Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 0,53 Mb.

səhifə12/22
tarix17.09.2017
ölçüsü0,53 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

 36

Dini məzmunlu sayıqlama artıq epilepsiyalı  xəstələrə müstəsna 

şəkildə xas olan cəhət deyildir, bu vəziyyət cəmiyyətin mentalitetinin 

dəyişməsində ümumi təmayülləri əks etdirir. 

Epileptik psixozlar zamanı görmə hallüsinasiyaları endogen 

psixozlar zamanı olduğundan daha tez-tez rast gəlinir. Eşitmə verbal 

hallüsinasiyalarına təxminən  şizofreniyada olduğu tezlikdə rast 

gəlinir. Onlar praktik olaraq şizofreniya üçün xarakterik olan bütün 

xüsusiyyətlərə malikdirlər, o cümlədən öz "Mən"inin "düzəldilmiş" 

və  sərhədlərinin yayğın olması halları, psixoz bitdikdən sonra ona 

qarşı  tənqidi münasibətin olmaması. Diferensial diaqnostika üçün 

şəxsiyyətin dəyişməsinin xarakteri əsas əhəmiyyət daşıyır. 

Postiktal və interiktal psixozların müalicəsini neyroleptiklərlə 

aparırlar. Bu zaman əsasən yeni (atipik) neyroleptiklərdən 

(risperidon, amisulprid), yaxud yaxşı dözülə bilən, epileptik aktivlik 

hüdudunu aşağı salmayan və ekstrapiramid effektlər yaratmayan 

atipik neyroleptiklərdən (zuklopentiksol) istifadə olunur. Kəskin 

postiktal psixozun "kəsilməsi" üçün, adətən neyroleptiklərin yüksək 

dozaları tələb olunmur. Belə hallarda 2-4 mq rispolept, 300-400 mq 

kvetiapin, yaxud 20-30 mq/sut zuklopentiksol kifayətdir. Bu zaman 

EƏP qəbulunu dayandırmaq lazım deyil. Ədəbiyyatdan (N. Əliyev, 

Z.  Əliyev 2007-2008) məlumdur ki, valproatlar və lamiktal 

antipsixotik, normotimik xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətlər 

epileptik psixozların müalicəsində nəzərə alınmalıdır. (D

İnteriktal psixozların müalicəsi üçün həmin neyroleptikləri bir 

qədər yüksək dozada və daha uzun müddət təyin etmək 

məqsədəuyğundur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 37

EPİLEPTİK STATUS (ES) 

Epileptik status – uzunsürən epileptik tutma (30 dəqiqədən artıq) 

və ya aralarındakı fasilə zamanı  şüurun tam bərpa olunmadığı 

çoxsaylı  təkrarlanan tutmalarla özünü büruzə verən təxirəsalınmaz 

vəziyyətdir. 

 

XBT-10 üzrə təsnifatı: 

G41.0 Epileptik 

status 


grand mal (tonik-klonik tutmalar) 

G41.1 Epileptik 

status 

petit mal (absanslar statusu) 

 

Etiologiyası: rejimin pozulması, somatik və infeksion xəstəliklər, 

epilepsiya  əleyhinə preparatların tətbiqində fasilə, yaxud onların 

qəbulunun dayandırılması və ya dozasının azaldılması. 



Dövrləri: predstatus (tutmanın başlanmasından 0-9 dəq), 

başlanğıc ES (10-30 dəq), inkişaf etmiş ES (31-60 dəq), refrakter ES 

(60 dəq-dən artıq). 

Klinika: ES zamanı tonik və ya klonik tutmalar bütün ətraflarda 

qeyd olunur, çox vaxt gözlərin çevrilməsi və ya onların klonik 

dartılması ilə birgə baş verir, birtərəfli xarakter daşıya bilir. 

Absanslar ES-si zamanı  şüurun dəyişməsi qeyd olunur, bu zaman 

reaksiyalar hissəvi olaraq saxlana bilər, dezorientasiya, afaziya, 

amneziya, oral və bilək avtomatizmləri müşahidə edilir. Absanslar 

ES-si diaqnozu EEQ-də epileptik aktivlik aşkar olunduqda təsdiq 

edilə bilər. 



Diferensial diaqnoz: metabolik ensefalopatiyalar (qara ciyərin, 

böyrəklərin zədələnməsi və s.), dərman intoksikasiyaları, psixozlarla 

aparılır. 

Müalicə: əgər tutmalar 10 dəq-dən artıq davam edirsə, stasionara 

nəqliyyatla göndərişin təşkilinə başlanmalıdır. Məqsəd – 30 dəq 

tamam olmamış tutmaların qarşısını almaqdır (30 dəq  ərzində ES-

dən sonra baş beyin neyronlarında patoloji dəyişikliklər baş verir). 

Xəstəxanaya qədər olan mərhələdə tənəffüs yollarının keçiriciliyi 

təmin olunur, oksigen verilir, benzodiazepinlərin (relanium) bütün 

üsullarla yeridilməsi effektivdir – v/d, ə/d, rektal. 

Stasionarda qanda qlükoza səviyyəsinin müəyyən edilməsi 

mümkün olmadıqda və ya hipoqlikemiya olduqda 25%-li qlükoza 

məhlulu (2 ml/kq, v/d) və benzodiazepin sırası preparatı – relanium 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 38

                                                

(0,2 mq/kq, hiperqlikemiya zamanı fizioloji məhlulda) yeridilir. 

Relaniumun bütün dozası bir dəfəyə  şprisə  yığılır və yavaş-yavaş 

(tənəffüsün dayanması təhlükəsi!) v/d yeridilir; 1 yaşa qədər uşaqlar 

üçün yeridilmə sürəti 0,2-0,5 mq/dəq, 1-dən 5 yaşa qədər – 1 mq/dəq, 

5 yaşdan yuxarı 1-2 mq/dəq təşkil edir. Yeridilmə tutmaların 

dayanması  və ya tənəffüsün tormozlanması  əlamətlərinin meydana 

çıxmasına, yaxud maksimal dozaya çatana qədər davam etdirilir. 

Ehtiyac olduqda, 30 dəq sonra həmin dozanı  təkrar yeritmək 

mümkündür. 

Relanium olmadıqda və ya ES-nin qarşısı alına bilmədikdə 

QOYT (natrium-oksibutirat) – 10%-li məhlul 50-70 mq/kq v/d damcı 

üsulu ilə, 10 dəfə artıq həcmdə fizioloji məhlulda, yaxud droperidol – 

0,25%-li məhlul 0,1-0,25 mq/kq v/d təyin edilir. 

Ədəbiyyatda olan məlumatlara görə, həmçinin lorazepam 0,05-

0,1 mq/kq v/d 2 mq/dəq; fenitoin və ya fosfofenitoin 20 mq/kq v/d 50 

mq/dəq (daha uzun müddətli təsirə malik preparat kimi tövsiyə 

olunur və benzodiazepinlərdən sonra təyin edilir); fenobarbital

 10-



20 mq/kq v/d 100 mq/dəq; depakin 5 mq/kq v/d təyin olunur. Beyin 

ödemi zamanı  əlavə terapiya vasitələri kimi prednizolon 2-4 mq/kq 

v/d və ya ə/d, furosemid 0,5 mq/kq v/d və ya ə/d; hipokalsiemiya 

zamanı kalsium-qlükonat 10%-li məhlul 0,2 ml/kq v/d; piridoksindən 

asılı tutmalar zamanı piridoksin 5%-li məhlul 1,0 v/d tətbiq edilir. 

ES-nin müalicəsinə qarşı rezistentlik inkişaf etdikdə, ağ 

ciyərlərin süni tənəffüs aparatına qoşulması  və epileptik aktivliyin 

aradan qaldırılması  məqsədilə narkoz (heksenal

∗∗

, tiopental



∗∗

verilməsi üçün pasiyenti intensiv terapiya şöbəsinə köçürürlər. 



Lümbal punksiya MSS infeksiyasına  şübhə yarandıqda və  əks-

göstərişlər (ağır kəllədaxili hipertenziya, okklüzion hidrosefaliya) 

olmadıqda yerinə yetirilir. 

 



 

Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında inyeksion 

formada dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi. 

 

∗∗



 Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət 

qeydiyyatından keçməmiş dərman vasitəsi. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə