ƏQİDƏ, DƏSTƏmaz, namaz



Yüklə 96,77 Kb.
tarix19.10.2018
ölçüsü96,77 Kb.



ƏQİDƏ, DƏSTƏMAZ, NAMAZ

ƏQİDƏ

Bismilləhir-rahmənir-rahim!

Mərhəmətli və rəhimli Allahın adı ilə

Vahid Allaha Həmd-səna olsun, sonunçu Peyğəmbərə salavat ve salam olsun!


BU SƏNİN ƏQİDƏNDİR, EY MÜSƏLMAN!
Aləmlərin Rəbbi Allaha şükür və tərif, peyğəmbərlərin ən şərəflisi peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və bütün əshabələrinə salavat ve salam olsun!

Bu Allaha Rəbb ve Məhəmmədə peyğəmbər olaraq iman gətirən hər bir müsəlman üçün nəzərdə tutulmuşdur və onun etiqadını aydınlaşdırır. Kaş ki Allah bununla kor gözləri açardı, qafil qəlbləri haqqa yönəldərdi. Allah, uğur bəxş edendir!


ALLAHIN TÖVHİDİ
Müsəlman üçün ən vacib olan Allahı tanımaq, Onun tövhidini – təkliyini, şəriksizliyini qəbul etmekdir.

Tövhidin mənası Allahın ibadətdə təklənməsi, yalnız Allaha ibadət edilməsidir. Bəndə öz Rəbbini yalnız səhih şəkilde, bir xaliq, bir ruzi verən, nemətlər bəxş edən, kömək göstərən, xilas edən, dirildən, öldürən, rəhimli ve xeyir verən kimi dərk etdikdə öz Rəbbini ibadətdə təkləmiş olur. Bu baxımdan Ondan - Allahdan başqa ibadətə layiq olan yoxdur. Müsəlman bilməlidir ki, o, əbəs yerə yaradılmamışdır. Müsəlman ibadətdə əz Rəbbinin vahidliyini iqrar etmək üçün xəlq edilmişdir.

Allah-təala buyurur: “Mən çinləri ve insanları yalnız Mənə ibadət etmək üçün yaratdım” (əz-Zariyat, 56).

Yalnız Allaha edilən ibadət, Onun təkliyini iqrar eden ibadət Allahın xoşuna gələn, Onu razı salan açıq və gizli əməllər və sözlərdir. İbadətin nər hansı bir nevünün Allahdan başqasına həsr edilməsi, həmçinin göndərilmiş Peyğəmbərlərə, mələklərə və qeyrisinə yönəldilməsi şirkdir. (yəni Allaha şərik qoşmaqdır tərc.).

Namaz, zəkat, oruc ve həcc yalnız Allaha edilən ibadətlərdir. Bu ayinlər yalnız Allaha həsr edilir.

Dua da ibadətdir. Dua yalnız Allaha edilir, istəklə, tələblə yalnız Allaha üz tutulur. Allah-təalə buyurur: Rəbbiniz buyurdu: “Məna dua edin, Məndə sizin duanıza cavab verim! Mənə ibadəti öx şəninə sığışdırmayanlar isə zəlil olub Cəhənnəmə vasil olacaqlar (əl-Mumin, 60).

İstianə (kömək diləmək) də ibadətdir: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik!” (el-Fatihə, 4).

Rica da ibadətdir. Allah-təala buyurur: “Siz onların (kafirlərin) ummadıqlarını Allahdan umursunuz. Allah, hər şeyi biləndir va hikmət sahibidir (en-Nisa, 104).

Təvəkkül də ibadətdir. Allah-teala buyurur: “…Əgər Allaha iman kətirmişsinizsə taslim olmusunuzsa, Ona təvəkkül edin!” (1unus, 84).

Allaha məhəbbət də ibadətdir. Allah-teala buyurur: “İman sahiblərinin Allaha məhəbbəti daha güclüdür” (el-Bəqərə, 165).

Allahdan qorxu, Allahın xofunu hiss etmek də ibadətdir. Allah-təala buyurur: “… yalnız Məndən qorxun!” (el-Bəqərə, 40). Allah-təalə həmçinin buyurur: “... Amma siz onlardan (şeytanın dostlarından - tarç.) qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!” (Ali-İmran, 175).

Nəzir də ibadətdir. Allah-təala buyurur: “Onlar (möminlər – tərç.) vəd etdikləri nəziri verən və dəhşəti hər yeri bürüyəcək gündən qorxan kimsələrdir” (əl-İnsan, 7);

Qurban da ibadətdir. Allah-təala buyurur: “Yalnız Rəbbinə üz tutub namaz qıl və qurban kəs” (əl-Kövsər, 2).

Əgər Allahdan qeyrisinden rica etsəniz, kömək istəsəniz, qorxsanız, Ondan qeyrisine təvəkkül etsəniz, qurban kəssəniz ve ya dua etsəniz; deməli, Allaha şərik qoşmuş olursunuz. Bununla sənin İslamın pozulmuş olur. Allah-təala buyurur: “(Ya Məhəmməd!) Sənə və səndən əvvəlkilərə belə vəhy olmuşdur: Əgər Allaha şərik qoşsan, bütün əməlin puça çıxacaq və sən ziyan çəkənlərdən olacaqsan!” (əz-Zumər, 65).

Allah-təala həmçinin buyurur: “Şübhə yoxdur ki, Allah özüna şərik qoşanları bağışlamaz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını əfv edər. Allaha şərik qoşan şübhəsiz ki, böyük bir günah, sahibidir” (an-Nisa, 48).

Bədənində bir murdarlıq olanda namazın batil olur. Eynilə qəlbində şirk murdarlığı varsa, deməli, İslamın puçdur.



İSLAM VƏ İMANIN MƏNASI
İslam, Allaha Onun tövhidilə təslim və tabe olmaq, Ona mutiliklə ibadət etmək, Ona şərik qoşmaqdan uzaq olmaq demekdir. İslamın ərkanları - dayaqları beşdir. Allah Peyğəmbəri (s.s) demişdir: “İslam beş dayaq üstündə qurulmuşdur: Lə ilahə illallah və Mühəmmədən rəsulullah - Allahdan başqa (ibadət haqqı olan) tanrı yoxdur və Məhəmməd Allahın peyğəmbəridir şəhadəti, namaz qılmaq, zəkat vermək, Ramazan oruçu ve imkanı olan üçün Kəbəni ziyarət etmək”.

İman bütün varlığı ilə qəti bir şəkildə onun aşağıdakı altı şərtini qəbul edib, onlara həm sözdə, həm də əməldə etiqad etmək deməkdir: Allaha, Onun mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət gününə və qəza-qədərə, onun xeyir və şərinə iman kətirmək.


iləillallah və Muhəmmədən rəsullullahşəhadətinin mənası
iləillallah” şəhadətinin mənası Allahdan başqa həqiqi məbudun olmamasını qətiyyətlə iqrar etməkdir. Bu o deməkdir ki, Allahdan başqa ibadət haqqına malik heç kəs yoxdur. İbadət bəndənin öz məhəbbətini, itaətini və tabeçiliyini yalnız Allah-təalaya bağlanması, Onun əmrine itaət etməsi, yasaq etdiyindən isə uzaq olması deməkdir.

Muhəmmədən rəsullullah” şəhadətinin mənası Məhəmmədin (s.s) Allahın Peyğəmbəri, Onun bütün insanlara və cinlərə göndərdiyi elçi olmasını qətiyyətlə iqrar etməkdir. Həmçinin, Onun Allahdan verdiyi xəbərləri qəbul etmək deməkdir. Onun halal bildiyi halal, haram bildiyi isə haramdır. Biz Allaha Onun Peyğəmbərinin (s.s) göstərdiyi yolla ibadət edirik, Allah Peyğəmbərinin (s.s) bize məsləhət görmədiyi hər hansı bir başqa yolu biz inkar edirik.

Sual: Biz İslam dinini haradan öyrənməliyik?

Çavab: Biz İslamı Allahın kitabı olan “Qurani-Kərim”dən, Allah peyğəmbərinin (s.s) hədislərindən öyrənməliyik. Din Allahın Öz Kitabında və Peyğəmbərinin (s.s) dili ilə qanun olaraq buyurduqlarıdır. Allahın Kitabında buyurmadığında və Onun elçisinin (s.s) hədislərində demədiyində dindən əsər-əlamət yoxdur.

Sual: Allaha necə ibadət edək?

Çavab: Biz Allaha Peyğəmberimizin (s.s) ibadət etdiyi kimi ibadət etməliyik. Biz Allah peyğəmberinin (s.s) Allaha necə ibadət etdiyini öyrənməliyik. Allah peyğəmbərinin (s.s) etmədiyi hər hansı bir ibadət bid’ətdir, qəbul edilməzdir. Peyğəmber (s.s) deyir: “Bizim əmr etmədiyimiz hər hansı bir əmel qəbul edilməzdir”, yəni rədd edilir.


Dəstəmaz
Bismilləhir-rahmənir-rahim!

Mərhəmətli və rəhimli Allahın adı ilə


Vahid Allaha Həmd-səna olsun, sonunçu Peyğəmbərə salavat ve salam olsun!
BU SƏNİN DƏSTƏMAZINDIR, EY MÜSƏLMAN!
Aləmlərin Rəbbi Allaha şükür və tərif, peyğəmbərlərin ən şərəflisi peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və bütün əshabələrinə salavat ve salam olsun!

Bu kiçik risalə hər bir müsəlmanın bilməsi vacib olan dəstəmaz, qusl və təyəmmüm qaydalarına həsr olunmuşdur. Böyük və qadir Allahdan bu risalədən xeyir görməyinizi diləyirik. Allah uğur bəxş edəndir.


Allah-təala buyurur: Ey möminlər! Namaza durduqda üzünüzü dirsəklərinizə qədər əllərinizi yuyun, başınıza məsh çəkin, ayaqlarınızı topuqlarınıza qədər yuyun. Çinsi əlaqədə olmuşsunuzsa, təmizlənin (qüsl edin). Xestələndikdə, səfərdə olduqda, ayaq yolundan qayıtdıqdan ya qadınlarla yaxınlıq etdikdə əgər su tapa bilməsəniz pak torpaqla təyəmmüm edin, ondan üzünüzə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz (əl-Maidə, 6).
Dəstəmazın şərtləri:
Dəstəmaz ayaq yoluna getdikdə, qaz çıxdıqda, dərin yuxuya getdikdə, dəvə əti yedikdə vaçib olan təharətdir. Dəstəmaz namaz qılmaq üçün şərtdir. Onsuz namaz batildir.
Dəstəmaz almaq:
1 – Ürəkdə, uçadan demədən dəstəmaza niyyət edilir;

2 – Allahdan kömək dilənir və “Bismillah” deyilir;

3 – Əllər biləklər də daxil olmaqla üç dəfə yuyulur;

4 – Sağ əlin ovucu ilə aqıza üç dəfə su alınıb yaxşıca yaxalanır. Eyni ilə burun da təmizlənir;

5 – Üz, bir qulaqdan o birinə qədər eninə, alında tüklərin bitdiyi yerdən çənə altına saqqalın aşağı hissəsinə qədər uzununa üç dəfə yuyulur;

6 – Saqdan başlayaraq qollar barmaqların başından tutmuş dirsəklərlə birlikdə üç dəfə yuyulur;

7 – Əllər isladılır, qabaqdan baş1ayaraq arxa hissəye qədər başa bir dəfə məsh çəkilir;

8 – Şəhadət barmaqla qulağın içinə baş barmaqla isə çölunə bir dəfə məsh çəkilir;

9 – Barmaqların ucundan başlayaraq topuqlar da daxil olmaqla əvvəlcə sağ, sonra sol ayaq yuyulur;

10 – Dəstəmaz yerlərini üç dəfə əvəzinə bir dəfə də yumaq olar.


QÜSL:
Cinsi əlaqə və məni axması baş verdikdən sonra və qadınların fizioloji (aybaşı) halından, həmçinin doquşdan sonrakı qanaxmalardan sonra vacib olan təharətdir.
Qusl almaq:
1 – Bərkdən demədən ürəkdə qüsl niyyət edilir;

2 – Allahdan kömək dilənir və “Bismillah’” deyilir;

3 – Tam şəkildə namaz dəstəmazı alınır;

4 – Başa üç dəfə su tökülür;

5 – Bədənin qalan yerləri də yuyulur.
TƏYƏMMÜM:
Təyəmmüm su tapılmadıqda, xəstəlik üzündən, bərk soyuq olduqda, yuyunmaq saqlamlıq üçün təhlükə törətdikdə müsəlmanın su ilə dəstəmaz əvəzinə torpaqdan istifadə etdiyi təharətdir.
Təyəmmüm etmək:
Dəstəmaz və ya qüsl əvəzine təyəmmüm niyyəti qəlbdə edilir. Sonra hər iki əlin içi torpağa və ya divara vurulur, sonra əllərə və üzə məsh çəkilir.
Xuff və corablara məsh çəkilməsi:
Xuff - ayaqa geyilən yüngül dəri ataqqabıdır. Onlara məsh çəkmək olar. Corab - yun sapdan toxunub ayağa geyilir. Onlara da məsh çəkmək olar. Xüfflere və corablara dəstəmazda: ayaqları yumaq əvəzinə isladılmış sağ əlin iç tərəfi ile məsh çəkilir.
Xüffləra və corablara məsh çəkməyin aşağıdakı dörd şərti vardır:

1 - Onları geyən artıq dəstəmazlı olsun:

2 - Xüffler və corablar təmiz olsunlar;

3 - Onlara məsh yalnız dəstəmaz alanda çəkilsin. Qüsldə isə onlar çıxarılır və ayaqlar yuyulur;

4 - Daimi yaşayış yerində yaşayan üçün məshin təsir müddüti 24 saat, səfərdə olanlar üçün isə 72 saat.
NAMAZ
Bismilləhir-rahmənir-rahim!

Mərhəmətli və rəhimli Allahın adı ilə

Vahid Allaha Həmd-səna olsun, sonunçu Peyğəmbərə salavat ve salam olsun!
Namaz söz və hərəkətləri əhatə edən ibadət olub təkbirlə (“Allahu əkbər”) başlayır və təslimlə (salamla) bitir.

NAMAZIN İCRASI.
Namaz qılan:

1 - Qibleni müəyyənləşdirib ona üz tutur.

2 - Qılınacaq namazın növünü müəyyənləşdirmək üçün dil ilə demədən ürəkdə niyyət edir.

3 – Əlləri çiyinlər müqabilində yuxarı qaldırıb “Allahu əkbər” deyir.

4 - Saq əlin ovucu sol əlin biləyinin üstündə olmaqla əlləri köbəkdən yuxarı sinəyə qoyur.

5 – Sonra bu ifadəni deyir: “Sübhənəkə Allahümmə və bihəmdikə və təbərakə smukə və təalə cəddukə və lə iləhə ğəyrukə” – Sənə eşq olsun, İlahi! Sənə həmd və səna ila, Sənin mübarək adınla və böyüklüyünlə (başlayıram). Səndən başqa tanrı yoxdur!”.

6 – Daha sonra: “Əuzu billəhi minəş-şətanirracim” – Lənətə gəlmiş şeytandan qorunmaq üçün Allaha sığınıram - deyir.

7 – Fatihə surəsini oxuyur: “Bismillahir-rahmənir-rahim. Əlhəmdü lilləhi rabbil aləmin. Ər-rahmənir-rahim. Məliki yəumiddin. İyyəkə nə’budu və iyyəka nəstə’in. İhdinəs-siratal mustəqim. Siratalləzina ən’əmtə aləyhim ğəyril məğdubi aləyhim və ləddallin. Əmin!” – Rəhimli və mərhəmətli Allahın adı ilə (başlayıram). Aləmlərin Rəbbi, mərhəmətli və rəhimli, qiyamət gününün sahibi Allaha həmd olsun. Səne ibadət edirik, Səna sığınırıq. Bizi haqqın yoluna, xeyir-bərəkətlər bəxş etdiyin, qəzəbinə gəlməmiş və yol azmamış kəslərin yoluna yönəlt!. Axırda “Əmin!” – yəni, “İlahi, cavab ver” deyir.

8 - Bundan sonra Fatihədən başqa əzbər yadda qalan hər hansı bir Qur’an surəsi oxuyur.

9 - Ruku edir. Ruku üçün əyilməmişdən qabaq əllər çiyinlər müqabilində yuxarı qaldırılıb “Allahu əkbər” deyir. Bundan sonra Allaha təzim edilərək barmaqlar aralanır və əllər diz üzərinə qoyulmaqla aşağı əyilir.

10 - Ruku vaxtı üç dəfə: “Sübhənə rabbiyəl azim” - əzəmətli Rəbbimə alqış! – ifadəsi deyir.

11 - Daha sonra rukudan qalxıb əlləri çiyinlərin müqabilində yuxarı qaldıraraq “Səmi-allahu limən həmidəhu” - Allah Ona həmdu-səna edeni eşitdi – və dikəldikdə “Rabbənə ləkəl həmd” – Rəbbimiz, Sənə həmdu-sənalar! – ifadələri deyir.

12 - Sonra Allaha itaət əlaməti olaraq birinci səcdəyə gedir. Səcdəyə gedərkən “Allahu əkbər” deyir. Səcdədə bədənin yeddi üzvü iştirak edir: alın, burun, iki əl, iki diz, pəncələr. Səcdədə dirsəklər yanlardan aralanır, qollar yerdan yuxarı tutulur və barmaqlar qiblə istiqamətində yönəldilir.

13 – Səcdə vaxtı üç dəfə “Sübhənə rabbiyəl ə’lə” - Böyük Allaha alqış! - deyir.

14 - “Allahu əkbər” deyərək səcdədən qalxır, sol ayağı yayaraq onun üzərində oturur, sağ ayağı dizdən bükür və “Rabbiğ firli, Rabbiğ firli” – Rəbb, məni bağışla! Rəbb, məni bağışla - deyir.

15 - Bir daha “Allahu əkbər” deməklə yenidən səcdəyə gedir və üç dəfə: “Sübhənə rabbiyəl ə’lə” deyir.

16 - Sonra “Allahu əkbər” deyərək ikinci rükət üçün ikinci səcdədən qalxır. Birinci rükətdə etdiklərini təkrarlayır, lakin bu dəfə “Sübhənəkə Allahümmə və bihəmdikə...” və i.a. sözlərini demir. İkinci rükətə daxil olarkan ikinci, səcdədən sonra “Allahu əkbər” deyib yenə bükülüb yayılmış sol ayaq üstə oturur, sağ ayağı da dizdən bükür. Sağ əlini sağ budunun üstünə qoyur, barmaqları birləşdirir, sağ əlin baş barmağını (şəhadet barmağını) qaldırıb Allahın təkliyinə (tövhidə) işarə edir, oturmuş halda təşəhhüd oxuyur: “Əttəhiyyətü lilləh, vas-salavat vat-tayyibət. Əs-sələmu aləykə əyyuhən-nəbi və rahmətullahi və bərakətuhu əs-sələmu aləynə va alə ibədillahis-salihin. Əşhədu ənlə iləhə illallahu, va əşhədu ənnə Muhəmmədən əbduhu va rasuluhu. Allahummə səlli alə Muhəmməd va alə əli Muhəmməd kəmə salləytə alə İbrahim va alə ali İbrahim, innəkə həmidun məcid va bərik alə Muhəmməd va alə əli Muhəmməd, kəmə bərəktə alə İbrahim va alə əli İbrahim, innəkə həmidun məcid” - Salamlar, xeyir-dualar, ən xoş və ən gözəl kəlamlar Allah üçündür. Sənə salam olsun ya Peyğəmbər, Allahın mərhəməti və xeyir-bərəkəti sənindir. Bizə və Allahın əməlisaleh bəndələrinə salam olsun! Mən şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur. Mən şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir. İlahi, Məhəmmədə və Məhəmmədin ailəsinə, İbrahimə və İbrahimin ailəsinə dediyin salavatı de! Sən mərhəmət və şan-şövkət sahibisən. İlahi, Məhəmmədə və Məhəmmədin ailəsinə, İbrahimə və İbrahimin ailəsinə bəxş etdiyin xeyir-bərəkətı bəxş et! Sən mərhəmət və şan-şövkət sahibisən! - Sonra dünya və axirətdə istədiyi xeyir-bərəkət üçün dua edir.

17 - Sanra üzünü sağ tərəfə çevirib deyir: “əs-Sələmu aləykum va rahmətullahi”, eyni ilə sol tərəfə üz tutub salam verir. Bu iki rükətdən ibarət sübh namazına aiddir. Üç rükətli məğrib (axşam) və dörd rükətli i’şa (yatsı) namazlarında iki rükətdən sonra oturub “əşhədu ənlə iləhə illallahu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu” deyib dayanır. Sonra ayağa durub: “Allahu akbər” deyir, əllərini çiyinlərin müqabilində yuxarı qaldırır, namazının qalan hissəsini davam etdirib sol ayağın üstündə və sağ ayağını dizdən büküb oturur. Sol ayağını sağ budun altından çıxarıb yerə oturur. Əllərini əvvəlki oturuşdakı kimi budların üstünə qoyur və təşəhhüdü tam şəkildə oxuyur (əttəhiyyətü lilləh... və i.a.). Axırda “əs-Sələmu aləykum va rahmətullahi” deyib sağa və sola salam verir.



NAMAZIN QILINDIĞI VAXTA GÖRƏ NÖVLƏRİ
Allah-təalə buyurur: “Namaz möminlərə müəyyən vaxtlarda vacib bilinir”. Allah-təalə gün ərzində beş dəfə namaz qılmaəğ vacb bilir. Bu namazlar aşağıdakılardır:

1 - Sübh (Fəcr) namazı. İki rükətlidir. Dan yeri söküləndən və üfüqdə ağ xətt görünənden günəş çıxana qədərki vaxt ərzində qılınmalıdır.

2 - Günorta (Zöhr) namazı. Dörd rükətlidir. Vaxtı günəş zenitdə (fəzanın ortasında) yerləşməsindən başlayaraq bir şeyin kölgəsi onun özü boyda olmasına qədərdir.

3 - İkindi (Əsr) namazı. Dörd rükətlidir. Şeyin kölgəsinin onun özü boyda olması anından başlayaraq günəş batana qədərki vaxt ərzində qılınır.

4 - Axşam (məqrib) namazı. Üç rükətlidir. Vaxtı günəş batan andan günəşin şəfəqinin (yəni günəş batandan sonra üfüqdə görünən qızartının) çəkilməsinə qədərdir.

5 - Yatsı və ya gecə (İ’şa) namazı. Dörd rükətlidir. Vaxtı günəş batandan və qızartı çəkiləndən gecə yarısına qədərdir.


NAMAZI POZAN HALLAR
1 - Az da olsa bilərəkdən danışmaq namazı pozur.

2 – Müsəlman onu qiblədən yayındıran hər hansı bir şeyə tərəf çevriləndə onun namazı pozulur.

3 - Ayaq yoluna getmək, bədəndən qaz çıxması namazı pozur.

4 - Çox hərəkət etmək də namazı pozur.

5 - Az da olsa gülməklə namaz pozulur.

6 - Namazda rükuları, səcdələri, qiyamı, oturuşu bilərəkdən uzatmaqla və ya qısaltmaqla namazı pozmaq olar.

7 - Namaz qılan paltarındakı və ya bədənindəki natəmizliyi bilərəkdən aradan qaldırmadıqda onun namazı batildir. Bu iş unutqanlıq üzündən baş verdikdə namaz pozulmur.

8 - Kişiler namaz vaxtı göbəkləri, ayaqlarının arası kimi övrət yerlərini, qadınlar ise üzdən və əllərdən başqa bütün bədənlərini örtmədikdə onların namazı batildir. Bu kimi övrət yerlerinin hər bir müsəlman istər namaz vaxtı, istərsə də başqa vaxtlar mütləq örtməlidir.

9 – Müsəlman namaz vaxtı onun bədəninin cizgilərini büruzə verən çox dar paltar geyməklə öz namazını pozmuş olur.
NAMAZ QILMAMAQ BARƏDƏ
Peyğəmber (s.s) demişdir: “İnsanla küfr və şirk arasında namaz qılmamaq durur”.

Peyğəmber (s.s) həmçinin buyurur: “Biz onlarla namazla əhd-peyman qılmışıq. Namaz qılmayan küfr etmiş olur”.


AZAN BARƏDƏ
Namaz vaxtı çatanda müsəlmanlardan birisinin səslə aşağıdakı sözləri deməkla azan verməsi vaçibdir:

Allahu əkbər, Allahu əkbər, Allahu əkbər, Allahu əkbər.

Əşhədu ənlə iləhə illallah, əşhədu ənlə iləhə illallah.

Əşhədu ənnə Muhəmmədən rasulullah, əşhədu ənnə Muhəmmədən rasulullah.

Həyyə aləs-salət, Həyyə aləs-salət

Həyyə aləl-fələh, Həyyə aləl-fələh.

Allahu əkbər, Allahu əkbər.

Lə iləhə illallah.

(Allah böyükdür (4 dəfə). Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq mə’bud yoxdur (2). Şəhadət verirəm ki, Məhəmməd Allahın peyğəmbəridir (2). Namaza tələsin (2). Zəfərə çatmağa tələsin (2). Allahdan başqa ibadət haqqı olan tanrı yoxdur).



İQAMƏ BARƏDƏ
Müsəlmanlar namaza düzüldükdə bir nəfər qabaqda imam (pişnamaz) olub irəli durmalıdır. Bir müsəlman isə uca səslə bu sözləri deməklə iqamə oxuyur:

Allahu əkbər, Allahu əkbər

Əşhədu ənlə iləhə illallah

Əşhədu ənnə Muhəmmədən rasulullah

Həyyə aləs-salət, həyyə aləl-fələh

Qad qamətis salət, qad qamətis salət

Allahu əkbər, Allahu əkbər

Lə iləhə illallah

(Allah böyükdür (2). Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq mə’bud yoxdur. Şəhadət verirəm ki, Məhəmməd Allahın peyğəmbəridir. Namaza tələsin, zəfərə çatmağa tələsin. Namaz artıq başlandı (2). Allah böyükdür (2). Allahdan başqa mə’bud yox!







Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə