Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix17.09.2017
ölçüsü0,53 Mb.
#456
1   2   3   4   5   6   7   8   9   10   ...   22

 21

Kombinə olunmuş müalicə üçün preparatların seçimini 

tutmaların tipini (tiplərini) nəzərə almaqla aparmaq lazımdır, 

preparatların sayı isə iki, yaxud maksimum üç EƏP ilə 

məhdudlaşmalıdır (B)

 

Qanda EƏP-lərin konsentrasiyasının müəyyən edilməsi 

EƏP-lərin tətbiqi zamanı onların qanda konsentrasiyasını 

müntəzəm olaraq müəyyən etmək lazım deyil. Belə müayinənin 

aparılması aşağıdakı hallarda məqsədəuyğundur (D)

 

Fenitoin dozasının korreksiyası; 



 

Müalicə rejiminə  əməl edilməsinin qiymətləndirilməsi və 

toksikliyin müəyyən olunması. 

 

Provokasiya olunan tutmalarla pasiyentlərin aparılması 

Alkoqol abstinent (“aclıq”) sindromu və ya delirium tremens (“ağ 

isitmə”) zamanı tutmaların  əmələ  gəlmə riskini azaltmaq üçün qısa 

müddət ərzində benzodiazepinlərdən istifadə etmək olar (B)

Kəskin beyin insultunun inkişafı  və ya neyrocərrahi müdaxilə 

hallarında profilaktik məqsədlə  EƏP-lərin təyin edilməsi göstəriş 

deyil (B)

Baş beyin silkələnməsi keçirmiş pasiyentlərdə tutmaların 

müalicəsi üçün EƏP-lərin tətbiqi göstəriş deyil (D)

 

EƏP-lərin əlavə təsirləri 

Pasiyentləri EƏP-lərin potensial əlavə  təsirləri haqqında 

məlumatlandırmaq və  dəridə  səpgilər, somnolentlik (yuxululuq), 

qusma kimi əlamətlərin, xüsusilə də müalicənin ilk həftələrində, əmələ 

gəlməsi hallarında təcili surətdə tibbi yardım üçün müraciət etmək 

lazım olduğu haqqında ciddi şəkildə xəbərdar etmək lazımdır (C).  

Osteoporozun inkişafını minimallaşdırmaq üçün EƏP qəbul 

edən pasiyentlərə qidalanmanın xarakteri və  həyat tərzinin 

dəyişdirilməsi ilə bağlı tövsiyələr vermək lazımdır (D)

Qara ciyər funksiyasının müntəzəm müayinəsi və qanın ümumi 

analizinin aparılması tələb olunmur (C)

 

EƏP-lərin qəbulunun dayandırılması 

 

Tam elektro-klinik remissiya – tutmaların olmaması və EEQ-nin 



normallaşması – əldə etməyə çalışmaq lazımdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 22

 



Dozanın azaldılmasından  əvvəl EEQ müayinəsi (yuxu zamanı 

qeyd olunmanın daxil edilməsi ilə daha yaxşıdır) aparmaq 

tövsiyə olunur. 

 



EƏP-lərin dozasının azaldılması və ya qəbulunun dayandırılması 

müddətləri ciddi şəkildə  fərdi olaraq müəyyən edilir və 

epilepsiyanın forması  və  xəstəliyin gedişi xüsusiyyətlərindən 

asılıdır. 

 

İdiopatik fokal formalar, uşaqların absans epilepsiyası (UAE) 



zamanı – tutmaların olmamasından 2-4 il keçdikdən sonra EƏP-

lərin dozasını azaltmağa başlamaq olar. 

 

Simptomatik fokal epilepsiyalarda, gənclərdə rast gələn idiopatik 



yayılmış epilepsiyaların variantları zamanı isə 3-4 illik 

remissiyadan tez olmayaraq, EƏP-lərin dozasını azaltmağa 

başlamaq olar (GME – gənclərin mioklonik epilepsiyası ilə bağlı 

məsələ müzakirə mövzusudur). 

 

EƏP qəbulunun tam dayandırılması tədricən, bir il ərzində həyata 



keçirilir. 

EƏP qəbulunun dayandırılmasından sonra xəstəliyin residivi 

riskini qiymətləndirmək üçün proqnostik meyarlardan istifadə etmək 

lazımdır (A). 



 

Stasionara qəbul üçün göstərişlər 

 

Yaşı 12 aydan aşağı 



 

Tutmadan 1 saat sonra "Glasgow Coma Scale" üzrə 15 baldan 

az olması 

 

Yüksək kəllədaxili təzyiq (papillodema, gərgin əmgək) 



 

Oyanıqlıq, qusma 

 

Meningizm  əlamətləri (Kerniq simptomu, fotofobiya, boyun 



əzələlərinin rigidliyi) 

 

Aspirasiya  əlamətləri (tənəffüs çatışmazlığı, hipoksiya 



əlamətləri) 

 

Mürəkkəb tutma (15 dəqiqədən artıq davam edən tutma və ya 



ocaqlı və ya bir gün ərzində təkrarlanan tutma) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 23

EPİLEPSİYA ZAMANI PSİXİ POZUNTULAR 

Epilepsiya zamanı psixi pozuntulara epilepsiya üçün spesifik və 

intellektual-mnestik defektlə  əlaqədar  şəxsiyyət dəyişiklikləri, 

affektiv pozuntular və epileptik psixozlar aiddir. 

Epilepsiyalı xəstələrdə psixi pozuntular aşkar edildikdə pasiyenti 

həkim-psixiatrın qəbuluna göndərmək lazımdır. 

XBT-10-un psixiatriya bölməsində epilepsiya "Baş beynin 

zədələnməsi və ya disfunksiyası, yaxud fiziki (somatik) xəstəlik 

nəticəsində digər psixi pozuntular" rubrikasında verilmişdir. Bu 

vəziyyətləri göstərilən dəyişikliklərin serebral əsasda baş verməsinə 

görə birləşdirirlər. Onlar təsadüfi  şəkildə bu və ya digər xəstəlik, 

yaxud disfunksiya ilə yanaşı əmələ gəlmirlər və həmin pozuntulara 

qarşı psixopatoloji  reaksiya adlandırılırlar. 

Gicgah epilepsiyası zamanı sadə parsial tutmalar çərçivəsində 

düşüncənin pozuntusu ilə müşahidə olunan müxtəlif psixopatoloji 

əlamətlər meydana çıxır. 

 

Şəxsiyyət və davranış pozuntuları 

Şəxsiyyət və davranış pozuntuları premorbid davranışın adət 

edilmiş  şəklinin  əhəmiyyətli dərəcədə  dəyişilməsi ilə xarakterizə 

olunur. Epilepsiyalı  xəstələrdə ilk növbədə mnestik-intellektual 

sfera, emosiyalar, həvəs və seksual davranış pozuntuları daha 

qabarıq şəkildə meydana çıxır. Bir qayda olaraq, tutmaların tezliyi, 

xəstəliyin proqredient xarakteri və müalicənin qeyri-effektivliyi 

arasında birbaşa əlaqə mövcuddur. 

Şəxsiyyət dəyişikliyi və  əqli zəiflik arasında sıx  əlaqə 

mövcuddur.  İntellekt səviyyəsinin aşağı düşməsində xarakteroloji 

dəyişikliklər əsas rol oynayır. Epilepsiya zamanı şəxsiyyətin patoloji 

dəyişikliyi başlanğıcda  şəxsiyyətin özəyinə toxunmur. İlkin 

mərhələdə epileptik proses psixi proseslərin gedişini (duyğular və 

can atmalar, ifadə üsulları, reaksiyalar və davranış) yalnız formal 

şəkildə – onların ləngiməsi, ilişib qalmağa meyllilik və 

perseverasiya istiqamətində  dəyişir. Epilepsiyalı  xəstələrdə sağlam 

insanlarda olduğu kimi premorbid şəxsiyyətin çox müxtəlif 

variantları mövcuddur. Epilepsiyalı 

xəstələrdə 

şəxsiyyət 

dəyişiklikləri əmələ gəlməsinin epileptik tutmalarla bir başa əlaqəsi 

vardır. Epilepsiya xəstəliyinə xas olan şəxsiyyət dəyişiklikləri başqa 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə