Epidemiologiya


) Müvafiqlik nəzəriyyəsinin əsas müddəası hansıdır?



Yüklə 1,81 Mb.
səhifə2/16
tarix17.01.2018
ölçüsü1,81 Mb.
#20999
1   2   3   4   5   6   7   8   9   ...   16

59) Müvafiqlik nəzəriyyəsinin əsas müddəası hansıdır?

A) İnfeksiya törədicisinin heyvanla və canlı parazit keçiriciləri ilə biosenotik münasibətləri nəticəsində insandan asılı olmadan sirkulyasiyası

B) Törədicinin bioloji xüsusiyyətlərindən asılı olaraq infeksiyanın başlıca (birincili) yoluxma yollarının etioloji seçiciliyi

C) Sahibin orqanizmində yoluxma mexanizminin törədicinin əsas lokalizasiyasına uyğunluğu

D) Epidemik prosesin 3 halqası (infeksiya mənbəyi, yoluxma mexanizmi, həssas orqanizm) ilə qırılmaz əlagənin olması

E) İnkişafın fazalı olması


Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990

60) Analitik epidemioloji müayinələrdə ərazi üzrə xəstələnmə (ölüm) göstəricilərinin paylanması hansı hüdudlarda həyata keçirilir ?

A) Şəhər daxilində

B) Risk amillərinin təsiri daxilində

C) İnfeksiya ocaqlarının fəaliyyəti daxilində

D) İnzibati bölgü daxilində

E) Şəhər və kənd daxilində


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

61) Ekstensiv göstəricilər nəyi xarakterizə edir?

A) Göstəricilərin müxtəlifliyini

B) Hadisələrin tezliyini

C) Orta göstəriciləri

D) Dürüstlüyü

E) Hadisələrin strukturunu


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


62) Epidemik prosesin çoxillik dinamikasının tendensiyası nə ilə şərtlənir?

A) Daima təsir göstərən amillərlə

B) Təsadüfi səbəblərlə

C) İnfeksiya mənbəyinin aktivləşməsi ilə

D) İnfeksiyanın yoluxma mexanizminin aktivləşməsi ilə

E) Dövri aktivləşən amillərlə


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

63) Epidemiologiyanın əsas predmeti nədir?

A) İnsan populyasiyası

B) Yoluxucu xəstəliklərlə xəstələnmə

C) Əhalinin sağlamlığı

D) Xəstəliyin yaranmasının və yayılmasının səbəblərinin aşkar edilməsi

E) Epidemik proses


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

64) Sanitar-gigiyenik monitorinq nədir?

A) Respublika, rayon və yerli səviyyədə əhalinin sağlamlığına təsir göstərən gigiyenik amillərin kompleks qiymətləndirilməsidir

B) Yoluxucu xəstəliklər üzərində müşahidə və təhlil sistemidir

C) Ətraf mühit amilləri haqqında məlumatın toplanması, işlənməsi və təhlili sistemidir

D) Təşkilati, sosial, tibbi, sanitar-epidemioloji, elmi-texniki, metodoloji və digər tədbirlər sistemidir

E) Əksepidemik işin təşkili formasıdır


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

65) Epidemiologiyanın obyekti nədir?

A) Yoluxucu xəstəliklərlə xəstələnmənin azaldılması üzrə tədbirlərin effektivliyi

B) Hər hansı xəstəliklərin yaranması və yayılması prosesi

C) Yalnız infeksion xəstəliklərin yaranması və yayılması prosesi

D) Müəyyən dövr ərzində yoluxucu xəstəliklərlə xəstələnmənin proqnozlaşdırılması

E) Hər hansı xəstəliklərlə xəstələnmə göstərəcilərinin dinamikasının və strukturunun xüsusiyyətləri


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

66) Əksepidemik tədbirlərin həyata keçirilməsində kim iştirak edir?

A) Şəhərin kommunal xidmətləri

B) Sanitar gigiyena-epidemioloji nəzarət mərkəzləri

C) Dezinfeksiya xidməti, şəhərin kommunal xidmətləri

D) Müalicə-profilaktika müəssisələri

E) İcra hakimiyyəti idarələri, dezinfeksiya xidməti


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

67) Yoluxucu xəstəliyin təbii ocağı nə sayılır?

A) Bioloji obyektlərin birliyi

B) Zoonoz xəstəliklərin daima qeydə alındığı ərazi

C) Özunəməxsus biosenozu olan coğrafi landşaft ərazisinin bir sahəsi

D) Epizootik ocaq

E) İnsanın zoonoz infeksiyalara yoluxduğu ərazi


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

68) “Klon” nədir?

A) Müxtəlif infeksiya mənbələrindən və ya eyni bir mənbədən müxtəlif vaxtlarda alınan bir növə aid mikrobların kulturasıdır

B) Bərk qidalı mühitdə bir bakteriya hüceyrəsinin çoxalması nəticəsində yaranan bir növə aid bakteriyaların izolyasiya olunmuş toplusudur

C) Patoloji materialdan alınan bakteriyaların kulturasıdır

D) Qidalı mühitlərdə becərilən bakteriyaların populasiyasıdır

E) Bir hüceyrədən əmələ gələn bakteriyaların kulturasıdır


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


69) Epidemik ocaq hansı müddət ərzində fəaliyyətdə olur?

A) Xəstənin hospitallaşdırılmasına qədər

B) Xəstənin sağalmasına qədər

C) Ocaqda yekun dezinfeksiyanın aparılmasına qədər

D) Xəstə ilə təmasda olan şəxslərdə maksimal inkubasiya dövrü ərzində

E) Ocaqda xəstənin izolyasiyasına qədər


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

70) Mikroorganizmlərin toksini hansıdır?

A) Plazmokoaqulaza

B) Anticisimlər

C) Hialuronidaza

D) Anatoksin

E) Ekzotoksin


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

71) Dəridaxili allergik sınaqlar hansı xəstəliyin diaqnostikasında istifadə olunur?

A) Vərəm


B) Toksoplazmoz

C) Malyariya

D) Qızılca

E) Qarın yatalağı


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

72) Vasserman reaksiyası hansı xəstəliyin diaqnostikasında istifadə olunur?

A) Qrip


B) Süzənək

C) Qarın yatalağı

D) Sifilis

E) Vəba
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989



73) Əksepidemik tədbirlər hansı xəstəliklərin profilaktikasına yönəldilib?

A) Əhalinin ayrı-ayrı qruplarının xəstəliklərinə

B) Qeyri–infeksion xəstəliklərin

C) Yoluxucu xəstəliklərin

D) Ekzotik xəstəliklərin

E) Yoluxucu və qeyri– infeksion xəstəliklərin


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

74) Sanitar-gigiyenik tədbirlərlə idarə olunan infeksiyalara hansı infeksiya aiddir?

A) Qarın yatalağı

B) B hepatiti

C) Difteriya

D) Göyöskurək

E) Qızılca


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

75) Aerozol infeksiyalarda epidemik prosesin idarə olunmasının vasitələri hansılardır?

A) Ümumi karantin tədbirləri

B) Sanitar-gigiyenik tədbirlər

C) Məhdudlaşdırıcı tədbirlər

D) İmmunoprofilaktika

E) Dezinfeksiya tədbirləri


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

76) Əksepidemik tədbirlərin keyfiyyətinin qiymətləndirilməsi meyarı hansıdır?

A) Əhalinin ümumi xəstələnməsinin azalması

B) Onların sənədlərə uyğun yerinə yetirilməsi

C) Epidemiyaların ləğv edilməsi

D) Əhalinin ayrı-ayrı qruplarında xəstələnmənin enməsi

E) Yoluxucu xəstəliklərin gedişinin ağirlıq dərəcəsinin enməsi


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993


77) Bu və ya digər infeksion xəstəliyin qlobal miqyasda ləğv olunmasını nəyin əsasında demək olar?

A) Sporadik xəstələnməyə əsasən

B) Törədicigəzdirənliyin olmamasına əsasən

C) Bir bioloji növ kimi törədicinin ləğv edilməsinə əsasən

D) Yoluxma mexanizminin həyata keçirilməsi üçün şəraitin olmamasına əsasən

E) Xəstəliklərin olmamasına əsasən


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

78) Epidemik ocaqda tibbi müşahidənin davam etmə müddəti nə qədərdir?

A) Son dezinfeksiyadan dərhal sonra

B) Xəstə ilə təmasda olmuş şəxslərə immunoqlobulin, vaksin vurulduqdan sonra

C) Xəstə ilə təmasda olmuş şəxslərdə maksimal inkubasiya dövrünün bitməsinə qədər

D) Xəstə hospitallaşdırıldıqdan sonra

E) Təmasda olmuş şəxslərin sayı ilə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

79) Aşağıda qeyd olunanlardan hansı infeksiyanın yoluxma yollarına aid deyildir?

A) Qida


B) Təmas-məişət

C) Hava-damcı

D) Transmissiv

E) Fekal-oral


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

80) Aspirasion yoluxma mexanizmi ilə yayılan xəstəliklərin səviyyəsinin dövri şəkildə artıb-azalması nədən asılıdır?

A) Yaşayış fondunun vəziyyətindən

B) İqlim şəraitindən

C) Əhali arasında immun təbəqənin həcmindən

D) Nəqliyyat əlaqələrindən

E) Kommunal abadlıqdan


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

81) Epidemioloji diaqnostika nədir?

A) Alovlanmanın yaranması səbəblərini aşkar etməyə imkan verən üsulların cəmidir

B) İnfeksiyanın epidemioloji qanunauyğunluqlarının öyrənilməsi metodudur

C) Epidemik prosesin əlamətlərinin (təzahürlərinin), onun inkişaf səbəblərinin və şəraitlərin aşkarlanması üçün nəzərdə tutulan üsül və vasitələrin cəmidir

D) Törədicinin mənbəyini və yoluxma amillərini təyin etməyə imkan verən metoddur

E) Epidemik prosesin intensivliyini təyin etməyə imkan verən statistik üsullar kompleksidir


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

82) Kəsilmiş iribuynuzlu qaramalın sanitar-baytarlıq ekspertizası hansı xəstəliyin qarşısını almaq üçün vacibdir?

A) Opistorxoz

B) Strongiloidoz

C) Teniarinxoz

D) Askaridoz

E) Difillobotrioz


Ədəbiyyat: Çobanov R.Ə., Jəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997

83) İnfeksiya ocağında epidemioloji müayinənin aparılma vaxtı nə qədərdir?

A) Qrafik üzrə plan əsasında

B) Təcili bildiriş aldıqdan 2 sutka ərzində

C) Təcilı bildiriş aldıqdan 1 ay ərzində

D) Hər hansı vaxtda epidemioloqun göstərişinə əsasən

E) Təcili bildiriş aldıqdan sonra ilk 6 saat ərzində


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

84) Xəstələnmənin ehtimal olunan təqribi yoluxma vaxtını təyin etmək üçün xəstələnmə tarixindən hansı dövrlərin davametmə müddətini çıxmaq lazımdır?

A) Maksimal inkubasiya və rekonvalessensiya dövrlərinin

B) Maksimal inkubasiya dövrünün

C) Yoluxduruculuq və minimal inkubasiya dövrlərinin

D) Yoluxduruculuq və rekonvalessensiya dövrlərinin

E) Minimal və maksimal inkubasiya dövrlərinin


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

85) Aşağıda qeyd olunanlardan hansı tədbirlərin köməyi ilə epidemik ocağın fəaliyyətinin qarşısı alınır?

A) Təmasda olan şəxslərə peyvənd edilməsi

B) Təmasda olan şəxslərə antibiotik və ya faqlar vasitəsilə profilaktikanın aparılması

C) Xəstənin hospitallaşdırılması və maksimal inkubasiya dövrünün başa çatması

D) Xəstənin hospitallaşdırılması

E) Yekun dezinfeksiyanın aparılması


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

86) Vəba ocağında əksepidemik tədbirlərə hansı aid deyildir?

A) Təmasda olanların 3 gün müddətində müşahidəsi

B) Xəstələrin hospitallaşdırılması

C) Antibiotiklərlə təcili profilaktika

D) Həyətyanı yoxlamalar

E) Ocaqda dezinfeksiya


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

87) Ubikvitar yoluxucu xəstəliklər dedikdə nə başa düşülür?

A) Müəyyən təbii ərazilərdə yayılmışdır

B) Müəyyən iqlim qurşaqlarında yayılmışdır

C) Qlobal yayılmağa meyillidir

D) Epidemik xəstələnmədir

E) Ərazilərarası yayılmağa meyillidir


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

88) İdarə olunmayan infeksiyalara hansı infeksiya aiddir?

A) Difteriya

B) Epidemik parotit

C) Qızılca

D) Yalançı göyöskürək

E) Göyöskürək


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

89) “Prevalentlik” termini nə deməkdir?

A) Bir qrup xəstəliklərin ümumi xəstələrin sayına olan nisbəti

B) Müəyyən qrup insanların müəyyən vaxt ərzində öyrənilən əlamətin aşkar olunmasının tezliyi

C) Xəstələrin ümumi sayı

D) Konkret vaxt ərzində yenidən qeydiyyata alınmış xəstələrin müəyyən miqdarı

E) Konkret vaxt ərzində xəstələrin müəyyən miqdarı


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

90) Epidemioloji müayinələrin məqsədlərinə nə daxildir?

A) Əksepidemik tədbirlərin planlaşdırılması

B) Yalnız yoluxucu xəstəliklərlə xəstələnmənin təsviri

C) Dezinfeksiya tədbirlərinin aparılması

D) Risk amillərinin aktivliyinin aşkarlanması və qiymətləndirilməsi

E) İstənilən xəstəliklərlə xəstlənmənin təsviri


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

91) Doğum müəssisələrində yenidoğulmuşlar arasında irinli-septik infeksiyalarda daha çox hansı törədicilərə təsadüf olunur?

A) Klebsiellalar

B) Qızılı stafilokoklar

C) Streptokoklar

D) Eşerixiyalar

E) Proteylər


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

92) Hazırda irinli–septik xəstəliklərin etioloji strukturunda hansı mikroorqanizmlər aparıcı rol oynayır?

A) Anaerob bakteriyalar

B) Göbələklər

C) Qrammüsbət koklar

D) Qrammənfi aerob bakteriyalar

E) Salmonellalar


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

93) Difteriya ilə mübarizədə hansı tədbirlər daha vacib əhəmiyyət daşıyır?

A) Difteriya ilə xəstələrin vaxtında aşkar edilməsi

B) Əhalinin planlı immunoprofilaktikası

C) Yekun dezinfeksiya

D) Toksigen ştamların gəzdirənlərinin vaxtında və tam aşkar edilməsi

E) Cari dezinfeksiya


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

94) Müxtəlif ərazilərdə göyöskürəklə xəstələnmənin səviyyəsi nə ilə müəyyən edilir?

A) Göyöskürəyə qarşı peyvəndlə əhalinin müxtəlif səviyyədə əhatə olunması ilə

B) Təbii-iqlim şəraitində olan fərqlərlə

C) Ekzotik xəstələnmə ilə

D) Əhalinin müxtəlif demoqrafik strukturu ilə

E) Sanitar-kommunal abadlığın dərəcəcəsinə olan fərqlərlə


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

95) Malyariya zamanı əsas yoluxma yolu hansıdır?

A) Anopheles cinsindən olan ağcaqanadın dişləməsi

B) Culex cinsindən olan ağcaqanadın dişləməsi

C) Sporozoitlərin transplasentar ötürülməsi zamanı bətndaxili yoluxma

D) Bətndaxili yoluxma

E) Malyariya xəstəliyini keçirmiş şəxslərin qanının köçürülməsi


Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991

96) Hansı helmintoz peroral antroponoz biohelmintozlar qrupuna aiddir?

A) Exinokokkoz

B) Askaridoz

C) Ankilostomoz

D) Trixosefalyoz

E) Tenioz


Ədəbiyyat: Çobanov R.Ə., Jəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
97) Aşağıda qeyd olunanlardan hansı ləng infeksiyalara aiddir?

A) Qarın yatalağı

B) Tetanus

C) Vərəm


D) İİV-infeksiya

E) Gənə qayıdan yatalağı


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

98) B viruslu hepatit (BVH) zamanı kəskin formalı xəstə ilə təmasda olan şəxslər qan verməkdən nə vaxta qədər azad edilirlər?

A) BVH xəstələri ilə təmas başa çatana qədər qan verməkdən azad edilirlər

B) Azad olunmurlar

C) Ömürlük azad edilirlər

D) Donorların qanını yüksək həssas metodlarla müayinə etmək imkanı olmadıqda

E) BVH xəstəsinin hospitalizasiyasından sonra 6 ay ərzində


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

99) İİV-infeksiyası zamanı məlum yoluxma yollarından hansı 100% yoluxmaya gətirib çıxarır?

A) Qanın köçürülməsi

B) Qida ilə yoluxma

C) Perinatal infeksiyalaşma

D) Cinsi təmas

E) Qeyri-steril alətlərlə narkotiklərin venadaxili yeridilməsi


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

100) Qida toksikoinfeksiyalarına daxil olan xəstəliklər daha çox nəyin təsirindən baş verir?

A) İmmunoqlobulinlərin təsirindən

B) Bakterial toksinlərin və törədəcinin birgə təsirindən

C) Törədicinin

D) Müxtəlif mənşəli toksinlərin

E) Bakterial toksinlərin


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989

101) B viruslu hepatitin spesifik profilaktikası nəyi nəzərdə tutur ?

A) Birdəfəlik tibb alətlərinin işlədilməsini

B) Qan preparatlarının transfuziyasının qanəvəzedicilərlə əvəz olunması

C) Müalicə-profilaktika müəssisələrində tibb alətlərinin sterilizasiyasını

D) Vaksinasiyanı

E) Cari dezinfeksiyanı


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

102) Hansı salmonellalar qida toksikoinfeksiyalarının törədiciləridir?

A) S.paratyphi A

B) S.paratyphi B

C) S.typhi

D) S.typhimurium

E) S.anatum


Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989


103) Vəbanın törədicisi hansıdır ?

A) V.proteus

B) Meçnikov vibrionu

C) V.plesimonas

D) V.eltor

E) parlaq vibrion


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


104) Vəbanın müalicəsində nədən istifadə edilir?

A) Sulu–duzlu məhlullar

B) Antibiotiklər

C) Öldürülmüş monovaksinlər

D) Antitoksik zərdab

E) Anatoksinlər


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

105) Vəba vibrionunum sintez etdiyi xolerogen nəyə aiddir?

A) Endotoksinlərə

B) Bakteriosinlərə

C) Ekzotonsinlərə

D) Anatoksinlərə

E) Bakteriofaqlara


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

106) Vəba törədicisinin təbii rezervuarı nədir ?

A) İribuynuzlu mal-qara

B) Xırdabuynuzlu mal-qara

C) Həşəratlar–keçiricilər

D) Gəmiricilər

E) Xəstə insan və bakteriyagəzdirən


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

107) Qarın yatalağı törədicisi hansı növə aiddir ?

A) Neisseria

B) Bordetella

C) Moraxella

D) Escherichia

E) Salmonella


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

108) Rekonvalessensiya mərhələsində qarın yatalağının diaqnostikası hansı materialın bakterioloji müayinəsi ilə aparılır?

A) Mədə şirəsinin

B) İrinin

C) Qanın

D) Əsnəkdən yaxmanın

E) İfrazatların


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

109) Rikketsiyalar nədir?

A) Heterotroflardır

B) Autotroflardır

C) Saprofitlərdir

D) Hüceyrədaxili parazitlərdir

E) Viruslardır


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

110) Rikketsiyalar hansı yolla çoxalırlar?

A) Süni qidalı mühitlərdə

B) Endo mühitində

C) Ətli peptonlu aqarda

D) Hüceyrədaxili, köndələn bölünmə yolu ilə

E) Levin mühitində


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

111) Rikketsiyalarda hansı əlamət yoxdur?

A) Hüceyrəvi quruluş

B) Hüceyrələrin polimorfizmi

C) Spor


D) DNT

E) RNT
Ədəbiyyat:



Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

112) Provaçek rikketsiyaları üçün nə xarakterik deyil?

A) Sporlar

B) Endotoksin

C) Kapsula

D) Anatoksin

E) Ekzotoksin


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

113) Epidemik səpgili yatalağın törədicisi hansıdır?

A) Bernett rikketsiyası

B) Qonokok

C) Muzer rikketsiyası

D) Stafilokok

E) Provaçek rikketsiyası


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

114) Rikketsiyalar hansı üsulla boyanırlar?

A) Burri – Gins üsulu

B) Romanovski – Gimza üsulu

C) Sadə metodla

D) Neyser üsulu

E) Burri üsulu


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

115) Kampilobakterioz hansı infeksiyalara aiddir?

A) Zoonozlara

B) Heç birinə

C) Antroponozlara

D) Antropozoonozlara

E) Sapronozlara


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004


116) Törədicinin yoluxma mexanizmi nədən asılıdır?

A) İnfeksion proses zamanı törədicinin lokalizasiyasından

B) Törədicinin virulentliyindən

C) Xəstəliyin gedişinin ağırlıq dərəcəsindən

D) Ətraf mühitdə törədicinin davamlılığından

E) Törədicinin patogenliyindən


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

117) Epidemik prosesin əsas halqaları hansılardır?

A) Törədicinin yoluxma mexanizmi

B) Yoluxma mexanizmi, məişət əşyaları

C) Yoluxma mexanizmi, həssas orqanizm

D) Su, hava, torpaq, qida, məişət əşyaları və s.

E) İnfeksiya mənbəyi, yoluxma mexanizmi, həssas orqanizm


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə