Epidemiologiya


) Aktiv süni immunitet necə qazanılır?



Yüklə 1,81 Mb.
səhifə5/16
tarix17.01.2018
ölçüsü1,81 Mb.
#20999
1   2   3   4   5   6   7   8   9   ...   16

254) Aktiv süni immunitet necə qazanılır?

A) Bakteriofaqların tətbiq edilməsilə

B) Canlı vaksinlərin təsirindən

C) İmmunoqlobulinlərin təsirindən

D) Xəstələnmə nəticəsində

E) Antibiotiklərin istifadəsi ilə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

255) Passiv süni immunitet necə qazanılır?

A) Dölün cift vasitəsilə anadan anticisimləri alması nəticəsində

B) Plazmanın təsirindən

C) Vaskinlərin təsirindən

D) Homoloji immunoqlobulinin təsirindən

E) Xəstəlik keçirdikdən sonra


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

256) İmmunoprofilaktika vasitələri ilə idarə olunan infeksiyalara hansılar aiddir?

A) Səpgili yatalaq, difteriya, vərəm

B) Difteriya, tetanus, qızılca

C) Zonne şiqelyozu, qrip, vərəm

D) Salmonelyoz , skarlatina, məxmərək

E) Qarın yatalağı, tetanus, qızılca


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

257) İdarə olunmayan infeksiyalara hansılar aiddir ?

A) Salmonelyoz, Zonne şiqelyozu

B) Epidemik parotit, qızılca

C) Qızılca, vərəm

D) Poliomielit, vərəm

E) Vərəm, epidemik parotit


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

258) Təbii passiv immunitet nədən sonra yaranır?

A) Törədicigəzdirənlikdən sonra

B) Keçirilmiş infeksiyadan sonra

C) Anticisimlərin anadan dölə transplasentar ötürülməsindən sonra

D) Qamma-qlobulin yeridildikdən sonra

E) Zərdabların yeridilməsindən sonra


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

259) Yerli postvaksinal reaksiyaların ifadə dərəcəsinin meyarı nədir?

A) İnfiltratın ölçüsü

B) İrinin olması

C) İnfiltratın ölçüsü və hərarət

D) Hərarətin olması

E) İnfiltratın ölçüsü və hərarət, irinin olması


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

260) İmmunoprofilatika məqsədilə nə istifadə edilmir?

A) Vaksinlər

B) İmmunomodulyatorlar

C) İmmunoqlobulin preparatları

D) Anatoksinlər

E) İmmun zərdablar


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

261) Soyuq zəncir sisteminə nə daxildir?

A) Soyuducu avadanlıq və orada saxlanan vaksinlər

B) Xüsusi hazırlanmış heyət, soyuducu avadanlıq və orada saxlanan vaksinlər

C) Xüsusi hazırlanmış heyət

D) Xüsusi hazırlanmış heyət, soyuducu avadanlıq və temperatur rejiminin gözlənilməsi üzərində nəzarət sistemi

E) Soyuducu avadanlıq və temperatur rejiminin gözlənilməsi üzərində nəzarət sistemi


Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006

262) İmmun təbəqənin həcmi nə ilə müəyyən olunur?

A) Əmələ gəlmə üsulundan asılı olmayaraq immunitetin mövcud olması ilə

B) Yalnız təbii gərgin immuniteti olan şəxslərin sayı

C) Yalnız süni gərgin immuniteti olan şəxslərin sayı

D) Peyvənd olunmuş şəxslərin sayı

E) Xəstələrin sayı ilə


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

263) İmmunoprofilaktika vasitələri ilə idarə olunan infeksiya hansıdır?

A) Salmonelyoz

B) İnfeksion mononukleoz

C) Qızılca

D) Adenovirus infeksiyası

E) Qeyri-həqiqi göyöskürək


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

264) Pediatriya sahəsində uşaq poliklinikasının peyvənd təqvimini kim tərtib edir ?

A) Sahə pediatrı

B) Poliklinikanın baş həkiminin müavini

C) Poliklinikanın baş tibb bacısı

D) Həkim epidemioloq

E) Tibb bacısı-kartotekaçı


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

265) Uşaq əhalisinin siyahıya alınması nə vaxt aparılır?

A) 10 ildən bir

B) İldə 1 dəfə

C) İldə 2 dəfə

D) 2 ildən bir

E) 5 ildən bir


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

266) İmmun sisteminin mərkəzi orqanı hansıdır?

A) Timus


B) Böyrəklər

C) Dalaq


D) Limfatik düyünlər

E) Bağırsaq


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982

267) Lipopolisaxaridlər (LPS) nədir?

A) Anatoksinlərdir

B) Anticisimlərdir

C) Endotoksinlərdir

D) Ekzotoksinlərdir

E) Fermentlərdir


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982

268) Vaksin nədir?

A) İmmun zərdabdır

B) Ekzotoksindir

C) Anticisimlərdir

D) Mikrobların öldürülmüş və ya zəiflədilmiş kulturasıdır

E) Antitoksik zərdabdır


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

269) Anatoksin nədir?

A) Histotoksindir

B) Zərərsizləşdirilmiş ekzotoksindir

C) Ekzotoksindir

D) LPS

E) Endotoksindir


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

270) Aşağıda sadalanan vaksinlərdən hansı öldürülmüş vaksinlərə aiddir?

A) Vərəm əleyhinə vaksin

B) Qızılcaya qarşı vaksin

C) «b» hemofil çöplər tərəfindən törədilən xəstəliklərə qarşı vaksin

D) Məxmərəyə qarşı vaksin

E) Difteriyaya qarşı vaksin


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

271) Hansı yaşlarda AGDT vaksinini vurmaq olar?

A) 2 aylıqdan 3 yaşadək

B) Yenidoğulmuşlara

C) 1 aylıqdan

D) İstənilən yaşda

E) 6 yaşdan sonra


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

272) Öldürülmüş vaksinlər bədənin hansı yerinə vurulur?

A) Kürəkaltı əzələyə

B) Ön qarın əzələsinə

C) Sağrı əzələsinə

D) Qol əzələsinin yuxarı hissəsinə və ya bud əzələsinin bayır səthinə

E) Qol əzələsinə


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

273) Qızılca əleyhinə vaksin necə vurulur?

A) Əzələdaxili

B) İntranazal

C) Dəridaxili

D) Dərialtı

E) Peroral


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993


274) Hansı halda birdəfəlik şprisləri təkrar işlətmək olar?

A) Eyni bir şəxsə təkrar peyvənd zamanı

B) 2 yaşdan yuxarı uşaqları immunlaşdırmaq üçün

C) Vaksini həll etmək üçün

D) Eyni peyvəndləri işlətmək üçün

E) Heç vaxt işlətmək olmaz


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

275) Steril şpris və iynələrin hansı hissələrinə əllə toxunmaq olmaz?

A) İynənin ucuna

B) İynənin başlığına

C) Sprisin iynə taxılan hissəsinə

D) Şprisin silindrinə

E) Porşenin tutacağına


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

276) Göyöskürəyin spesifik profilaktikasında nədən istifadə olunur?

A) Eyberq-Qayski vaksini

B) STİ vaksini

C) ADT vaksini

D) AGDT vaksini

E) Bakteriofaq


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

277) Tibb alətləri ilə hansı infeksiya ötürülür?

A) Hepatit B

B) Vərəm

C) Qızılca

D) Poliomielit

E) Difteriya


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

278) Beş litrlik təhlükəsiz qutuya neçə şprisli iynə yerləşir?

A) 250


B) 100

C) 500


D) 50-yə qədər

E) 500-dən çox


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

279) Təhlükəsiz qutuya nə atmaq olar?

A) Rezin əlcəkləri

B) Boş flakonları

C) Pambıq tamponları

D) Qablaşdırma materialları

E) Şpris və iynələri


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

280) Hansı halda vaksinlər istifadəyə yararlıdır?

A) Ampulda (flakonda) müvafiq markirovka olmadıqda və ya aydın yazılmadıqda

B) Dondurmaya məruz qalan sorbsiya olunmuş (AGDT, ADT, ADT-Z) preparatlar

C) 4±12° C temperaturda saxlanılan diri vaksinlər

D) Fiziki xüsusiyyətləri uyğun gəlməyən

E) Ampulun tamlığı pozulduqda


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

281) Keçirilmiş virus hepatitindən sonra planlı profilaktik peyvəndlər stasionardan evə yazıldıqdan sonra nə vaxt aparılır?

A) 9 aydan sonra

B) 1 ildən sonra

C) 6 aydan sonra

D) 3 aydan sonra

E) 2 aydan sonra


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

282) Qızılcaya qarşı planlı vaksinasiya nə vaxt aparılır?

A) 15-18 aylığında

B) 2 aylığında

C) 12 aylığında

D) Polivaksinlə birgə kombinasiyada

E) AGDT vaksini ilə eyni vaxtda


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

283) Spesifik immunitet nə zaman yaranır?

A) Qammaqlobulinin tətbiqi zamanı

B) Vaksinasiya və revaksinasiya aparıldıqda

C) Hissəvi latent immunizasiya zamanı

D) Eubiotiklərin təyin edilməsi zamanı

E) Müalicəvi zərdabların yeridilməsi zamanı


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

284) Leptospirozlara qarşı peyvəndlər hansı məqsədlə aparılır?

A) Planlı şəkildə əhalinin ayrı-ayrı peşə qrupları arasında

B) Planlı şəkildə bütün əhaliyə

C) Təcili profilaktika məqsədilə

D) Təqvim planına əsasən

E) Epidgöstərişlərə əsasən


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

285) Skarlatinada immunoprofilaktika hansı preparatla aparılır?

A) Kimyəvi vaksinlə

B) Aparılmır

C) Diri vaksinlə

D) Anatoksinlə

E) Öldürülmüş vaksinlə


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

286) Trasnplasentar yolla ötürülən anticisimlər uşaqların əksəriyyətində nə vaxta qədər saxlanır?

A) 2 aylığına qədər

B) 1 yaşına qədər

C) 6 aylığına qədər

D) 4 aylığına qədər

E) 5 ilə qədər


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

287) Difteriyaya qarşı peyvəndin və digər peyvəndlərin aparılması arasındakı minimal müddət nə qədərdir ?

A) 3 ay


B) 1 ay

C) 2 həftə

D) 5 ay

E) 2 ay
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993



288) Peyvənd kabinetində hansı vaksin preparatını eyni gündə digər peyvəndlərlə tətbiq etmək qadağan olunur?

A) Parotit vaksinini

B) Difteriya anatoksinini

C) Qızılca vaksinini

D) Poliomielit vaksinini

E) BCG
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983



289) Qızılca ocağında təcili profilaktika məqsədilə hansı preparatlar işlədilir?

A) İmmunoqlobulin və zərdab

B) Zərdab və antibiotiklər

C) Bakteriofaqlar

D) Vaksin və immunoqlobulin

E) Antibiotiklər və vaksin


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

290) AGDT-vaksininin orqanizmə yeridilməsi üsulu necədir?

A) Dəriiçi

B) Dərialtı

C) Peroral

D) Dəriüstü

E) Əzələdaxili


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə. Epidemiologiyadan təjrübə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984.

291) Sifilisin spesifik profilaktikası necədir?

A) İşlənmişdir

B) Spesifik immun zərdab

C) BCG


D) Diri vaksin

E) İşlənməmişdir


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

292) Planlı vaksinasiya zamanı peyvəndlərin təşkili və aparılmasında kim iştirak edir?

A) Həkim-laborant

B) Epidemioloq

C) İnfeksionist

D) Bakterioloq

E) Dezinfeksionist


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

293) Verilən siyahıda hansı vaksin inaktivasiya olunmuş vaksindir?

A) Parotit vaksini

B) Brüselyoz vaksini

C) Qarın yatalağı vaksini

D) Taun vaksini

E) BCG
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984



294) İnaktivasiya olunmuş vaksinlərin hazırlanması üçün vaksin ştamlarına qarşı irəli sürülən tələblər hansılardır?

A) Virulentliyin və patogenliyin olmaması

B) Aşağı immunogenlik

C) Antigenlərin tam dəsti

D) Yüksək virulentlik və patogenlik

E) Peyvənd olunmuş şəxsin orqanizmində çoxalma qabiliyyəti


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

295) İnaktivasiya olunmuş vaksinlərin hazırlanmasında hansı fiziki üsullardan istifadə edilir?

A) Soyudulma

B) Su buxarı

C) Dondurma

D) Qurudulma

E) Qaynatma


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

296) Hansı infeksiyada diri vaksinlər işlədilmir?

A) Qızılca əleyhinə

B) Qarın yatalağı əleyhinə

C) Salmonelyoz əleyhinə

D) BCG -vaksinası

E) Qrip əleyhinə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

297) Anatoksinlər profilaktika məqsədilə nə zaman istifadə olunurlar?

A) Meninqokok infeksiyasında

B) Göyöskürəkdə

C) Tetanusda

D) Qarın yatalağında

E) Vəbada


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

298) Orqanizm səviyyəsində süni aktiv immunitetin yaranmasına təsir göstərən amillərə nə aiddir?

A) İmmunizasiya sxeminin gözlənməsi

B) İmmunizasiya üçün işlədilən preparatın saxlanma müddəti

C) İmmunizasiya texnikasının gözlənməsi

D) Orqanizmin feno- və genotipik xüsusiyyətləri

E) İmmunizasiyada işlədilən preparatın keyfiyyəti


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

299) AGDT vaksininin reaktogenliyi hansı komponentlə bağlıdır?

A) Tetanus

B) Difteriya

C) Heç biri ilə

D) Bütün komponentlərlə

E) Göyöskürək


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

300) Quduzluq əleyhinə vaksin nə zaman yeridilmir?

A) II dərəcəli hipertoniya xəstəliyində

B) Hidrofobiya ilə xəstələndikdə

C) Qızılca əleyhinə vaksinasiyadan sonra

D) Naməlum it dişlədikdən 15 gün sonra zərərçəkmiş şəxs yardım üçün müraciət etdikdə

E) Hamiləlik zamanı


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004.

301) BCG vaksininin yeridilmə üsulu necədir?

A) Əzələdaxili

B) Venadaxili

C) Dəriüstü

D) Dəriiçi

E) Peroral


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə. Epidemiologiyadan təjrübə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984.

302) Aktiv immunitetin yaradılmasında üçün hansı preparatlardan istifadə olunur?

A) Spesifik zərdab

B) Bakteriofaqlar

C) Sulfanilamidlər

D) Vaksinlər

E) Antibiotiklər


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

303) Peyvənd işi üzrə hazırlanmış hesabata hansı xəstəlik haqqında məlumatlar daxil edilir ?

A) Difteriya

B) Qarın yatalağı

C) Salmonelyoz

D) Dizenteriya

E) Hepatit C


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

304) Qızılcanın profilaktikasında hansı növ vaksinlər işlədilir?

A) Anatoksin

B) Ödürülmüş

C) Bakteriofaq

D) Diri

E) Kimyəvi


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

305) Vaksinin öyrənilməsi zamanı ciddi nəzarət olunan epidemioloji müayinənin ən mühüm xarakterik əlaməti nədir?

A) Öyrənilən qrup vaksin alır, kontrol qrup-plasebo

B) Nə müşahidəçi, nə də müşahidə olunanlar plasebonun xarakterini bilmirlər

C) Kontrol qrup müşahidə olunan qrup haqqında heç nə bilmir

D) Nə öyrənilən, nə də kontrol qrup müşahidəçini tanımırlar

E) Nə müşahidəçi, nə də müşahidə olunanlar bilmirlər ki, kim vaksin alıb, kim plasebo


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

306) Uşaq poliklinikasında peyvənd planının tərtibi üçün lazım olan məlumat hansıdır?

A) Keçirilmiş xəstəliklər haqqında

B) Əhalinin ümumi sayı haqqında

C) Əvvəlki peyvəndlər haqqında

D) Uşaq əhalisinin qeydə alınması haqqında

E) Sahə üzrə xəstələnmə haqqında


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

307) Mantu sınağı qoyulduqdan sonra onun nəticəsi nə vaxt qiymətləndirilir?

A) 2 saatdan sonra

B) 72 saatdan sonra

C) 36 saatdan sonra

D) 24 saatdan sonra

E) 48 saatdan sonra


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

308) Mantu sınağının nəticəsi nə zaman müsbət sayılır?

A) İnfiltrat yoxdur

B) Hiperemiya, 5 mm və daha böyük ölçüdə infiltrat

C) Hiperemiya heç olmadıqda

D) Hiperemiya, 2-4 mm ölçüdə infiltrat

E) İynə reaksiyası (0-1 mm)


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

309) Difteriya əleyhinə aktiv immunitetin yaradılması məqsədilə hansı preparatlar işlədilir?

A) Qammaqlobulin

B) Kimyəvi vaksin

C) Diri vaksin

D) Bakteriofaqlar

E) Anatoksin


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

310) Vaksinlərin yeridilməsinə dair göstərişlər hansılardır?

A) Anatoksinlə immunlaşdırma

B) Müəyyən yaş qruplarında planlı peyvəndlər

C) Xronik formalı xəstələrin müalicəsi

D) Vaksinlərin yeridilməsi zamanı ağırlaşmalar

E) Kəskin formalı xəstələrin müalicəsi


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

311) Süni aktiv immunitetin yaradılmasının mümkün olan yolu hansıdır?

A) Tipik formada olan xəstəlik

B) Diri vaksinin yeridilməsi

C) Yüngül formada olan xəstəlik

D) Seroprofilaktika

E) İnfeksiya mənbəyi ilə təmasda olduqda orqanizmə törədicinin kiçik dozalarının düşməsi


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

312) Bezredka metodu ilə nə vurulur ?

A) Heteroloji zərdab, vaksinlər

B) Vaksinlər, immunoqlobulinlər

C) Bakteriofaqlar , vaksinlər

D) Heteroloji zərdab, immunoqlobulinlər

E) İmmunoqlobulinlər, bakteriofaqlar


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

313) İmmunoprofilaktika hansı infeksiyalarda daha çox effekt verir?

A) Tənəffüs infeksiyalarında

B) Xarici örtük infeksiyalarında

C) Bağırsaq infeksiyalarında

D) Qeyri-infeksion xəstəliklərdə

E) Qan infeksiyalarında


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

314) Passiv immunitet orqanizmə nəyin daxil edilməsi nəticəsində yaranır?

A) Antigenlərin

B) Ekzotoksinlərin

C) Endotoksinlərin

D) Vaksinlərin

E) Hazır anticisimlərin


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

315) Antitoksik zərdabın hissəvi yeridilməsi nəyin yaranmasının qarşısını alır?

A) Hialuronidazanın

B) Plazmokoaqulazanın

C) Endotoksinin

D) Ekzotoksinin

E) Histaminin yüksək konsentrasiyalarının


Ədəbiyyat: Петров Р.В. Иммунология. Москва, 1982

316) Zərdab xəstəliyinin müalicəsi hansı preparatlarla aparılır ?

A) Antihistamin preparatları ilə

B) Sulfanilamidlərlə

C) Antibiotiklərlə

D) Fermentlərlə

E) Dezinfeksiyaedici məhlullarla


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998

317) Tetanusun təcili profilaktikasında nə istifadə olunur?

A) Antimikrob zərdab

B) Bakteriofaq

C) Öldürülmüş vaksin

D) Antitoksik zərdab

E) AGDT
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984



318) Ocaqda göyöskürəyin təcili profilaktikasında işlədilən preparat hansıdır?

A) İmmunoqlobulin

B) Antibiotiklər

C) Göyöskürək monovaksini

D) AGDT vaksini

E) Bakteriofaq


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

319) Bir yaşa qədər uşaqlarda qızılcanın təcili profilaktikası zamanı hansı preparat seçim preparatı sayılır?

A) Bakteriofaqlar

B) Qızılca vaksini

C) Antibiotiklər

D) İnsan immunoqlobulini

E) Kimyəvi preparatlar


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

320) Bakteriofaqların qoruyucu təsir müddəti nə qədərdir?

A) 20 gün

B) 1 ay

C) Bir gün

D) Bir neçə saat

E) 3-5 gün


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

321) Orqanizmə yeridilmiş bakteriofaqın qoruyucu təsiri nə qədər saxlanılır?

A) 5 gün


B) 2 həftə

C) 2 saatdan artıq

D) 1 ay

E) 1 aydan artıq


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

322) Klassik Borde-Janqu reaksiyası nədir?

A) Komplementin birləşmə reaksiyasıdır

B) Passiv hemaqqlütinasiya reaksiyasıdır

C) Presipitasiya reaksiyasıdır

D) İsayev–Pfeyffer fenomenidir

E) Aqqlütinasiya reaksiyasıdır


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998.

323) Komplementin birləşmə reaksiyasının inqredienti hansıdır?

A) Hemolitik zərdab

B) Makrofaqlar

C) Müayinə olunan kultura

D) Eritrositar diaqnostikum

E) Antiqlobulin sistemi


Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998.

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə