Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə14/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

Azərbaycan  filalımn  aspiranturasında  təhsilini  davam  etdirdi. 
Aspiranturanı  tamamlayıb,  EA-da  böyük  elmi  işçi  işlədi.  1942-ci 
ildən  1944-cü ilədək AZNİXİ NKZ-də direktor vəzifəsində çalışdı. 
1944-cü ildən  1953-cü ilədək Gəncə (Kirovabad) Kənd Təsərrüfatı 
İnstitutunda  rektor  vəzifəsində  işlədi.  Eyni  zamanda  doğma  təhsil 
ocağında  müəllim,  dosent,  professor  kimi  çalışdı.  Kafedra 
müdirindən  rektorluğa  qədər  vəzifələr  icra  etdi.  1953-cü  ildən 
1960-cı  ilədək  Torpaqşünaslıq  və  Aqrokimya  İnstitutunda 
labarotoriya  müdiri,  direktor  müavini  və  direktor  vəzifələrində 
işlədi.  1960-cı  ildə  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasında 
baş  elmi  katib  vəzifəsində  çalışdı.  1961-ci  ildə  bu  akademiya ləğv 
olunandan  sonra Torpaqşünaslıq və  Aqrokimya  İnstitutuna  qayıtdı. 
İnstitutun  torpaq  fizikası  labarotoriyasına  rəhbərlik  etdi.  1962-ci 
ildə  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  və  hazırlığı  üzrə nazir 
müavini  vəzifəsinə  irəli  çəkildi.  Eyni  zamanda  da  Azərbaycan  KP 
MK-nin büro üzvi və Baş Elmi İdarənin rəhbəri oldu.
Bala  bəy  1970-ci  ildən  AZNİİQ-də  şöbə  müdiri  vəzifəsində 
işləmişdir.
Bala bəy elmlər doktoru idi.
Bala  bəy  bir  neçə  çağırış  Azərbaycan  SSR  Ali  Sovetinə 
deputat seçilmişdi.
Bala  bəy  SSRİ-nin  və  Azərbaycan  respublikasının  orden, 
medalları ilə ödüllənmişdi. O cümlədən, Lenin ordeni almışdı.
Bala bəy  1990-cı ildə vəfat edib.
Bala  bəy  Faina  Aleksandrovna  ilə  dünya  evinə  girmişdi. 
Urfan bəy, Tamerlan bəy, Tərlan bəy adlı oğlanlan var.
Urfan  bəy  1939-cu  ildə  Gəncə  şəhərində  dünyaya  pənah 
gətirib.  Orta  məktəbi  bitirəndən  sonra  S.Ağamalıoğlu  adına 
Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutuna  daxil  olub.  İnstitutu 
tamamlayandan  sonra  müxtəlif  yerlərdə  çalışıb.  Hazırda  ABŞ-da 
yaşayır.
Urfan bəy elmlər namizədidir.
Urfan  bəy  Ala  xanımla  ailə  qurub.  Nailə  xanım  adlı  qızları 
var.
72
Nailə  xanım  Gəncə  şəhərində  anadan  olub.  Orta  məktəbi 
bitirəndən  sonra  Xarici  Dillər  İnstitutuna  qəbul  olunub.  İnstitutu 
tamamlayandan  sonra  ABŞ-da  çalışıb.  İşgüzarlığı  nəticəsində 
yüksək karyera əldə edib. Hazırda ABŞ-da yaşayır və çalışır.
Nailə xanım elmlər namizədidir.
Bala  bəyin  ikinci  oğlu  Tamerlan  bəy  1941-ci  ildə  Gəncə 
şəhərində  doğulub.  Orta  məktəbi  bitirəndən  sonra  S.Ağamalıoğlu 
adına  Azərbaycan  Kənd  Təssərrüfatı  İnstitutuna  daxil  olub.  İnsti­
tutu  tamamlayandan  sonra  Moskvaya  köçüb.  Rusiyada  yaşayır  və 
çalışır.
Tamerlan bəy Lida xanımla həyat qurub.
Bala  bəyin  üçüncü  oğlu  Tərlan  bəy  1945-ci  ildə  Gəncə 
şəhərində  dünyaya  gəlib.  Orta  məktəbi  bitirdikdən  sonra 
texnikuma  girib.  Texnikumu  tamamlayandan  sonra  Rusiyaya 
köçüb. Hazırda Sankt-Peterburq civarında çalışır.
Məhəmməd bəyin üçüncü oğlu Xosrov bəy  1912-ci ildə Şuşa 
şəhərində  dünyaya göz açıb.  1920-ci  ildə  Şuşada açılmış  yeni tipli 
məktəbin  1-ci sinfinə daxil olub,  lakin ailə vəziyyətinin çətiliyi  ilə 
əlaqədar  1922-ci  ildən  Gəncədə  yaşayan  qohumlarının  yanına 
köçüb,  tahsilini burda davam etdirərək  1925-ci ildə  ibtiadi  təhsilini 
başa  vurub.  1927-ci  ildə  Şamaxıya,  o  zaman  burda  maarif  şö­
bəsində işləyən böyük qaraşı Böyük bəyin yanına gedir və təhsilini 
2-ci  dərəcəli  məktəbdə  davam  etdirir.  1930-cu  ildə  yenidən 
Gəncəyə qaıdır və şəhərdəki inşaat texnikumuna daxil olur.
1930-cu ildə komsomola qəbul edilən,  1931-ci ildə isə Gəncə 
İnşaat Texnikumunun komsomol təşkilatı katibi seçilən Xosrov bəy 
1932-ci  ilin ortalarına qədər təhsil almaqla yanaşı,  həmin vəzifədə 
işləyib.  Texnikumda təhsilini bitirdikdən sonra Azərbaycan Neft və 
Kimya  İnstitutuna  daxil  olub,  lakin  ordu  sıralanna  səfərbər 
edilməklə əlaqədar burda təhsilini davam etdirə bilməyib.
Hərbi  xidmətini  başa  vurandan  sonra  Gəncəyə  qayıdmıb, 
şəhər  bədən  tərbiyəsi  komitəsində  təlimatçı  vəzifəsinə  qəbul 
olunub,  qısa  müddətdən  sonra  Gəncə  şəhər İcraiyyə  Komitəsinin 
kənd  təsərrüfatı  şöbəsində  inşaatçı-texnik  vəzifəsinə  keçirilib. 
1937-ci  ilin  önlərində  Gəncə  şəhər  İcraiyyə  Komitəsinin
73


nəzdindəki  Bədən  Tərbiyəsi  Komitəsinə  sədr  vəzifəsinə  təyin 
olunub.  Elə  həmin  ilin  dekabr  ayında  onu  Gəncə  şəhər  İcraiyyə 
Komitəsinin katibi kimi məsul bir vəzifəyə irəli çəkiblər.
İstər  texnikumda  təhsil  aldığı  illərdə,  istərsə  də  sonralar 
həmişə  biliyi,  bacarığı,  işgüzarlığı,  çalışqanlığı  ilə  fərqlənən 
Xosrov bəy dörd il Gəncə  şəhər İcraiyyə  Komitəsinin məsul  katibi 
vəzifəsində  işləyib.  1941 -ci  ildə  ilin  may  ayında  Gəncə  şəhər 
Komsomol  Komitəsinin  birinci  katibi  seçilmiş,  bir  müddət  sonra 
respublika  Komsomolunun  Mərkəzi  Komitəsində  şöbə  müdiri 
vəzifəsinə irəli çəkilmişdir.
Komsomol  işində  özünü  yaxşı  cəhətlərdən  göstərən  Xosrov 
bəy  Böyük  Vətən  müharibəsi  illərində  “Hər  şey  vətən  üçün,  hər 
şey cəbhə üçün» çağırışına qoşulanların ilk sıralarında olmuş, bütün 
bilik  və  bacarığını  kəndli  gənclərin  cəbhəyə  və  kənd  təsərrüfatı 
işlərinə 
səfərbər 
edilməsinə, 
onların 
hərbi-vətənpərvərlik 
tərbiyəsinin yüksəldilməsinə yönəltmişdir.
Xosrov  bəy  1944-cü  ildə  partiya  işinə  irəli  çəkilib,  öncə 
Maştağa rayon Partiya Komitəsinin ikinci, sonra birinci katibi təyin 
edilib.  1947-ci  ildə  Sabirabad  rayon 
partiya  komitəsinin  birinci  katibi 
seçilib.
Xosrov bəy  1952-ci  ildə ölkədə 
aparılan  struktur  dəyişikliyi  ilə  bağlı 
Bakı  vilayət  Partiya  Komitəsinin 
kənd  təsərrüfatı  şöbəsinin  müdiri 
vəzifəsinə  təyin  olunub.  1953-cü  ildə 
vilayət  komitəsi 
ləğv  olunandan 
sonra 
Azərbaycan 
Kommunist 
Partiyası  Mərkəzi  Komitəsinin  kənd 
təsərrüfatı 
şöbəsinin 
müdiri 
vəzifəsinə keçirilib.
Xosrov  bəy  1954-cü  ildə  Bərdə  rayon  Partiya  Komitəsinin 
birinci katibi seçilir.  1960-cı ilədək bu rayona rəhbərlik edir.
Xosrov  bəy  1961-ci  ilin  əvvəlindən  1962-ci  ilin  mart  ayına 
qədər  Azərbaycan  SSR  Kənd  Təsərrüfatı  Nazirliyinin  Pambıq
74
İstehsalı  İdarəsinin  rəisi  vəzifəsində  işləmiş,  1962-ci  ilin  mart 
ayında  isə  o  zaman  ölkədə  aparılan  struktur  dəyişiklikləri  ilə 
əlaqədar  yeni  yaradılmış  Sabirabad  rayon  Kənd  Təsərrüfatı  Ərazi 
İstehsalat Birliyinin rəisi təyin edilmişdi.
1963-cü  ildə  Xosrov  bəyi  Ağdam  rayonuna  işləməyə 
göndərdilər.  SSRİ-nin  o  zamankı  rəhbəri  N.S.Xruşovun  kolxoz  və 
sovxozların  zona  birləşmələri  (istehsalat  idarələri)  yaratmaq 
eksperimenti  öz  mənfi  təzahürlərini  burda  da  göstərmişdi.  Kənd 
təsərrüfatı  məhsullarının istehsalı  sahəsində tənəzzül artmaqda  idi. 
İdarəetmə  orqanları  iflic  vəziyyətinə  düşmüşdü.  Ağdam  və 
Ağcabədi  rayonları  birləşdirilmişdi.  Birləşmədən  sonra  bu  zonada 
ağır vəziyyət yaranmışdı.  Adamlar  hər  hansı  problemin  həlli  üçün 
Ağcabədi  və  Ağdam  rayonları  arasındakı  50  km  məsafəni  qət 
etməli olurdular.
Belə  mürəkkəb  bir  dövrdə  Xosrov  bəyin  Ağdam  rayon 
İstehsalat  Birliyinin  Partiya  Komitəsinin  katibi  seçilməsi  ona 
göstərilən böyük inamdan irəli gəlmişdi.
Xosrov  bəyin  1966-1971-ci  illərdə  Azərbaycan  Dövlət 
Üzümçülük  və  Şərabçılıq  Komitəsi  sədrinin  birinci  müavini 
işlədiyi  dövrdə  onun  gözəl  təsərrüfatçılıq  qabiliyyəti,  zəngin  bilik 
və  təcrübəsi  özünü  daha  parlaq  şəkildə  biruzə  vermiş,  böyük 
nailiyyətlərin əldə edilməsi üçün imkanlar yaratmışdı.
Xosrov bəy  1971-73-cü illərdə 
Azərbaycan 
Dövlət 
Meyvəçilik 
Tərəvəzçilik 
Komitəsində 
idarə 
rəisi  işləyib  və  burdan  da  təqaüdə 
çıxıb.  Təqaüddə  olduğu  müddətdə 
də 
aktiv 
fəaliyyətdən 
kənarda 
qalmayıb, 
Elmi-Tədqiqat
Meliorasiya 
və 
Su  Təsərrüfatı 
İnstitutunda işləyib.
Xosrov  bəy  1946-66-cı  illərdə 
dörd  çağırış  Azərbaycan  SSRİ  Ali 
Sovetinin deputatı seçilib.
Xosrov  bəyin  bu  xidmətləri
75


Yüklə

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə