Epidemiologiya


) Peroral antroponozlar qrupuna hansı helmintoz aiddir?



Yüklə 1,81 Mb.
səhifə14/16
tarix17.01.2018
ölçüsü1,81 Mb.
#20999
1   ...   8   9   10   11   12   13   14   15   16

907) Peroral antroponozlar qrupuna hansı helmintoz aiddir?

A) exinokokkoz

B) ankilostomoz

C) askaridoz

D) tenioz

E) trixosefalyoz


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

908) Hansı helmintoz biohelmintozlara aid deyil?

A) enterobioz

B) exinokokkoz

C) trixinelyoz

D) teniarinxoz

E) difillobotrioz


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

909) Antroponoz helmintozlara hansı helmintoz aid deyil?

A) trixosefalyoz

B) enterobioz

C) himenolepidoz

D) exinokokkoz

E) askaridoz


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

910) Hansı helmint geohelmintozlara aiddir?

A) teniarinxoz

B) ankilostomidoz

C) opistorxoz

D) exinokokkoz

E) difillobotrioz


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

911) Aşağıda qeyd olunanlardan hansı təmas helmintozlarına aiddir?

A) Askaridoz

B) Himenolepidoz

C) Difillobotrioz

D) trixinelyoz

E) Opistorxoz


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

912) Parazitar xəstəliklərə hansı xəstəlik aiddir?

A) Dizenteriya

B) Qarın yatalağı

C) Yersinyoz

D) Kampilobakterioz

E) Qoturluq


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

913) Sadalanan helmintlərdən hansı geohelmintlərə aiddir?

A) Trixinellalar

B) Bizquyruq

C) Tükbaş qurd

D) Difillobotrium latum

E) Exinokokk


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

914) Hansı bağırsaq ibtidailəri uşaqlarda tez-tez rast gəlir?

A) Balantidiyalar

B) Kriptosporidilər

C) Lyambliyalar

D) Dizenteriya amöbü

E) İzosporlar


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

915) Xlamidiyalar hansı xüsusiyyətə malikdirlər?

A) Hüceyrədaxili parazitlərdir

B) Qrammüsbətdirlər

C) Qidalı mühitlərdə yaxşı yetişirlər

D) Spor əmələ gətirirlər

E) Hüceyrə divarı yoxdur


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

916) Spiroxetlər hansı xüsusiyyətə malikdirlər?

A) hərəkətsizdirlər

B) Spiralşəkilli formaya malikdirlər

C) Spor əmələ gətirirlər

D) Eukariotlara aiddirlər

E) Qrammüsbətdirlər


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

917) Spiroxetlər hansı xəstəliyi törədirlər?

A) Xlamidioz

B) Aktinomikoz

C) Toksoplazmoz

D) Leptospiroz

E) Ornitoz


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

918) Sist əmələ gətirməyən ibtidailərə hansı aiddir?

A) Shylomastics

B) Lamblia

C) Enteameba

D) Trixomonas

E) Endolimax


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

919) Maya göbələklərinin çoxalması hansı yolla baş verir?

A) Spor əmələ gətirmə

B) Eninə bölünmə

C) Reproduksiya

D) Uzununa bölünmə

E) Tumurcuqlanma


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

920) Toksoplazmanın forması necədir?

A) çubuğabənzər

B) Sapşəkilli

C) Kokşəkilli

D) Spiralşəkilli

E) Aypara


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

921) Ən çox kandidozu insanda nə törədir?

A) Candida albicans

B) Candida crusei

C) Candida parapsilosis

D) Candida kefyr

E) Candida tropicalis


Ədəbiyyat: Н. Райт. Паразитарные болезни. Москва, 1985

922) Ağız boşluğunda əsasən rast gələn göbələklər hansılardır?

A) Candida fropicalis

B) Aspergillus

C) Cadida crusei

D) Candida albicans

E) Penicillium


Ədəbiyyat: Н. Райт. Паразитарные болезни. Москва, 1985

923) Hansı helmintozda parazitin tam inkişaf sikli bir sahibin orqanizmində baş verir?

A) Enterobioz

B) Tenioz

C) Askaridoz

D) Trixinelyoz

E) Ankilostomidoz


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

924) Toksoplazmozun patogenezində hansı xüsusiyyət əsas əhəmiyyət kəsb edir?

A) Törədicinin sistasının əmələ gəlməsi

B) İmmunodefisitin əmələ gəlməsi

C) İkincili infeksiyanın qoşulması

D) Bakteriemiya

E) Toksinemiya


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

925) Malyariyanın törədiciləri nədir?

A) Leyşmaniyalar

B) Tripanasomalar

C) Plazmodiumlar

D) Bakteriyalar

E) İbtidailər


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

926) Səpgili yatalaqda infeksiya mənbəyi nədir?

A) Baş biti

B) Heyvanlar

C) Sinantrop gəmiricilər

D) İnsan

E) Vəhşi gəmiricilər


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

927) Enli lentcənin hansı inkişaf mərhələsində yoluxduqda insan difillobotriozla xəstələnir?

A) Yetkin buğum

B) Yumurta

C) Proserkoid

D) Pleroserkoid

E) Korasidi


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

928) Hansı qida növündən istifadə edərkən insanın difillobotriozla yoluxması baş verə bilər?

A) Balıq


B) Ət məhsulları

C) Xərçəngkimilər

D) Süd məhsulları

E) Mollyuskalar


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

929) Askarid yumurtaları invazion mərhələyə qədər harada inkişaf edir?

A) Xərçəngkimilərin orqanizmində

B) Qida məhsullarında

C) Kompost quyularında

D) Çirkli suda

E) Torpaqda


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

930) İnsanların ornitoza yoluxmasının əsas mexanizmi hansıdır?

A) Təmas


B) Transmissiv

C) Aerozol

D) Fekal-oral

E) Artifisial


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

931) Toksoplazmoz diaqnozunu dəqiq təsdiq edən nədir?

A) Rentgenoloji müayinə zamanı əzələlərdə kalsifikatların aşkar edilməsi

B) IgA anticisimlərinin təyin edilməsi

C) Qanın əkilməsi

D) Gözün torlu qişasında çapıqlı dəyişikliklərin aşkar edilməsi

E) Orqanizmin bioloji mayelərində və toxumalarında toksoplazmaların tapılması


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

932) Balantidiazın vegetativ formalarını harada aşkar etmək olar?

A) Mədə şirəsində

B) Nəcisdə

C) Onurğa beyni mayesində

D) Tüpürcəkdə

E) Qanda
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983



933) Lyambliozun laborator diaqnostikası hansı üsulla aparılır?

A) Qalın qan damlası üsulu

B) Onikibarmaq bağırsaq möhtəviyyatında lyambliya sistalarının aşkar edilməsi

C) Nəcisdə lyambliya sistalarının aşkar edilməsi

D) Nəcisin bakterioloji üsulla əkilməsi

E) Qanın əkilməsi


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

934) Dəri leyşmaniozunun laborator diaqnostikasının əsas üsulları hansılardır?

A) Vidal reaksiyası

B) Yaxmada və qalın qan damlasında törədicinin aşkar edilməsi

C) Onurğa beyni mayesinin mikroskopiyası zamanı törədicinin aşkar edilməsi

D) Qabarcıq və yara punktatında törədicinin aşkar edilməsi

E) Qanın bakterioloji əkilməsi


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

935) Səpgili yatalaq zamanı ekzantemaya nə xasdır?

A) Elementlərin çoxluğu

B) Ərafların distal hissələrində toplanma (corab və əlcək) simptomu

C) Səpgilərin az olması

D) Rozeolyoz-petexial xarakter, elementlərin çoxluğu

E) Dinamikada elementlərin pustullaşması


Ədəbiyyat: Н. Райт. Паразитарные болезни. Москва, 1985

936) Səpgili yatalaq diaqnozu hansı üsulla təsdiq edilir?

A) Qalın qan damlasında törədicinin aşkar edilməsi

B) Qanın ödlü və şəkərli bulyona əkilməsi

C) Vidal reaksiyası

D) Komplementin birləşmə reaksiyasında IgM və IgG təyin edilməsi

E) Biokimyəvi müayinə üsulları


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

937) Toksoplazmozun diaqnostikasında işlədilən allergik sınaq müəllifə görə necə adlanır?

A) Frenkel

B) Frensis

C) Mantu

D) Mitsuda

E) Bürne
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991



938) Toksoplazmozun seroloji diaqnostikasında hansı reaksiya tətbiq olunur?

A) Rayt


B) İmmunoflüoressensiya reaksiyası

C) Vasserman

D) Vidal

E) Mikroaqqlütinasiya reaksiyası


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

939) Kəskin bağırsaq amöbiazı diaqnozu dizenteriya amöbünün hansı formalarının aşkar edilməsi əsasında qoyulmur?

A) Vegetativ

B) Boşluq forması və sistlərin

C) Boşluq formasının

D) Sistlərin

E) Hematofaqların


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

940) Dəri leyşmaniozu diaqnozunun təsdiqlənməsi məqsədilə hansı material götürülür?

A) Əzələ toxuması

B) Dalaqdan götürülmüş punktat

C) Qan


D) Sümük iliyi

E) Dəri
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006



941) Askaridoz zamanı ən çox hansı əhali qrupu yoluxur?

A) Kənd əhalisi

B) Kişilər və yaşlılar

C) Şəhər əhalisi

D) Yaşlılar

E) Kişilər


Ədəbiyyat: Çobanov R.Ə., Jəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

942) İnsan üçün ornitoz törədicilərinin mənbələri hansılardır?

A) Göyərçinlər, dekorativ və oxuyan quşlar

B) Gəmiricilər

C) Yırtıcı quşlar

D) Ördəklər və qazlar

E) Pişiklər və itlər


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

943) Listerioza görə yüksək risk qruplarına kimlər daxildir?

A) Cərrahlar

B) Tibb işçiləri

C) Müəllimlər

D) İnşaatçılar

E) Heyvandarlıq işçiləri


Ədəbiyyat: Н. Райт. Паразитарные болезни. Москва, 1985

944) Vivaks malyariyasında invazion dövrün davametmə müddəti nə qədərdir?

A) 1-2 il

B) 6-12 ay

C) 3-6 il

D) bir neçə onillik

E) 2-4 il


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

945) Geohelmintozlar zamanı infeksiya mənbəyi nədir?

A) Balıqlar

B) İribuynuzlu qaramal

C) İtlər


D) İnsan

E) Yırtıcılar


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

946) Hansı yoluxmuş heyvanların ətini qidada işlətdikdə teniarinxozla yoluxmaq olmaz?

A) Ayının

B) Dovşanın

C) Buzovların və inəklərin

D) Vəhşi qabanın

E) Donuzların


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

947) 1 kq torpaqda 80-100 hüdudunda helmint yumurtası olan mikrorayonun yaşayış fondunun uşaq oyun zonasının epidemik təhlükəlilik dərəcəsi necədir?

A) Təhlükəlidir

B) Nisbətən təhlükəlidir

C) Son dərəcə təhlükəlidir

D) Təhlükəsizdir

E) Orta təhlükəlidir


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

948) İnsan orqanizmində enli lentcənin yaşama müddəti nə qədərdir?

A) 1 ay


B) 10-15 il

C) 2-5 il

D) 6 ay

E) 1 il
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997



949) Silahlanmamış soliterla invaziya mənbəyi nədir?

A) Atlar


B) İtlər

C) İribuynuzlu mal-qara

D) İnsan

E) Xırdabuynuzlu mal-qara


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

950) Himenolepidozun müalicəsində hansı preparat istifadə olunur?

A) Fenasal

B) Vermoks

C) Dekaris

D) Levomisetin

E) İndometasin


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

951) Difillobotrioz zamanı hansı əksepidemik tədbirlər aparılır?

A) Deratizasiya

B) Su hövzələrinin fekal çirklənməsinin qarşısının alınması

C) Dezinseksiya

D) Ətraf mühitdə helmint yumurtalarının məhv edilməsi

E) İnvaziyalaşmış heyvanların dehelmintizasiyası


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

952) Toksoplazmozun spesifik profilaktikasında hansı vaksin tətbiq olunur?

A) Diri vaksin

B) Kimyəvi vaksin

C) Yaradılmayıb

D) Anatoksin

E) Öldürülmüş vaksin


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

953) Trixinelyozla yoluxmuş donuz ətinin realizasiya yolları hansılardır?

A) Duza qoymaq

B) Açıq satış

C) Məhv etmək

D) Konserv üçün emal etmək

E) Bişirmək


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

954) Silahlanmış soliterin yumurtaları ilə yoluxduqda insan hansı xəstəliklə xəstələnir?

A) Sistiserkozla

B) Teniarinxozla

C) Teniozla

D) Trixosefalyozla

E) Alveokokkozla


Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997


Entomologiya

955) Hansı xəstəliklər milçəklər vasitəsilə ötürülür?

A) Trixinelyoz

B) Qızılca

C) Qarın yatalağı və A və B paratifləri

D) Difteriya

E) Malyariya


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

956) Hansı xəstəlik baş və paltar bitləri ilə yayılır?

A) Malyariya

B) Dizenteriya

C) Salmonelyozlar

D) Qarın yatalağı

E) Epidemik səpgili yatalaq


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

957) Hansı infeksiya ağcaqanadlar vasitəsilə yayılır?

A) Sarı qızdırma

B) Qızılca

C) Askaridoz

D) Vəba

E) Məxmərək


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

958) Hansı cütlükdə keçiricinin dişləməsi zamanı törədicilər onun tüpürcəyi ilə onurğalı sahibə öturülür?

A) Dizenteriya çöpu – ev milçəyi

B) Virus ensefaliti – taxtabitilər

C) Malyariya plazmodiumları - ağcaqanad

D) Malyariya plazmodiumları - birələr

E) Səpgili yatalaq rikketsiozu - bit


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

959) Malyariya diaqnozunun təsdiq edilməsi və törədicinin növünün təyin edilməsi üçün hansı müayinə lazımdır?

A) Qanın əkilməsi

B) Ödün əkilməsi

C) Qanın biokimyəvi analizi

D) Onurğa beyni mayesinin mikroskopiyası

E) Qalın qan damlasının mikroskopiyası


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

960) İnfeksiyanın bitlərlə yoluxması zamanı nə baş verir?

A) Törədicinin keçiricilər arasında transfaza keçməsi ilə ötürülməsi

B) Törədicinin su ilə ötürülməsi

C) Keçiricinin orqanizmində törədicinin inkişaf sikli keçməsi ilə gedən ötürülmə

D) Keçiricinin orqanizmində törədicinin çoxalması və toplanması ilə ötürülmə

E) Törədicinin mexaniki ötürülməsi


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

961) Nə üçün üçsahibli gənələr ikisahibli və birsahibli gənələrə nisbətən daha böyük epidemioloji əhəmiyyət kəsb edir?

A) Onlar əsasən heyvanlar arasında yayılmışdır

B) Sahiblərdən biri mütləq insan olur

C) Sahibləri ancaq insan olur

D) Onlar transfaza keçməsinə qadirdir

E) Onların infeksiyalaşma ehtimalı daha yüksəkdir


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

962) Nə üçün Romanovski boyasını buferlənmiş suda hazırlamaq lazımdır?

A) Damcı yuyulmaq təhlukəsindən qorunur

B) Boyada çöküntü əmələ gəlir

C) Boyanın çöküntüyə keçməsinin qarşısı alınır

D) Qanın formalı elementlərinə boyanın daxil olması yaxşıdır

E) Mühitin pH səviyyəsi saxlanılır


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

963) Malyariyaya görə müayinədən sonra qan damlası (yaxması) olan şüşələrin sonralar saxlanması üçün onları nə ilə silmək daha yaxşıdır?

A) İsti su və yuyucu vasitə

B) İsti su

C) İmmersiya yağı

D) Ksilol

E) Etil spirti


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

964) Qalın qan damlasının öz-özünə fiksasiyasının ən çox rast gələn səbəblərindən biri nədir?

A) İsti


B) Ttoz

C) Vibrasiya

D) Quruma

E) Soyuq
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991



965) Hansı infeksion xəstəliklər “transmissiv” adlanır?

A) Mexaniki yolla keçən

B) Heyvanlarla keçən

C) Qan soran ektoparazitlərlə keçən

D) Hava – damcı yolu ilə keçən

E) Alimentar yolla keçən


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

966) Təbii şəraitdə bakterioloji xəstəliklərdən hansılar birələr vasitəsilə keçir?

A) Leyşmanioz, vəba

B) Qayıdan yatalaq, hepatit

C) Ku qızdırması, səpgili yatalaq

D) Vəba, taun, brüselyoz

E) Taun, tulyaremiya, cüzam


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

967) Zaqafqaziya düzənlik-dağətəyi taun təbii ocağında törədicinin II dərəcəli keçiriciləri hansı birələrdir?

A) R.ukrainika, St.tripectinata, Copt.cauecasiea

B) X.conformus, St.tripectinata

C) X.conformus. X.cheopis

D) C.laeviceps, C.consimilis

E) R.ukrainica, R.sedestis


Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.

968) Ektoparazitin yoluxdurma dərəcəsi nədən asılıdır?

A) Hansı gəmircinin qanını sormasından

B) Sorulmuş qanın miqdarından

C) Daşıyıcının xəstə olmasından

D) İnsanla təmasdan

E) Sorulmuş qanda törədicinin çoxluğundan


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

969) Birələrin orqanizmində taun törədicisinin əmələ gəlməsi tezliyi və müddətinə təsir edən amillər hansılardır?

A) Ətraf mühitin və landşaftın xüsusiyyətləri

B) Qəmiricinin orqanizmininin xüsusiyyətləri və keçiricinin növ xüsusiyyətləri

C) Törədicinin xüsusiyyətləri və keçiricinin növ xüsusiyyətləri

D) Ektoparazitlərin orqanizmin xüsusiyyətləri

E) Ektoparazitlərin orqanizminin və ətraf mühitin xüsusiyyətləri


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

970) Qan soran milçəklərin növü hansıdır?

A) Yaşıl

B) Bazar

C) Otaq


D) Otlaq

E) Se-se


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

971) Birələrin neçə ekoloji tipi vardır?

A) 5


B) 3

C) 4


D) 2

E) 7
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991



972) Həşəratları öldürməyən, yalnız yaşayış mərkəzlərindən uzaqlaşdıran kimyəvi maddələr necə adlanır?

A) Repellent

B) Dust

C) İnsektisid



D) Aerozol

E) Rodensit


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

973) Birələrin intensiv çoxalma dövrü ilin hansı fəslinə təsadüf edir?

A) Yay


B) qış və payız

C) Yaz və yayın əvvəli

D) Bütün il boyu

E) Yaz və payız


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

974) Taun mikrobu birənin hansı orqanında inkişaf edərək çoxalır?

A) Bədən boşluğunda

B) Bağırsaq sistemində

C) Mədəönü hissədə

D) Tüpürcək vəzində

E) Cinsiyyət vəzlərində


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

975) Preimaginal formalar arasında qansoran buğumayaqlılara hansılar aiddir?

A) Ağcaqanadlar

B) Birələr

C) milçəklər

D) Gənələr

E) Bitlər


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

976) Yumurtalarını zibillikdə qoyan həşəratlar hansılardır?

A) Bitlər

B) Tarakanlar

C) Ağcaqanadlar

D) Birələr

E) Hünülər


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

977) Xəstəlikləri irsi yolla ötürən buğumayaqlılara hansılar aiddir?

A) Gənələr

B) Birələr

C) Bitlər

D) Hünülər

E) Tarakanlar


Ədəbiyyat: Н.Райт. Паразитарные болезни. Москва, 1985

978) Həşəratların bədəni hansı hissələrə bölünür?

A) Baş, qarıncıq

B) Baş, döş və qarıncıq

C) Böş və qarıncıq

D) Baş - döş və qarıncıq

E) Baş, döş


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

979) Həşəratlarda qanadlar harada yerləşir?

A) Orta döş hissəsində

B) Orta – və arxa döş hissəsində

C) Arxa döş hissəsində

D) Ön – və arxa döş hissəsində

E) Ön – və orta hissəsində


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

980) Müxtəlif həşəratlarda qarıncığın seqmentlərinin sayı neçədir?

A) Bbütün nümayəndələrdə 4-ə bərabərdir

B) Bütün nümayəndələrdə 10-a bərabərdir

C) bütün nümayəndələrdə 8-ə bərabərdir

D) Bütün nümayəndələrdə 7-ə bərabərdir

E) Sinfin müxtəlif nümayəndələrində dəyişir


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə