəıni ziyarət etmişdi.
Hacı  Mirzə  Müqim  bəy  Qasım  bəy  Zakirlə  dost  idi.  Qasım 
bəy  onun  hikmətlərini  və  həkimliyini  yüksək  dəyərləndirirdi. 
Şeirlərinin  birində  Hacı  Böyük  bəy  Nuru  bəy  oğlunu  tənqid 
edərkən ondan misal çəkir:
Bir deyən yoxdu  Murada, ürəyim oldu dü  nim,
Ey səfıhü əzəlü əhməqü  mərdudü ləim,
Ruhra, söhbəti  nacins əzab əst əlim,
Sən de həmsirrinə, qurbanın olum, Mirzə Müqim,
«Bu tənakühdən a biçarə, sana varmı səmər?».
Qasım  bəy bəzən  Hacı  Mirzə  Müqim  bəyin  nüsxələrinə  ağız 
büzür,  yersiz  əməl  adlandırırdı.  Şair  nəvəsi  İbrahim  bəy  Azərə 
yazırdı:
51


Dəstinə alma Müqimin məhz biyca nüsxəsin,
Əkbər oğlu Hacının bihudə əşya nüsxəsin;
Özlərin dana sanır, bilməz müdava nüsxəsin,
Görmüşəm mən küllühüm haziq ətibba nüsxəsin, 
Eyləmişlər təcrübə, məqruni-sihhətdir dügi.
Qasım  bəy  başqa  bir  şeirində,  Mehdiqulu  xan  Sarıcalı- 
Cavanşirə  yazdığı  məktubda  Şuşa  həkimlərindən  kənar  olmasını 
xahiş  edirdi.  Bildirirdi  ki,  onlar  kimin  üstünə  gedirlərsə,  tez  o 
dünyaya təşrif aparır. Zakir Mehdiqulu xana yazırdı:
Bağır oğlu Məmməd, Məşədi Hacı,
Əliqulu, Müqim şərimin tacı.
Hər mərizə eyləsələr əlacı,
Ehtiyatın görün, tez olur məmat.
Hacı  Mirzə  Müqim  bəy  1872-ci  il  mayın  15-də  Şuşa  bəy 
komissiyasına  ərizə  ilə  müraciət  etmişdi.  Həmin  ilin  dekabrın  18- 
də  komissiya  onun  işinə  baxmışdı.  364  nömrəli  qərarla  onun  və 
qardaşlarının  bəyliyi  təsdiq  edilmiş,  müraciət  edənlər  İmanbəyov 
familiyasını almışdılar1.
Hacı  Mirzə  Müqim  bəy  Zəhra  xanımla  evlənmişdi.  Ağalar 
bəy,  Məmmədhüseyn  bəy,  Şükür  bəy  adlı  oğlanları,  Ayna  xanım 
və Püstə xanım adlı qızları vardı.
Ağalar  bəy  1853-cü  ildə  Şuşa  şəhərində  dünyaya  boy 
göstərmişdi. İbtidai təhsilini atasından almışdı.
Hacı  Mirzə  Müqim  bəyin  ikinci  oğlu  Məmmədhüseyn  bəy 
1856-cı ildə Şuşa şəhərində dünyaya təşrif gətirmişdi.
Hacı  Mirzə  Müqim  bəyin  üçüncü  oğlu  Şükür  bəy  1859-cu 
ildə  Şuşa  şəhərində  dünyaya  təşrif  buyurmuşdu.  İbtidai  təhsilini 
atasından  almışdı.  Sonra  mədrəsədə  oxumuşdu.  Vəkillik  və 
həkimlik  peşələri  ilə  məşğul  olurdu.  Savadlı  olduğundan  dolayı 
mirzə ünvanı daşıyırdı.
Mirzə  Şükür  bəyin  Kübra  xanım,  Suqra  xanım,  Şuraya 
xanım, Sitarə xanım adlı qızları vardı.
Kübra xanım Şuşa şəhərində doğulmuşdu.
'  MDTA, fond 69, siyahı  1, səh. 401-406.
52
Kübra  xanım 
Seyid  Mir  Musa 
ağa  Mir  Fəttah 
ağa 
oğlu 
ilə 
yaşam  qurmuşdu. 
Ağa  adlı  oğlu, 
Rəfiqə 
xanım, 
Mərqufə  xanım, 
Şərqiyə 
xanım, 
Rəqibə 
xanım 
adlı qızları var.
Məşədi  Molla İman  ağanın beşinci  oğlu Əmiraslan bəy  1822-ci 
ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  İbtidai  təhsilini  atasından 
almışdı.  Sonra  mədrəsədə  oxumuşdu.  Ticarətlə  məşğul  idi. 
Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi.
Hacı  Əmiraslan  bəy  Xanım  xanımla  dünya  evinə  girmişdi. 
Məmmədəli  bəy,  Süleyman  bəy,  Cəfər  bəy,  Adışirin  bəy  adlı 
oğlanları vardı.
Məmmədəli bəy  1852-ci  ildə Şuşa şəhərində doğulmuşdu.
Hacı  Əmiraslan  bəyin  ikinci  oğlu  Süleyman  bəy  1858-ci  ildə 
Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  İbtidai  təhsilini  molla  yanında 
almışdı. Ticarətlə məşğul idi.
Süleyman  bəy  Sayalı  xanım  Hacı  İbrahim  qızı  ilə  ailə 
qurmuşdu.
Hacı  Əmiraslan  bəyin  üçüncü  oğlu  Cəfər  bəy  1862-ci  ildə 
Şuşa  şəhərində  dünyaya  göz  açmışdı.  İbtidai  təhsilini  molla 
yanında almışdı. Ticarətlə məşğul  idi.
Hacı  Əmiraslan  bəyin  dördüncü  oğlu  Adışirin  bəy  1866-cı 
ildə  Şuşa  şəhərində  dünyaya  pənah  gətirmişdi.  İbtidai  təhsilini 
molla yanında almışdı. Ticarətlə məşğul idi.
Mirzə Şükür bəy Müqümov qızları ilə
53


Yüklə

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə