Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə12/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   8   9   10   11   12   13   14   15   ...   67

Muxtar bəy yeniyetmə yaşında vəfat edib.
Hacı  İbrahim  bəyin  beşinci  oğlu  Zülfiiqar  bəy  1872-ci  ildə 
Şuşa şəhərində anadan olmuşdu.  Məktəb təhsili almışdı.  Təxminən 
20  yaşında  evdən  xəbərsiz  çıxaraq  Türkiyəyə  getmişdi.  Sonrakı 
taleyindən bilgimiz yoxdur.
Hacı  İbrahim  bəyin  altıncı  oğlu  Məmmədcəfər  bəy  Şuşa 
şəhərində doğulmuşdu.
Məmmədcəfər subay vəfat edib.
Hacı  İbrahim  bəyin  yeddinci  oğlu  Əbdürrəhim  bəy  Şuşa 
şəhərində dünyaya gəlmişdi.
Əbdürrəhim bəyin Hidayət bəy adlı oğlu vardı.
***
Molla  Müqim  ağanın  ikinci  oğlu  Qurban  ağa  1792-ci  ildə 
Şuşa şəhərində anadan olmuşdu.  İbtidai təhsilini atasından almışdı. 
Sonra  mədrəsədə  oxumuşdu.  Savadlı  olduğundan  dolayı  mirzə 
ünvanı daşıyırdı.
Mirzə  Qurban  ağa  Xeyrənsə  xanımla  ailə  qurmuşdu.  Abbas 
ağa,  Əbdürrəhim  ağa  adlı  oğlanları,  Xədicə  xanım,  Ruqiyə  xanım 
və Fatma xanım adlı qızları vardı.
Abbas  ağa  1828-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  İbtidai 
təhsilini  əmisindən  almışdı.  Sonra  mədrəsədə  oxumuşdu.  Savadlı 
olduğundan dolayı mirzə ünvanı daşıyırdı.
Mirzə  Abbas  ağanın  Əbdül  ağa,  Ağacan  ağa  adlı  oğlanları
vardı.
Mirzə  Qurban  ağanın  ikinci  oğlu  Əbdürrəhim  ağa  1832-ci 
ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  İbtidai  təhsilini  əmisindən 
almışdı.  Mədrəsədə  oxumuşdu.  Savadlı  olduğundan  dolayı  mirzə 
ünvanı daşıyırdı.
Məşədi  Molla  İman  ağanın  böyük  qızı  Mehri  xanım  Şuşa 
şəhərində anadan olmuşdu.
Məşədi  Molla  İman  ağanın  ikinci  qızı  Bədir  xanım  Şuşa 
şəhərində doğulmuşdu.
60
Məşədi  Molla  İman  ağanın  üçüncü  qızı  Bacıxanım  xanım 
Şuşa  şəhərində  dünyaya  zinət  vermişdi.  Ailə  təlim-tərbiyəsi 
almışdı.
Bacıxanım  xanım  Məhəmmədhüseyn  ağa  Məhəmmədqulu 
xan  oğlu  Qaradağı  ilə  ailə  qurmuşdu.  Balaxanım  xanım  adlı  qızı 
vardı.
Balaxanım  xanım  1852-ci  il  iyul  ayınm  6-da  Şuşa  şəhərində 
dünyaya  gəlib.  Maraqlıdır  ki,  bu  təvəllüdü  təsdiqləmək  üçün 
komissiya yaranmışdı.  Komissiyaya  Şuşa qəza qazısı Axund Molla 
Hüseyn Hacı Oruczadə başçılıq edirdi.  Katib Mirzə İsmayıl Məşədi 
Qasım  oğlu  (şair  Məhzun  -  Ə.Ç.),  üzvlər  isə  şəhərin ünlülərindən 
olan Molla Abbasqulu,  Molla Nuru, İbrahim Sadıq oğlu, Kərbəlayı 
Səfər bəy Nəcəfqulu bəy oğlu,  Seyid Hüseyn Məşədi  Seyid Həsən 
oğlu,  Hacı  Tağı  Məmmədqulu  oğlu,  Məşədi  Məmmədtağı  Mirzə 
oğlu,  Kərbəlayı  İbrahim  Məşədi  Allahverdi  oğlu,  Hacı  Abdulla 
Kərbəlayı  Namaz  oğlu,  Məşədi  Dadaş  Kərbəlayı  Abbas  oğlu, 
Kərbəlayı  Salman  Kərbəlayı  Abbas  oğlu  və  Məşədi  Teymur 
Kərbəlayı  Sadıq  oğlu  idilər.  Onlar  şəhadət  verib,  tanıqlıq 
etmişdilər  ki,  Balaxanım  xanım  Məhəmmədhüseyn  ağa  qızı 
Xanqaradağski, həqiqətən,  1852-ci ildə Şuşa şəhərində doğulub.
Balaxanım  xanım  uşaqkən  sarsıntı  keçirmişdi.  Başında 
pozğunluq  vardı.  Əmisi  oğlu  Həsənəli  ağa  ilə  yaşam  qurandan 
sonra xəstəliyi  şiddətləndi.  Ərindən boşanmalı oldu.  Atasından ona 
xeyli  mal-mülk  qalmışdı.  Dayısı  oğlu  Mirzə  Şükür bəy Hacı  Mirzə 
Müqim  bəy  oğlu  və  vəkili  Mirzə  Rəhim  Mirzəyevin  vasitəsilə 
təsərrüfatını idarə edirdi.
Məşədi Molla İman ağanın dördüncü qızı  Bahar xanım  1844- 
cü ildə  Şuşa şəhərində dünyaya göz açmışdı.
Məşədi  Molla  İman  ağanm beşinci  qızı  Gövhər xanım  1848- 
ci ildə Şuşa şəhərində dünyanı tanımışdı.
61


/
Müqümovlar soyu
62
63


Штш
I
65


Abdinbəyovlar
Təbrizli məhəlləsinin ünlü sakinlərindən biri də Zeynalabdin 
bəy  idi.  Zeynalabdin  bəy  XVIII  yüzilin  sonunda,  XIX  yüzilin 
önlərində yaşamışdı.
Zeynalabdin bəyin törəməsi Abdinbəyov soyadını daşıyırdı.
Zeynalabdin bəy  Hacı  Hüseynəli  bəy  Kəbirlinin qızı  Zeynəb 
xanımla ailə qurmuşdu.  Əhməd bəy, Qasım bəy adlı oğlanları, Tutu 
xanım adlı qızları vardı.
Əhməd  bəy  1821-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Mədrəsə  təhsili  almışdı.  Mülkədar  idi,  ana babasından  qalma Mir- 
zalıbəyli obasının və Bərdə kəndinin bir hissələrini idarə edirdi.
Əhməd  bəyin  Şuşa  şəhərində  xeyli  dükanı  vardı.  Birini  də 
qohumu Həsənəli bəy kavaler Əli bəy oğlundan almışdı.
Əhməd  bəy  Tubu  bəyim  Cavanşirlə  yaşam  qurmuşdu. 
Zeynalabdin bəy,  Muxtar bəy, Məmməd bəy adlı oğlanları vardı.
Zeynalabdin bəy  1846-cı ildə Şuşa şəhərində doğulmuşdu.
Əhməd  bəyin  ikinci  oğlu  Muxtar  bəy  1855-ci  ildə  Şuşa 
şəhərində dünyaya gəlmişdi.
Əhməd  bəyin  üçüncü  oğlu  Məmməd  bəy  1862-ci  ildə  Şuşa 
şəhərində dünyaya göz açmışdı.
Zeynalabdin  bəyin  ikinci  oğlu  Qasım  bəy  1828-ci  ildə  Şuşa 
şəhərində dünyanı tanımışdı.
66
Ağabəyovlar
Bu  soyun  ulu  babası  Baba  ağadır.  Baba  ağa  XVIII  yüzilin 
ikinci  yarısında  Şuşa  şəhərində  yaşamışdı.  Müqəddəs  Məkkəyi- 
müşərrəfi ziyarət etmişdi.
Hacı Baba ağanın Əlihüseyn ağa adlı oğlu vardı.
Əlihüseyn  ağa  Şuşa  şəhərində  anadan  olmuşdu.  Mədrəsə 
təhsili almışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi.
Əlihüseyn ağanın Ağa bəy adlı oğlu vardı.
Ağa  bəy  1778-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili almışdı.  İbrahimxəlil xana, sonra isə Mehdiqulu xana qulluq 
etmişdi.
Ağa bəyin törəmələri  Ağabəyov, Ağayev soyadını daşıyırlar.
Ağa  bəy  Şahzeynəb  xanımla  ailə  qurmuşdu.  Baba  bəy,  Şəfi 
bəy, Ağadədə bəy,  Rəsul bəy,  Qulu bəy, Qasım bəy adlı  oğlanları, 
Gövhər  xanım,  Səkinə  xanım,  Xanım  xanım  və  Sona  xanım  adlı 
qızları vardı.
Baba  bəy  1809-cu  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul olurdu.
Baba  bəy  Bacıxanım  xanım  və  Şahxanım  xanımla  evlən­
mişdi.  Əsəd  bəy,  Ağa  bəy  adlı  oğlanları,  Ruqiyyə xanım  və  Bədir 
xanım adlı qızları vardı.
Əsəd bəy  1839-cu  ildə  Şuşa şəhərində dünyaya göz açmışdı. 
Molla yanında təhsil almışdı.
Əsəd bəy yeniyetmə yaşında tələf olmuşdu.
Baba bəyin  ikinci  oğlu  Ağa bəy  1867-ci  ildə  Şuşa  şəhərində 
dünyaya pənah gətirmişdi. Şuşa realm məktəbində oxumuşdu.
Ağa bəy  1929-cu ildə vəfat edib.
Ağa bəy  Soltan  xanımla  ailə qurmuşdu.  Əyyub bəy adlı  oğlu
vardı.
Əyyub  bəy  1890-cı  ildə  Şuşa  şəhərində  dünyaya  boy 
göstərmişdi.  Orta  məktəbi  bitirəndən  sonra  ali  təhsil  almışdı. 
Yüksək  vəzifələrdə  çalışmışdı.  Laçın  rayonunda  hərbi  komissar, 
Bakı şəhər milisinin rəisi vəzifələrində işləmişdi.
Əyyub bəyin polkovnik rütbəsi vardı.
67


Yüklə

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə