Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə15/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   11   12   13   14   15   16   17   18   ...   67

yüksək 
qiymətləndirilib, 
1943-cü 
ildə 
vətən  qarşısındakı 
xidmətlərinə  görə  «Şərəf nişanı»  ordeni  ildə təltif olunub.  1965-ci 
ildə  Lenin  ordeni  ilə  ödüllənib.  Bunlardan  başqa,  bir çox medallar 
alıb.
Xosrov bəy  Şəfiqə xanım Məmməd qızı  ilə ailə qurub.  Şahin 
bəy və Rövşən bəy adlı oğlanları var.
Şahin  bəy  1947-ci  ildə  Bakı  şəhərində  doğulub.  23  nömrəli 
orta  məktəbi  bitirəndən  sonra  ADU-ya  qəbul  olub.  Universitetin 
fizika-riyaziyyat  fakültəsini  tamamlayandan  sonra  EA-da  işləyib. 
Hazırda  Nazirlər  Kabinetinin  yanında  «Orbita  Servis»  şirkətinin 
rəisidir.
Şahin bəy  Rəfiqə  xanım  Mirzə  qızı  ilə yaşam  qurub.  Seymur 
bəy adlı oğlu var.
Seymur bəy  1977-ci  ildə  Bakı  şəhərində  dünyaya göz açıb.  6 
nömrəli  orta  məktəbi  bitirəndən  sonra  Azərbaycan  Politexnik 
İnstitutuna  daxil  olub.  İnstitutu  tamamlayandan  sonra  neft 
sektorunda çalışır.
Xosrov  bəyin  ikinci  oğlu  Rövşən  bəy  1949-cu  ildə  Bakı 
şəhərində  dünyanı  tanıyıb.  23  nömrəli  orta  məktəbi  bitirəndən 
sonra  AZNKİ-yə  qəbul  olub.  Hazırda  sonra  Prezident  Aparatında 
işləyir.
Rövşən  bəy  Elmira  xanım 
Sultan  qızı  ilə  həyat  qurub.  Leyla 
xanım adlı qızı var.
Kərbəlayı 
Mustafa 
bəyin 
ikinci  oğlu Rüstəm  bəy  1878-ci  ildə 
Şuşa  şəhərində  dünyaya  gəlmişdi.
Ticarətlə 
məşğul 
olmuşdu.
Pəhləvanlığı vardı.
Rüstəm  bəy  1949-cu  ildə 
vəfat edib.
Rüstəm bəy ailə qurmayıb.
Kərbəlayı 
Mustafa 
bəyin 
üçüncü oğlu Həsən bəy  1875-ci  ildə 
Şuşa  şəhərində  dünyanı  tanımışdı.
76
Atasını  itirdiyindən  əmisi  Kərbəlayı  İskəndər  bəyin  himayəsində 
böyümüşdü. Ticarətlə məşğul olmuşdu.
Həsən bəy  Sayalı  xanım  Mirzə  Cavad bəy  qızı  Qayıbova  ilə 
ailə  qurmuşdu.  Cəlal  bəy,  Nurəddin  bəy  adlı  oğlanları,  Simuzər 
xanım adlı qızı vardı.
Gənc Ağabəyovlar
77


Kərbəlayı  Mustafa  bəyin  dördüncü  oğlu  Cəlil  bəy  1880-ci 
ildə  Şuşa  şəhərində  dünyaya  pənah  gətirmişdi.  Şəhər  realm 
məktəbini  bitirmişdi.  1905-ci  ildə  Aşqabada  köçmüşdü.  Ali 
məktəbdə  oxumuşdu.  Türkmənistan  SSR  Xalq  Daxili  İşlər 
Komissarlığı orqanlarında çalışmışdı.  Daxili işlər nazirinin müavini 
vəzifəsinədək yüksəlmişdi.
Ağadədə  bəyin üçüncü  oğlu  Murtuza  bəy  1843-cü  ildə  Şuşa 
şəhərində  dünyaya  təşrif  buyurmuşdu.  Ticarətlə  məşğul  olurdu. 
Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  Murtuza  bəyin  Əli  bəy,  Məhərrəm  bəy  adlı 
oğlanları vardı.
Əli  bəy  1876-cı  ildə  Şuşa  şəhərində  dünyaya  təşrif 
gətirmişdi.
Kərbəlayı  Murtuza bəyin ikinci  oğlu Məhərrəm  bəy  1878-ci 
ildə Şuşa şəhərində anadan olmuşdu.
Ağadədə  bəyin  dördüncü  oğlu  İskəndər  bəy  1855-ci  ildə 
Şuşa  şəhərində  doğulmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  İskəndər  bəyin  Şükür  bəy,  Allahverdi  bəy,  Rəşid 
bəy adlı oğlanları, Bəyim xanım adlı qızı vardı.
Şükür bəy  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Məktəb  təhsili 
almışdı.  İpəkçiliklə məşğul idi.
Kərbəlayı  İskəndər  bəyin  ikinci  oğlu  Allahverdi  bəy  Şuşa 
şəhərində  dünyaya  göz  açmışdı.  Məktəb  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  İskəndər  bəyin  üçüncü  oğlu  Rəşid  bəy  Şuşa 
şəhərində  dünyanı  tanımışdı.  Orta  məktəbi  bitirəndən  sonra  ali 
məktəbdə oxumuşdu. Uzun müddət yol mühəndisi işləmişdi.
Kərbəlayı  İskəndər  bəyin  dördüncü  oğlu  Musa  bəy  Şuşa 
şəhərində  dünyaya  pənah  gətirmişdi.  Orta  məktəbi  bitirəndən 
sonra  Azərbaycan  Sənaye  İnstitutuna  daxil  olmuşdu.  İnstitutu 
tamamlayandan  sonra  neft  sahəsində  mühəndis  və  digər  rəhbər 
vəzifələrdə işləmişdi. Bir müddət təhsil naziri olmuşdu.
Musa bəy  1965-ci  ildə vəfat edib.
78
Ağa  bəyin  dördüncü 
oğlu  Rəsul  bəy  1821-ci  ildə 
Şuşa  şəhərində  dünyaya  gəl­
mişdi. 
Mədrəsə 
təhsili 
almışdı.  Ticarətlə  məşğul 
olmuşdu.
Rəsul  bəy  Anaxanım 
xanımla  həyat  qurmuşdu.
Süleyman  bəy,  Salman  bəy 
adlı oğlanlan vardı.
Süleyman  bəy  1850-ci 
ildə  Şuşa  şəhərində  dünyaya 
göz açmışdı. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi.
Süleyman bəyin Zülfüqar bəy, Umud bəy adlı oğlanlan vardı.
Zülfüqar  bəy  1880-ci  ildə  Şuşa  şəhərində  dünyaya  pənah 
gətirmişdi.
Süleyman  bəyin  ikinci  oğlu  Umud  bəy  1880-ci  ildə  Şuşa 
şəhərində dünyanı tanmışdı.
Rəsul bəyin  ikinci  oğlu  Salman bəy 
1852-ci  ildə  Şuşa şəhərində  dünyaya təş 
rif  buyurmuşdu.  Molla  yanında  oxu­
muşdu. Ticarətlə məşğul idi.
Salman  bəyin  Adil  bəy  adlı  oğlu
vardı.
Adil  bəy 
1878-ci 
ildə 
Şuşa 
şəhərində dünyaya təşrif gətirmişdi.
Nəzirə xanım 
Məhəmməd bəy qızı
79


Hacı  Baba bəy uşağı (İbrahimbəyovlar)
Şuşa  şəhərinin  Təbrizli  məhəlləsinin  tanınmış  sakinlərindən 
biri  də  Baba  bəydir.  Baba  bəy  XVIII  yüzilin  sonlarında  Şuşa 
şəhərində  yaşamışdı.  Ibrahimxəlil  xan  Sarıcalı-Cavanşirə  xidmət 
etmişdi.  Müqəddəs Məkkəyi-müəəzzəmi ziyarət etmişdi.
Hacı  Baba bəyin Əliməhəmməd bəy adlı oğlu vardı.
Əliməhəmməd  bəy  1787-ci  ildə  Şuşa  şəhərində  anadan 
olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ibrahimxəlil  xanın  qulluğunda 
durmuşdu.  Müqəddəs Məkkəyi-müəəzzəmi ziyarət etmişdi.
Hacı  Əliməhəmməd  bəy  Bəyim  xanımla  ailə  qurmuşdu, 
ibrahim bəy, Həsən bəy adlı  oğlanları, Bacıxanım xanım, Anaxanım 
xanım və Əziz xanım adlı qızları vardı.
İbrahim  bəy  Hacı  Əliməhəmməd  bəy  oğlu  1818-ci  ildə  Şuşa 
şəhərində  doğulmuşdu.  İbtidai  təhsilini  molla  yanında  almışdı. 
Sonra mədrəsədə oxumuşdu.  Ticarətlə məşğul idi.
İbrahim bəyin törəmələri İbrahimbəyov soyadını daşıyırdılar.
İbrahim  bəy  Mehri  xanımla  ailə  qurmuşdu.  Hüseyn  bəy, Ağa 
bəy, Bağır bəy,  Qulu bəy, Əli  bəy, Əbdüssəməd bəy və  Məhəmməd 
adlı oğlanları vardı.
Hüseyn  bəy  İbrahim  bəy  oğlu  1842-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hüseyn bəyin Teymur bəy, İbrahim bəy adlı oğlanları vardı.
Teymur bəy  1868-ci ildə Şuşa şəhərində doğulmuşdu.
Hüseyn  bəyin  ikinci  oglu  İbrahim  bəy  1871-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.
***
İbrahim  bəyin  ikinci  oglu  Ağa  bəy  1844-cü  ildə  Şuşa 
şəhərində  dünyaya  gəlmişdi.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.
80
Ağa bəyin Ələkbər bəy adlı oglu vardı.
Ələkbər bəy  Ağa  bəy  oğlu  1863-cü  ildə  Şuşa  şəhərində  dün­
yaya göz açmışdı. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
***
İbrahim  bəyin  üçüncü  oglu 
Bağır  bəy  1846-cı  ildə  Şuşa  şəhə­
rində  anadan  olmuşdu.  Molla  ya­
nında 
oxumuşdu. 
1865-1868-ci 
illərdə  Şuşa  qəza  məktəbində  təhsil 
almışdı.  Pedaqoji  fəaliyyətlə  məş­
ğul olmuşdu.
Bağır 
bəy 
İbrahimbəyov 
Qarabağın  bir  çox  məktəblərində 
müəllim olmuşdu.
Bağır  bəyin  İsfəndiyar  bəy, 
Qamboy bəy, Teymur bəy,  Adışirin 
bəy  adlı  oğlanları,  Füruzə  xanım, 
Qütəvvər xanım adlı qızları vardı.
İbrahimbəyov  İsfəndiyar  bəy 
Bağır  bəy  oğlu  (1892,  Şuşa-Bakı) 
Azərbaycanın  səhiyyə  təşkilatçıla­
rından  biri,  respublikanın  əməkdar 
Bağır bəy ibrahimbəyov
 
həkimi  (1942)>  tibb  elmləri  nami­
zədi  (1952).  Müəllim  ailəsində 
anadan  olmuş  İsfəndiyar bəy  İbrahimbəyov  ibtidai  təhsilini  Şuşada 
almış,  Tiflis  şəhər  gimnaziyasında  oxumuş  (1904-1912),  oranı 
fərqlənmə  diplomu  ilə  bitirmişdir.  O,  1912-ci  ildə  Müqəddəs 
Vladmir  adma  Kiyev  universitetinin  tibb  fakültəsinin  daxil 
olmuşdir.  Maddi  cəhətdən  çətinlik  çəkən  gənc  tələbə,  yaxın  dostu 
Əli  bəy  Qayıbovla  birlikdə  müəllimlik  etmiş,  həm  də  universitetdə 
əla  qiymətlərlə  oxumuşdur.  1914-cü  ildə,  üçüncü  kursda  ikən  o, 
universitetin  zəmanəti  ilə  Kiyev  yaxınlığındakı  “Puşey  Vodiça”  7
81


Yüklə

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə