Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə2/67
tarix11.07.2018
ölçüsü
#55474
1   2   3   4   5   6   7   8   9   ...   67

dövrdə  hələ  Təbrizdə  yaşayan  Ağahüseyn  Arif  İbrahimxəlil  xan 
Sarıcalı-Cavanşirin  Təbrizə  yürüşünü  şeirlərində  pisləmişdi.  O,  bu 
yürüşlə bağlı yazırdı:
Vurhavur, zülmi-Cavanşirə dəxi qalmadı tab,
Dağılıb hər biri bir guşədə pünhan oldu...
1823-cü  ildə  Yermolov  və  Mogilyevski  tərəfindən  tərtib 
olunmuş  vergi  dəftərində  şəhərin  məhəllələri  və  demoqrafik 
mənzərəsi  əks  olunmuşdur.  Biz  «Statistik  təsvir»dən  məhəllə 
adlarını çıxarış edib, yazımıza köçürürük.
1.  Təbrizli məhəlləsi
2.  Qazançılı məhəlləsi
3. Əylisli məhəlləsi
Şəhərdə  müəyyən  mahaldan  və  el-obadan  gəlib,  kompakt 
halında  yaşayanlar  da  vardı.  Bu  yaşayış  sahələri  sonradan  böyük 
məhəllələrə çevrildi.  Həmin sahələri aynntıları ilə açıqlayaq.
1. Dəmirçihəsənli mahalından -  Mamaylı, Xocavənd
2.  Cavanşir-Dizaq  mahalından  (Hacılı,  Yağləvənd,  Qaraxan­
bəyli,  Merdinli,  Seyidmahmudlu,  Dədəli,  Zərgər  və  dəmirçilərin 
yaşadıqları məhəllə.
3.  Cavanşir mahalından  (Köçərli,  Keştazlı,  Şıxbabalı,  İlxıçı- 
Muğanlı.
4.  İyirmidörd mahalından -  Saatlı.
5.  Kəbirli  mahalından  -  Qurd-Dördlər,  Qurd-Gürcüstan, 
Qurd-Qaradağlı, sonradan Seyidli.
6.  Ağadədəli  məhəlləsi  öz  adını  Cəfərqulu  xan  Sarıcalı- 
Cavanşirə bağlı olan Ağa bəy Dədəlinin yaşadığı ünvandan alıb.
7.  Hacıyusifli məhəlləsi isə məşhur divanbəyi Hacı Yusif ağa 
Hacı Rəhim ağa oğlu Muğanlımn adından götürülüb.
8.  Gəlmələr  məhəlləsi  isə  müxtəlif  yörələrdən  gəlmiş 
adamlar tərəfindən şəhərdə salınmış yaşayış massivi idi.
Belə  nəticə  çıxarmaq  olar  ki,  Şuşanın  ən  qədim  məhəl­
lələrindən biri Təbrizlidir.
Təbrizli məhəlləsinin sakinləri Qarabağ mədəniyyətinə təkan 
verdilər.  Muğamat sazı,  qəzəl  qoşmanı  üstələdi.  Qarabağın bir çox 
şairləri  bu  məhəllədən  çıxıb.  Həmin  şairlərdən  Ağahüseyn  Arif,
6
Abdulla Camzadə, Süleyman Faxir, Əbdül Şahin, Mirzə Nəcəfqulu 
Şəms-Zakir, Fərruxi və başqalarım nişan verə bilərik.
Məhəllə  əhalisinin  əksəriyyəti  savadlı  idi.  1797-ci  ildə  Şu­
şada  tərtib  olunmuş  bir  qəbaləyə  qol  çəkib  şahidlik  edənlərin 
böyük  çoxluğu  Təbrizli  məhəlləsinin  sakinləridir.  Həmin  sakin­
lərdən  Hacı  Xudaverdini,  Ağa Nadırhüseyni,  Ağa Cilovxam,  Hacı 
İmamqulunu, Məşədi Hüseyni və başqalarım göstərə bilərik. 1
Bu  məhəllədən  həkimlərdən  Hacı  Mirzə  Müqim bəy  İman- 
bəyovu,  Məşədi  Hacı  Əkbər  oğlunu,  katiblərdən  Mirzə  Haqverdi 
Ocaqverdi  oğlunu  və  digər  peşə  sahiblərini  təqdim  edə  bilərik. 
Məhəllə  ilk  dövründə  sənətkarlar  məhəlləsi  olsa  da,  tez  bir 
zamanda mədəniyyət beşiyinə çevrildi.
İki  dünyəvi  məktəbdə  müəllim  olanlardan  biri  Təbrizli 
məhəlləsinin  sakini  idi.  Həmin  şəxsin,  Əbdüləli  Bağır  oğlu  Mux­
tarovun Azərbaycanda maarifçiliyin yayılmasında önəmli rolu var.
Təbrizli  məhəlləsinin  bünövrəsinədək  Qarabağda  Xudadad 
(farsca Allahverdi) adı yox idi. Bu adı onlar özləri ilə bərabər gətir­
mişdilər.  Ad  daşıyıcılarından  biri  Xudadad  xan  Dünbülü  Təbrizin 
hakimi  olmuşdu.  Məhəllə  sakinlərindən  biri  bu  adı  öz  oğluna 
qoymuşdu.
Şuşa  şəhərinin  digər  məhəllələrində  tanınmış  biri  adamı 
çağıranda  adının  sonuna,  Təbrizli  məhəlləsində  isə  önünə  “ağa” 
sözü əlavə edilirdi.
XVIII  yüzilin  ikinci  yarısından  başlayaraq  Aşura  təziyəsi, 
əsasən, Təbrizli məhəlləsində keçirilirdi. Daha izdihamlı, daha gur 
olduğundan şəhər qazısı da bu məhəllədə təziyəyə qatılırdı.  1840- 
cı  illərin  önlərində  ruslara  arxalanan  ermənilər  Təbrizli  məhəllə­
sinin təziyə məclisinə  lağ eləmişdilər.  Təziyədə  iştirak edən şəhər 
qazısı  Mirzə  Əbülqasım  bəy  Mirzə  Əli  bəy  oğlu  Haqverdiyev 
(1803-?) ermənilərin əleyhinə  fitva hazırlamış, bu işin həyata keçi­
rilməsini  şəhər  deputatı,  Təbrizli  məhəlləsinin  ağsaqqalı  Hacı 
Hüseyn  Kərbəlayı  Mustafa  oğluna  (1772-?)  tapşırmışdı.  Məhəllə 
əhli  hərə  bir  dəyənək  götürüb,  erməniləri  xurd-xəşil  eləmişdilər. 
Şəhər  qəza  idarəsinin  polisləri  və  keşikçilər  qəzəbli  kütləni  güc- 
bəla  ilə  yatırmışdılar.  Erməniləri  fitnəsi  haqqında  çara  məlumat 
verilmişdi.
7


1906-cı  il  erməni  basqınlarında keçmiş Təbrizli  məhəlləsinin 
sakinləri  müdafiədə  fəallıq göstərmişdilər.  Belə  fəallardan  biri  də 
Əfrasiyab Əzimov idi.  O, vətənpərvər,  el qədri  bilən bir qəhrəman 
kimi tanınmışdı.  1905-1906-cı illər erməni-müsəlman qırğınlarında 
igidliyi  sayəsində  neçə-neçə  günahsızı  ölümdən  qurtarmışdı.  Mir 
Möhsün Nəvvab  yazır:  «Müsəlmanlar  da  bir neçə  yerdə  səngərlər 
tərtib  etmişdilər.  Birinci  səngər  Vəzirzadələrin  evinin  qabağında, 
ikinci  səngər  isə  Hacı  Həsən  Qaraşirzadənin  evinin  içində  və  baş 
tərəfində  idi.  Bu  səngərləri  tərtib  edən  və  onların  başçısı  Abbas 
bəy  Talib  bəy  oğlu  idi.  Üçüncü  səngər  isə  Məşədi  Kərimin  və 
erməni  Xaçatur  oğlunun  evləri  idi.  Bu  səngərləri  yaradan  və 
onların  rəhbəri  bizim  Mir  İbrahim  Ağamirzadə  idi.  Dördüncü 
səngər  isə  Ağadədəlidə  idi.  Onun da böyüyü və  rəhbəri  Əfrasiyab 
Hacı  Əzim  oğlu  idi.  Beşinci  səngər  Təzə  məhəllədə  yerləşirdi. 
Onun rəhbəri  isə  Məşədi  Abış  Bəylər  oğlu  idi.  Altıncı  səngər  isə 
mərhumə  Gövhər ağanın evi və həyəti idi.  Bu səngərin rəhbəri və 
istiqamətvericisi cənab Axund Molla Şükür idi» 1.
Əfrasiyab  Əzimov  həm  «Difai»,  həm  də  «Qarabağ məclisi» 
təşkilatlarının  fəal  üzvü  olmuşdu.  «Difai»,  həm  də  «Qarabağ 
məclisi»  təşkilatlarının  üzvlərindən  biri  də  keçmiş  Təbrizli 
məhəlləsinin  sakinlərindən  olan  Məşədi  Süleyman  Kərbəlayı 
Allahverdi oğlu Əsgərov idi.
Təbrizli  məhəlləsinin  əhalisi  azad  icma  idi.  Onlar  xan 
divanına,  rus  üsul-idarəsi  dönəmində  dövlətə  vergi  ödəyirdilər. 
Şuşa  şəhərinin  digər  məhəllələrində  olduğu  kimi,  Təbrizli 
məhəlləsində  də  əhalinin başlıca  məşğuliyyət sahələri  sənətkarlıq 
və  ticarət  idi.  Məhz  sənətkarlar  və  tacirlər  Təbrizli  məhəlləsi 
əhalisinin böyük əksəriyyətini təşkil edirdilər.
Bu  məhəllənin  əhalisinin  hamısı  təbrizlidirmi?  Mənbələri 
diqqətlə  araşdırdıqda  bu  məsələnin  də  düzgün  izahım  vermək 
mümkündür.  Qənaət budur ki, bu məhəllədə əslən təbrizli  olanlar­
la  yanaşı,  Qaradağdan,  Naxçıvandan,  Şirvandan  və  digər yörələr- 
dən gələnlər də məskunlaşmışdılar.
Təbrizli  məhəlləsi  XIX  yüzilin  ikinci  yarısından  sonra tarix 
meydanından  çıxdı.  Bu  məhəllənin  sakinlərinin  bir  qismi 
Ağadədəli, bir qismi  isə Xocamircan məhəlləsinə qarışdı.
8
MƏHƏLLƏNİN ƏHALİSİ
1823-cü ildə Şuşa şəhərinin əhalisi dövlət tərəfindən kameral 
siyahıya alınıb. Həmin siyahıdan çıxanş edib, yazımıza köçürürük. 
Təbrizli məhəlləsi
1. Hacı Allahverdi-kədxuda
2.  Məşədi Hüseynəli-çavuş
3.  Rza
4. Allahverdi
5. Razi Mirzə Abbas oğlu
6. Kərim Qara oğlu
7.  Mehdiqulu  Bədəl  oğlu-mübahisəlidir.  Hacı  Bəylər  bəy 
(Cavanşir - Ə.Ç.) onu özününküləşdirib.
8.  Əbdürrəzzaq Ağahüseyn oğlu
9.  Kərbəlayı Səfərəli
10. Ağa Cilovxan
11 .Ağakişi Ağacan oğlu
12. Feyzulla Hacı Qafar oğlu
13. Allah verdi-yetim
14. Pənci-kasıb
15. Mirzə-Ağacanm qardaşı
16. Məşədi Dostuməli
17. Rəcəbəli Vəli oğlu-şərbaf
18.  Baba Əliyar oğlu
19. Kərbəlayı Yadigar-kasıb
20. Hacı Əhməd
21. Məşədi Məmməd
22.  Məşədi Mustafa
23.  Bağır Əli oğlu
24. Xəlifə Qafar
25.  İman
26.  Tağı-baqqal, kasıb
27. Hüseyn Hacı Ramazan oğlu
28.  Əliməmməd Məmmədzaman oğlu
29.  Yusif Zikirəli oğlu
9


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə