Epidemiologiya


) Hansı halda ocaqda yekun dezinfeksiyanın aparılmasına göstəriş vardır?



Yüklə 1,81 Mb.
səhifə7/16
tarix17.01.2018
ölçüsü1,81 Mb.
#20999
1   2   3   4   5   6   7   8   9   10   ...   16

400) Hansı halda ocaqda yekun dezinfeksiyanın aparılmasına göstəriş vardır?

A) Qarın yatalağının törədicigəzdirəni olduğu ocaq

B) Tulyaremiyalı xəstə boksdan şöbəyə köçürülmüşdür

C) Qızılcalı xəstə terapiya şöbəsinin palatasından izolyatora köçürülmüşdür

D) Virus hepatitləri ilə xəstələrin yerləşdirildiyi şöbə

E) Epidvəziyyətin dəyişməsi ilə əlaqədar olaraq dizenteriyalı xəstələr olan şöbə profilini qripli xəstələrin qəbulu üzrə şöbəyə dəyişdirilir


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

401) Aşağıdakı preparatlardan hansı fumiqantlara aiddir?

A) Xlorpikrin

B) Paris yaşılı

C) Piretrum

D) Boraks (bura)

E) Karbofos


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

402) Repellentlər nədir?

A) Bağırsaq bakteriyalarına spesifik təsir göstərən vasitələr

B) Buğumayaqlıları hürküdən vasitələr

C) Deratizasiya zamanı işlədilən vasitələr

D) Xəstəxanadaxili infeksiyalar zamanı tətbiq olunan vasitələr

E) Helmintozlar əleyhinə vasitələr


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

403) Fumiqantlara hansı preparat aid deyil?

A) xlorpikrin

B) Sulfoxlorantin

C) Piretrum

D) Heksoxlorafen

E) Sian turşusu


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

404) Paltar bitinin yoluxma mexanizmi neсədir?

A) Spesifik kontaminasiya

B) qeyri-spesifik kontaminasiya

C) Qeyri-spesifik inokulyasiya

D) Mexaniki kontaminasiya

E) Spesifik inokulyasiya


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

405) İnsektisidlərin təsir mexanizmi neсədir?

A) Həşəratları hürküdür

B) Həşəratları məhv edir

C) Gəmiriciləri məhv edir

D) Həşəratları cəlb edir

E) Onların inkişafını ləngidir


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

406) Verilən siyahıda hansı preparat davamlı insektisidlərdən sayılır?

A) Heksaxloran

B) Xloramin

C) Karbofos

D) Piretrum

E) Dixlofos


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

407) Verilən siyahıda hansı preparat insektisiddir?

A) Sirkə turşusu

B) Karbofos

C) Qərənfil yağı

D) Dimetilftalat

E) Hidrogen peroksid


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

408) Təmas təsirli insektisid hansıdır?

A) Bromlu metil

B) Xloramin

C) Arsmal

D) Küzol

E) Piretrum


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

409) Hansı preparat həşəratların bağırsaqlarından təsir göstərir?

A) Piretrum

B) DDT

C) Xloramin



D) Bor turşusu

E) Heksaxloran


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

410) Göstərilən siyahıda hansı preparat repellentlərə aiddir?

A) Piretrum

B) Dimetilftalat

C) Xlordezin

D) Xlorofos

E) Heksaxloran


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

411) Nəinki insektisid, həm də ovosid təsirə malik preparat hansıdır?

A) Karbofos

B) Heksaxloran

C) Lizol


D) Boraks

E) Piretrum


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

412) Dezinseksiyanın epidemioloji istiqaməti necədir?

A) Yaşayış yerlərinin saxlanmasının sanitar normalarının gözlənilməsi

B) Gəmiricilərin daxil olma yerlərində insektisidlərin istifadə olunması

C) Profilaktik tədbirlərin aparılması

D) İnsektisidlərin istifadəsi

E) Yoluxma mexanizminin qırılması


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

413) Hansı insektisid insanlar üçün az toksikdir?

A) Natrium flüor

B) DDT

C) Boraks (bura)



D) Heksaxloran

E) Xlorpikrin


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

414) Repellentlər necə istifadə edilməlidir?

A) Ərazini işləmək

B) Ayaqyoluları işləmək

C) Yaşayış yerini işləmək

D) Bədənin açıq hissələrini işləmək

E) Havanı zərərsizləşdirmək


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

415) Hansı insektisid tənəffüs təsirli vasitələrə aiddir?

A) Paris yaşılı

B) Arsmal

C) Fenol


D) Xoramin

E) Kükürd anhidridi


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

416) Hansı preparat ovosid təsir göstərir?

A) Bromlu metil

B) Boraks (bura)

C) Karbofos

D) Lizol

E) Piretrum


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

417) Hansı preparat insektisid təsir göstərmir?

A) Fenol


B) Flisid

C) Heksaxloran

D) Solvent

E) Polixlorpinen


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

418) Pedikulyozla mübarizədə hansı preaparatdan istifadə edilir?

A) Heksaxloran

B) Hidrogen peroksid

C) Karbofos

D) Fenol

E) Xlordezin


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

419) Qarın yatalağı diaqnozu ilə hospitallaşdırılmış xəstənin üst geyimini dezinfeksiya üçün hansı kameraya göndərmək lazımdır?

A) Buxar


B) Qaz

C) Elektrik

D) Buxar-formalin

E) Vakuum


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

420) Verilən siyahıda hansı preparat insektisiddir?

A) Benzimin

B) Hidrogen peroksid

C) Sulfidofos (bayteks)

D) Sirkə turşusu

E) Qərənfil yağı


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

421) Hansı ratisid antikoaqulyant təsir göstərir?

A) Piretrum

B) Kükürd anhidridi

C) Krısid

D) Sink fosfidi

E) Zookumarin


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

422) Deratizasiyanın mexaniki metodu harada geniş tətbiq olunur?

A) Təyyarə salonunda

B) Qida müəssisələrində

C) Dəniz gəmilərində

D) Səhra şəraitində

E) Dəmiryolu nəqliyyatında


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

423) Kimyəvi deratizasiyanın qazla zərərsizləşdirmə metodu harada geniş tətbiq olunur?

A) Gəmilərin, vaqonların zərəsizləşdirməsi zamanı

B) Qida müəssisələrində

C) Səhra şəraitində

D) Yaşayış yerlərinin zərəsizləşdirilməsi zamanı

E) Müalicə müəssisələrində


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

424) Deratizasiyanın daha effektiv təşkilində hansı tədbiri aparmaq məqsədəuyğundur?

A) Seçmə


B) Başdan-başa sistematik

C) ocaqlı

D) Profilaktik

E) Başdan-başa birdəfəlik


Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004

425) Verilən siyahıda hansı preparat rodentosidlərə aiddir?

A) Kerosin

B) Piretrum

C) Sink fosfidi

D) Xlordezin

E) Lizol
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993



426) Verilən siyahıda hansı preparat rodentosid deyildir?

A) Piretrum

B) Sink fosfidi

C) Xlorpikrin

D) Zookumarin

E) Kükürd anhidridi


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

427) Hansı preparat ratisidlərə aiddir?

A) Dezokson

B) Karbofos

C) Piretrum

D) Pivalil

E) Ağ şam ağacının yağı


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

428) Sterilizasiya nədir?

A) Xarici mühitdə infeksion xəstəlik törədicilərinin məhv edilməsi

B) Xarici mühitdə vegetatif formalı mikroorqanizmlərin məhv edilməsi

C) Əşyalarda və digər obyektlərdə bütün mikroorqanizmlərin məhv edilməsi

D) Törədicilərin məhv edilməsi

E) Şərti-patogen törədicilərin məhv edilməsi


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

429) Rusiyada antiseptikanın banisi kim olmuşdur?

A) P.İ.Dyakonov

B) N.İ.Piroqov

C) S.İ.Spasokukoskiy

D) C.Lister

E) L.Paster


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

430) Antiseptikanın banisi kim sayılır?

A) E.Berqman

B) C.Lister

C) A.İ.Çarukovski

D) P.A.Qersen

E) A.A.Vişnevski


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

431) Aseptikanın banisi kim sayılır?

A) E.Berqman

B) C.Lister

C) L.Paster

D) P.İ.Dyakonov

E) N.İ.Piroqov


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

432) Sterilizasiyanın fiziki metodlarına hansı aid deyil?

A) Yandırmaqla

B) Şüa sterilizasiyası

C) Quru hava ilə sterilizasiya

D) Avtoklavlaşdırma

E) Qazla sterilizasiya


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

433) Sterilizasiyanın fiziki metodlarına hansı aiddir?

A) 6%-li hidrogen peroksid məhlulunda sterilizasiya

B) Qaz kamerasında sterilizasiya

C) 96%-li spirt məhlulunda sterilizasiya

D) Avtoklavda sterilizasiya

E) Formalin buxarlarında sterilizasiya


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

434) Müasir antiseptikada sterilizasiya metodları hansı növlərə bölünürlər?

A) Fiziki və kimyəvi

B) Bakterioloji və fiziki

C) Fiziki və bioloji

D) Kimyəvi və mexaniki

E) Bioloji və mexaniki


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

435) Tam sterillik zonasına hansı daxildir?

A) Qəbul otağı

B) Sterilizasiya otağı

C) Əməliyyatönü otaq

D) Palatalar

E) Yulma otağı


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

436) Alətlərdə yuyucu məhlulun izlərini aşkar etmək üçün hansı sınaqlar qoyulur?

A) Benzidin

B) Kükürdlə

C) amidopirin

D) Mikuliç

E) Fenolftaleinlə


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

437) Təmas infeksiyasının mənbəyi nədir?

A) Tikiş materialı

B) Əməliyyat otağının havası

C) Sarğı materialı

D) Damar protezləri

E) Xəstənin dərisi


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

438) Bikslərin sterilliyi üçün hansı nəzarət metodu daha etibarlıdır?

A) Bakterioloji nəzarət metodu

B) Benzoy turşusunun əriməsi

C) Antipirinin əriməsi

D) Mikuliç metodu

E) Kükürdün əriməsi


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

439) Alətlərin sterilizasiyası hansı infeksiyalarda profilaktika tədbiri sayılır?

A) Endogen

B) Təmas

C) Hava-damcı

D) İmplantasiya

E) Bağırsaq


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

440) Alətlərdə qan izlərinin aşkar edilməsi üçün hansı sınaq qoyulur?

A) Mikuliç

B) Fenolftalein

C) Benzidin

D) Bakterioloji

E) Benzoy turşusu ilə


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

441) Avtoklavda sterilliyə nəzarət üçün nədən istifadə etmək olar?

A) Antipirin

B) Kəhrəba turşusu

C) Piridin

D) Askorbin turşusu

E) Tio-sidik cövhəri


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

442) QİÇS-in profilaktikası məqsədilə alətlər necə dezinfeksiya olunmalıdır?

A) 3%-li xloramin məhlulunda 30 dəqiqə

B) Xlorheksidin biqlükonat məhlulunda 60 dəqiqə

C) 6%-li hidrogen peroksid məhlulunda 15 dəqiqə

D) 3%-li xloramin məhlulunda 60 dəqiqə

E) Yuyucu məhlulda 30 dəqiqə


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

443) Sterilizasiyaönü hazırlıq zamanı alətlərin dezinfeksiyasında göstərilənlərdən hansı istifadə edilmir?

A) Təmas infeksiyasının profilaktikası

B) QİÇS-in profilaktikası

C) Anaerobların məhv edilməsi

D) Sporəmələgətirən mikroorqanizmlərin məhv edilməsi

E) Hepatitin profilaktikası


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

444) Sterilizasiyaönü hazırlıq zamanı hepatitin profilaktikası məqsədilə alətlər hansı məhlulda zərərsizləşdirilir?

A) Lizoform

B) 10%-li formalin

C) Karbol turşusu

D) 6%-li hidrogen peroksid məhlulu

E) 3%-li xloramin


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

445) Əllərin zərərsizləşdirilməsi üçün işlədilən ləyənlərin sterilliyini hansı təmin etmir?

A) Yandırma

B) Naşatır spirti məhlulu ilə yuyulma

C) Qaynatma

D) Süleymani məhlulu ilə yuyulma

E) Pervomur məhlulu ilə yuyulma


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

446) Hepatit zamanı alətlərin qaynadılması ilə sterilizasiyaya necə nail olunur?

A) Bir dəfə 20 dəqiqə olmaqla

B) Üç dəfə - hər dəfə 30 dəqiqə olmaqla

C) Bir dəfə 60 dəqiqə olmaqla

D) İki dəfə - hər dəfə 40 dəqiqə olmaqla

E) Bir dəfə 45 dəqiqə olmaqla


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

447) Ağların buxarla sterilizasiya müddəti (1200 J- 1,0 kqs/sm2-də) nə qədərdir?

A) 45 dəq.

B) 30 dəq.

C) 10 dəq.

D) 60 dəq.

E) 90 dəq.


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

448) Steril ipək sapın saxlandığı etil spirtinin dəyişdirilməsi tezliyi necədir?

A) Hər 25 gündən bir

B) Hər 30 gündən bir

C) Hər gün

D) Hər 10 gündən bir

E) Hər 20 gündən bir


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

449) Tikiş materialının sterilliyinə görə bakterioloji nəzarətin aparılma tezliyi necədir?

A) 20 gün ərzində bir dəfə

B) 30 gün ərzində bir dəfə

C) 25 gün ərzində bir dəfə

D) Hər gün

E) 15 gün ərzində bir dəfə


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

450) Ağların buxarla sterilizasiya müddəti (132oS-2,0 kqs/sm2-da) nə qədərdir?

A) 60 dəq.

B) 10 dəq.

C) 30 dəq.

D) 20 dəq.

E) 90 dəq.


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

451) İpəkdən hazırlanmış tikiş materialı hansı üsullarla sterilizasiya olunur?

A) Buxar sterilizatorlarında

B) Xloraminlə

C) Formaldehid buxarında

D) 45 dəq. müddətində qaynatmaqla

E) 1%-li kalium yod məhlulu ilə


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

452) Şpris və iynələrin sterilizasiyası neсə aparılır?

A) 45 dəq. ərzində dezokson-1-də saxlamaqla

B) 96°-li spirtdə saxlamaqla

C) 10 dəq. ərzində qaynatmaqla

D) 60 dəq. ərzində 180° C-də buxar sterilizatorlarında

E) 30 dəq. ərzində qaynatmaqla


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.

453) Rezin, xəz, dəri məmulatlarının zərərsizləşdirilməsi hansı kameralarda aparılır?

A) Elektrik

B) Buxar-formalin

C) İsti hava kamerası

D) Qaz

E) buxar
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984



454) Buxar kameralarında nə dezinfeksiya olunur?

A) Dəri məmulatları

B) Yataq ağları

C) Yun şubalar

D) Kitablar

E) Sintetik əşyalar


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

455) Buxar-formalin kameralarında formalinin neytralaşdırılması üçün hansı maddədən istifadə edilir ?

A) Hidrogen peroksiddən

B) Xloramindən

C) Etil spirtindən

D) Metil spirtindən

E) Naşatır spirtindən


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

456) Buxar-formalin kamerasında dezinseksiya hansı agentlə aparılır?

A) Fenol buxarları ilə

B) Xloramin buxarları ilə

C) formalin buxarları ilə

D) Buxar-hava qarışığı ilə

E) Xlordezin buxarları ilə


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

457) Buxar–formalin kamerasına buxar necə verilir?

A) Öndən


B) Aşağıdan

C) Yuxarıdan

D) Əhəmiyyəti yoxdur

E) Yandan


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

458) Hansı tədbir milçəklərlə mübarizə və profilaktika tədbirlərinə aid deyil?

A) Məhsulların qapalı qablarda saxlanması

B) Kiçik su mənbələrinin qurudulması

C) Otaqların və qapıların torla tutulması

D) Zibil qablarının yuyulması

E) Yaşayış yerlərinin insektisidlərlə işlənməsi


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

459) Çoxmərtəbəli xəstəxana korpusunda tarakanların məhv edilməsi necə aparılmalıdır?

A) Yalnız qida bloku zərərsizləşdirilməlidir

B) Növbə ilə bir neçə gün ərzində xəstəxananın bütün otaqları zərərsizləşdirilməlidir

C) Qəbul şöbəsi zərərsizləşdirilməlidir

D) 3 gün ərzində zərərsizləşdirilməlidir

E) Eyni vaxtda bütün korpus zərərsizləşdirilməlidir


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

460) Pedikulyozla mübarizədə hansı preparat işlədilir?

A) Boraks (bura)

B) Hidrogen peroksid

C) Neopin

D) Fenol

E) Xlorlu əhəng


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

461) Dizenteriya xəstələrinin nəcislə çirklənmiş yataq ağlarını necə zərərsizləşdirmək olar?

A) Dezinfeksiyaedici maddədə islatmaq, sonra yumaq

B) Yumaq

C) Suda islatmaq

D) Dezinfeksiya üçün kameraya göndərmək

E) Yumaq, sonra dezinfeksiya kamerasına göndərmək


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983

462) Dərinin göbələk xəstəliklərində ayaqqabını hansı üsulla zərərsizləşdirmək lazımdır?

A) Buxar-formalin kameralarında

B) Xloramin məhlulu ilə

C) Xlordezin məhlulu ilə

D) Fenol məhlulu ilə

E) Buxar kameralarında


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

463) Xəstənin qanı və ya ifrazatları ilə çirklənmiş tibb heyətinin qoruyucu geyimini necə zərərsizləşdirmək olar ?

A) Sodalı suda qaynatmaq

B) 6%-li hidrogen peroksid məhlulu ilə silmək

C) Buxar-formalin kamerasında

D) Buxar kamerasında

E) Xloramin məhlulu ilə


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə. Epidemiologiyadan təjrübə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

464) Xəstənin qanı və ya ifrazatları ilə çirklənmiş dəyişək ayaqqabısını necə zərərsizləşdirmək olar?

A) Xloramin məhlulu ilə işləmək

B) Sodalı suda qaynatmaq

C) 6%-li hidrogen peroksid məhlulu ilə silmək

D) Buxar kamerasında

E) Buxar-formalin kamerasında


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

465) Vəbalı xəstəni müayinə etmək üçün hansı təhlükəsizlik tədbirləri seçilməlidir?

A) Qoruyucu eynəklər

B) Qoruyucu paltar: tibbi xalat, papaq, şap-şap

C) Respirator

D) Rezin əlcəklər

E) Qoruyucu paltar: kombinezon, xalat, rezin uzunboğaz çəkmə, klyonka önlük, qolçaqlar


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

466) Vəbanın epidemik ocağındakı ərazidən observatorlara hansı şəxslər göndərilməlidir?

A) Ümumi ayaqyolundan istifadə edən iş yoldaşları

B) Hospitalizasiyadan əvvəl xəstəyə baş çəkən qohumlar

C) Bu ərazidə işi başa çatdıran mütəxəssislər qrupu

D) Xəstənin ailə üzvləri

E) Kəskin bağırsaq infeksiyaları ilə xəstələr


Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993

467) Xəstəxanadaxili infeksiyaların qarşısını almaq məqsədilə stasionarda hansı tədbirlər görülməlidir?

A) Profilaktik məqsədlə antibiotiklərin geniş tətbiqi

B) Heyətin stafilokok anatoksini ilə vaksinasiyası

C) Dezinseksiya, cari dezinfeksiya

D) Heyətin sağlamlığı üzərində nəzarət

E) Deratizasiya, profilaktik dezinfeksiya


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

468) İİV-infeksiyasında qanın antigen və anticisimlərə görə müayinəsi zamanı laboratoriya heyətinin hansı müdafiə tədbirindən istifadəsi vaсibdir?

A) Eynəklər vacib deyildir

B) Birqat rezin əlcəklər

C) Qanın sorulması zamanı pipetlər üçün armud balonlardan və ya avtomatik mikropipetlərdən istifadə etmək məqsədəuyğundur

D) İkiqat rezin əlсəklər

E) Maskanın olması vacibdir


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

469) Bağırsaq infeksiyalarının mübarizə və profilaktikasında hansı tədbirlər əsas sayılır?

A) Deratizasiya, ocaqlı dezinfeksiya

B) Əhalinin həssaslığının artırılması üzrə tədbirlər

C) Dezinseksiya, cari dezinfeksiya

D) İnfeksiya mənbəyinin izolyasiyası və zərərsizləşdirilməsi üzrə tədbirlər

E) Törədicilərin yoluxma yollarının aradan qaldırılması üzrə tədbirlər


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

470) Vərəm ocağının zərərsizləşdirilməsi zamanı hansı preparat işlədilməməlidir?

A) Dixlordimetilhidantoin

B) Xloramin

C) Flisid

D) Fenol

E) Karbofos


Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.

471) Difteriya ocağında yekunlaşdırıcı dezinfeksiyanı kimlər aparır?

A) Həkim-epidemioloq

B) GEM-in işçiləri

C) Xəstənin ailə üzvləri

D) Dezinfeksiya xidmətinin işçiləri

E) Poliklinikanın tibb bacısı


Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə