Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix17.09.2017
ölçüsü0,53 Mb.
#456
1   2   3   4   5   6   7   8   9   ...   22

 15

kəsilməsinin törətdiyi 

tutmalar 

 

Dərman və ya başqa 



maddənin törətdiyi tutmalar 

 

Zədədən sonra dərhal baş 



verən və erkən tutmalar 

 

Tək tutmalar və ya təcrid 



olunmuş tutmalar 

(klasterlər) 

 

Nadir tutmalar 



(oliqoepilepesiya) 

insident, insan immun defisiti 

virusu və s. ilə əlaqədar digər 

zədələnmələr 



Postnatal infeksiyalar 

 

Sistiserkozlar 



 

Herpes ensefalitləri 

 

Bakterial meningitlər   



 

Digərləri  



Digər postnatal faktorlar 

 

Kəllə-beyin travmaları 



 

Alkoqol və narkotiklərdən sui-

istifadə 

 

İnsult  



 

Digərləri  



Müxtəlif 

 

Seliakiya (ənsə kirəcləşmələri 



ilə epilepsiya və seliakiya) 

 

Şimal epilepsiya sindromu 



 

Koffin-Lauri sindromu 

 

Alsheymer xəstəliyi 



 

Hantinqton xəstəliyi  

 

Alpers xəstəliyi 



İNSTRUMENTAL MÜAYİNƏLƏR 

Elektroensefaloqrafiya  

Elektroensefaloqrafiya (EEQ) – epilepsiya diaqnozu qoyulması 

və epilepsiya sindromunun müəyyən edilməsi üçün istifadə olunur. 

Lakin bu metodun üstünlükləri və  məhdudiyyətlərini bilmək 

lazımdır.  

Klinikasız yalnız EEQ-nin nəticəsi epilepsiya diaqnozunun 

qoyulması üçün kifayət deyil.  

Epilepsiyaya düçar olmayan insanların arasında EEQ-də qeyri-

spesifik anormal dəyişikliklər tez-tez aşkar olunur (xüsusilə yaşlı 

pasiyentlərdə, miqrenli xəstələrdə, psixotik hallarda, hətta sağlam 

insanlarda və s.).  

Normal EEQ epilepsiya diaqnozunu istisna etmir.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 16

EEQ anormal dəyişikliklər göstərməsə  də, epilepsiya diaqnozu 

qoyula bilər.  

Normal EEQ dalğalarının anormal epileptik dalğalar kimi qəbul 

olunması ilə bağlı səhvlər tez-tez baş verir.  

Uşaqlarda bu kimi səhvlər daha çoxdur. Buna görə də, uşaqların 

EEQ müayinəsi uşaq epilepsiyası sahəsində  təcrübəsi olan 

mütəxəssis tərəfindən aparılmalıdır. 



Standart EEQ 

EEQ müayinəsinin nəticəsi aşağıda göstərilən suallara cavab verə 

bilər: 

 

epileptik fəaliyyətin olması 



 

epileptik fəaliyyətin ocaqlı və ya yayılmış olması 

 

sindromun dəqiqləşdirilməsi 



 

növbəti müayinə üsulunun seçilməsi 

 

müalicənin taktikası 



 

proqnoz 


 

(!) EEQ müayinəsi tutmadan sonra 24 saat ərzində aparılırsa, 

patoloji dəyişikliklərin aşkar olunması ehtimalı çoxalır.  



(!)  Təkrar tutma keçirən bütün uşaqlar EEQ müayinəsindən 

keçməlidir. 



(!)  İlk dəfə EEQ müayinəsi nəticəsinin normanı göstərməsi, 

sonrakı EEQ müayinələrində epileptik fəaliyyətin olmasını istisna 

etmir. 

(!) EEQ müayinəsi nəticəsinin normanı göstərməsi epilepsiya 

diaqnozunu inkar etmir. 



(!) Yalnız EEQ müayinəsinin epileptik fəaliyyəti göstərməsi 

(epileptik tutma olmasa) epilepsiya diaqnozunun qoyulması üçün 

kifayət deyil. 

 

İlk provokasiya olunmamış konvulsiv tutmadan sonra EEQ 



müayinəsi 

Bu zaman EEQ müayinəsi aparmağın faydaları:  

 

tutmanın təkrarlanması riskini qiymətləndirilməsi (anormal 



EEQ qeyd olunursa, risk 2 dəfə artır); 

 

neyrovizualizasiya aparmaq üçün göstəriş verə bilər;  



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 17

 

xəstənin xəbəri olmadan uzun müddət davam edən epileptik 



prosesi aşkar edə bilər;  

 

qıcıqlandırıcı faktorları  aşkar edə bilər (məsələn, işığa 



həssaslıq);  

 

sindromu dəqiqləşdirmək üçün əlavə məlumat verə bilər.  



Lakin yanlış müsbət nəticələrin ola bilməsini də  nəzərdə 

saxlamaq lazımdır. Məsələn, ilk tutma qeyri-epileptik olub 

təkrarlanmaya bilər. Həmin xəstənin EEQ-sində tutma ilə  əlaqəsi 

olmayan epileptik dalğaların aşkar olunması (normal uşaqlarda 

epileptik fəaliyyət ola bilər) səhvən "epilepsiya" diaqnozunun 

qoyulmasına və gərəksiz müalicəyə gətirib çıxara bilər.  

Yuxarıda qeyd olunanlara əsasən, ilk provokasiya olunmamış 

konvulsiv tutma klinik olaraq epileptik tutma kimi qiymətləndirilsə

EEQ müayinəsi göstərişdir. Lakin epilepsiya əleyhinə dərmanlardan 

istifadəyə başlamaq haqqında qərar qəbul edilməsinə yalnız EEQ-də 

epileptik fəaliyyətin olub-olmamağı əsas vermir. 

 

EEQ müayinəsi olmadan epilepsiya əleyhinə preparatların 



(EƏP) təyin edilməsi 

Valproat duzları, etosuksimid və benzodiazepinlər tipik "3Hz 

spayk-ləng dalğa" komplekslərini aradan qaldırır. Valproat duzları 

fotostimulyasiyanın qıcıqlandırdığı epileptik fəaliyyəti zəiflədir. 

Benzodiazepinlər bir neçə sindromda (uşaqlarda təpə  və gicgah 

nahiyəsi spaykları ilə xoşxassəli epilepsiya, yuxu EEQ-si zamanı 

epileptik status, qeyri-konvulsiv epileptik status, Vest sindromu) 

epileptik boşalmaların yox olmağına səbəb ola bilərlər. EƏP-lər 

xəstəliyin klinik və neyrofizioloji mənzərəsini dəyişdirdiyinə görə 

EEQ müayinəsi aparılandan sonra təyin olunmalıdırlar. 

 

Təkrar EEQ və yuxu zamanı EEQ 

İlk tutmalararası EEQ normaldırsa, həmin müayinənin ikinci dəfə 

aparılması epileptik fəaliyyəti aşkar edə bilər. Oyaq vəziyyətdə 

çəkilmiş EEQ normaldırsa, yuxu zamanı  çəkilmiş EEQ epileptik 

fəaliyyəti göstərə bilər. 

 

Video-EEQ 

EEQ ilə eyni zamanda video-çəkiliş aparılması müəyyən hallarda 

tutmanın və sindromun diaqnostikasını dəqiqləşdirməyə imkan verir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə