Epidemiologiya


) Malyariyaya görə müayinə zamanı metil spirti ilə nəyin fiksasiyası aparılır?



Yüklə 1,81 Mb.
səhifə16/16
tarix17.01.2018
ölçüsü1,81 Mb.
#20999
1   ...   8   9   10   11   12   13   14   15   16

1052) Malyariyaya görə müayinə zamanı metil spirti ilə nəyin fiksasiyası aparılır?

A) Nazik qan yaxmalarının

B) İstənilən preparatların

C) Yaxmada qalın damlanın

D) Lövhidi qalın damlanın

E) Qalın damlanın


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

1053) Nüvələrin sayı 12-dən az olan yetkin şizonta malik, zədələnmiş eritrositləri böyüməmiş malyariya törədicisinin növü hansıdır?

A) Ovale


B) Falsiparum

C) Tropik

D) Üçgünlük

E) Dördgünlük


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1054) Malyariyaya görə qanın Romanovski üzrə rənglənməsi zamanı plazmodiumda qırmızı rəngə adətən nə boyanır?

A) Piqment

B) Sitoplazma

C) Nüvə


D) Vakuol

E) Hemoqlobin


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

1055) Hansı malyariyada əksər hallarda bir eritrositdə parazitin bir neçə üzükləri olur?

A) Tropik

B) Üçgünlük

C) Dördgünlük

D) Ovale

E) Falsiparum


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

1056) Tropik malyariya törədicisinin qametosit xüsusiyyətlərinə aşağıda qeyd olunanlardan hansı aid deyil?

A) Periferik qanda xəstəliyin 10-12 -ci günü görünürlər

B) Diaqnostik əhəmiyyət daşıyırlar

C) Periferik qanda bir neçə haftə arzində aşkar edilirlər

D) Eritrositlərdən xaricdə yerləşirlər

E) Aypara formasına malikdirlər


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

1057) Tropik malyariya xəstəliyinin uzunmüddətli gedişi nəyin aşkarlanmasına əsasən təsdiq edilir?

A) Yetkin trofozoitin

B) Yetkin şizontun

C) Üzüyün

D) Qametosidin

E) Merozoitin


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1058) Üçgünlük malyariya törədicisini xarakterizə edən sadalanan əlamətlərdən hansı yalnışdır?

A) Yarimyetkin trofozoit kompakt deyildir, qəribə vakuollara və psevdopodiyalara malikdir

B) Qan preparatında parazitin bir mərhələsi rast gəlir

C) Yetkin şizont çox zaman 18 nüvəyə malikdir

D) Qametositlər dairəvi formadadır

E) Eritrositlərdə xırda və bol dənəvərlik görünür


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1059) Zaqafqaziya yüksək dağlıq taun təbii ocağında taun xəstəliyinin əsas keçiriciləri hansılardır?

A) C.consimilis, C.laeviceps

B) C.iranus, N.pleskey

C) R.ukrainica, St.tripektinata

D) C.caspius, C.consimilis

E) A.rossica, C.consimilis


Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.

1060) Zaqafqaziya düzənlik-dağətəyi taun təbii ocağında taun xəstəliyinin əsas keçiriciləri hansılardır?

A) X.conformis, C.laeviceps

B) X.conformis, M.apsheronika

C) X.conformis, C.consimilis

D) C.iranus, X.cheopis

E) C.laeviceps , C.consimilis


Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.

1061) Arazyanı taun təbii ocağında ilk intensiv epizootiya nə vaxt qeyd olunub?

A) 1928


B) 1973

C) 1967


D) 1966

E) 1965
Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.



1062) Arazyanı taun təbii ocağında taun xəstəliyinin əsas keçiriciləri hansılardır?

A) X.conformis, X.cheopis

B) X.conformis, C.iranus

C) X.conformis, C.consimilis

D) N.pleskey, M.apsheronika

E) C.consimilis, C.caspius


Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.

1063) Azərbaycan Respublikası ərazisində yerləşən taun təbii ocaqlar gəmirici və keçiricilərin xüsusiyyətlərinə görə necə adlanırlar?

A) Monoqostal

B) Poliqostal və monovektor

C) Monoqostal və polivektor

D) Poliqostal və polivektor

E) Monoqostal və monovektor


Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.

1064) Yoluxma xüsusiyyətlərinə görə quduzluq, brüselyoz, leptospiroz, sap, taun hansı infeksion xəstəliklərə aiddir?

A) Bağırsaq infeksiyası

B) Viruslu

C) Rikketsioz

D) Hava-damcı

E) Zoonoz


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

1065) Səpgili yatalaq, Kü qızdırması, endemik və gənə səpgili yatalaq hansı infeksion xəstəliklərə aiddirlər?

A) Zoonoz

B) Hava-damcı

C) Rikketsioz

D) Transmissiv, aerozol

E) Bağırsaq infeksiyası


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1066) Yoluxma xüsusiyyətlərinə görə leyşmanioz, malyariya, qayıdan yatalaq, hemorragik qızdırmalar, rikketsioz xəstəlikləri və yapon ensefaliti hansı infeksion xəstəliklərə aiddir?

A) Viruslu

B) Zoonoz

C) Hava-damcı

D) Transmissiv

E) Bağırsaq infeksiyası


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1067) Azərbaycan Respublikası ərazisində tulyaremiya xəstəliyinin təbii ocağı nə vaxt müəyyən olunub?

A) 1958


B) 1972

C) 1934


D) 1931

E) 1968
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984



1068) Azərbaycan Respublikası ərazisindəki taun təbii ocaqları digər ölkələrin hansı taun ocaqları ilə həmsərhəddir?

A) Volqa-Ural, Mərkəzi Qafqaz

B) Dağıstan düzənlik dağətəyi

C) Dağıstan dağlıq, İran-Kürdüstan

D) Kürdüstan ocağı

E) Xəzəryanı şimal – qərb ocağı


Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.

1069) Zaqafqaziya düzənlik-dağətəyi taun təbii ocağında ilk epizootiya hansı mezoocaqda və nə vaxt qeyd olunmuşdur?

A) Şərqi Ceyrançöl 1926-ci il

B) Böyük Qafqaz 1906-ci il

C) Mil düzü 1934-cü il

D) Qobustan mezoocağında 1953-cü il

E) Abşeron mezoocağında 1914-cü il


Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.

1070) Zaqafqaziya düzənlik-dağətəyi taun təbii ocağı nə vaxt müəyyən olunub?

A) 1953


B) 1967

C) 1964


D) 1914

E) 1965
Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.



1071) Zaqafqaziya yüksək dağlıq taun təbii ocağı nə vaxt müəyyən olunub?

A) 1962


B) 1967

C) 1953


D) 1965

E) 1957
Ədəbiyyat: Наставление по эпиднадзору в природных очагах чумы Кавказа. Ставрополь, 1986 г., 72 с.



1072) Malyariya plazmodiumlarının cinsi inkişaf sikli (spoqoniya) harada baş verir?

A) Ağcaqanadın orqanizmində

B) Quşların orqanizmində

C) İnsanın orqanizmində

D) Gəmicilərin orqanizmində

E) İribuynuzlu qaramalın orqanizmində


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1073) Malyariya törədicisinin hansı forması eritrositar şizoqoniya mərhələsinə aid deyil?

A) Yetişmiş şizont

B) Yetişməmiş şizont

C) Gənc trofozoit

D) Sporozoit

E) Yarımyetişkən trofozoit


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

1074) Taun törədicisinin ektoparazitlərdən gəmiricilərə keçirilməsinin mütləq şərti nədir?

A) Dəmiricinin xəstə olması

B) Qanın sorulması

C) Ektoparazitin dişi olması

D) Dəmiricinin sağlam olması

E) Birənin mədəsində mikroblu tıxacın olması


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

1075) Qırmızı quyruq qum siçanının üzərində 79 J.laeviceps birəsi yığılıb. Çoxluq əmsalı nə qədərdir?

A) 0,1


B) 5,6

C) 0,05


D) 3,4

E) 4,3
Ədəbiyyat: Методические указания по зоологической работе. Москва: Информационно-издательский Центр Минздрава России, 2000 г., 96 с.



1076) Tulyaremiya xəstəliyinin əsas keçiriciləri hansı həşəratlardır?

A) Milçək və qarışqalar

B) Birə və ağcaqanadlar

C) Ağcaqanadlar və moskitlər

D) Gənə və hünülər

E) Birə, iksod və qamaz gənələri


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

1077) Səpgili yatalaqda xəstəliyin profilaktikası və erkən aşkar edilməsi üçün nə etmək lazımdır?

A) Səpgili yatalaq vaksini ilə peyvəndlərin aparılması

B) Qeyri – müntəzəm gigiyenik yuyunma

C) 5 gündən artıq qızdırmalı xəstələrin qanının əkilməsi

D) 5 gündən artıq qızdırmalı şəxslərin RHAR, KBR-nin vasitəsilə rikketsioz diagnostikumu ilə müayinəsi vacib deyildir

E) Mütəşəkkil kollektivlərdə bütün yeniyetmələrin və stasionara daxil olanların pedikulyoza görə müayinəsi


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

1078) Ölkədə səpgili yatalağa görə salamatlığın saxlanması əsasən nə ilə təmin edilir?

A) Təcili profilaktika ilə

B) Xaricdən gətirilmənin profilaktikası ilə

C) Dezinseksiya tədbirləri ilə

D) Xəstələrin erkən aşkar edilməsi ilə

E) Əhalinin yüksək sosial – iqtisadi həyat səviyyəsi ilə


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

1079) Hal - hazırda malyariya ilə mübarizədə hansı əksepidemik tədbirlər aparılır?

A) Kimyəvi profilaktika

B) Faqoprofilaktika

C) Vaksin profilaktikası

D) Dezinfeksiya

E) Təcili profilaktika


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

1080) Malyariya zamanı həssas insana görə aparılan profilaktik tədbirlərə nə daxildir?

A) Kimyəvi profilaktika, ağcaqanad hücumundan müdafiə tədbirləri

B) Kimyəvi profilaktika, dezinfeksiya

C) Kimyəvi profilaktika, vaksinasiya

D) Ağcaqanad hücumundan müdafiə tədbirləri

E) Vaksinasiya, dezinfeksiya


Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006

1081) Karantində saxlanılan heyvanlar arasında hər hansı bir infeksion xəstəliklər aşkar olunduqda hansı tədbir görülməlidir?

A) Heyvanlar məhv edilir

B) Heç bir tədbir görülmür

C) Karantin müddəti 1 aya qədər uzadılır

D) Karantin müddəti 2 aya qədər uzadılır

E) Vivari dezinfeksiya olunur


Ədəbiyyat: Методические указания по зоологической работе. Москва: Информационно-издательский Центр Минздрава России, 2000 г., 96 с.

1082) Təqvim - ərazi planı hazırlayarkən əsas diqqət nəyə yetirilir?

A) Gəmirici və birələrin saygöstəricilərinin kəskin sürətdə aşağı düşən sahələrinə

B) Taun mikrobunun əsas daşıyıcısının tək-tək koloniyaları rast gələn ərazilərə

C) Taun ocağında gəmirici və ektoparazitlərin aktivliyi və sayının daha yüksək olan sahələrə

D) Əsas daşıyıcı və birələrin insan məskənləri ilə təmasda olan ərazilərə

E) Keçmişdə epizootiya müşahidə olunmuş sahələrə


Ədəbiyyat: Методические указания по зоологической работе. Москва: Информационно-издательский Центр Минздрава России, 2000 г., 96 с.

1083) Epizootiya aşkar olunduğu halda ilk növbədə hansı tədbir görülür?

A) Əhali köçürülür

B) Sanitar-maarifi işi aparılır

C) Deratizasiya aparılır

D) Dezinseksiya

E) Epizootiyanın sərhədləri və yayılma ərazisi təyin olunur


Ədəbiyyat: Методические указания по зоологической работе. Москва: Информационно-издательский Центр Минздрава России, 2000 г., 96 с.

1084) İnsanlar üçün insektisidlərin daha təhlükəsiz preparativ formaları hansılardır?

A) Emulyasiya edən konsentratlar və islanan tozlar

B) Gel, pastalar

C) Cəlbedici yemlərin müxtəlif formaları

D) Aerozol balonları və şaşkalar

E) Mikrokapsulalı preparatlar


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

1085) Tibbi dezinseksiyada repellentlər hansı məqsədlə istifadə olunur?

A) Açıq sahələrdə uçan həşəratların qırılması

B) İnsektisidlərin işlədildiyi yerlərə həşaratların cəlb edilməsi

C) Yaşayış yerlərindən kənarda gənələrin məhv edilməsi

D) Buğumayaqlıların insandan hürküdülməsi

E) Yumurta qoyma yerlərində həşəratların məhv edilməsi


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

1086) Xəstəliklərin spesifik keçiriciləri hansılardır?

A) Göyünlər, tarakanlar

B) Birələr, tarakanlar

C) Milçəklər, ağcaqanadlar

D) Birələr, taxtabitilər

E) İksod gənələri, ağcaqanadlar


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

1087) Hansı xəstəliyin diaqnostikasında qanın membran filtrlərdən süzülməsi istifadə olunur?

A) Leyşmanioz

B) Toksoplazmoz

C) Babezioz

D) Malyariya

E) Filyariidoz


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1088) Afrikadan gələn xəstənin qanında malyariya parazitinin hansı növünün aşkar olunması ehtimalı çoxdur?

A) P.malariae

B) P.vivax

C) P.ovale

D) P.ovale+P.falciparum

E) P.falsiparum


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1089) Cənubi-Şərqi Aziyadan gələn xəstənin qanında aypara şəklində əyilmiş malyariya paraziti aşkar olunmuşdur. Parazitin hansı növü haqqında düşünmək olar?

A) P.vivax

B) P.malariae

C) P.ovale

D) P.falsiparum

E) P.ovale+P.falciparum


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1090) Xəstəliyin 10-cu günü xəstədən götürülmüş qanın qalın damlasında bütün görmə sahələri üzüyəbənzər trofozoitlərlə dolmuşdur. Parazitin hansı növü haqqında düşünmək olar?

A) Sadalanlardan hər hansı biri

B) P.malariae

C) P.falsiparum

D) P.vivax

E) P.ovale


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1091) Kənd əhalisinin malyariyaya görə kütləvi müayinəsi zamanı yığılmış qanın qalın yaxmalarını 5 gün ərzində laboratoriyaya çatdırmaq mümkün olmadıqda nə etmək lazımdır?

A) Heç bir tədbir görməmək

B) Preparatları fiksə etmək

C) Preparatları dehemoqlobinləşdirmək

D) Preparatları soyuducuya qoymaq

E) Preparatları eksikatora qoymaq


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1092) Malyariya törədicisinin hansı növünün aşkarlanması zamanı parazitemiyanın səviyyəsini və parazitlərin inkişaf mərhələlərini göstərmək lazımdır?

A) Tropik

B) Sadalanlardan hər hansı biri

C) Üçgünlük

D) Dördgünlük

E) Oval
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991



1093) Qan yaxmalarının mikroskopiyası zamanı hansı xəstəliyin törədicilərini aşkar etmək olar?

A) loaoz


B) Toksoplazmoz

C) Balantidioz

D) Leyşmanioz

E) Toksokaroz


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1094) Parazitlərin qanda aşkar edilməsi üçün ekspress üsul hansıdır?

A) Fild üsulu

B) Qram üsulu

C) Romanovski üsulu

D) Qeydenqayn üsulu

E) Sil-Nilsen üsulu


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1095) Qram üsulu ilə rənglənmə zamanı əsas boyaq maddə hansıdır?

A) Lyuqol məhlulu

B) Karbol fuksini

C) Brilllyant yaşılı

D) Hensian – violet

E) Fuksinin su məhlulu


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1096) Sil-Nilsen üsulu ilə rənglənmə zamanı əsas boyaq maddə hansıdır?

A) Fuksinin su məhlulu

B) Brilllyant yaşılı

C) Hensian – violet

D) Lyuqol məhlulu

E) Karbol fuksini


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1097) Nə üçün gənələr yoluxucu xəstəliklərin sabit təbii ocaqlarını əmələ gətirirlər?

A) Transfaza ötürülməyə malikdirlər

B) Hərəkətlidirlər

C) Transovarial ötürülməyə malikdeyillər

D) Transovarial ötürülməyə malikdirlər

E) Transfaza ötürülməyə malikdeyillər


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1098) Törədicilərin transmissiv yoluxması hansı yolla həyata keçir?

A) Heyanlarla

B) Su ilə

C) Torpaq ilə

D) Qan soran həşəratlarla

E) Hava ilə


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1099) Transovarial yoluxma hansı canlı keçiricilərdə müşayiət olunur?

A) gənələrdə

B) Taxtabitilərdə

C) hünülərdə

D) Bitlərdə

E) ağcaqanadlarda


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1100) Dezinseksiyanın effektivliyinin göstəricisi kimi nəyi hesab etmək olar?

A) Preparatların sərf edilmə norması

B) Preparatların buğumayaqlılara seçici təsiri

C) buğumayaqlıların müəyyən növünün qırılması

D) Xəstələnmənin sayının azalması

E) Həşəratların sayının dəyişməsi


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1101) Dezinseksiyada istifadə olunan qırıcılıq tədbirləri buğumayaqlıların hansı formalarının məhv edilməsinə yönəldilə bilər?

A) Sürfələrin və imaqo formaların

B) Yetkin fərdlərin və imaqo formaların

C) Sürfələrin

D) Yumurtaların

E) Yetkin fərdlərin və imaqoönü formaların


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1102) Transmissiv virus xəstəliklərinin epizootiya şəklində inkişafı hansı canlı keçiricilərin iştirakı ilə təmin edilir?

A) Ağcaqanad və gənələr

B) Bitlər və ağcaqanadlar

C) Bitlər və birələr

D) Hünülər və ağcaqanadlar

E) Taxtabitilər və bitlər


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1103) Hormonal pozuntular törətməklə həşəratların inkişafını tənzimləyən maddələrə hansı aiddir?

A) Turingin-1

B) Forasid

C) Mirant

D) Borasad

E) Metopren


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1104) Həşəratların xitin sintezinin inhibitorlarına hansı preparat aiddir?

A) Mirant

B) Flüroqard

C) Dimilin

D) Volkano

E) Alstar


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1105) Fosfor – üzvi birləşmələr qrupuna aid preparatların əsas xüsusiyyəti hansıdır?

A) Məməlilər üçün az toksik olması

B) Geniş spektrli insektisid təsir

C) Zədələnmiş dəridən daxil olmaması

D) Zəhərlənmələrə səbəb olmaması

E) Xarici mühit obyektlərində çox davamlı olması


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

1106) İksod gənələri ilə mübarizədə təbii biotoplarda hansı preparatın istifadəsinə icazə verilir?

A) Bayteks

B) Forasid

C) Reprmanon

D) Reftamid

E) Lizol
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991



1107) Ağcaqanadlarla mübarizədə bioloji üsul kimi nədən istifadə olunur?

A) Vitar


B) Baktisid

C) Fosfor–üzvi birləşmələr

D) Piretrum

E) Boraks


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə