Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə59/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   55   56   57   58   59   60   61   62   ...   67

Rəhim Hüseynovun Fərhəng adlı oglu vardı.
Fərhəng  Hüseynov  (15  VII.  1949-2010)-skripkaçı,  bəstəkar, 
professor, Azərbaycan respublikasının əməkdar artisti.
Fərhəng  Rəhim  oglu  Bülbül  adına  orta  ixtisas  musiqi 
məktəbini  bitirmişdi.  Ü.  Hacıbəyov  adına  Azərbaycan  Dövlət 
Konservatoriyasına  daxil  olmuşdu.  Fərəc  Qarayevin  sinifini 
oxumuşdu.  Qara  Qarayevin  məsləhəti  ilə  III  kursdan  Moskva 
Konservatoriyasına  dəyişilmiş  1975-ci  ildə  bu  təhsil  ocağını 
tamamlamışdı.  O,  skripka ifaçılığı  ilə  yanaşı  Moskvada  bəstəkarlıq 
sinfində  oxumuşdu.  Bakıya  qayıtdıqdan  sonra  Qara  Qarayevin 
sinfində  bir  daha  bəstəkarlıq  kursunu  daha  yüksək  səviyyədə 
keçdi.  Əsərləri  konsertlərə  ayaq  açdı,  bəstəkarlar  ittifaqına  üzv 
oldu.
1991-ci 
ildə 
UNESKO 
və 
Yaponiyada 
«Asaxi» 
televiziyasının keçirdiyi müsabiqəyə əsər təqdim etmişdi.  «Zamana 
səyahət»  adlanan 5  bölümlü  simfonik  orkestr üçün konsert kimi də 
yozula  bilər.  Lap  öncədən  təqdim  olunmuş  278  əsərdən  10-u 
seçilmişdi ki,  onlar arasında  F.  Hüseynovun əsərinin də adı  var idi. 
O,  Yaponiyadan məktub almışdı.  Məktubda deyilirdi ki,  əgər əsəri 
II  turda  nəzərdə  tutulan  «beşliyə»  düşsə,  o,  mükafatlanacaq  və 
ölkənin qonağı sayılacaq.  Fərhəng Hüseynov Yaponiyaya yollandı.
II turdan sonra qaliblər sırasına düşdü.  Daha doğrusu, II yerə çıxdı,
I  yeri  isə  2  yapon  bəstəkarı  bölüşdürmüşdü.  Müsabiqənin  mövzü 
başlığı  «Böyük ipək yolu»  və onun tarixi  ilə bağlı  idi.  «Böyük ipək 
yolu»  Adriatika  sahillərindən  Yaponiyanın  Naqasaki  limanınadək 
uzanırdı.  Əsərimin hər bölümünün başlığı  varıydı:  «Dəşti-Qıpçaq», 
«Savaş»,  «Böyük  səfirlik»  (Rum  qeysərinin  Türk  xaqanlığına 
göndərdiyi səfirlik nəzərdə tutulurdu) və i.a.
Daha  sonralar  yaponlar  F.  Hüseynova  opera  yazmağı 
tə k lif 
etdilər.  Tanınmış  yapon  yazıçısı  Xatsuraqava  Xosyunun  romanı 
əsasında  hazır  libretto  aldı  və  işə  başladı.  Burada  bir  yapon  gəmi 
kapitanının  başma  gələn  gerçək  əhvalatdan  söhbət  gedirdi. 
Kapitanın  gəmisi  Aleut  adaları  yaxınlığında  fırtınaya  düşür  və 
batır.  Onun  özünü  rus  dənizçiləri  xilas  edirlər,  Oxotska  gətirirlər. 
Sonra  kapitan  İrkutska,  oradan  isə  Peterburqa  gəlir,  II  Yekaterina
280
ilə  görüşür  və  vətəninə  qayıtmağa  icazə  alır.  O  dövrdə  isə 
Yaponiya  bağlı  ölkə  idi.  Kapitanı  ömürlük  həbsə  salırlar  və  o, 
intihar edir.
Musiqi  materialına  gəldikdə,  ona  çoxlu  videokassetlər  və 
audiokassetlər verilmişdi ki, yapon incəsənətinin bütün kəsimləri, - 
«qaqaku»,  No  teatrı,  milli  musiqi  alətləri  ifaçılığı  və  i.a.  burada 
təmsil olunmuşdular.  Rus musiqisindən,  rusların dəsti-xəttindən də 
faydalanmışam.Nəhayət,  Azərbaycan  musiqisinin  əks-sədaları  da 
eşidilir.  Məsələn,  II  Yekaterinanın  ariyası  rus,  italyan  və 
Azərbaycan musiqi materialından quraşdırılıb. Və hamı hamımıqla, 
onu  tanımadan  belə,  dinlədikdə,  əsərin  Azərbaycanlı  bəstəkar 
tərəfində yazıldığını  önə çəkirlər.
Bundan  başqa,  bir  əsərim  solistlər,  xor  və  orkestr  üçün 
oratoriyadır.  Başlığı  da belədir:  «Qoy  dünyada sülh  olsun»  («Mem 
pis»).  Bu  əsərdə  ingilis  şairlərinin  şerləri  ilə  yanaşı,  ayrı-ayrı 
dillərdə  sülh  duası  oxunur.  Həmin  əsərə  görə F.  Hüseynov  BMT- 
nin  xüsusi  mükafatını  almışam.  Lakin  yalnız  partiturasına  görə, 
çünki əsərin ifası çox böyük pul məbləği  tələb edir, orkestr, xor və 
solistlər heyəti çox genişdir, hətta elektronika da  var ...
Adanada,  universitetdə  simli  alətlər  kafedrasının  müdiri 
olmuşdu.  Bəstəkar  və  skripkaçı  kimi  Fərhəng  Hüseynov  dünyanın 
bir çox ölkələrində tanınıb. Qəribədi, burda əsər yazmaş asandı,  ifa 
etdirmək  çətin.  Qürbətdə  isə  əksinə.  Əlbəttə,  axı  o,  buranın  yox, 
Türkiyənin  musiqi  təhsilində  ciddi  reforma  edib  və  arasıkəsilməz 
musiqi  təhsili  sistemini  yaradıb,  lap  bizdəki  kimi.  İstedadlı 
tələbələri  də  var,  onların  bioqrafiyasında  ilk  müəllimlərinin 
azərbaycanlı olduğu həmişəlik qeyd olunub.
Əsərləri
Simfonik  orkestr  üçün  "Zaman  üzrə  səyahət"  (1990);  "Kiçik 
şahzadə"  Operası  /A.Sent-Ekzüperinin  əsəri  əsasında/  (1990); 
Orqan  üçün  "Mərasimlər"  (1991);  "Kodayu"  Operası  /libretto  - 
Eyko  Aoki/  (1993);  Solistlər,  xor  və  simfonik  orkestr  üçün  "Qoy 
dünyada  sülh  olsun!"  (1995);  "Kiçik  kantata"  (1996);  4  Romans 
(1997);  Skripka  və  piano  üçün  Sonata  (1997);  Soprano  və  simli 
kvartet  üçün  "Stabat  Mater"  /"Ümumdünya  insan  hüquqları
281


Deklarasiyası"mn  50  illiyinə  həsr  olunmuş  Respublika  müsabi­
qəsinin  mükafatına  layiq  görülüb/  (1998);  Simfonik  orkestr  üçün 
"Quarani  kapriççiosu"  (2000);  2  saylı  Simli kvartet (2000).  "Böyük 
İpək  Yolu"  Beynəlxalq  müsabiqənin  laureatı  (Yaponiya, 1991) 
"Sülh  naminə"  Beynəlxalq  müsabiqənin  laureatı  (ABŞ,  1995) 
"Xose  Asunsyon  Flores"  ad.  I  Beynəlxalq  müsabiqənin  laureatı 
(Argentina, 2000)
Filmoqrafıya
Mənim Arzularım Haradadır (1983)
Polad Adalar (1985)
Abşeron Qalaları (1989)
Əbdürrəzzağın  üçüncü  oğlu  Süleyman  1843-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Əbdürrəzzağın üçüncü  oğlu Süleyman  1843-cü  ildə  Şuşa şə­
hərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
*  *  *
Ağahüseynin  ikinci  oğlu  Baba  1790-cı  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Mədrəsə təhsili almışdı.  Ticarətlə məşğul idi. Pak 
Xorasan torpağını,  Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Babanın Nəcəfqulu adlı oğlu vardı.
Nəcəfqulu  1838-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Nəcəfqulunun Teymur adlı oğlu vardı.
Teymur 1861-ci  ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
*   *   *
Ağahüseynin üçüncü  oğlu Əzim  1797-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul  idi. 
Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Əzim Bəyimlə yaşam qurmuşdu.
282
*  *  *
Ağahüseynin  dördüncü  oğlu  Həzrətqulu  1805-ci  ildə  Şuşa 
şəhərində doğulmuşdu.
Ağaməmməd uşağı
Bu  soyun ulu babası  Ağaməmməddir.  Ağaməmməd  Təbrizli 
məhəlləsində  yaşamışdı.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul olmuşdu.
Ağaməmmədin  Ələsgər,  Baba,  Məmmədbağır  adlı  oğlanları
vardı.
Ələsgər  1772-ci  ildə  Şuşa  şəhərində  anadan olmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  olmuşdu.  Pak  Xorasan 
torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Ələsgər  1850-ci ildə vəfat etmişdi.
Məşədi  Ələsgər  Pərixanla  ailə  qurmuşdu.  Ağaməmməd  adlı 
oğlu vardı.
II  Ağaməmməd  1816-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
II  Ağaməmməd  Mələklə  ailə  qurmuşdu.Sadıq,  Həkim, 
Zeynal, Fərrux adlı oğlanları vardı.
Sadıq  1836-cı  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Ağaməmmədin  ikinci  oğlu  Həkim  1837-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.Müqəddəs  Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  Həkimin Süleyman, Dadaş, Məmməd,  Salman adlı 
oğlanları vardı.
Süleyman  1863-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
Kərbəlayı  Həkimin  ikinci  oğlu  Dadaş  1865-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
283


Yüklə

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə