Epilepsiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix17.09.2017
ölçüsü0,53 Mb.
#456
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

oluna bilər. EƏP-lərə qarşı rezistent olan epilepsiya formalarında 

daha aşağı  İQ qeyd olunur. Bu, arası  kəsilmədən və uzunmüddətli 

epilepsiya əleyhinə terapiya aparılması zərurətini sübut edir. 

Anamnezində epileptik status olan xəstələrdə intellekt səviyyəsi 

sağlam insanlarla müqayisədə 15%-dən az olmayaraq aşağı düşə 

bilər. Gicgah epilepsiyası zamanı mürəkkəb parsial tutmalar üçün 

bu cür qanunauyğunluq mövcud deyil. Belə hallarda defekt və 

demensiyanın  əmələ  gəlməsi üçün tutmaların ümumi sayı deyil, 

“zaman pəncərəsi” adlandırılan göstərici – yəni dərk etmə 

proseslərinin bərpasının gözlənildiyi müddət – əhəmiyyət kəsb edir. 

Bu göstəricinin aşılması zamanı geri dönməyən mnestik-intellektual 

dəyişikliklər inkişaf edir. Mürəkkəb parsial tutmalar fasiləsiz olaraq 

baş verdiyi halda, həmin dəyişikliklər 5 ildən sonra aşkar olunur. 

Əksər digər hallarda bu göstərici 20 ildən az olmur. 



Mnestik-intellektual pozuntuların müalicəsi 

Ənənəvi EƏP-lərin tədqiqi zamanı müəyyən edilmişdir ki, digər 

preparatlara nisbətən fenobarbital daha tez-tez aşkar ifadə olunmuş 

koqnitiv pozuntulara gətirib çıxarır. Onun tətbiqi zamanı psixomotor 

tormozlanma meydana çıxır, diqqətin cəmlənməsi və yeni materialın 

mənimsənilməsi qabiliyyəti azalır, yaddaş pozulur, İQ aşağı düşür. 

Fenitoin (difenin), karbamazepin və valproatların da oxşar əlavə 

təsirləri vardır, lakin onların ifadə olunma səviyyəsi fenobarbitalın 

tətbiqi zamanı meydana çıxanlara nisbətən xeyli aşağıdır. Bu, həmin 

preparatlara barbituratlara nisbətən daha çox üstünlük verilməsinə 

səbəb olur, lakin sadalanan üç preparatdan hansının əlavə təsirinin ən 

az olması aydın deyil. 

Yeni EƏP-lərin, o cümlədən felbamat, lamotricin, qabapentin, 

tiaqabin, viqabatrin və topiramat kimi preparatların toksikliyi 

haqqında nisbətən daha az məlumat mövcuddur. Müəyyən edilmişdir 

ki, ümumilikdə yeni nəsil EƏP-lər dərk etmə proseslərinə mənfi təsir 

göstərmirlər. 

Topiramatın tətbiqi zamanı koqnitiv pozuntular yalnız onun təsiri 

ilə izah edilə bilməz, çünki o, əsas EƏP-lərə  əlavə vasitə kimi 

istifadə olunmuşdur. Belə hallarda tətbiq edilən bütün EƏP-lər 

arasındakı farmakokinetik qarşılıqlı təsir də nəzərə alınmalıdır. 

 27


Topamaksın uzunmüddətli tətbiqi zamanı  xəstələrdə mnestik 

proseslər normallaşır. Bu, ilk növbədə aydın ifadə olunmuş yaddaş 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 28

pozuntularının xarakterik olduğu gicgah epilepsiyalı (mediotemporal 

variant) xəstələrə aiddir. Topamaksdan başqa valproatlar, felbamat, 

lamotricin, qabapentin, tiaqabin və viqabatrinin uzunmüddətli tətbiqi 

zamanı xəstələrdə mnestik proseslər normallaşır. 

Affektiv (əhval-ruhiyyə) pozuntular 

Müasir epileptologiyada bütün psixi pozuntuları (depressiyalar, 

həyəcanlı pozuntular, psixozlar) tutmalara münasibətdə meydana 

çıxma vaxtına görə  nəzərdən keçirmək  ənənəsi qəbul olunmuşdur. 

Bu meyara əsasən periiktal (pre- və postiktal), iktal və interiktal 

pozuntular ayırd edilir. 

Preiktal psixi pozuntular tutmadan bilavasitə əvvəl meydana çıxır 

və faktiki olaraq tutmaya keçir. Postiktal pozuntular tutmalardan 

sonra əmələ gəlir. Adətən onlar sonuncu tutmadan 12-120 saat sonra 

yaranır; yüksək affektiv gərginlik və davam etmə müddəti ilə (bir 

neçə saatdan 3-4 həftəyə qədər) xarakterizə olunur. 

İktal psixi pozuntular paroksizmlərin psixi ekvivalenti kimi qəbul 

edilir, interiktal psixi pozuntular isə tutmalardan uzun müddət 

keçdikdən sonra aydın şüur fonunda meydana çıxır. 



Əhval-ruhiyyənin üzvi mənşəli (affektiv) pozuntusu bu və ya digər 

affektin üstünlük təşkil etməsi ilə gedən müxtəlif dərəcədə ifadə 

olunmuş depressiv pozuntularla xarakterizə edilir. Qüssəli, adinamik, 

ipoxondrik, həyəcanlı depressiyalar, həmçinin depersonalizasiya 

pozuntuları ilə gedən depressiyalar ayırd edilir. 

Qüssəli depressiya və subdepressiyalar əhval-ruhiyyənin davamlı 

şəkildə  aşağı düşməsi, bir çox hallarda tez hirslənmə ilə müşayiət 

olunan həyəcanlı-qüssəli affektlə  səciyyələnir. Xəstələr ruhi 

diskomfort, döş nahiyəsində ağırlıq hissi olmasını qeyd edirlər. Bəzi 

hallarda göstərilən hissiyyatın fiziki nasazlıqla – baş  ağrısı, döş 

sümüyü arxasında xoşagəlməz hisslər – əlaqəsi müəyyən olunur, 

depressiya hərəki (motor) narahatlıq, daha az hallarda isə adinamiya 

ilə müşayiət olunur. 



Adinamik depressiya və subdepressiyalar adinamiya və 

hipobuliyanın olması ilə  fərqlənir. Xəstələr uzun müddət yataqdan 

qalxmır, özünə qulluqla bağlı sadə funksiyaları  çətinliklə yerinə 

yetirirlər. Tez yorulma və  qıcıqlanma ilə bağlı  şikayətlər 

xarakterikdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 29

İpoxondrik depressiya və subdepressiyalar daimi fiziki əzginlik, 

ürək nahiyəsində ağrılar, həmçinin tutma zamanı qəfil ölüm baş verə 

biləcəyi və ya vaxtında yardım göstərilməyəcəyi ilə bağlı qorxularla 

xarakterizə olunur. İntrakranial lokalizasiyalı senestopatiyalar, 

müxtəlif vestibulyar və vegetativ pozğunluqlar qeyd edilir. 

Həyəcanlı depressiya və subdepressiyalar amorf məzmunu ilə 

seçilir. Xəstələr çox vaxt həyəcanın səbəbini və ya hər hansı konkret 

qorxunun olmasını müəyyən edə bilmir və  səbəbini anlamadıqları 

qeyri-müəyyən qorxu, yaxud narahatlıq hiss etdiklərini bildirirlər.  



Depersonalizasiya pozuntuları ilə gedən depressiyalar öz 

bədəninin (autosomatik), fikirlərinin (autopsixi), ətraf mühitin 

(allopsixi), zamanın qavranılmasının dəyişilməsi duyğusu, bir çox 

hallarda uzaqlaşma hissi ilə səciyyələnir. 

Epilepsiyalı  xəstələrdə müşahidə edilən çox müxtəlif psixi 

pozuntular arasında affektiv pozuntular, demək olar ki, əsas yer tutur; 

onlara epilepsiyalı xəstələrdə sağlam insanlara nisbətən 10 dəfə daha 

artıq təsadüf olunur. 

Affektiv pozuntuların inkişaf etməsinin  əsas səbəbləri arasında 

həm reaktiv, həm də neyrobioloji amillər ayırd edilir. Belə yanaşma 

indi də öz əhəmiyyətini itirməmişdir. Epilepsiyalı  xəstələrin 

həyatında psixososial amillər  əhəmiyyətli rol oynayır. Onların 

arasında tez-tez işin və ailənin itirilməsinə  gətirib çıxaran 

stiqmatizasiya və sosial ayrı-seçkilik amillərini ilk növbədə qeyd 

edirlər. Əsasında xəstəliklə bağlı ailəni və ya işi itirmək qorxusunun 

dayandığı “öyrədilmiş köməksizlik (bacarıqsızlıq)” mexanizmlərinin 

də affektiv simptomatikanın  əmələ  gəlməsində    əhəmiyyəti vardır. 

Bu, sosial aktivliyin azalmasına,  əmək dezadaptasiyasına və son 

nəticədə depressiyanın yaranmasına gətirib çıxarır. 

Epilepsiya zamanı depressiv pozuntuların əmələ gəlməsində əsas 

rolu psixoreaktiv mexanizmlər deyil, daha çox neyrobioloji 

mexanizmlər oynayır. Depressiv simptomatikanın meydana 

çıxmasında tutmaların növü (mürəkkəb parsial), epileptik aktivlik 

ocağının lokalizasiyası (əsas etibarı ilə baş beynin gicgah paylarının 

medial  şöbələrində), ocağın laterallaşması  (əsas etibarı ilə sol 

tərəfdə), tutmaların yüksək tezliyi, xəstəliyin davam etmə müddəti və 

erkən yaşda başlaması əhəmiyyət daşıyır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə