Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə61/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   57   58   59   60   61   62   63   64   ...   67

Əlinağı uşağı
Bu  soyun  ulu  babası  Əlinağıdır.  Əlinağı  Təbrizli  m əh əl­
ləsində  yaşamışdı.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  m əşğul 
olmuşdu.
Əlinağı Güllü ilə ailə qurmuşdu. Qurban adlı oğlu vardı.
Qurban  1796-cı  ildə  Şuşa  şəhərində  anadan olmuşdu.  M olla 
yanında  oxumuşdu.  Öncə  papaqçı,  sonra  sərrac  işləmişdi.  Pak 
Xorasan  torpağım,  Məşhədi-müqəddəsi  ziyarət  etmişdi.  Onun 
törəmələri 
1848-ci
  ilin  məlumatına  görə  Gəlmələr  məhəlləsinə 
daşınmışdılar.
Məşədi Qurban Anaxanımla həyat qurmuşdu.  Əlinağı,  Sadıq, 
Səlim  adlı  oğlanları,  Balaxanım,  Məstan,  Tükəzban  adlı  qızları 
vardı.
II  Əlinağı  1846-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Qurbanın  ikinci  oğlu  Sadıq  1846-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Qurbanın  üçüncü  oğlu  Səlim  1856-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Əhməd uşağı
Bu  soyun  ulu  babası  Əhməddir.  Əhməd  Təbrizli  məhəl­
ləsində  yaşamışdı.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul 
olmuşdu.
Əhmədin İbrahim adlı oğlu vardı.
İbrahim  1794-cü  ildə  Şuşa şəhərində anadan olmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  O,  şəhərdə  “Qaraqulaq 
İbrahim” kimi tanınırdı.
İbrahimin Əhməd, Məmməd,  Kərim adlı oğlanları vardı.
288
II  Əhməd  1824-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.Ticarətlə məşğul idi.
İbrahimin  ikinci  oğlu  Məmməd  1827-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
İbrahimin  üçüncü  oğlu  Kərim  1829-cu  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Bağır uşağı
Bu  soyun  ulu  babası  Bağırdır.  Bağır  Təbrizli  məhəlləsində 
yaşamışdı. Molla yanında oxumuşdu. Ticarətlə məşğul olmuşdu.
Bağırın Abdin, Həsən, Əli adlı oğlanlan vardı.
Abdin  1780-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Abdin  Cahanla  ailə  qunnuşdu.  Nəcəf,  Baba  adlı  oğlanları, 
Ayna adlı qızı vardı.
Nəcəf  1835-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.Ticarətlə məşğul idi.
Abdinin ikinci oğlu Baba  1843-cü ildə Şuşa şəhərində anadan 
olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
*   *   *
Bağırın  ikinci  oğlu  Həsən  1795-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul  idi.
Həsən  Tükəzbanla  ailə  qurmuşdu.  Əbdül,  Fərəc,  Nəsir  adlı 
oğlanları vardı.
Əbdül  1833-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əbdül  1873-cü ildə vəfat edib.
Əbdülün  İbrahim,  Zülfüqar,  Ələsgər,  Hüseyn,  Ağalar, 
Zülfüqar (II) adlı oğlanları vardı.
İbrahim  1856-cı  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
289


Əbdülün  ikinci  oğlu  Zülfüqar  1860-cı  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.
Zülfüqar 1870-ci ildə dünyasını dəyişib.
Əbdülün  üçüncü  oğlu  Ələsgər  1861-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əbdülün dördüncü oğlu  Hüseyn  1865-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əbdülün  beşinci  oğlu  Ağalar  1868-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əbdülün yeddinci oğlu Zülfüqar  1871-ci  ildə  Şuşa şəhərində 
anadan  olmuşdu.  Ölmüş  qardaşının  adını  daşıyırdı.Molla  yanında 
oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Həsənin  ikinci  oğlu  Fərəc  1836-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Fərəcin törəmələri Fərəcov soyadım daşıyırlır.
Fərəcin Fərhad,  Cavad,  Salman adlı oğlanları vardı.
Fərhad  1857-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Fərəcin  ikinci  oğlu  Cavad  1859-cu  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Cavadın Xosrov adında oğlu var.
Fərəcov  Xosrov  Cavad  oğlu  (1922,  Şuşa  -  1995,  Bakı)  - 
tarzən, dirijor, bəstəkar, pedaqoq, mahir musiqi təşkilatçısı. On beş 
yaşından  başlayaraq  el  şənliklərində,  konsert  salonlarında,  kənd 
zəhmətkeşləri  qarşısında  çıxış  etmiş,  az  vaxtda  Qarabağda  bir 
tarzən  kimi  məşhurlaşmışdı.  1947-ci  ildə  M.  Maqomayev  adına 
Azərbaycan  Dövlət  Filarmoniyasının  səhnəsində  ifa  etdiyi  “Şur” 
muğamım  dinləyən  Üzeyir  bəy  Hacıbəyov  səhnəyə  çıxaraq  gənc 
tarzənin çalğısına yüksək qiymət vermiş və onu təbrik etmişdir.
Gənc  musiqiçi  Ü.  Hacıbəyov  adına  Azərbaycan  Dövlət 
Konservatoriyasının tar şöbəsini  bitirdikdən sonra təyinatla Ağdam 
Orta  İxtisas  Musiqi  Məktəbinə  göndərilmiş,  burda  pedaqoji 
fəaliyyətlə  yanaşı,  on  beş  ildən  artıq  bu  musiqi  müəssisəsinin 
direktoru olmuşdur.
290
İstedadlı  tarzən  “Şur”  adlı  ansambl  da  yaratmışdı  (1952- 
1977).  Dəmək  halında  təşkil  edilən  bu  kollektiv  əvvəlcə  səkkiz 
musiqiçidən  ibarət  olmuş,  sonralar  tərkibi  genişləndirilmişdir. 
Əsasən,  kənd  klublarında,  mədəniyyət  evlərində,  kolxoz  tarla­
larında  konsert  verən  ansamblın  səsi-sorağı  çox  çəkmədən  ölkə 
miqyasında eşidilməyə başlamışdı.  1954-1957-ci illərdə kollektivin 
üzvləri  bədii  özfəaliyyət  baxışlarında,  festivallarda  uğurla  çıxış 
etmiş,  üst-üstə  47  qızıl medal  almışdı.  “Şur”  ansamblı  Azərbayca­
nın demək olar ki,  bütün şəhər və rayonlarında, Gürcüstanda, Orta 
Asiya respublikalarında, Moskvada 800-ə qədər konsert vermişdir.
Xosrov  Fərəcov  İslam  Abdullayev,  Seyid  Şuşinski,  Xan 
Şuşinski,  Əbülfət Əliyev kimi  xanəndələri tarda müşayiət etmişdir. 
Milli  koloritə,  yüksək  ifaçılıq  məharətinə  və  zəngin  repertuara 
malik  olan  ustad  tarzən  bir  çox  mahnıların  da  müəllifidir.  O,  Ə. 
Haqverdiyev  adına  Ağdam  Dövlət  Dram  Teatrının  səhnəsində 
tamaşaya qoyulan bir çox əsərlərə musiqi bəstələmişdir.
“Əməkdə igidliyə görə” medalı ilə təltif edilmişdir.
Fərəcin  üçüncü  oğlu  Salman  1870-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Həsənin  üçüncü  oğlu  Nəsir  1844-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.  Müqəddəs  Kərbəla torpağını ziyarət etmişdi.
*  *  *
Bağırın  üçüncü  oğlu  Əli  1800-cü  ildə  Şuşa  şəhərində  anadan 
olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əlinin  Səlitn adlı oğlu vardı.
Səlim  1858-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul  idi.
Bədəl uşağı (Bədəllilər)
Bu  soyun  ulu  babası  Bədəldir.  Bədəl  Təbrizli  məhəlləsində 
yaşamışdı.  Molla yanında oxumuşdu.  Ticarətlə məşğul olmuşdu.
291


Yüklə

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə