Əqd vətəndaşların və hüquqi şəxslərin mülki hüquq və öhdəliklərinin yaranmasına, dəyişdirilməsinə və ya xitamına yönəlmiş iradə ifadəsidir



Yüklə 8,6 Kb.
tarix25.08.2018
ölçüsü8,6 Kb.

Mülki hüququn anlayışı
Əqd vətəndaşların və hüquqi şəxslərin mülki hüquq və öhdəliklərinin yaranmasına, dəyişdirilməsinə və ya xitamına yönəlmiş iradə ifadəsidir. Əqdlər mülki-hüquqi faktların nisbətən geniş yayılmış növüdür. Əqdi xarakterizə edən xüsusiyyətlər aşağıdakılardır:

Belə nəticəyə gələk ki, mülki hüquqda əqd iki mənada işlədilir:

-mülki-hüquqi fakt mənasında;

-mülki hüquq institutu mənasında.

Mülki-hüquqi fakt mənasında əqd dedikdə, mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitam edilməsinə səbəb olan əsas başa düşülür. Bu baxımdan əqd fiziki və hüquqi şəxslərin mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkət kimi çıxış edir. Məsələn, alqı-satqı müqaviləsinə görə, vətəndaş özünə məxsus olan minik avtomobilini qonşuya satır. Bunun nəticəsində vətəndaş minik avtomobili üzərində mülkiyyət hüququnu itirir, qonşu isə həmin avtomobil üzərində mülkiyyət hüququ qazanır. Bundan əlavə, bu müqavilə vətəndaş üçün minik avtomobilini qonşuya vermək kimi, alıcı üçün isə minik avtomobilinin pulunu ödəmək kimi vəzifə əmələ gətirir.

Mülki-hüquqi əqdləri təkcə bizim ölkənin yox, həm də xarici ölkələrin fiziki və hüquqi şəxsləri, o cümlədən vətəndaşlığı olmayan şəxslər də bağlaya bilərlər.

Müllki hüquq institutu mənasında əqd dedikdə, əqdləri tənzimləyən və nizama salan mülki hüquq normalarının məcmusu başa düşülür. Öz strukturuna görə əqd insitutu iki hissəyə bölünür:

-Ümumi

-Xüsusi


Ümumi hissənin normaları ümumi xarakterə malik olub, bütün əqdlərə şamil olunur. Xüsusi hissə normaları isə xüsusi təbiətə malik olub, yalnız konkret növ əqdləri qaydaya salır və tənzimləyir.

Mülki-hüquqi əqdlər son dərəcə müxtəlif olub, bir neçə növə bölünür. Qüvvədə olan mülki qanunvericilik onların ayrı-ayrı növlərini tənzimləyir.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə