Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix17.09.2017
ölçüsü0,53 Mb.
#456
1   2   3   4   5   6   7   8   9   ...   22

 18

Belə hallarda tutmalar tez-tez təkrar olunmalıdır ki, müayinə zamanı 

videoya qeyd oluna bilsin (əks halda video-EEQ-nin standart EEQ 

müayinəsindən üstünlüyü olmaz). 

 

EEQ monitorinq 

Təkrar standart EEQ müayinəsi keçiriləndən sonra epilepsiya 

diaqnozunun qoyulması mümkün deyilsə, EEQ monitorinqi əlavə 

məlumat verə bilər.  

 

Elektrokardioqrafiya (EKQ) 

Konvulsiv tutma keçirən uşaqda (xəstədə) sinkop (məsələn, 

“uzunsürən QT sindromu” nəticəsində kardiogen sinkop) ola bilər. 

Buna görə  də, konvulsiv tutma keçirən xəstədə EKQ müayinəsi 

aparılmalıdır və  əgər lazım olsa, daha dərin kardioloji müayinə 

göstərişdir. 

 

Video-çəkiliş 

Xəstənin yanında olan şəxslər tutmanın video (telefon və ya 

video-kamera vasitəsi ilə) çəkilişini yazsalar, həkim üçün tutmanın 

semiologiyası daha aydın ola bilər. Buna görə  də, tutmaları olan 

bütün xəstələrdə tutmaların video-çəkilişi məsləhət görülür. 

 

Neyrovizualizasiya 

Epilepsiyanın səbəbi olan beynin struktur dəyişiklərinin aşkar 

edilməsində MRT müayinəsi KT müayinəsindən daha üstündür. 

Epilepsiyaya düçar omuş  uşaqların  əksəriyyəti MRT 

müayinəsindən keçməlidirlər. Yalnız aşağıda göstərilən sindromlar 

MRT müayinəsi üçün göstəriş deyil: 

 

idiopatik yayılmış epilepsiyalar (uşaqların absans 



epilepsiyası, gənclərin mioklonik epilepsiyası, gənclərin 

absans epilepsiyası) 

 

uşaqların mərkəzi-gicgah spayklarla xoşxassəli epilepsiyası  



 

Genetik tədqiqatlar 

Epilepsiyanın yaranmasında genetik təsirlər çoxdur. Xəstənin 

nəslində epilepsiyanın olub- olmaması diaqnozu dəqiqləşdirmək və 

proqnozu müəyyənləşdirmək üçün çox vacibdir. Buna görə də, bütün 

epilepsiyalı  xəstələrdə  əvvəlki 2 nəsli  əhatə edən genealoji ağac 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 19

tərtib edilməlidir və burada bütün nevroloji və psixi pozuntular qeyd 

olunmalıdır. Genealoji ağaca nənə, baba; əmi, dayı, xala, bibi və 

onların uşaqları; ata, ana; qardaş, bacı  və onların uşaqları; xəstənin 

öz uşaqları daxil edilməlidir. 

EPİLEPSİYANIN MÜALİCƏSİ 

Müalicənin  əsas prinsipi – minimum əlavə  təsirlərlə maksimum 

terapevtik effektivlik əldə etməkdir.   

 



Epilepsiyanın müalicəsi yalnız dəqiq diaqnoz qoyulduqdan sonra 

başlana bilər 

 

EƏP-lərin qəbulunun başlanması haqqında qərarı pasiyent və 



epilepsiya üzrə mütəxəssis verməlidir (В) 

 



"Epilepsiya önü" termini və "epilepsiyanın profilaktik müalicəsi" 

taktikasının heç bir mənası yoxdur (ağır kəllə-beyin travması 

istisnadır) 

 



Epilepsiyanın müalicəsinə  təkrar tutmadan sonra başlamaq 

lazımdır  

 

Aşağıdakı hallarda ilk tonik-klonik tutmadan sonra EƏP təyin 



etmək lazımdır: 

 



Anamnezdə mioklonik, absans və ya parsial tutmaların olması (В)

 



EEQ-də epileptik aktivliyin aydın şəkildə qeyd edilməsi (В)

 



Pasiyentdə ocaqlı nevroloji sindromların mövcud olması (В)

 



Pasiyent tərəfindən təkrar tutmanın baş vermə ehtimalının 

yolverilməz hesab edilməsi (D)

 

İntellektin azalması (ali psixi funksiyaların pozulması); 



 

Neyrovizualizasiya məlumatlarına əsasən struktur 



dəyişikliklərinin mövcud olması. 

 

EƏP ilə monoterapiya 

Klinik epileptologiyada monoterapiya prinsipi özünə möhkəm 

yer tutmuşdur. 

Monoterapiya aşağıdakıların qarşısını almağa imkan verir: 

 

ağır əlavə təsirlərin əmələ gəlməsi 



 

teratogen təsir 

Preparatlar epilepsiyanın forması və tutmaların xarakterinə ciddi 

şəkildə uyğun olaraq təyin edilir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 20

Hər bir konkret halda preparat seçimi zamanı onun əlavə  təsir 

profilləri və dərmanların qarşılıqlı təsirinə əsaslanmaq lazımdır (A)

Qeyd: 

Tərkibində eyni aktiv maddə olan EƏP-lər (orijinal preparatlar və 

generiklər) bir-birini əvəz etmirlər – orijinal preparatları generiklərlə  və 

əksinə  əvəz etmək lazım deyil. Monoterapiya şəklində  tətbiq edilməsinə 

icazə verilən bütün EƏP-lər ilk dəfə diaqnozu qoyulmuş epilepsiya zamanı 

təxminən bərabər effektivliyə malikdirlər. 

 

Uyğun EƏP ilə müalicə zamanı lazımi effekt əldə edilməzsə, 



aşağıdakı vəziyyətləri nəzərdən keçirmək lazımdır: 

 

səhv epilepsiya diaqnozu 



 

epileptik sindroma uyğun gəlməyən EƏP seçimi 

 

pasiyentin özbaşına dərman qəbulunu kəsməsi, pasiyentin 



həkim tövsiyələrini yerinə yetirməməsi  

 

neoplastik proses 



 

alkoqol və ya psixoaktiv maddələrdən gizli sui-istifadə 

 

baş beynin ağır inkişaf qüsuru 



 

proqressivləşən xəstəliyin mövcud olması 

 

EƏP-nin qeyri-adekvat dozaları 



 

Rezistent epilepsiyanın müalicəsi 

 



Cərrahi müalicə (göstərişlər ciddi şəkildə  əsaslandırılmalıdır, 

əməliyyat öncəsi hərtərəfli və tam müayinə aparılmalıdır) 

 

Azan sinirin stimulyasiyası  



 

Ketogen pəhriz 



 

Psixoloji müalicə üsulları 



 

Kombinə olunmuş müalicə (Politerapiya) 

Kombinə olunmuş müalicənin təyin edilməsi imkanı  nəzərdən 

keçirilməlidir: 

1)

 



Birinci 3 olan iki EƏP-nin monoterapiya şəklində  tətbiqinin 

qeyri-effektiv olması; 

2)

 

Birinci EƏP ilə müalicə zamanı preparatın yaxşı  qəbul 



edilməsinə  və pasiyentin vəziyyətinin  əhəmiyyətli dərəcədə 

yaxşılaşmasına baxmayaraq, dərmanın maksimal mümkün 

dozada tətbiqi tutmaların  əmələ  gəlməsinin tamamilə qarşısını 

almırsa (A).  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə